50 Burada: fərdi müddəalar dedikdə, İslam dini ədəbiyyatında əsas müddəalardan başqa ikinci dərəcəli fəri müddəalar adlandırılan istilah nəzərdə tutulur. Tərcüməçi “ikinci dərəcəli”, “fəri” sözlərinin qarşılığı kimi “fərdi” sözünün işlədilməsini məqsədəuyğun sayır. Çünki azərbaycanca “fəri” və “ikinci dərəcəli” müddəa bu ifadələrlə əks etdirilən İslam anlayışlarının mənasını azaldır. İslam elmində “fəri” adlandırılan prinsiplər heç də ikinci dərəcəli hesab oluna bilməz. Terminə müvafiq qarşılıq tapılana qədər dilimizdə onu, müvəqqəti olaraq “fərdi müddəalar, prinsiplər, hökmlər” kimi ifadə etmək olar. F.S.
51 Yəni fəri məsələlərdə. F.S.
52 Bu ifadə ilə Qüdrətli və Müdrik Allahın Özünün hərşeyiəhatəedən Elmi ilə yaratdığı məxluqlardan heç vaxt uzaq olmadığı ehtiva edilir. Bu, Fövqəlucanın misilsiz sifətlərindən biridir. F.S.
53 Qalın şrift və kursiv tərcüməçinindir. F.S.
54 Təqva – Allah qorxusu. F.S.
55 Burada Z. Bünyadovun və V. Məmmədəliyevin tərcüməsində verdiyim ayənin ərəbcəsində “zinətlərinizi” ((