81 Ayənin tərcüməsinin mətninə edilmiş Quranda olmayan bir sıra tərcüməçi əlavə-izahları çıxarılmışdır. Çünki tərcümə etdiyim Səədi Şərhi ayənin tərkibinə əlavə edilmiş bu “izahlara” ehtiyacı aradan qaldırır. F.S.
82 Rus dilindən tərcümə etdiyim əsərin həmin fraqmenti belədir: “Второе и третье преимущества – это отпущение прегрешений и прощение грехов...”. Bu, ərəb dilindən tərcümə edilmiş orijinalda tərcüməçinin rusdilli oxucular üçün nəzərdə tutduğu stilistik üslubdur. Lakin İslamda nə kiçik, nə də böyük günahların “buraxılması” anlayışı və praktikası yoxdur. Müsəlman təkcə Allah qarşısında tövbə edir. Xristianlıqda isə günahların “buraxılması” (və ya başqa cür desək, “yuyulması”) keşişlərin qarşısında günahları etiraf etmə mərasimidir ki, bunun Allah qarşısında tövbə etməklə birbaşa bağlılığı yoxdur. Bu da, xristianlığa xas olan digər “yeniliklər” kimidir. Məhz buna görə, hörmətli tərcüməçinin mətnini İslam anlayışlarına müvafiq verməyi məqsədəuyğun hesab etdim. Çünki Q. Elmir müəllim həmin fraqmenti