"Allahın kərəmindən özlərinə verdiklərini (infak etmədə) xəsislik göstərənlər... sanmasınlar." Uca Allah daha əvvəl kafirlərə möhlət verməsi ilə əlaqədar bir şərh etmişdi. Malda xəsiscə davranaraq onu Allah yolunda infak etmə hadisəsində də vəziyyət eynidir. Yəni xəsis insan da yığdığı mal səbəbindən sevincli və iftixarlıdır. İşdə uca Allah sözü onlara çevirərək, bu tutumun onlar hesabına pis olduğunu bildirir. Malın, "Allahın kərəmindən özlərinə verdikləri" təbiriylə xarakterizə edilməsində onlara istiqamətli qınama və pisləmə mesajı vardır. "boyunlarına dolanacaq." cümləsi, xəsisliyin onlar hesabına nə üçün pis və şər olduğunu bildirməkdədir. "Göylərin və yer üzünün mirası Allahındır." cümləsi zahirən, "qiyamət günü" ifadəsinin halıdır (yəni, vəziyyət bildirmə xüsusiyyəti daşımaqdadır). Bunun kimi, "Allah bütün etdiklərinizdən xəbərdardır." cümləsi də eynilə elədir. [Yəni o da eyni şəkildə haldır.]
"Göylərin və yer üzünün mirası Allahındır." cümləsi, uzaqlığına baxmayaraq "yebhalune=cimrilik göstərənlər" sözünün failindən (əvəzliyindən) hal olması və "Allah bitin etdiklərinizdən xəbərdardır." cümləsinin də ya eyni sözün failindən hal və ya müste'nife=yeniden sözə başlama cümləsi olması olabiləcəkdir.