Eldənizlərin ordusu mərkəzi hakimiyyətdən iqta almış əmirlərin qüvvələrindən və valilərin hakimlik etdikləri ərazilərdən göndərdikləri qüvvədən ibarət idi. Həmçinin hərbi qüvvələrdən başqa, hökmdarın özünün 50 min nəfərlik nizami süvari qoşunu vardı.[124] Əl-Hüseyni özünün "Əxbar əd-dövlə əs-Səlcuqiyyə" kitabında yazır:[125]
Yusif Küseyir oğlu türbəsi
Göy Günbəd türbəsi
Atabəylər məscidi
Möminə Xatun türbəsi
Azərbaycanın ən böyük iqtisadi, siyasi və mədəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Təbriz, Marağa, Urmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr inşa edildi. Orta əsr Azərbaycan memarlığının inkişafını müəyyənləşdirən 3 əsas üslub istiqamətini əks etdirən Şirvan-Abşeron, Naxçıvan-Marağa və Arran memarlıq məktəbləri təşəkkül tapmışdılar. Bu məktəblərin üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik və sosial quruluşu həlledici rol oynayırdı.[136] Memar Əcəminin inkişaf etdirdiyi Naxçıvan-Marağa memarlıq məktəbi – üslub təkcə Naxçıvanı əhatə etməmiş, Güney Azərbaycanda Marağa şəhərinə, Şimalda Bərdə şəhərinə, eyni zamanda Şərqi Anadolu ərazisinə də yayılmışdır. Ümumilikdə bu memarlıq üslubu Şərq aləminin böyük bir hissəsində davam edib, kompozisiyalı abidələrin yaradılmasına təkan vermişdir.[137] Eldəniz dövrünün memarlığına daxil olan, ən böyük mədəniyyət nümunələrindən biri, Əcəmi Əbubəkr oğlu tərəfindən 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində ucaldılan Mömünə Xatun türbəsidir. Bişmiş kərpicdən hörülmüş abidə zəngin naxışlarla bəzənmiş xırda kərpiclərlə üzlənmişdir. Bu türbənin prizma şəkilli binası ilə onun çadır örtüyü arasındakı məkan, fiqurlu hörgü şəklində yerinə yetirilmiş yazı vasitəsilə həll edilmişdir. Məqbərənin yeraltı hissəsində formaca onguşəli olan, bədii baxımdan zəngin tərtibata malik sərdabə vardır.[138]