Eldənizlər


Xarəzmşah Cəlaləddinin yürüşü[redaktə | mənbəni redaktə et]



Yüklə 297,53 Kb.
səhifə11/13
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113336
1   ...   5   6   7   8   9   10   11   12   13
tarıx

Xarəzmşah Cəlaləddinin yürüşü[redaktə | mənbəni redaktə et]


Xarəzmşah Əlaəddin Məhəmmədin ölümündən sonra oğlanları müəyyən ərazilərdə hakimiyyətlərini bərpa etmişdilər. Onlardan ən qüvvətlisi Qiyasəddin Pir şah idi. O, İraqi Əcəmi ələ keçirmişdi digər qardaşı Cəlaləddin Məngüberdi[q 5] isə Hindistana hərəkət etmişdi. Cəlaləddin Hindistanda bir müddət qaldıqdan sonra, oradan da Farsa yollandı. Cəlaləddindən əvvəl qardaşı Pir şah Eldənizlərin mülklərinə hücum etmişdi. Marağanı əlinə keçirən Pir şaha Atabəy Özbək sülh təklif etmiş və bacısı Cəlaliyyə xatunu da ona ərə verdi.[106]
Bundan sonra Qiyasəddin Pir şah öz qoşunlarını Reyə çəkdi. Burada onunla atabəyi və qaynı İğan-Taisi arasında nifaq düşdü və nəticədə İğan-Taisi 50 minlik ordu ilə kənara çəkildi. Onların arasındakı nifaqdan istifadə edən Özbək Pir şaha təslim olmaqdan boyun qaçıraraq, ona qarşı çıxdı. Eyni zamanda Pir şah İğan-Taisini məğlub edərək onu geriyə — Azərbaycana çəkilməyə məcbur etdi. Azərbaycana daxil olan İğan-Taisi qarət və qırğına başladı.[107] Sonra isə xəlifə ən-Nasirin əmri ilə Həmədana tərəf hərəkət etdi ki, bura başqa vilayətlərlə birlikdə ona Xəlifə tərəfındən iqta adıyla verilmişdi. Burada İğan-Taisi Hindistandan gəlmiş Cəlaləddin Manqburnun qoşunları tərəfındən mühasirəyə alınaraq darmadağın edildi və özü əsir alındı. Bundan sonra Cəlaləddin Abbasilər üzərinə hücuma hazırlaşdı.[108]
Xəlifə qoşunlarını darmadağın edən Cəlaləddin 12 gün Bağdad ətrafında qaldıqdan sonra, Marağa əhalisinin dəvəti ilə Azərbaycana tərəf hücuma başladı. 1225-ci ilin may ayında Marağa müqavimət göstərmədən Cəlaləddinə tabe oldu. Bundan sonra Cəlaləddin monqolların viran qoyduğu Uçanı keçərək, Təbriz şəhərini mühasirəyə aldı. Şəhər rəisi Nizaməddin ət-Tuğrainin başçılıq etdiyi Təbriz qoşunu yeddi gündən çox müdafiə oluna bilmədi. 1225-ci ilin iyun ayının 25-də atabəy Özbəyin hələ Xarəzmşah Marağada olarkən tərk etdiyi Təbriz şəhəri Xarəzm qoşunları tərəfindən tutuldu.[109][110]
Azərbaycandakı qarışıqlıqdan istifadə edən gürcülər İvane Mxarqrdzelinin komandanlığı altında 60 minlik ordu ilə Azərbaycana hücum etmək üçün Dəbil yaxınlığındakı Qarni qalasında toplaşdılar. Gürcülərin əsas məqsədi Bağdadı və Təbrizi ələ keçirmək idi. Bir neçə həftə Təbrizdə qalan Cəlaləddin vəziri Şərəf əl-Mülkü buraya öz naibi təyin edərək[111] Dəbilə doğru hərəkətə başladı. Cəlaləddin Qərnidə gürcü qoşunu ilə döyüşə çıxdı. Baş vermiş döyüşdə gürcülər darmadağın edildilər və 20 min itki ilə geri çəkildilər.[112] Bu hadisələr zamanı Azərbaycan Atabəylərinin keçmiş vassalları – Sürməli hakimləri Şərəfəddin Uzdərə və Hüsaməddin Xızır Cəlaləddinin yanında xidmətə keçdilər.[113]
Bundan sonra Tiflis istiqamətində hərəkət edən Cəlaləddin yol üstə olan Beyləqan, Bərdə, Gəncə, Şəmkir şəhərlərini, eləcə də Bərdəylə Gəncə arasında yerləşən Şutur qalasını tutdu. Sultanın bu yürüşü ərəfəsində Gəncədə qalan atabəy Özbək, ondan Gəncə və onun nahiyələrinə mülkiyyət hüququ əldə etsə də, çox keçmədən Naxçıvan yaxınlığındakı Əlincə qalasında sığınacaq tapdı. Həyat yoldaşı Məleykənin öz razılığı ilə sultan Cəlaləddin ilə evlənməsi[114] xəbəri sultana çatanda o mənbələrin yazdığına görə "başını yastığa qoydu, o saat hərarəti qalxdı və o, bir neçə gündən sonra vəfat etdi".[115]
Atabəy Müzəffərəddin Əbu Nəsr Özbək ibn Məhəmməd ibn atabəy Eldəniz ət-türki əs-səlcuqi ət-Toğrulun ölümü ilə Azərbaycan Atabəyləri öz mövcudluğunu itirdi. Eldənizlərin övladlarının hakimiyyəti altında olan ərazilər – Azərbaycan, Arran, Şirvan xarəzmşah Cəlaləddin Manqburnunun hakimiyyəti altına keçdi. Bu, 1231-ci il avqustun ortalarınadək davam etdi və həmin il Cəlaləddinin qoşunları monqollar tərəfındən darmadağın edildi, özü isə öldürüldü.[116][117]
Atasının ölümündən sonra atabəy Özbəyin yeganə oğlu Qızıl Arslan Xamuş Gəncəyə gələrək, Cəlaləddinə xidmət etmək istədiyini bildirdi. "Anadangəlmə lal-kar olan", buna görə də "Xamuş" ləqəbini alan məlik, Marağanın hakimi, Ağsunqurilər nəslindən olan Əlaəddin Körpə Arslan əl-Əhmədilinin nəvəsi Sülafə xatuna evlənmişdi.[115]
1226-cı ildə atabəy Özbəyin məmlükləri Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca Sultan Cəlaləddinə qarşı qiyam qaldırdılar. Onların bu çıxışı uğursuz nəticələndi – Sultan Cəlaləddin onları Xoy bölgəsində mühasirə edərək təslim olmağa vadar etdi. Məğlubiyyətə uğramış məmlüklər Sultana xidmət etməyə başladılar. Lakin 1229-cu ildə Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca Atabəyin başqa məmlükləri, o cümlədən Nəsirəddin Ağ Quş və başqaları ilə birlikdə Xamuşun oğlu Nüsrəddini həbsdən çıxararaq Eldənizlərin hakimiyyətini bərpa etmək üçün qiyam qaldırdılar. Lakin bu qiyam da uğursuz nəticələndi Ağ Quş və Bəkliyi çarmıxa çəkdilər.[118]

Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin