Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari



Yüklə 490,01 Kb.
səhifə8/8
tarix27.04.2017
ölçüsü490,01 Kb.
#15789
1   2   3   4   5   6   7   8

10.9. Bütün istilik magistrallarına, kameralara (budaqlanma qovşaqlarına) vurucu, əlavə qidalandırıcı və drenaj nasos stansiyalarına, avtomatik tənzimləmə qovşaqlarına, tərpənməz dayaqlara, kompensatorlara və istilik şəbəkələrinin digər qurğularına, onların planlarda, sxemlərdə və pyezometrik qrafiklərdə göstərilən istismar nömrələri verilməlidir.

İstismar (hesabat) sxemlərində şəbəkəyə birləşmiş bütün tələbatçı sistemləri, operativ sxemlərdə isə, bundan başqa seksiyalara ayıran və bağlayıcı armaturlar da nömrələnməlidir.

Verici boru kəmərlərində (buxar kəmərlərində) quraşdırılmış armatur tək ədədlə, qaytarıcı boru (kondensat) kəmərlərindəki ona uyğun armatur isə bu ədəddən sonrakı cüt ədədlə nömrələnməlidir.

10.10. Hər bir rayon istilik şəbəkəsində qaz təhlükəli kamera və keçid kanallarının siyahısı olmalıdır. İşə başlamazdan əvvəl belə kameralarda qazın olması yoxlanılmalıdır. Qaz təhlükəli kameraların xüsusi nişanları, lyuklarının xüsusi rəngi olmalı və etibarlı bağlanmalıdır.

Bütün qaz təhlükəli kameralar və trassa sahələri istilik şəbəkələrinin operativ sxemində qeyd edilməlidir.



Qaz təhlükəli kameralara nəzarət müəyyən olunmuş qaydalara müvafiq aparılmalıdır.

10.11. İstilik şəbəkələrini istismar edən təşkilat istehlakçıya məxsus istilik şəbəkələrinin, istilik məntəqələrinin və istilik istehlakı sistemlərinin quraşdırılmasından və ya təmirindən sonra onların texniki qəbulunu yerinə yetirməlidir. Bu halda istehlakçı öz avadanlığını qüvvədə olan normativ sənədlərə müvafiq olaraq verilmiş şəbəkə, armatur və qızdırıcı cihazlar üçün buraxıla bilən maksimal təzyiqdən yüksək olmayan təzyiqlə kipliyə və möhkəmliyə görə hidravliki sınaqdan keçirməlidir.

10.12. İstilik şəbəkələrini istismar edən təşkilat, bu qaydaların 7.40 bəndinin tələblərinə müvafiq olaraq qaytarıcı boru kəmərlərində şəbəkə suyunun keyfiyyətinə daima nəzarət təşkil etməli və şəbəkə suyunun keyfiyyətini pisləşdirən abonentləri aşkar etməlidir.

10.13. Quraşdırılmadan və ya əsaslı təmirdən sonra istismara verilən istilik şəbəkələrinin boru kəmərləri aşağıdakı təmizləmələrə məruz qalmalıdır:

  1. buxar kəmərləri -buxarı havaya atmaqla üfürülməyə;

  2. istilik təchizatının qapalı sistemlərindəki su şəbəkələri və kondensat kəmərləri -hidropnevmatik yuyulmaya;

  3. istilik təchizatının açıq sistemlərindəki su şəbəkələri hidropnevmatik yuyulma və sonradan içməli su ilə təkrar yuyulmaqla dezinfeksiya edilməyə.

Dezinfeksiyadan sonra təkrar yuyulmanı, tullanan suyun göstəriciləri içməli suyun sanitariya normalarına uyğun gələnədək aparmaq lazımdır. İstilik şəbəkəsinin boru kəmərlərinin dezinfeksiyası qurğunun sanitar qaydalarına və mərkəzləşdirilmiş istisu təchizatı sisteminin istismarına müvafiq aparılmalıdır.

10.14. İstehlakçıların istilik şəbəkələrinin və istilik istehlakı sistemlərinin hidropnevmatik yuyulma aparılmadan, açıq istilik təchizatı sistemlərinin isə dezinfeksiya edilmədən qoşulması qadağandır.

10.15. İstilik şəbəkələrinin bütün yeni quraşdırılan boru kəmərləri istismara buraxılana qədər möhkəmlik və kipliyə görə hidravliki sınaqdan keçirilməlidir.

10.16. Şəbəkə boru kəmərlərinin doldurulması, yuyulması və təkrar yuyulması, dezinfeksiya edilməsi (istilik təchizatının açıq sistemləri üçün), dövran sisteminin işə qoşulması, buxar kəmərlərinin qızdırılması və üfürülməsi, su və ya buxar şəbəkələrinin işəsalınması üzrə əməliyyatlar və həmçinin şəbəkənin hər hansı bir sınağı, istilik şəbəkəsini istismar edən təşkilatın rəhbərliyi tərəfindən təsdiq edilmiş, xüsusi olaraq işlənilmiş texniki proqram üzrə məsul şəxsin rəhbərliyi altında yerinə yetirilməlidir.

10.17. İstilik şəbəkələrinin boru kəmərləri istilik istehlakı sistemlərinin işdən açılmış vəziyyətində, temperaturu 700C-dən artıq olmayan su ilə doldurulmalıdır.

10.18. İstilik şəbəkələri boru kəmərlərinin və metal konstruksiyalarının (tirlər, dayaqlar, estakadalar və s.) xarici səthləri korroziyaya qarşı davamlı örtüklə qorunmalıdır. İnşası və ya əsaslı təmiri qurtardıqdan sonra boruların və metal konstruksiyaların səthləri korroziyaya qarşı örtüksüz olduğu təqdirdə istilik şəbəkələrinin istismara verilməsi qadağandır.

10.19. İstilik şəbəkələrinin boru kəmərləri, armatur, kompensatorlar və flans birləşmələri layihəyə uyğun olaraq istilik izolyasiyası ilə örtülməlidir.

İstilik şəbəkələrində hidrofil tökmə izolyasiyanın, həmçinin boru kəmərlərinin gilizdə (qlafda) çəkilişi zamanı doldurma izolyasiyanın tətbiqi qadağandır.



10.20. Alçaldıcı drenaj işləmədikdə istilik şəbəkələrinin istismara daxil edilməsinə icazə verilmir.

10.21. Keçid kanallarının və həmçinin elektrik avadanlığı quraşdırılmış iri qovşaq kameraların qüvvədə olan qaydalara uyğun elektrik işıqlandırılması olmalıdır.

Keçid kanallarında çəkici-sorucu ventilyasiya saz vəziyyətdə olmalıdır.



10.22. Flanslı armatur tətbiq edilən yerlər istisna olmaqla, istilik şəbəkələrinin bütün boru birləşmələri qaynaqlı olmalıdır. Kompensatorlar və armatur üçün pambıq və kəndir tıxaclardan istifadə etmək qadağandır.

10.23. İstilik şəbəkələrinin yerüstü çəkilişində elektrik intiqallı siyirtmələr armatur və elektrik intiqalını atmosfer yağıntılarından qoruyan və kənar şəxslərin daxil olmasını istisna edən otaqda və ya örtükdə yerləşdirilməlidir.

10.24. Tənzimləyicilər və mühafizə qurğuları, həmçinin istilik enerjisi və istilikdaşıyıcılarının uçotu cihazları ilə təchiz edilməyən istilik istehlakı sistemlərinin istilik şəbəkələrinə birləşdirilməsi qadağandır.

10.25. İstilik şəbəkələri avadanlıqlarının vəziyyətinə və onların iş rejiminə nəzarət üçün boru kəmərlərinə qrafik üzrə müntəzəm olaraq baxış keçirilməlidir.

10.26. İstilik ºəbəkəsini istismar edən təşkilat istilik şəbəkəsinin inşaat konstruksiyalarında, boru kəmərlərində və avadanlıqlarındakı qüsurları aşkar etməli, müasir cihazlardan və diaqnostika üsullarından istifadə edilməklə və həmçinin baxış yolu ilə, təzyiq altında saxlanılmaqla, istilikdaşıyıcısının maksimal temperaturunda sınaqlarla və digər üsullarla onların vəziyyətinə, istilik izolyasiyasına və korroziyadan qorunma örtüyünə nəzarət etməlidir. İstilik şəbəkələrini istismar edən təşkilat bütün avadanlıq üzrə zədələnmələrin və aşkar olunmuş qüsurların uçotunu aparmalı və onları əmələ gətirən səbəbləri təhlil etməlidir.

İstilik şəbəkəsinin boru kəmərləri və avadanlıqlarının vəziyyətinə nəzarət buxar və isti su boru kəmərlərinin təhlükəsiz istismar qaydaları nəzərə alınmaqla həyata keçirilməlidir.

İstilik şəbəkəsi avadanlıqlarının vəziyyətinə nəzarətin dövriliyini istilik şəbəkələrini istismar edən təşkilatın texniki rəhbəri təyin edir.

10.27. Su istilik şəbəkələrində və kondensat kəmərlərində şəbəkə suyunun və kondensatın analizi yolu ilə, həmçinin ən səciyyəvi nöqtələrdə (İEM və qazanxanaların çıxışlarında, magistralın uc sahələrində, iki-üç aralıq qovşaqlarında) quraşdırılan daxili korroziya indikatorları üzrə müntəzəm olaraq boru kəmərlərindəki daxili korroziyaya nəzarət təşkil edilməlidir. İşləməyən istilik şəbəkələri yalnız kimyəvi təmizlənmiş deaerasiya olunmuş su ilə doldurulmalıdır.

10.28. Doymuş buxarın buxar kəmərlərində olan kondensat, fasiləsiz olaraq, kondensatayıranlar vasitəsilə ayrılmalıdır. Əks-klapanlar quraşdırılmadığı təqdirdə kondensatayıranların ümumi kondensat kəmərinə işləməsi qadağandır.

10.29. Normal rejimdə seksiyalara ayıran siyirtmələr və bağlayıcı armatur tam açıq və ya tam bağlı vəziyyətdə olmalıdır; onlar ilə istilikdaşıyıcısının sərfinin tənzimlənməsi qadağandır.

10.30. Su istilik şəbəkəsindən istilikdaşıyıcısının orta illik itkisi saatda, istilik şəbəkəsinin və birləşmə sxemindən asılı olmayaraq ona birləşdirilmiş istilik istehlakı sistemlərinin (suqızdırıcı vasitəsilə birləşdirilmiş isti su təchizatı sistemləri istisna edilməklə) orta illik su həcminin 0,25%-indən çox olmamalıdır.

İstilikdaşıyıcısının sızma itkisini təyin edən zaman istilik kəmərlərinin və istilik istehlakı sistemlərinin plan üzrə təmiri və yeni istehlakçıların və şəbəkə qovşaqlarının qoşulması zamanı onların doldurulması üçün istifadə olunan su sərfi hesaba alınmamalıdır.



10.31. Təmirdən sonra isitmə mövsümü başlananadək istilik şəbəkələrində boru kəmərlərinin və quraşdırılmış bağlayıcı və tənzimləyici armaturların möhkəmliyə və kipliyə görə yoxlanılması məqsədi ilə hidravlik sınaq keçirilməlidir.

Sınaq təzyiqinin minimal qiyməti işçi təzyiqin 1,25 misli qədər olmalıdır. Sınaq təzyiqinin maksimal qiyməti, tərpənməyən dayaqların özünə qəbul edə bildiyi maksimal yükü nəzərə alaraq müəyyənləşdirilir.

Hər bir konkret hal üçün sınaq təzyiqinin qiymətini yuxarıda göstərilən buraxıla bilən hədlər daxilində, istilik şəbəkələrini istismar edən təşkilatın texniki rəhbəri müəyyənləşdirir.

İstilik şəbəkələrinin möhkəmliyə və kipliyə görə yoxlanışı üzrə hidravlik sınaqların və istilikdaşıyıcısının maksimal temperaturu üzrə sınaqların eyni vaxtda keçirilməsi qadağandır.



10.32. Möhkəmliyə və kipliyə görə hidravlik sınaq üçün istilik şəbəkələrinin boru kəmərləri temperature 5 0C-dən aşağı və 450C-dən yüksək olmayan su ilə doldurulmalıdır.

İstilik şəbəkəsinin sınaq təzyiqi ilə sınanması keçirilən müddətdə istilik məntəqələri və istilik istehlakı sistemləri etibarlı surətdə işdən açılmalıdır.



10.33. İstilik şəbəkələrində faktiki istilik və hidravlik itkilərin təyini, qüvvədə olan metodiki göstərişlərə uyğun olaraq, 5 ildə 1 dəfə istilik şəbəkələrini isrismar edən təşkilatın texniki rəhbəri tərəfindən təsdiq edilən qrafik üzrə yerinə yetirilməlidir.

10.34. İstilik şəbəkələrinin boru kəmərlərində xarici korroziya təhükəsinin təyin edilməsi üçün istilik şəbəkələrinin boru kəmərlərində xarici korroziyadan mühafizə üzrə nümunəvi təlimatlara müvafiq onlara müntəzəm olaraq baxış və azan cərəyanların təhlükəli təsirinin aşkar edilməsi üçün elektrik ölçmələr aparılmalıdır.

10.35. İstismar zamanı texnoloji mühafizələr daim işə qoşulmuş vəziyyətdə olmalıdır. İstilik şəbəkələri işləyən dövrdə texnoloji mühafizələrin işdən açılmasına, əməliyyat sənədlərində qeyd edilməklə istilik şəbəkələrini istismar edən təşkilatın texniki rəhbərinin icazəsi ilə yol verilir.

Texnoloji mühafizə qurğuları aşağıdakı hallarda işdən çıxarıla bilər:



  1. şəbəkələr keçid rejimlərində işlədikdə;

  2. mühafizənin aşkar nasazlığında;

  3. mühafizə dövrələrində işlədikdə;

  4. qəzaların aradan qaldırıldığı vaxtlarda;

  5. avadanlıqların təmiri dövründə.

Texnoloji mühafizə qurğularının iş qabiliyyəti dövri olaraq yerli təlimatda göstərilən müddətlərdə və həcmdə yoxlanılmalıdır.

10.36. İstilik təchizatının su sistemləri üçün istiliyin buraxılması rejiminin əsasını mərkəzi keyfiyyət tənzimləməsi qrafiki təşkil etməlidir. İstilik enerjisi mənbələri istilik şəbəkələri və istilik istehlakı sistemləri avtomatik tənzimləmə vasitələri ilə zəruri səviyyədə təchiz edildikdə, müvafiq hidravlik rejimlər hazırlandıqda istiliyin buraxılmasının keyfiyyət-miqdar və miqdar tənzimləməsi qrafiklərinin tətbiq edilməsinə icazə verilir.

İsti su təchizatı olan şəbəkənin verici boru kəmərlərində suyun minimal temperaturu:



  1. qapalı sxemlər üçün 700C-dən aşağı;

  2. isti su təchizatının açıq sxemləri üçün 600C-dən aşağı olmamalıdır.

10.37. Su istilik şəbəkələrinin hidravliki rejimləri hər il isitmə və yay mövsümləri üçün hazırlanmalıdır; açıq istilik təchizatı sistemlərinin isitmə mövsümü üçün nəzərdə tutulmuş rejimləri verici və qaytarıcı boru kəmərlərindən maksimal suayırımı olan və suayırımı olmayan hallara görə tənzimlənməlidir.

Hər isitmə mövsümü üçün istehlakçılara verilən suyun sərfinin tənzimlənməsi üzrə tədbirlər tərtib edilməlidir.

İstilik təchizatı sxemində nəzərdə tutulmuş yeni magistralların və nasos stansiyalarının qurulması ardıcıllığı birləşdirilən istilik yükünün real artımı nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bu məqsədlə istilik şəbəkəsini istismar edən təşkilatda yaxın 3-5 il üçün istilik təchizatı sisteminin hidravlik rejimi işlənib hazırlanmalıdır.

Nasos stansiyaları və əsas magistralların ayrı-ayrı sahələri sıradan çıxdığı hallarda, istehlakçıların istilik təchizatını təmin etmək üçün istilik şəbəkələrində əvvəlcədən tədbirlər nəzərdə tutulmalıdır.



10.38. Şəbəkə nasosları işləyərkən su istilik şəbəkələrinin verici xəttinin istənilən nöqtəsində, istilik mənbəyi, istilik şəbəkələri və istilik məntəqələrinin boru kəmərləri və avadanlıqlarında, həmçinin birbaşa birləşmiş istilik istehlakı sistemlərinin yuxarı nöqtələrində suyun təzyiqi onun maksimal temperaturunda 0,5 kqq/sm2-dan (50 kPa) az olmayan qaynamama ehtiyatı təmin etməlidir.

Şəbəkə nasosları işləyərkən su istilik şəbəkələrinin qaytarıcı xəttindəki suyun təzyiqi hər hansı nöqtədə 0,5 kqq/sm2-dan (50 kPa) az olmamalıdır. Qaytarıcı xətdəki suyun təzyiqi istilik mənbəyi, istilik şəbəkələri və istilik məntəqələrinin boru kəmərləri və avadanlıqları, həmçinin birbaşa birləşmiş istilik istehlakı sistemləri üçün verilən təzyiqdən yüksək olmamalıdır.



10.39. İstilik təchizatı sistemlərindəki statik təzyiq, istilik şəbəkəsinin boru kəmərlərinin və bütün birbaşa birləşmiş istilik təchizatı sistemlərinin su ilə doldurulmasını təmin etməlidir. Statik təzyiq istilik mənbələri, istilik şəbəkələri və istilik məntəqələrinin boru kəmərləri və avadanlıqları və birbaşa birləşmiş istilik istehlakı sistemləri üçün buraxıla bilən qiymətdən yüksək olmamalıdır.

Statik təzyiq şərti olaraq 1-dən 1000C-dək suyun temperaturu üçün müəyyənləşdirilməlidir.



10.40. Qəza nəticəsində şəbəkə və vurucu nasosların elektrik təchizatı kəsildikdə istilik şəbəkəsini istismar edən təşkilat istilik şəbəkələrində və istilik istehlakı sistemlərində təzyiqin yolverilən səviyyə həddində saxlanılmasını təmin etməlidir.

Şəbəkə suyunun təzyiqinin yolverilən qiymətlərdən kənara çıxmaqla qəza dəyişilməsi mümkün olduqda istilik enerjisi mənbəyinin, istilik şəbəkələrinin, istilik istehlakı sisteminin avadanlıqlarının təzyiqin artmasından və hidrozərbələrdən mühafizəsi nəzərdə tutulmalı, həmçinin istilik təchizatı sisteminin bütün nöqtələrində şəbəkə suyunun qaynamaması təmin edilməlidir. Şəbəkə suyunun qaynaması mümkün olduqda ehtiyat nasosların öz-özünə işə buraxılmasına, qəza zamanı işə qoşulmasına icazə verilmir.



10.41. İstilik ºəbəkələrinin təmiri aşkar edilmiş qüsurların, zədələnmələrin, dövri baxışların, sınaqların, diaqnostika və hər il keçirilən təzyiq altında yoxlanışların nəticələrinin təhlili əsasında tərtib olunaraq təsdiq edilmiş qrafikə (plana) əsasən icra olunmalıdır.

Təmir işlərinin qrafiki, istilik şəbəkəsi boru kəmərlərinin və istilik məntəqələrinin eyni vaxtda təmir edilməsi şərti ilə tərtib olunmalıdır.

İstilik şəbəkələrini istismar edən təşkilat müntəzəm olaraq, qəza vəziyyətində olan boru kəmərlərini dəyişməli, həmçinin şəbəkə və avadanlığın istismar etibarlılığının, buraxılan istilikdən istifadənin səmərəliliyinin artırılması, istilik və şəbəkə suyunun itkilərinin azaldılması istiqamətində digər işləri də yerinə yetirməlidir.
11. Metalın vəziyyətinə nəzarət
11.1. İstilik energetikası avadanlıqlarının təhlükəsiz işinin təmin edilməsi və detalların hazırlanması, quraşdırılması və təmiri zamanı yaranan qüsurların, həmçinin erroziya, korroziya, axıcılıq proseslərinin inkişafı, istismar zamanı möhkəmlik və plastiklik xarakteristikalarının aşağı düşməsi nəticəsində əmələ gələ bilən zədələnmələrin qarşısının alınması üçün əsas və əriyən metalın vəziyyətinə nəzarət təşkil olunmalıdır.

11.2. Metala nəzarət, elektrik stansiyasının texniki rəhbərinin təsdiqlədiyi plan üzrə, normativ sənədlərdə nəzərdə tutulmuş müddətlərdə və həcmdə aparılmalıdır.

Normativ sənədlərdə həm normativ, həm də normativdən artıq istismar müddəti hədlərində metala nəzarət üzrə tələblər olmalıdır.



11.3. Metala nəzarəti, ixtiyarında müvafiq avadanlıq olan sexin heyəti ilə birlikdə enerji obyektlərinin metal laboratoriyası və ya metal xidməti yerinə yetirməlidir. Nəzarətin aparılması və ona hazırlıq işləri üzrə vəzifə bölgüsünü elektrik stansiyasının texniki rəhbəri təsdiqləyir. İşlərin yerinə yetirilməsi üçün ixtisaslaşdırılmış təşkilatlar da cəlb oluna bilər.

11.4. Avadanlıqların etibarlılığının artırılması üzrə tədbirlərin işlənib hazırlanması üçün elektrik stansiyalarında metala nəzarətin nəticələri və metalın zədələnmələri barədə məlumatların toplanması və təhlili təşkil olunmalıdır. Lazımi hallarda metalın vəziyyətinə normativ sənədlərdə göstərilənlərdən savayı əlavə nəzarət təşkil edilməlidir.

11.5. Nəzarətin nəticələri qeyd olunan texniki sənədlər avadanlıq hesabdan silinənədək saxlanılmalıdır.

11.6. Yeni gətirilən detal və qovşaqların texniki səviyyəsini təyin etmək, həmçinin əsas və əriyən metalın vəziyyətinin avadanlığın ilkin işlədilməsinə qədərki və sonrakı istismar dövründə müqayisəli qiymətləndirilməsi üçün nəzarət göstəricilərini əldə etmək və onların səviyyə və xassələrinin texniki şərtlərin tələblərinə uyğunluğunu qiymətləndirmək məqsədilə giriş nəzarəti aparılmalıdır.

11.7. İstismara yeni daxil edilən istilik energetikası qurğularının, həmçinin istismar olunan avadanlıqların təmiri zamanı yeni quraşdırılan qovşaq və detalların metalları giriş nəzarətindən keçirilməlidir. Metallar üzərində aparılan giriş nəzarətinin üsulları və həcmi normativ sənədlərə əsasən müəyyən edilir.

11.8. İstismar nəzarəti, avadanlığın elementlərində metalın vəziyyətinin dəyişilməsini qiymətləndirmək və normativ xidmət müddəti ərzində onun gələcək istismara yararlığını təyin etmək üçün təşkil edilməlidir.

11.9. Enerji avadanlıqlarının əsas elementlərinin (boru kəmərləri dirsəklərinin, barabanların, qazan kollektorlarının, buxar kəmərlərinin, qabların, silindr gövdələrinin, klapanların, turbin rotorlarının) texniki diaqnostikası normativdən əlavə xidmət müddətinin təyini və göstərilmiş müddət ərzində etibarlı işi təmin edən tədbirlərin işlənib hazırlanması məqsədi ilə aparılır.

11.10. Əsas və əriyən (qaynaqlanmış) metalın vəziyyətinin qiymətləndirilməsi üçün, bir qayda olaraq, normativ sənədlərin müddəalarına uyğun olaraq qeyri-dağıdıcı nəzarət üsulları tətbiq olunmalıdır.

11.11. Texniki diaqnostika zamanı metalın faktiki vəziyyətinin qiymətləndirilməsi, bir qayda olaraq, kəsiklər üzrə aparılır.

11.12. Məsul detal və qovşaqların (boru kəmərləri dirsəklərinin, barabanların, qazan kollektorlarının, baş buxar kəmərlərinin, silindr gövdələrinin, dayandırıcı klapanların, turbin rotorlarının və s.) metallarının nəzarət nəticələri qeyri - kafi olduqda və ya onların normativ resursları başa çatdığı hallarda, onların sonrakı istifadəsini müəyyənləşdirmək üçün texniki-ekspert komissiyası (TEK) yaradılır. Bu komissiya istismar vaxtı metala nəzarətin nəticələrini və digər lazımi sənədləri nəzərdən keçirərək (təhlil edərək), qovşaq və detalların təmiri və işdə saxlanılması, yaxud onların sökülməsi və ya termiki bərpa emalının aparılması haqqında qərar qəbul edir.

11.13. Hər bir elektrik stansiyası ücün, bu stansiyanın istismar xüsusiyyətlərini nəzərə almaqla metala nəzarət üzrə istehsalat təlimatının işlənib-hazırlanmasına icazə verilir. Müvafiq texniki əsaslandırma olduqda, istehsalat təlimatı nəzarətin həcmi və aparılma müddətinə görə ümumi qəbul edilmiş təlimatdan fərqlənə bilər.


Yüklə 490,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin