"Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında



Yüklə 1,08 Mb.
səhifə21/24
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#37399
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   24
18 “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

Müqavilənin şərtləri


  1. Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar.

  2. Hesablaşma elektrik sayğacı:

______________________________________________________________________________

(elektrik sayğacının quraşdırıldığı yer)



  1. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur.

  2. Elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi ____________manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu nəzərə alınır.

  1. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Özünəxidmət üsulu tətbiq edildikdə, hesablaşma kitabçasında müəyyən olunmuş gündən, yaxud enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik enerjisi sərfinə görə ödəniş sənədi təqdim edildiyi gündən sonra məişət abonenti 10 gün müddətində poçt və ya bank şöbələri vasitəsilə elektrik enerjisinin haqqını ödəməlidir. Məişət abonenti müəyyən olunmuş gündən sonra 10 gün müddətində ödəniş sənədi üzrə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, sonrakı hər bir gün üçün ödəniş aparılan günədək ödəniş sənədindəki məbləğin 0,01% miqdarında enerjitəchizatı müəssisəsinə dəbbə (penya) ödəyir. Məişət abonenti bundan sonrakı 20 gün müddətində ödəniş sənədi üzrə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, dəbbə (penya) tutulması hüququndan asılı olmayaraq, enerjitəchizatı müəssisəsi 3 gün əvvəl xəbərdar etməklə, onu enerjiyə görə borc ödənilənədək elektrik şəbəkəsindən aça bilər. Elektrik şəbəkəsindən açıldığı müddətdə məişət abonentindən dəbbə (penya) tutulmur.

6. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar.

6-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.

7. Tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər.

8. Bu müqavilə iki nüsxədə tərtib olunmuşdur. Onlardan biri enerjitəchizatı müəssisəsinə, digəri isə məişət abonentinə verilir.


Enerjitəchizatı müəssisəsi ___________________________

(imza)


Məişət abonenti ___________________________

(imza)





“Elektrik enerjisindən istifadə qaydaları”na


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin