Elektrotexnikanın / Elektronikanın əsasları
13
(3) Həlledici maddə
Həlledici maddə möhkəm lehimlənməyə kömək etmək üçün katalizator kimi çıxış edir və əsas
materialda (çap dövrə sxemi) görünməyən çirki aradan qaldırmaq və lehimlənmədən sonra qatı-
laşmış qurğuşunun səthində nazik təbəqə əmələ gətirməklə, oksidləşmənin qarşısını almaq üçün is
-
tifadə olunur.
(4) Lehimləmə dəmirinin altlığı və termostat
Siz lehimləmə zamanı işi təhlükəsiz şəkildə yerinə yetirmək üçün lehimləmə dəmiri altlığından is
-
tifadə etməlisiniz. Lehimlənəcək olan yerin formasından asılı olaraq, tətbiq sahəsinə görə lehimləmə
dəmirinin ucluğunu dəyişmək məqsədəuyğun ola bilər. Boğazın həddən artıq qızmasının qarşısını
almaq üçün, boğazdakı ucluğun temperaturunu nizamlamaq üçün termostatdan istifadə edin.
Termostat əvvəlcə maksimal temperaturu qismən azaldaraq və dəstəyi düzgün temperatura ni
-
zamlayaraq istifadə olunur. Bundan əlavə, lehimləmə zamanı lehimləmə dəmirinin ucluğunda çirk
meydana gəldiyindən, onu təmizləmək üçün həmişə istilik müqavimətli süngərdən istifadə edin.
Dostları ilə paylaş: