Elektrotexnikanın / Elektronikanın əsasları
5
etməlisiniz.
6.
Təcrübə nəticələrini qeyd edərkən, hansı vahiddən istifadə etdiyinizdən əmin olun. Xüsusi hallar
istisna olmaqla, MKS vahidlər sistemindən istifadə edin.
3) Təcrübə zamanı təhlükəsizlik qaydaları
Təhlükəsizlik haqqında biliklər, bacarıqlar və yanaşmalar başa düşülməli, onlara digər texnologi
-
yalardan istifadə olunduğu hallarda olduğu kimi riayət olunmalıdır və bu davranış təcrübə ilə forma
-
laşa bilər.
Bununla əlaqədar laboratoriyada ümumi təhlükəsizlik qaydaları aşağıdakı kimidir.
1.
Bütün tapşırıqları
həyata keçirməzdən əvvəl, avadanlığın vəziyyətini yoxlayın.
2.
İş bütün qurğular qaydaya salındıqdan sonra başlamalıdır. Əks halda naqilin qısa qapanması və
elektrik şoku meydana gələ bilər.
3.
Nəm döşəmədə elektriklə işləyərkən təmas müqavimətinin azalması səbəbilə elektrik sızması və
elektrik şoku riski olduğu üçün ehtiyyatlı davranmalısınız.
4.
Qurğunun iş prinsipi ilə tanış olmadığınız zaman toxunmayın.
5.
İşləyərkən lüzumsuz danışıq və hərəkətlərə yol verməyin.
6.
Heç
bir şey tələsərək deyil, sakit şəkildə yerinə yetirilməlidir.
7.
Baş vermiş hər hansı qəzanı dərhal məruzə edin.
8.
Bütün avadanlıqlar ehtiyyatla istifadə olunmalıdır. İstifadədən sonra, onları
yerinə qoyun və
səliqə ilə saxlayın.
Dostları ilə paylaş: