Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


ƏLİFBA İSLAHATÇISI, FOLKORÇU, PEDAQOQ, DÖVLƏT QURUCUSU AHMET BAYTURSUNOV



Yüklə 9,67 Mb.
səhifə13/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
ƏLİFBA İSLAHATÇISI, FOLKORÇU, PEDAQOQ, DÖVLƏT QURUCUSU AHMET BAYTURSUNOV

Ahmet Baytursun oğlu Or­ta ju­zun (cuz) Arqun nəs­lin­dən­dir. Bu nəsil ulu babaları, xalq batırı (pəhlivan, cəngavər – Ə.Ş.) Umbetayla hə­mişə qürür duymuşdur. Ah­me­tin babası Şoşak böl­gənin nüfuzlu, ötkəm kişilərindən olmuşdur.

Ahmet Baytursunovun do­ğum tarixi qaynaqlarda fərqli-fərq­li göstərilir. Müxtəlif illər­də həbs edilərkən müstən­tiq­lə­rin sorğularına verdiyi cavab­larda gah 1870-ci ildə, gah 1875-ci ildə, gah 1872-ci il sentyabrın 5-də doğulduğunu söyləsə də, onun doğum tarixi əsasən 1873-cü il yanvarın 15-i (yeni tarixlə yanvarın 28-i) kimi göstərilir.

Qazaxlar onun adı və soyadını Ahmet Baytursun əulu kimi yazsalar da daha çox Ahmet Baytursunov kimi tanınmışdır. Rusiya imperiyasının inzibati ərazi bölgüsünə görə Turqay vilayəti Turqay qəzasının Sartıbek aulunda ortabab kəndli ailəsində doğulmuşdur. Uşaqlıqda molla yanına gedərək ora­da yazıb-oxumağı, əsasən də Quran oxumağı və şəriət qay­da­larını öyrənmişdir. İbtidai təhsil verən bu tipli mək­təb­lər adə­tən mollaxana kimi tanınır. Ahmet hələ mollaxanada oxu­duğu illərdə rus hakim dairələrinin qəddarlığı ilə rastlaş­mışdır.

1885-ci il oktyabrın 12-də (bəzi qaynaqlarda bu hadisənin oktyabrın 20-də baş verdiyi göstərilir. – Ə.Ş.) qəza rəisi polkovnik Yakovlev kazak dəstəsilə Şoşak nəslinin Turqay və Jinqildi çaylarının birləşdiyi yerdəki qışlağına gəlir. Burada qocalara, qadınlara, uşaqlara da rəhm etmədən, onları döyüb təhqir etməyə, soyğunçuluğa başlayır. Haqsızlığa dözə bilmə­yən kəndlilər silahlı kazaklara müqavimət göstərirlər. Ah­metin atası Baytursun polkovnik Yakovlevi vurub atdan salır. Toqquşmada kəndilələrdən bir nəfər ölür və çoxlu yaralanan olur. Ciddi müqavimətə rast gəlmiş, döyülmüş kazaklar başı yarılan və huşunu itirən rəisləri Yakovlevi də alıb, qaçmaq məcburiyyətində qalırlar.

Az sonra İrqız və Turqaydan aula cəza dəstələri göndərilir. Cəza dəstələti üsyançı adlandırdıqları qazaxlara divan tutur, auldakıların hamısı aparılıb Turqay hərbi dairəsinin qaupvaxtına salır, mal-mülklərini də müsadirə edirlər. Bir il sonra Kazan Hərbi Dairəsinin Məhkəməsi şoşakları mühakimə edir. Rus dilini bilməyən qazaxların dediklərini tərcüməçilər olduğu kimi hakimə çatdırmır, əksinə, ifadələri Yakovlev və onun kazak dəstəsinin xeyrinə, təhrif edilmiş şəkildə çevirirlər.

Kazan Hərbi Dairəsinin Məhkəməsi Ahmetin atası Baytursunu, əmiləri Aktası, Sabalakı və b. hökumətə qarşı çıxmaqda ittiham edərək, 15 il həbs cəzası kəsərək Sibirin dərinliklərindəki İtjekkenə, katorqaya yollayır. Auldakı kişilərin çoxu da müxtəlif müddətli həbs cəzasına məhkum edilir. Ahmetin əmisi Erqazıya da dörd il həbs cəzası verirlər. Erqazı həbsdən döndükdən sonra qardaşı uşaqlarını da himayəsinə götürür. Rus dilini bilmədiklərinə görə məhkəmədə çəkdikləri əziyyət Erqazı qardaşı Aktasın oğlu Aspandiyarı rusca oxutmağı qərara alır. Erqazın o biri qardaşı, yəni Baytursunun oğlu Ahmet də əmisinə rus dilində təhsil almaq istədiyini bildirir.

Anası Künşinin razılığı ilə əmisi 1886-cı ildə Ahmeti də Turqay qəsəbəsindəki ikisinifli rus-tuzem (Qafqazda rus-tatar məktəbi adlandırılan bu tip məktəblər Türküstanda və Sibirdə rus-tuzem məktəbi adlanırdı. Bu məktəblər əsasən kiçik məmur, tərçuməçi hazırlamaq üçün nəzərdə tutulsa da, oranı bitirənlər arasından çoxlu məşhur insanlar çıxmışdır. – Ə.Ş.) məktəbinə oxumağa göndərir. Ahmet maddi sıxıntılar içərisində yaşasa da, 1891-ci ildə burdan məzun olub Orenburqdakı müəllimlər seminariyasında oxumağa gedir.

1895-ci ildə müəllimlər seminariyasını bitirən Ahmet Baytursunov Aktyubinsk qəzasının Batpak nahiyyəsindəki Ahmetgeray Katıbakovun açdığı məktəbdə müəllim işləməyə başlayır. Bir müddətdən sonra Ahmet Kustanay vilayətinin Auliekoldakı ikisinifli rus-tuzem məktəbinə dəyişilir. Orada işlərkən evində qaldığı meşəbəyi Aleksandr İvanovun qızı ilə evlənir. Xanımı Aleksandra Ahmetə hörmət əlaməti olaraq islamı qəbul edir və adını, atasının adını dəyişərək Bədirsəfa Muhamet­sadık qızı kimi qeyd etdirir.

1896-cı ildə qazax çöllərini gəzərək folkor toplayan, qa­zax xalqının etnoqrafiyasını, dialektlərini öyrənən çuvaş araş­dı­rıcısı Alektorovla tanışlıq gənc müəllimin dünyag­ö­rü­şün­də böyük dəyişiklik yaradır. Ahmet Baytursunova ilk də­fə ondan qazaxların yaşadığı geniş ərazi haqqında, Rusiya hö­kumətinin işğalçılıq siyasətinin mahiyyəti haqqında, eləcə də rus alimi İlminskinin maarifçilik adı altında missionerlik fəaliy­yəti ilə məşğul olduğu haqqında geniş məlumat alır. Gənc vətənsevər xalqının yaşadığı çoğrafiyanı, millətinin ya­şam tərzini öyrənir, folklorunu toplayır, uşaqların daha yaxşı təh­sil alması, biliklərə tez yiyələnməsi üçün metodlar axtarır. Ye­ni­yetməliyində dombura çalmağa böyük maraq göstərən Ah­met






Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin