Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


-ci ilin fevralın 5-13-də keçirilən Ümumittifaq Elmi İşçilər qurultayının iştirakçilarından bir qurupu. Soldan üçüncü, eynəkli Ahmet Baytursunovdur



Yüklə 9,67 Mb.
səhifə15/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
1927-ci ilin fevralın 5-13-də keçirilən Ümumittifaq Elmi İşçilər qurultayının iştirakçilarından bir qurupu. Soldan üçüncü, eynəkli Ahmet Baytursunovdur.

Baytursunov millətinin maariflənməsi üçün çox çalışır. O, gah xalqının ziyalı övladlarının millət üçün gördükləri işləri təqdir edən məqalələr yazır, gah məktəblərin yenidən qurulması, dərslərin hansı metodla keçilməsi haqqında müzakirələr açır, gah da yaramaz, mühafizəkar və rüşvətxor məmurları kəskin tənqid edir. Qazax-qırğızların ictimai-siya-si və mədəni həyatını işıqlandıran yeganə qəzetə çevrildiyinə görə abunəçilərin sayı elə birinci il üç min nəfərə çatır.

1913-cü ildə “Kazax” qəzetində dərc etdirdiyi “Qazaqtıñ bas akını” (“Qazağın baş şairi” məqaləsində Abayın (İbrahim Kunan­bayev) həyatından, yaradıcılığından, ictimai fəaliy­yətindən, qazax ədəbiyyatına gətirdiyi yeniliklərdən söz açır. 1914-cü idə çap olunan səksəninci saydakı “Qırğız (qazax) vilayətini idarə etmə üsulları” tənqidi yazısı böyük əks-səda doğurur. Dəfələrlə redaksiyasında axtarışlar aparılan, redak­to­ru qubernator və jandarma idarəsinin rəisi tərəfindən istin­taqa çağırılan “Kazax” qəzeti bağlanmaq təhlükəsi ilə üzləşir. Çünki qubernator general-leytenant Nikolay Aleksandro­­viç Suxumlinov qəzetin redaktoru Ahmet Bay­tursu­novu 1500 manat cərimə edir.

Ahmet Baytursunov qəzet bağlanmasın deyə cərimə əvə­zində səkkiz ay həbsdə yatmağa razı olur. Səhhəti həbsxana üçün münasib olmasa da, özü həbsxanaya gedir. Bundan xə­bər tutan oxucular və xeyirxah insanlar müxtəlif şəhər və kənd­lərdən cərimə pulunu teleqrafla göndərirlər. 4-5 gündən sonra Ahmet Baytursunov həbsdən azad edilir (1916-cı ildə qə­zet yenidən üç min manat cərimə olunanda da oxucular cəriməni ödəyərək, qəzetin bağlanmasına yol vermirlər).

“Kazax” qəzetinə redaktorluq etməklə böyük təşkilatçılıq işi görən, ciddi məqalələr yazmaqla xalqını qəflət yuxusun­dan oyadan, müəllim işləyən, metodik vəsaitlər çap etdirən Ahmet Baytursunov həm də istedadlı müsiqiçi və bacarıqlı bir folklor toplayıcısı, araşdırıcı olmuşdur. Belə ki, onun qazax yırçılarından (el nəğməkarı, aşıq – Ə.Ş.) toplayıb, yazıya aldığı və izahlar yazaraq 1913-cü ildə Moskvada çap etdirdiyi “Er Sayın” hələ də elmi əhəmiyyətini itirməyib.

Ahmet Baytursunov yalnız gəncliyində folklor toplamaqla kifayətlənmir. Sonralar da dastan, joqtav (ağı) və b. folklor nümunələri toplayıb, sistemə salaraq 1926-cı ildə Moskvada çap etdirir. Bu kitaba daxil etdiyi şeirlər Mamay Batır, Kaz Davıstı Kazıbek, Kenesarı-Navrızbay, Ertorı, Erğazı, Abdı­ğapar və b. tarixi şəxsiyyətlər haqqında 23 joqvat (ağı) olur.

Bu nəşrlər qazax ədəbiyyatında folklorun toplanması, araşdırılması, sinifləndiriməsi, sistemə salınması sahəsində ilk nümunələr idi. Araşdırıcı A.V.Zatayeviç Ahmat Baytur­sunovun qazax xalq müsiqisi və nəğmələri ilə bağlı “Qazax xal­qının 1000 nəğməsi” adlı əsərinin olduğunu yazır.

Ahmet Baytursunov “Kazax” qəzetində yalnız qazax xalqı­nın tarixindən, mədəniyyətindən, folklorundan, gün­dəlik mübarizəsindən bəhs edən yazılar çap etməklə kifayət­lən­mir. Birinci Dünya Savaşı illərində Rusiya İmperiyasının iş­ğal dairəsində qalan Kars vilyətindəki aclıq və qıtlığı da gün­dəmə gətirir.

Çünki bu faciə minlərlə insanın ölümünə, yüzlərlə uşağın ata-anasız qalmasına səbəb olmuşdur. Belə ağır günlərdə Ahmet Baytursunov qəzetin 1915-ci ildə çap olunan 103-cü sayında qazax xalqına müraciət edərək onları qarslı soydaşlarına və dindaşlarına yardım etməyə çağırır. Bu çağırışdan sonra xalq qubernatora müraciət edərək “Karslı müsəlmanlara yardım komitəsi” yaratmağa nail olurlar. Toplanan yardımlar Karsa göndərilir. Əslində bu Rusiya əsarə­tində olan müsəlman xalqları nümayəndələrinin höku­mətə etirazı idi.

Birinci Dünya Savaşı iqtisadi vəziyyəti onsuz da ağır olan Rusiyanı çıxılmaz bir bataqlığa soxur. Ölkədə əhalinin vəziyyəti getdikcə pisləşir. Belə ki, savaş başlanan vaxtdan ötən müddətdə təkcə qazax-qırğızlardan vergilərdən əlavə 38 min kvadratmetr keçə çadır, 300 min put balıq, 70 min at alınmış, yalnız 1916-cı ildə xalqı üç milyard som (pul vahidi – Ə.Ş.) verməyə məcbur etmişdilər. Bu vergilərdən, vergi adına zorla müsadirəldən xalq cana doymuşdu.

Xalqın səbrinin tükəndiyi bir zamanda, yəni 1916-cı il iyunun 25-də çar II Nikolay xristian olmayan xalqların 18-45 yaşlı kişilərinin səfərbərliyə alınaraq, səngər qazılmasına, hərbi sursat daşınmasına və s. işlər görülməsinə göndərilməsi haqqında fərman imzalayır. Fərmandan istifadə edən məmurlar da özbaşınalıq edir, 50-60 yaşlı kişilərin də yaşını az göstərərək səfərbərliyə cəlb edirlər.

Məhsul yığımının qızğın vaxtına və ramazan ayına düşdüyündən Türküstanda və Qazax-Qırğız çöllərində yaşayan, oruc tutmuş müsəlmanlar elliklə çarın fərmanına qar­şı çıxırlar. Beləliklə, kortəbii xalq üsyanı başlayır. Üsyanı yatır­­maq üçün bölgəyə general İvanov-Runovun koman­dan­lıq etdiyi ordu yeridilir.

Üsyanın ən qaynar nöqtələrindən olan Cizaq (Jizak) şəhəri yer­lə yeskan edilir, qadınlar, uşaqlar, qocalar rəhm edil­mə­dən öldürülür. Şəhər və kəndlər dağıdılsa da, minlərlə insan öldü­rülüb, həbs edilsə də, üsyan ocaqları gah burda, gah orda alovlanır.

Qəribə görünən bu idi ki, vətənsevər, millətini azad və xoş­bəxt görmək istəyən Ahmet Baytursunov və onun məs­lək­daşları üsyançılara qoşulmur. Hətta “Kazax” qəzetində üs­yanla bağlı tənqidi fikirlər özünə yer tapır. Bu da səbəbsiz deyildi. Onlar düşünürdülər ki, körtəbii üsyan xalqın qırılmsından, öndərlərinin məhv edilməsindən başqa bir şey verməyəcək. Lidersiz, təşkilatsız üsyançı dəstələri nizami ordular vasitəsilə dağıdılacaq.

Tarixçilər bu üsyanın məğlubolma səbəblərini belə dəyərləndirirlər:


  1. Üsyan çar II Nikolayın fərmanına etiraz əlaməti olaraq heç bir hazırlıq aparılmadan, qəflətən başlamışdı.

  2. Üsyanın müəyyən bir mərkəzi və idarəedəcək təşkilatı, lideri olmamışdı.

  3. Üsyançı dəstələrin bir-birilə heç bir əlaqəsi, mübarizə planı olmadığı kimi, üsyan başlayandan sonra da aralarında əlaqə qura bilməmişlər.

  4. Xalq hökumətə qarşı çıxmaq istəyində deyildi, sadəcə olaraq mallarının əllərindən alınmasına və səfərbərliyə alınmalarına etiraz əlaməti olaraq ayağa qalxmışdı.

  5. Üsyançıların əlində lazımi qədər və atıcı silahlar yox idi.

  6. Hökumət üsyanı yatırmaq üçün nizami silahlı dəstələr göndərməklə yanaşı, bölgəyə köçürdüyü rus kəndlilərini də silahlandırıb üsyançılara qarşı göndərmişdi.

Dəyişikliklərin inqilabi yolla deyil, islahatlarla aparılmasının tərəfdarı olan Ahmet Baytursunov qazax-qırğız xalqının öndə gedənlərinə üsyançı adı verilib məhv edilə­cə­yindən qorxurdu. Onun və məsləkdaşlarının düşün­dü­yü kimi də oldu. Üsyan yatırıldıqdan sonra qurulan hərbi səhra məhkəmələri 1917-ci il fevralın 1-ə kimi 347 nəfərin edam edilməsi, 168 nəfərin sürgünə göndərilməsi, 129 nəfərin müxtəlif müddətli həbs cəzasına məhkum edilməsi haqqında qərar çıxardı. 300 min nəfərdən çox qazax-qırğız isə Çinin batısına köçməli oldu. Bu köç zamanı da yollarda minlərlə insan və insanların yaşamını təmin edəcək heyvan tələf oldu.

Qəzeti milli ziyalıların ideoloji mərkəzinə çevirən, ərəb əlifbasının türk dilləri üçün yaramadığını görüb, yeni əlifba yaradan, ictimai-siyasi xadim kimi formalaşan Ahmet Baytursunov qazax-qırğızların milli təşkilatı olan Alaş Partiyasının proqram və nizamnaməsini yazanlardan, bir sözlə, təşkilatı quranlardan olur.

Maraqlı burasıdır ki, çar hökuməti zamanı “Kazax” qəzetinə təzyiqlər olsa da, cərimələnsə də, bağlanmamışdır. Qəzet Müvəqqəti Hökumət zamanı, yəni 1917-ci ilin martında məhkəmə qərarı ilə bağlanmışdır. Baxmayaraq ki, qəzetin sahibi, təsisçisi Əli xan Bökeyxanov Müvəqqəti Hökumətin rəhbərliyində təmsil olunur, hökumətin başçısı A.F.Kerenski ilə şəxsi münasibətləri vardı.

II Nikolay çar taxtından salınıb Müvəqqəti Hökumət qurulduqda qazax-qırğız ziyalıları da müstəmləkə zülmündən xilas yolları axtarırlar. Ahmet Baytursunov 1917-ci il aprelin 2-8-də Orenburqda keçirilən Turqay Vilayəti Qırğızlarının Qurultayında iştirak edir. Qurultayda rəhbərliyə Ahmet Baytursunovun başçılığı altında 8 nəfər seçilir və onlara Ümumqırğız qurultayını hazırlamaq tapşırılır.

Onlar bu vəzifənin öhdəsindən bacarıqla gəlirlər. 1917-ci il iyulun 21-27-də keçirilən İkinci Ümumqırğız Qurultayında Konstitusiyaçı Sosialistlər Partiyasının adı dəyişilərək Alaş Pariyası adlandırıldı. Ahmet Baytursunovu qurultaya sədr və Turqay vilayətindən nümayəndə seçirlər. 1917-ci il avqustun 20-25-də Aktubinskdə Tuqay Vilayətinin II Qırğız Qurultayı keçirilir. Bu qurultayların təşkilatçılarından olan Ahmet Baytursunov Alaş hərəkatının partiyaya çevrilməsində böyük rolu oynayır.

Bolşeviklərin Peterburqda silah gücünə Müvəqqəti Höku­məti hakimiyyətdən uzaqlaşdırması vəziyyəti daha da gərginləşdirir. Ölkəni bir xaos bürüyür. Rusiyanın əsarət altında olan xalqları müstəqil dövlətlərini qurmağa çalışırlar.

1917-ci il dekabrın 13-15-də Orenburq şəhərində Ümum­qır­ğız Qurultayı çağırılır. Qurultayda Rusiyanın tərkibində




Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin