Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


Ahmet Baytursunovun Almatıdakı ve muzeyı və muzeyın qarşısında qoyulmuş büstü



Yüklə 9,67 Mb.
səhifə17/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
Ahmet Baytursunovun Almatıdakı ve muzeyı və muzeyın qarşısında qoyulmuş büstü.

Ahmet Baytursunov 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda türk xalqları üçün hazırladığı əlifba layihəsini müzakirəyə təqdim etsə də, onu qəbul etdirə bilmir. Qurultayda Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və b. ilə görüşərək onlar vasitəsi ilə mühacirətdə olan keçmiş məsləkdaşları ilə əlaqə yaratmağa nail olur.

1921-1925-ci illərdə elm və ədəbiyyat komissiyasına rəhbərlik edən, Qazaxıstan Tədqiqlər Cəmiyyətinin fəxri sədri olan A.Baytursunovun üzərində Sovet xüsusi xidmət orqanlarının nəzarəti bir an da olsun azalmır.

Orenburqdakı Qazax Pedoqoji İnstitutunda müəllimlik edən, sonra Daşkənddəki Qazax Pedaqoji İnstitutunda qazax dili və ədəbiyyatından dərs deyən A.Baytursunovu 1928-ci ildə Almatı Qazax Universitetinə işə dəvət edirlər. O, burada qa­zax dili və ədəbiyyatı professoru seçilir. Lakin bu hal çox da uzun sürmür.

Ahmet Baytursunov maarif sahəsində çalışsa da, elmi araş­dırmalarla məşğul olsa da siyasi fəaliyyətdən əl götür­mür. Gizli millətçi təşkilatın qurulmasında, türk xalqlarının rus işğalçılarına qarşı birgə mübarizə aparmasının planlaş­dırıl­masında fəal iştirak edir.

Maarif və elm sahəsindəki böyük xidmətlərinə bax­ma­yaraq, onu 1929-cu il iyunun 12-də həbs edirlər. Uzun və işgən­cəli istintaqdan sonra məhkəmə millətçi təşkilatda iştira­kına görə güllələnmə hökmünü oxuyur. Səkkiz ay güllələnə­cəyi günü gözləyən Ahmet Baytursunovun güllələ­n­mə hökmü 10 illik həbslə əvəzlənir.

Solevki adalarındakı həbsxanalara göndərilən Ahmet Bay­tur­sunov vaxtından əvvəl 1934-cü ildə həbsdən azad edilir. Buna səbəb məşhur rus yazıçısı Maksim Qorkinin xanımı E.P.Peşkovanın Dünya Qırmızı Xaç və Qızıl Aypara Cəmiy­yət­lətinə, eləcə də RK(b)P Mərkəzi Komitəsinə yazdığı məktublar olur. O, məktublarında ziyalıların, yazıçı və şairl­ə­rin silahlı müqavimətdə iştirak etmədiklərini, azad düşüncəli sənət­karlar olduqlarına görə, fikirlərini sərbəst söylə­dik­lə­rindən həbs edildiklərini və bunun da mədəniyyətin, elmin inkişafına ağır zərbə vurduğunu yazır və xahiş edir ki, onlar əfv edilsinlər.

Həbsdən azad olunduqdan sonra ailəsi də sürgündən bu­ra­­xı­lır. Ahmet Baytursunov xanımı Badisəfaya (Alek­sandra), övladları Ay­ma­ta, Kazixana, Şolpana qovuşur. Ailə bir yerə toplanaraq Alma­tıya gəlir. Lakin burada Ahmet Baytur­su­no­vun sənədlərinin üzərinə “Heç bir peşə sahibi deyildir” yazıldığına görə ona iş verən tapılmır. Ailə maddi sıxıntı içərisində qalır.

Ahmet Baytursunov həbs və sürgündə elmi və bədii yaradıcılıqla məşğul ola bilmir. 1937-ci ildə onu yenidən həbs edirlər. Ahmet Baytursunov keçmiş alaşçılardan Qabbas Nurumovla, Almuxammad Kasımovla, Alimxan Yermakovla, eləcə də Qazax xalq maarif komissarı Teymurbek Jurqenevlə, RSFSR Xalq Komissarlar Soveti sədrinin müavini Turar Rıskulovla, Bakıda yaşayan professorlardan Bəkir Çobanzadə və Qaziz Qubaydullinlə və b. ilə birlikdə antisovet təbliğat apardığına, Sovet dövlətini devirməyə cəhd etdiyinə görə güllələnməyə məhkum edirlər. Ölüm hökmü 1937-ci il dekabrın 8-də yerinə yetirilir.

1956-cı ildə repressiya qurbanlarının çoxuna bəraət verilsə də, Ahmet Baytursunova bəraət verilmədi. Heç kimə gərək olmayan, əhəmiyyətini çoxdan itirmiş bəraət ona 1988-ci ildə SSRİ-nin dağılması ərəfəsində verilir. 1998-ci ildə isə anadan olmasının 125 illiyi qeyd edilərək əsərlərinin çapı, adının əbədiləşdirilməsi üçün bəzi işlər görülür.



(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2013-ci il martın 28-də efirdə səsləndirilmiş verlişin mətni. ( www.trtazerbaycan.com) əsasında hazırlanmışdır.)


Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin