Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


Mustafa Şokayın Fransada ucaldılmış büstü. Heykəltaraş Amangəldi Kenenbayevdir



Yüklə 9,67 Mb.
səhifə5/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   2   3   4   5   6   7   8   9   ...   35
Kenesarı xan Qasım oğlunun şərəfinə hazırlanmış poçt markası

Qazaxların milli şüurunun oyanmasına böyük təsir gös­tər­miş Kenesarı xan 1845-ci ildə rus ordusunun mühasirəsinə dü­şür. Böyük ümid bəslədiyi dini bir, dili bir qırğızlardan kö­mək ala bilmir. Məğlubiyyətin qaçılmaz olduğunu görsə də, döyüşü davam etdirir. Hər zaman mərdliklə döyüşən sərkərdə bu dəfə də prinsipinə sadiq qalır. Böyük Qazax çöllərini, dağlarını yaxşı tanıyan, mühasirəni yararaq qaçmaq im­kanı olan Kenesarı Qasım oğlu sonadək döyüşü davam et­di­rir.

Odlu silahlarla təchiz olunmuş, toplardan istifadə edən rus or­dusu qəhrəmanlıqla döyüşən qazax əsgəri birliyini dağıdıb, onun cəsur rəhbəri Kenesarı xan Qasım oğlunu dö­yüşdə Qırğızların əlilə öldürür, başını da kəsib Sankt Peterburqa, çara hədiyyə kimi göndərirlər. Bununla da qazaxlar yenidən Rusiyanın əsa­rətinə düşür.

Kenesarı xan vətən, millət və din uğrunda şəhid olur. Qa­zax xalqı Rusiyanın əsarətini qəbul etməyə məcbur olsa da, iş­ğalçılara qarşı zaman-zaman üsyanlar, etiraz hərəkatları baş qal­dırır. 1918-ci ildə qurmuş olduqları Alaş Orda dövlətini bol­şeviklər dağıdırlar.

Qazax xalqı isə qəhraman oğlunu heç vaxt unutmur. Hətta Sovet hakimiyyətinin ən güclü dövrlərində belə görkəmli Qazax yazıçısı İlyas Esenberli yazdığı “Köcərilər” trilogiyasının bir cildini “Xan Kene” (1969) adı ilə nəşr etdirir..

Son ayaqlanma isə 1986-cı ilin dekabrında Almatıda baş ve­rir. Həmin gün yüzlərlə insan şəhid olsa da, onların qanı yer­də qalmır. Bu ayaqlanma SSRİ deyilən nəhəng impe­ri­ya­nın yaxınlarda çökəcəyindən xəbər verirdi. Nəhayət, azadlıq ax­taran xalqlar istəklərinə nail oldular.

Almatı ayaqlanmasından sonra SSRİ-nin tərkibindəki res­pub­likalar suverenlik aktlarını imzaladılar. Beləcə, Qa­za­xıs­tan da 1991-ci ildə müstəqilliyinə qovuşur, Kenesarı xan Qa­sım oğlunun arzuları 146 il sonra reallaşır.

2001-ci ildə Astana şəhərində, İşim çayı sahilində Kenesarı xan Qa­sım oğlunun atlı heykəli (heykəltəraş Şot Aman Valixanovdur) qoyuldu. 2008-ci ildə “Kazaxpoçt” rəssam Əbilxan Kaseyeva Kenesarı xanın portiretini hazırlatdı və həmin portiret əsasında 25 təngəlik poçt markası çap etdirdi. 2002-ci ildə onun anadan olmasının 200 illiyi təntənəli şəkildə qeyd edildi.

Rusyanın ən məşhur nəşriyyatlarından olan “Molodaya qvardiya” nəşriyyatı “Məşhur adamların həyatı” seryasından Ediqe Valixanovun Kenesarı xanın həyatından bəhs edən kitabını nəşr etdi. Lakin Qazaxların tanınmış ictimai siyasi xadimlərinin, deputatlarının, yazıçı və şairlərinin təkidinə baxmayaraq hələ də Kenesarı xan kəlləsi Rusyadan alınıb vətən torpağında dəfn edilməyib.

(Bu yazı TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Ra­dio­sunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2011-ci il fev­r­a­lın 3-də efirdə səsləndirilmiş verliş (www.trtazerbaycan.com) və “525-ci qəzet”in 7 dekabr 2011-ci il sayında çap olunmuş “So­nuncu Qazax xanı Kenesarı Qasım oğlunun şərəfli ölü­mü” məqaləsi əsasında hazırlanmışdır).


Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin