Şairin vətəni Petropavlovskidə 1993-cü ildə qoyuşmuş heykəli. Heykəltaraş Marat Aynekovdur.
931-ci ildə Maqjanı Leninqrada məhkəməsi olanda əmim Salimjan iki atını sataraq pulunu da göyürüb oraya gedir ki, qardaşına kömək etsin. Lakin məhkəməyə heç cür təsir edə bilmir. Geri döndükdə onu “kolxozun qeydiyyatında olan at-ları satdığına görə” həbs edirlər. 1934-cü ildə həbsdən gəlib briqadir işləsə də onu müharibədən sonra bir də həbs edirlər. Bu dəfə də Maqjanın Knesarı haqqında poema yazdığına gö-rə həbs edirlər. O, 1955-ci ildə həbsdən azad edilir.
Atam Qalijan və kiçik əmim Sabırjan həbsdən qurtarmaq üçün nəinki familyalarını dəyişdirir, tez tez yerlərini dəyi-şirlər ki, onların taniyanlarla rastlaşmasınlar. Əmim Cabırjan milliyətini qırğız yazdırmaqla kifayətlənmir, rus qadını ilə evlənir ondan olan övladlarına da Vladimir, Yuri, Oleq, iqor və Mixail adları verir.
Yalnız Maqjanın qardaşlarını deyil, bacıları Güləndam və Gülbahar və onların ailələri, dayısı oğlu Serqazı Nurmaqa-mbetov, yaxın qohumları Jamal, Zilix, Sofiya və onların ərləri də 1937-ci ilin repressiyasından qurtula bilmirlər. Ser-qazı Nurmaqambetov 10 il Volqoloq İslah Əmək Düşərgə-sində, əzabkeş şair Xamzı Abdullin isə Kolmda həbsdə olur. Onların uşaqları yetimxanalarda böyüyür, sağ qalanlar xalq düşamı Maqjan Jumabayovun qohumu olduqlarına görə min bir əziyyət çəkməli olurlar.
Sovetlərin bütün qəddarlıqlarına baxmayaraq qəlbi Türklük, Turançılıq eşqilə yanan Maqjan Jumabayovun arzu-ları gec də olsa, reallaşır. Qazaxıstan və başqa türk respu-blikaları Rusiya əsarətindən xilas olur. 1993-cü ildə Petro-pavlovskdə üç metrlik qranitdən şairin oturaraq kürəyini qayaya söykəmiş təsviri olan heykəlini, 2000-ci ildə Bulakev qəsəbəsində və 2003-cü ildə doğulduğu kənddə büstünü qo-yurlar. 1990-cı ildə “Qazaxtelefilim” “Maqjan” adlı sənədli film və 1993-cü ildə şairin eyni adlı poeması əsasında “Bayır Bayan” adlı bədii filmi çəkilir.
Qazaxıstan Sovetlər Birliyindən qopduqdan sonra Maqjan Jumabayovun əsərlərinin kütləvi nəşrlərinə başlanır və onun türkologiya, tarixçilik, dilçilik, pedaqoqika sahəsindəki fəaliyyəti araşdırılıb məqalə və kitablar şəklində xalqa təqdim edilir.
(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2011-ci il martın 31-də efirdə səsləndirilmiş verlişin redaktə edilmiş mətni (www.trtazerbaycan.com)
Dostları ilə paylaş: |