Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər və bununla bağlı tövsiyələr baki 2013



Yüklə 169,57 Kb.
səhifə3/3
tarix07.12.2016
ölçüsü169,57 Kb.
#975
1   2   3

Şəffaflığın artırılması

Mövcud vəziyyət

Analiz

Dövlət Büdcəsindən iri həcmdə ayrılan vəsaitlərdən səmərəli istifadə olunması heç də həmişə mümkün olmamışdır. Geniş əhali kütləsini əhatə edən və dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaitin bölüşdürülməsi ilə müşaiyət olunan bu prosesə hazırlıq ərəfəsində geniş əhali kütlələri arasında ciddi maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilməmiş, bu işlərin həyata keçirilməsində mühüm rol oynaya biləcək vətəndaş cəmiyyəti strukturlarının potensialından istifadə edilməmişdir. Dövlət Proqramlarına dair məlumatların olması sistemin daha da şəffaflaşmasına yardım edə bilər

Əlilliyi olan şəxslərin dövlət tərəfindən tanınan hüquqlarının mövcud olmasına baxmayaraq, məlumatın olmaması ilə əlaqədar olaraq əksər sağlamlıq imkanı məhdud şəxslər həmin hüquq və imtiyazlarının təmin olunması üçün müraciət edə bilmirlər.




Dövlətin Əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdrılmasına, mövcud olan çətinliklərin aradan qaldrılmasına yönələn fəaliyyəti daha da inkişaf etməkdə və irəli getməkdədir. Bu sahədə bir sıra qanunvericilik aktları təkmilləşdirilərək, onların təminatını həyata keçirməklə bağlı bir sıra tədbirlər görülür. Lakin, Dövlətin həyata keçiridiyi fəaliyyət və təminatlar eləcə də, təmin edilən hüquqların mövcud olması heç də bütün əlilliyi olan şəxslərin həyat şəraitlərini yaxşılaşdırmağa köməklik göstərə bilmir. Əsas səbəb onunla bağlıdır ki, əksər əlilliyi olan şəxslər dövlət tərəfindən tanınan hüquqlarını, təminatlarından xəbərsizdirlər. Bu isə problemlər yarandıqda prosessual qaydaların tətbiqi nəticəsində bir sıra süründürməçilik hallarının ortaya çıxamasına gətirib çıxarır. Eləcə də məlumatsızlıq olduğuna görə həyat fəaliyyətinin yaxşılaşdırılması üçün müraciətlər etmək istəmirlər. Bu cür halların yaranması bilavasitə həmin şəxslər üçün aparılan maarifləndirici tədbirlərin mövcud olmaması ilə bağlıdır. Hazırda məlumatlılıq səviyyəsi çox aşağıdır.

Tövsiyə edirik ki,

1.Əlilliyi olan şəxslərin məlumatlanması üçün dövlət tərəfindən edilən güzəştlər barədə hər bir dövlət müəsisəsində aydın şəkildə yazılan lövhələr asılsın.

2.Əlilliyi olan şəxslərin hüquqları, mövcud güzəşt və imtiyazları ilə bağlı maarifləndirmə və ya məlumatlandırma kampaniyaları həyata keçiririlsin. Bu kompaniyalar nəticəsində qeyd edilmiş mövzuda bir sıra maarifləndirmə tədbirləri həyata keçirilsin, həmin tədbirlərə əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndələri cəlb edilsin.

3.Əlilliyi olan şəxslərin hüquq, güzəşt və imtiyazları ilə bağlı bir sıra qısa kitabçalar, broşurlar nəşr edilərək, pulsuz paylanılsın.

4. Televiziya radio kanallarında əhaliyə mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi , Təhsil Nazirliyi və digər dövlət orqanlarının əməkdaşları , Vətəndaş Cəmiyyətinin Subyektləri də cəlb edilməklə birgə maarifləndirici proqramlar hazırlansın.

Mövcud vəziyyət

Analiz

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerli mərkəzlərlə canlı əlaqə saxlamaq üçün videobağlantı sistemi yaradılmışdır

Əvvəllər nazirliyin əməkdaşları məsələləri araşdırmaq üçün rayonlara ezam olunurdular. Bu, vaxt itkisi yaradaraq problemlərin operativ həllinə imkan vermirdi. Yeni sistemin tətbiqi sayəsində isə ƏƏSMN işçiləri artıq işdən ayrılmadan nazirliyin yerli strukturları ilə əlaqə yarada bilirlər..

Tövsiyə edirik ki,

bu yeni sistem gələcəkdə mütəmadi olaraq tətbiq edilsin və bu bağlantı sistemində əlilliyi olan şəxslərin iştirak edərək problemlərin həllini tapa bilsinlər.

İnformasiya və Kommunikasiya texnologiyalarının əlilliyi olan şəxslərin həyatından rolu və tətbiqi imkanları


Son illər ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiya olunması, texnoloji yeniliklərdən geri qalmaması üçün bir sıra yeniliklər edilib. Birləşmiş Millətlər Təşkilatının “Minilliyin bəyənnaməsi”ndə informasiya texnologiyalarının hamı üçün təmin olunması barədə götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyasına uyğun olaraq BMT-nin İnkişaf Proqramı ilə  birgə  görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif  olan insanlar  üçün  İKT-yə çıxışın təmin edilməsinə dair  əməkdaşlıq  sazişi və layihə sənədi imzalamışdır. Layihə çərçivəsində gözdən əlillərin informasiyaya çıxış imkanlarının artırılması məqsədilə mühüm addımlar atılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə mini komputerlər hazırlanıb, bununla yanaşı gözdən əlillərin istifadə edə bilməsi üçün xüsusi kitabxana təsis edilib. Kitabxana Cawes For Windows səsli proqram paketi, Pearl kamera-skaner, səsli kitab oxuma maşını və bir sıra digər texnoloji yeniliklərlə təmin ediliblər. Bununla yanaşı gözdən əlilliyi olan vətəndaşların elmin son nailiyyətlərindən istifadə edə bilmələri məqsədilə xüsusi kurslar təşkil edilib və həmin kurslarda iştirakçılara müvafiq izahlar verilib.

Bütün bunlar müsbət təşəbbüslərdən xəbər verir və gələcəkdə işlərin daha da sürətləndirilməsinə olan inamları artırır. Amma bununla belə qeyd olunmalıdır ki, dünyada bu istiqamətdə işlər böyük sürətlə irəliləyir, yalnız gözdən əlillər deyil digər kateqoriyadan olan sağlmalıq imkanları məhdud insanların da faydalana biləcəkləri texnoloji yeniliklər əldə olunur və bu yeniliklər həmin insanların həyatlarının asanlaşmasına xidmət göstərir. Təssüflər olsun ki, bu gün dünya üçün aktual olan bir çox problemlər ölkəmizdə də özünü göstərir. Belə ki, insanların gündəlik həyatlarında sıx-sıx istifadə etdiyi telefon, televizor, internet və eyni zamanda elektronik informasiya daşıyıcılarının əlilliyi olan insanlar tərəfindən istifadə olunmasında, onların əldə olunmasında ciddi problemlər müşahidə olunur. Dünyada bu istiqamətdə əldə olunan ən son yenilikləri misal göstərmək olar.

Telefonlarla bağlı yeniliklər.

Səsli məlumatlandırma xidməti- Bu xidmətdən istifadə edən gözdən əlilliyi olan vətəndaşlar həyata keçirdikləri xidmət, xərclədikləri vəsait, balansları və eyni zamanda ən son yeniliklərlə bağlı səsli məlumat alırlar.

Yerin müəyyən edilməsi xidməti- harda olmaları barədə məlumat almaq istəyən gözdən şəxslər bu xidmətdən istifadə etməklə, olduqları yer barədə məlumat ala, eyni zamanda bu xidməti başqalarına da ötürə bilərlər

Səs daşıma xidməti – Danışma vərdişlərinə sahib olan eşitmə qüsurlu şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş xidmət vasitəsi ilə qarşıdakı şəxsə ismarıcını səsli göndərib, ondan yazılı cavab alma xidməti

Video konferans xidməti – Lal və ya danışıq qüsuru olan şəxslərin bir-biriləri ilə video ilə ünsiyyət qurmasına kömək edən xidmət.

Televizya sahəsi ilə bağlı yeniliklər

Televizorlardan istifadə qaydalarının sadə və anlaşıqlı dildə izah olunduğu videolar hazırlanır və onlar müxtəlif dillərdə səsləndirilir. Odur ki, televizor əldə edən şəxs onu istifadə etməklə bağlı çətinliklə qarşılaşmır. Bundan başqa eşitmə qüsuru olan şəxslər üçün isə xüsusi bukletlər forması ilə məlumatlar çatdırılır. Televizor pultları bu şəxslərin rahat istifadəsi üçün uyğunlaşdırılır.

İnternetdən istifadə ilə bağlı yeniliklər

Yuxarıda Azərbaycan təcrübəsindən də göründüyü kimi, internet xidmətlərindən daha rahat istifadə edə bilmək üçün yeni komputerlər, komputer proqramları təklif edilir. Bu proqramların köməkliyi ilə əlil insanlar harda olmalarından asılı olmayaraq lazımı məlumatları əldə etmək imkanı əldə edirlər.

Hesab edirik ki, onlardan bəzilərinin ölkəmizdə də tətbiq olunmasına nail olmaq mümkündür. Bu xidmətləri təklif etmək bir-başa olaraq dövlətin öhdəliyi olmamaqla bərabər, dövlət tərəfindən bu sahədə çalışan şirkətlər və kompaniyalar tərəfindən göstərilən xidmətlərlə bağlı əlilliyi olanvətəndaşların nəzərə alınmasını özündə ehtiva edən normalardan ibarət paketin hazırlanması məqsədəuyğun olardı. Dünya təcrübəsinə əsasən demək olar ki, əlilliyi olan insanlar üçün ayrıca olaraq televizor, telefon vəya komputerlərin hazırlanması əlavə xərc tələb edir. Artıq dünyada bununla bağlı belə bir fikir ortaya qoyulur ki, ümumiistifadə üçün hazırlanan bu kimi avandanlıqlardan əlilərin də istifadə edə bilməyi üçün yeniliklər həmin avadanlığın özünə daxil edilsin.

Bütün bunlarla yanaşı dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərdən əlillərin asan istifadə edə bilməsi üçün mühüm işlər görülməlidir. Dövlət qurumlarının veb səhifələrində əlillərin faydalana biləcəkləri xüsusi xidmətlərin təklif olunmasına və bu xidmətlərdən vətəndaşların istifadə edə bilməsi üçün asan və anlaşılan dildə və ya formada izahlar verilməsi vacibdir. Hazırda bununla bağlı xeyli çatışmazlıqlar mövcuddur və təklif edilən xidmətlərdən əlillərin istifadə imkanları məhduddur.

Beləliklə tövsiyylərimizi aşağıdakı kimi qruplaşdıra bilərik



Tövsiyələr

  • 1.Telekominikasiya sahəsində çalışan şirkətlərin öz fəaliyyətlərində əlillərin ehtiyaclarını nəzərə alması ilə bağlı xüsusi müddəaları özündə əks etdirən sənədin qəbulu;

  • 2.“Gənc əlillərin İKT istiqaməti üzrə orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə, o cümlədən yeni yaradılacaq  İnformasiya Texnologiyaları Universitetinə güzəştli qəbuluna şərait yaradılması, İKT üzrə  bilik və hazırlıq səviyyələrinin yüksəldilməsi üçün təkmilləşdirmə kurslarına cəlb edilməsi;

  • 3.Mobil rabitə sahəsində əlillərin ehtiyaclarının öyrənilməsi və bu istiqamətdə yeniliklərin tətbiqi üçün həmin rabitə şirkətlərinə əlillərin işə qəbul olunması ilə bağlı müəyyən öhdəliklərin müəyyən edilməsi;

  • 4.Dövlət qurumlarının veb səhifələrindən əlillərin istifadə imkanlarının artırılması üçün yeniliklərin edilməsi;

  • 5.Dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərdən əlillərin rahat istifadə edə bilmələri üçün anlaşılan və sadə üslubda izahların veb səhifələrdə yerləşdirilməsi;

  • 6.Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılan və yaradılması nəzərdə tutulan elektron informasiya resurslarında gənc əlillərin işə cəlb edilməsi

  • 7. Əlillər xüsusi komputerlər ilə təmin olunması




Yüklə 169,57 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin