Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə235/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   231   232   233   234   235   236   237   238   ...   500
HaĢiyə 2: Erməni-daĢnak faĢizminin təĢəkkül tapması, əlbəttə, 1890-cı
 
ildə 
ifrat faĢist partiyası olan DaĢnaksutyunun yaradılması ilə bağlıdır. Bu gün erməni-


166 
 
daĢnak  faĢistləri  uydurma  «erməni  soyqırımı»nı  gözə  soxurlar.  Onlar  çox  yaxĢı 
dərk  edirlər  ki,  soyqırımlar  faĢizm  tərəfindən  törədilir.  Belə  bir  faĢist  təĢkilatı  isə 
Osmanlı  Türkiyəsində  mövcud  olmamıĢdır.  Belə  bir  təĢkilatı  ancaq  özləri 
yaratmıĢlar.  Məqsəd  də  aydındır.  Azərbaycanı  və  ġərqi  Anadolunu  türkdən 
təmizləmək,  bu  ərazilərdə  «Böyük  Ermənistan»  dövləti  yaratmaq  uğrunda 
mübarizə  aparmaq  olmuĢdur.  Bu  faĢizm  doğulduğu  gündən  Azərbaycanda 
hərəkətdədir.  Fəaliyyətlərinin  ana  xəttini  Azərbaycanda  türk  fobiyası  təĢkil  edir. 
Ġdeologiyasının  kökündə  Cənubi  Qafqazda  Azərbaycan  xalqının,  onun 
dövlətçiliyinin  məhv  edilməsi  siyasəti  durur.  Çünki  erməni-daĢnak  faĢistləri 
Türkiyə ərazisində kütləvi terror və üsyanlar, soyğunçuluq və talanlar törətsələr də 
istəklərinə  nail  olmadılar.  Bədnam  niyyətlərini  öz  havadarlarının  himayəsi  və 
himayədarlarının əsarəti altında inləyən Azərbaycan torpaqlarında həyata keçirmək 
niyyətlərinə  önəm  verdilər.  Həm  də  məkrli  niyyətlərini  bir  az  da  ĢiĢirtdilər. 
Mifoloji  «üç  dəniz  -  Qara,  Ağ,  Xəzərarası»  tarixən  heç  bir  zaman  olmamıĢ, 
olmayan və olmayacaq «Böyük Ermənistan dövləti» yaratmaq eĢqinə düĢdülər. Bu 
isə  Azərbaycan  torpaqlarında  ermənilərin  demoqrafik  üstünlüklərini  yaratmaqla 
əldə  edilə  bilərdi.  Bunun  üçün  isə  ən  qısa  yol,  planlaĢdırılan,  məqsədyönlü  iĢ 
avtoxton  əhaliyə  qarĢı  etnik  təmizləmə  və  soyqırım  siyasətinin  aparılması  ola 
bilərdi. Bunu da erməni-daĢnak faĢistləri etdilər... 
Azərbaycan  türklərinə  qarĢı  apardıqları  etnik  təmizləmə  və  soyqırımı 
siyasətinin  birinci  mərhələsinə  1903-1904-cü  illərdə  fərdi  terrorlar  törətməkdən 
baĢladılar.  DaĢnak  terror  qrupları  bölgələrdə  hakimiyyəti  ələ  keçirir,  yolları  və 
körpüləri partladır, nüfuzlu ictimai xadimləri terror yolu ilə qətlə yetirirdilər. 1905-
ci  ildə  isə  qanlı  faciələrə,  azərbaycanlıların  kütləvi  qətliamlarına  rəvac  verdilər. 
Əlbəttə,  erməni-daĢnak  faĢistləri  1905-1907-ci  illərdə  Azərbaycan  torpaqlarında 
törətdikləri  bu  qətliamları,  daha  doğrusu,  Azərbaycan  türklərinə  qarĢı  apardıqları 
etnik  təmizləmə  və  soyqırımı  siyasətini  bilavasitə  çarizmin  dəstəyi  ilə,  onların 
maraqlarına uyğun olaraq həyata keçirdilər. Çünki həmin dövrdə milli münaqiĢənin 
törədilməsi  Rusiyanın  bir  növ  xeyrinəydi.  Rusların  yaponlara  məğlub  olması, 
birinci  rus  inqilabının  baĢlaması  dövründə  qüvvələri  zəiflətmək,  fikirləri  baĢqa 
səmtə  yönəltmək  iĢinə  yarayırdı,  çarizmin  «parçala,  hökm  et»  siyasətinə  xidmət 
edirdi.  Belə  bir  məqamda  ruslar  yenə  də  ermənilərdən,  onların  xəyanətindən  öz 
xeyirlərinə  bir  alət  kimi  istifadə  etdilər.  Bunun  müqabilində  ermənilər  də  rus 
imperiyasının onlara verdiyi üstünlüklərdən, güzəĢtlərdən lazımınca bəhrələndilər. 
Ümumiyyətlə,  erməni-daĢnak  faĢistlərinin  etnik  təmizləmə  və  soyqırım 
siyasətlərini  həyata  keçirdikləri  bütün  mərhələlərdə  üç  Ģey  dəyiĢilməz  qalıb:  1) 
erməni-daĢnak  faĢistləri  öz  üstünlüklərini  və  Ģanslarını  heç  zaman  əldən 
verməyiblər;  2)  Rus
 
imperiyasının  Azərbaycana  olan  mənfi  münasibəti  yaxĢılığa 
doğru heç zaman dəyiĢməyib; 3) Azərbaycan türkləri də heç zaman təcavüz zamanı 
müdafiəyə  hazır  olmayıblar.  Heç  zaman  da  belə  bir  hazırlığın  olmasına  çar 
hökuməti imkan verməmiĢ və verməzdi də. 


167 
 
Bu mərhələdə erməni-daĢnak faĢistlərinin əsas məqsədi Ġrəvan, Üçmüəzzin, 
Qırxbulaq  və  Zəngəzur  mahallarını  Azərbaycan  türklərindən  təmizləmək  idi. 
Bakıda sülh deyib Gəncədə, Gəncədə sülh deyib ġuĢada qırğınlar törətməklə Qərbi 
Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirirdilər. 
Qeyd:  Mayasında  iftira  olan  bir  kimsəni  sülh  Ģüarı  ilə  yerində 
oturdacaqlarına  gümanı  olanlar  gümanlarında  yanılırlar.  Nə  qədər  erməni-daĢnak 
terroru  var,  üstəlik  torpaqlarımız  iĢğal  altındadır,  hər  hansı  sülh  barəsində 
danıĢmaq  əbəsdir.  Əksinə,  hər  görüĢ  və  danıĢıqda  ermənilər  özlərinə  məxsus 
hiyləgərliklə  əsl  mətləbdən  uzaq,  gələcək  siyasətlərinin  tərkib  hissəsi  olan  çeĢid-
çeĢid  təklif  və  mübahisəni  daha  da  dərinləĢdirən,  zənginləĢdirən,  vaxt  aparan 
mövzulardan  bəhs  edəcəklər,  o  biri  tərəfdə  isə  öz  bildikləri  kimi  öz  iĢlərini 
görəcəklər. Belə ki, 1905-1907-ci illərdəki qətliamların qarĢısını almaq məsələsi ilə 
bağlı Tiflisdə Qafqaz caniĢini, erməni yeznəsi Vorontsov-DaĢkovun təĢəbbüsü ilə 
iki  tərəf  arasında  sülh  danıĢıqları  aparılarkən  bu  hal  özünü  göstərmiĢdir. 
Azərbaycan  tərəf  erməni-daĢnak  terrorundan,  hətta  idarə,  təĢkilat  rəhbərlərinin, 
dövlət  məmurlarının  terrordan  qorxaraq  ədalətli  hərəkət  etməmələrindən  bəhs 
edirdi.  Erməni  tərəf  isə  azərbaycanlılara  təklif  edir  ki,  maldarlar  yaylaqlara 
qalxmasınlar, oturaq həyata qədəm qoysunlar və s. 
...Erməni-daĢnak  faĢistləri  heç  də  bu  qəzaları  əldə  etməklə  kifayətlənmək 
fikrində deyildilər. Qətliamın miqyasını artıraraq daha geniĢ ərazilərdə və ayrı-ayrı 
bölgələrdə yığcam çoxluqlar yaratmaq arzularını həyata keçirmək idi. Bu minvalla 
lokal  döyüĢlər  aparan  daĢnak  terror  qrup  və  birləĢmələri  1905-1907-ci  illər 
qətliamında  Ġrəvan  quberniyasında  188,  Yelizavetpol  (Gəncə)  quberniyasında  isə 
112 kəndi dağıtmıĢ, əhalisini qılıncdan keçirərək qətliamlar törətmiĢ, sağ qalanları 
da  yurd-yuvalarından  didərgin  salmıĢdılar.  Ġrəvan,  Naxçıvan,  Tiflis,  Ordubad, 
Gəncə,  ġuĢa,  Bakı  Ģəhərlərində  qətliamlar  daha  çox  kütləvi  hal  almıĢdı.  Bu 
mərhələdə  ümumilikdə  150000  azərbaycan  türkü  qətlə  yetirilmiĢ,  350000  nəfər 
dədə-baba  yurdlarından  qovulmuĢdu.  Bütün  bu  iyrənc  əməllərindən  fərəh  hissi 
keçirən  DaĢnaksutyun  partiyası  1907-ci  ildə  Üçmüəzzin  kilsəsində  özünün  IV 
qurultayını keçirir, partiyanın yeni proqramını qəbul edir. Proqrama  görə Türkiyə 
Ermənistanı  ilə  Zaqafqaziya  demokratik  respublikası  federativ  əsaslarla  mərkəzə 
bağlanır. Lakin hər iki ölkə üçün ümumi qanunlar qəbul olunur. Daimi ordu milislə 
əvəzlənir. Əli silah tuta  bilən hər bir vətəndaĢ  milisdə  iĢtirak edir. Milis dövlətin 
azadlığına və bütövlüyünə təhlükə yarandıqda bir bayraq altında toplanır. Əslində 
nəzərdə  tutulan  bu  milis  dəstələrini  yaratmaqla,  DaĢnaksutyun  özünü  bütövlükdə 
bir terror təĢkilatına çevirir. Məhz bu qurultayda yeni proqrama əsasən terroru daha 
da mütəĢəkkil Ģəkildə həyata keçirmək, Ģiddətləndirmək, dəhĢətli təsirini artırmaq 
məqsədilə  buna  rəhbərlik  edəcək  «Vahimə»  adlı  yeni  təĢkilat  yaradır.  Xalqı 
bütövlükdə  silahlanmağa  çağırır.  Özünü  ifrat  hegemon  bir  faĢist  partiyası  kimi 
təsbit  edir.  Hələlik  çar  hökumətinin  yaratdığı  boĢluqdan  və  dolayısı  ilə  göstərdiyi 
köməyindən  istifadə  edərək  özünün  faĢist  üzünü  Azərbaycan  türklərinə  qarĢı 


168 
 
apardığı etnik təmizləmə və soyqırımı siyasətində göstərir və təsdiq edir. Beləliklə, 
erməni-daĢnak  faĢistləri  XX  əsrin  ilk  qətliamını  törədərək  tarixə  ilk  qanlı  - 
Azərbaycan  türklərinin  soyqırımı  səhifəsini  yazmıĢ  olurlar.  Budur  erməni-daĢnak 
faĢizminin  əsl  siması.  Biz  bu  simanı  pərdələyən  güclərin  öhdəsindən  gəlməliyik. 
Rusiyanın  və  Qərbin  KĠV-lərini  erməni  təbliğatının  inhisarından  çıxarmağı 
bacarmalıyıq. 
Artıq  1907-ci  ilin  sonlarında  ölkədə  vəziyyətin  sabitləĢməsi  yönümündə 
hökumət tərəfindən erməni-daĢnak faĢistlərinin terror müharibəsinə son qoymaları, 
əmin-amanlığı bərpa etmələri tələb olunurdu. DaĢnaksutyun isə özünü unudub ipə-
sapa  yatmaq  istəmirdi.  Çar  II  Nikolayın  qulaqburmasından  sonra  erməni-daĢnak 
faĢistləri sakitləĢdilər. Rusiya heç də hər zaman ermənilərə etibarlı ünsür və dayaq 
kimi  baxmayıb.  Yeri  gələndə  «velikorus»  mənafelərini  ermənilərin  «Böyük 
Ermənistan»  iddialarından  üstün  tutublar...  Ġndi  isə  tərəfləri  susdurmaq  lazım  idi. 
Ən sərt tədbirlərə əl atmaq lazım gələndə  Azərbaycan tərəfin ünvanına olması da 
gözlənilən idi. Ġlk gündən çarın əmri ilə Azərbaycan türklərinə silah gəzdirmək qəti 
Ģəkildə  qadağan  edilir.  Özünü  müdafiə  məqsədi  ilə  yaradılan  «Difai»  partiyası 
büsbütün  dağıdılır.  Ana  bətnindəcə  məhv  edilir.  Bütün  bunların  müqabilində  isə 
erməni-daĢnak  faĢistlərinin  əlindən  ancaq  toplar  alınır.  AddımbaĢı  ermənilərin 
xeyrinə azərbaycanlılara maddi, mənəvi, fiziki zərbələr vurulurdu. DaĢnaksutyunun 
nə  yerli  təĢkilatları  dağıdılır,  nə  də  türklərə  qarĢı  müharibə  aparmaq  üçün 
yaratdıqları  mərkəzlərə  -  qımdatxanalara  toxunulur.  Əksinə,  iĢlərinə  gərək  olan 
kimi  DaĢnaksutyunla  anlaĢmaya  rəvac  verilir.  1913-ci  ildə  rus  diplomatları 
mütəĢəkkil  erməni  burjuaziyası  ilə  -  DaĢnaksutyunla  saziĢ  bağladılar.  «Məzlum 
ermənilərin  müdafiəsi»  adı  altında  açıq  çıxıĢlar  edərək  Anadolunun  Ģərq 
vilayətlərində  Türkiyə  hökumətinin  islahatlar  keçirməsi  tələbini  irəli  sürdülər. 
Almaniyanın müdafiə etdiyi Türkiyə inadlı müqavimətdən sonra 26 yanvar 1914-
cü  ildə  islahatlar  haqqında  saziĢi  imzalamağa  məcbur  olur.  Ermənilər  Rusiyanın 
nəzarəti  altında  idarəetmə,  dil,  hərbi  mükəlləfiyyət  və  i.a.  sahələrdə  çox  geniĢ 
muxtariyyət almalı idilər. Bununla kifayətlənməyən daĢnaklar I Dünya müharibəsi 
baĢlayan  kimi  «Böyük  Ermənistan»  Ģüarını  yenidən  ortaya  atdılar.  Erməni 
könüllülərindən  ibarət  silahlı  dəstələr  təĢkil  edib  Türkiyə  ərazisinə  göndərməyə, 
Türkiyə  ermənilərini  kütləvi  surətdə  təxribatlar  törətməyə,  Rusiyanın  xeyrinə 
xəyanət  və  satqınçılıq  etməyə  təhrik  etdilər.  Türk  ordusunda  döyüĢən  40  min 
erməni  mənĢəli  türk  əsgərlərinin  rus  ordusu  tərəfinə  keçmələrini  təĢkil  edirlər. 
DaĢnaksutyun  özünün  15-29  fevral  1915-ci  ildə  keçirilən  IX  qurultayında 
Andronik  «ya  indi,  ya  da  heç  vaxt»  çağırıĢı  ilə  silahdaĢlarını  bütün  varlıqları  ilə 
silahlı toqquĢmaya səsləyir. Terror qruplarının sayını artırmaq tələbini irəli sürdü. 
Özü  isə  birbaĢa  cəbhə  xəttinə  yollanıb  türkləri,  kürdləri,  yəhudiləri  qırıb 
tökəcəyini,  onu  bu  yoldan  kimsənin  döndərə  bilməyəcəyini  bəyan  edir.  Əməli 
surətdə  cinayətkar  fəaliyyətə  baĢlayır.  Andronikin  komandiri  olduğu  erməni-
daĢnak terror birləĢmələri sözün  əsl  mənasında  Van gölü ilə  Urmiya  gölü  arasını 


169 
 
xarabazarlığa  çevirir.  Cənubi  Azərbaycan  türklərini  bütövlükdə  qılıncdan  keçirir. 
Yüz  minlərlə  əliyalın  və  köməksiz  türk  kiĢiləri,  qocalar,  qadınlar,  uĢaqlar 
iĢgəncələrə  məruz  qalır,  təhqir  olunur,  döyülüb-söyülür,  amansızlıqlarla  qətlə 
yetirilir.  Neçə-neçə  nəslin  varlığına  son  qoyulur.  Lakin  Türkiyənin  sərt  addımlar 
atması Andronikin arzusunu gözündə qoyur. Birinci Dünya müharibəsindən sonra 
Osmanlı Ermənistanı tam ləğv olunur. Daha doğrusu, «Türkiyə Ermənistanı» sözü 
Lozanna  konfransında  dəfn  edilir.  Min  ilin  ölüsünə  çevrilir.  Beləliklə,  erməni 
məsələsi bütövlükdə Qafqazda cəmlənir. 
1917-ci  il  fevral  inqilabı  «erməni  məsələsi»nin  tarixində  yeni  dövr  açır. 
Erməni-daĢnak  faĢistləri  eninə-boyuna  qol-qanad  açırlar.  Nə  qədər  ağır  da  olsa 
qeyd  etməliyik  ki,  xristian  təəssübkeĢliyi  öz  iĢini  görür.  VətəndaĢ  müharibəsi 
bəhanəsi ilə, habelə sovetləĢmə adı altında Zaqafqaziyada toplaĢmıĢ erməni-daĢnak 
faĢistləri,  bolĢeviklər,  eser-menĢeviklər  cidd-cəhdlə  Azərbaycan  türkünün  milli 
hissini  boğmaq  sahəsində  birgə  səylərə  əl  qoyurlar.  Bir  millət  kimi  Qafqazda 
Azərbaycan  türkünü  məhv  etmək  planlarını  cızıb  hazırlayırlar.  Erməni-daĢnak 
faĢistlərinin  1914-1916-cı  illərdə  ġərqi  Anadoluda,  Cənubi  Azərbaycanda 
törətdikləri  qətliamların  Bakı,  Yelizavetpol,  Tiflis  və  Ġrəvan  quberniyalarında 
təkrarlanması  yolunda  məkrli  niyyətlərini  həyata  keçirmək  üçün  hazırlıq  iĢləri 
görürlər. Məqamı yetiĢəcək anın marığında yatırlar. Ġstəklərincə bir-birinin ardınca 
ardıcıl  addımlar  atırlar.  Böyük  Oktyabr  Sosialist  inqilabından  sonra  isə  «erməni 
məsələsi»  yeni,  əvvəlkindən  daha  böyük  əhəmiyyət  kəsb  edir.  1917-ci  ilin 
oktyabrında  DaĢnaksutyunun  rəhbərliyi  altında  erməni  milli  konqresi  toplanır. 
Konqres  olmayan  Türkiyə  Ermənistanının  rus  qoĢunları  tərəfindən  iĢğal  olunmuĢ 
ərazilərinin  Rusiyada  saxlanılması  tələbini  irəli  sürür.  Olmayan  Ermənistanla 
Rusiyanın  digər  hissəsinin  əlaqəsini  təsdiq  edir.  Bütün  hallarda  həm  Rusiyanın, 
həm Ġngiltərənin,  həm də Fransanın  mənafeləri naminə  Qafqaz xalqlarının birliyi, 
suverenliyi əleyhinə çıxıĢlar edir və buna qarĢı mübarizə aparır. 
29  dekabr  1917-ci  ildə  Sovet  hökuməti  mövcud  olmayan  «Türk 
Ermənistanı»  barədə  dekret  qəbul  edir.  V.Ġ.Lenin  dekretə  imza  atmaqla 
S.ġaumyana geniĢ səlahiyyətlər, imtiyazlar verir. Bununla da o tam sərbəstlik əldə 
etmiĢ  olur  və  öz  daĢnak  xislətiylə  də  xəbis  niyyətlərini  həyata  keçirmək  üçün 
Ģanslardan  yetərincə  istifadə  edir.  Azərbaycan  türklərinin  əleyhinə,  onların  məhv 
edilməsi yolunda əzmkarlıq göstərir... 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin