195
verməyən tövsiyələrlə səmərəsiz görüĢlər keçirməsi bizi Ģübhəli mülahizələrə və
xoĢagəlməz fikirlərə düĢməyə vadar edir. Dünya birliyi Qarabağ münaqiĢəsinin
ədalətli həllinə heç vəchlə səy göstərmir. Əksinə problemin həlli uzandıqca və
yubandıqca beynəlxalq təĢkilatlar və aparıcı dövlətlər iĢğal altında olan
Azərbaycan torpaqlarının mübahisəli zona statusuna köçürülməsi yönümündə
manevrlər edirlər. Azərbaycan Respublikasına münasibətdə ikili standartlardan
xəbər verən baxıĢlar nümayiĢ etdirirlər. ABġ hökuməti konqresin AR-na dövlət
yardımını qadağan edən Azadlıq aktına əlavə, ədalətsiz 907-ci düzəliĢi hələ də ləğv
etməmiĢdir. ĠĢğalçılıq müharibəsi aparmasına baxmayaraq, ER-na hər il 100
milyon dollarla dövlət yardımı edir. Minsk qrupunun baĢqa bir həmsədri olan RF
isə ER-nı müasir döyüĢ silahları ilə təmənnasız təmin edir. Fransa isə öz qardaĢlıq
dəstəyini hər üzünə davam etdirir. Bir sözlə, ER beynəlxalq aləmdə himayə edilir,
onun qəsbkarlıq hərəkətlərinə göz yumulur, təcavüzkar dövlət kimi tanınmır.
Xristian-müsəlman diskriminasiyası ittiham və qənaətlərimizi təsdiq edən
əsas faktordur. Bu hal təcavüzkar ER ilə təcavüzə məruz qalan AR-nın Avropa
ġurasına qəbulu zamanı bir daha özünü büruzə verdirdi. Belə ki, müzakirələrin
gediĢində insan haqlarını kütləvi Ģəkildə pozan, monomillətçilik, iĢğalçılıq,
qəsbkarlıq və etnik təmizləmə siyasəti aparan ER-sı üzərinə bu yöndə heç bir
öhdəlik qoyulmadı və iradlar tutulmadı. Bunun müqabilində isə Azərbaycan
Respublikasında hərbi canilərin məhkumluğuna siyasi don geydirildi. Milli
dövlətçiliyimizə qarĢı xəyanətkar və separatçı mövqe tutmuĢ qatı cinayətkarların
azadlığa buraxılması və ya istintaq iĢlərinə yenidən baxılması kimi qeyri-ciddi
öhdəliklər qoyuldu. BaĢqa bir müqayisə faktına diqqət yetirək: Avstriyada ifrat
millətçilərin hakimiyyətə gəliĢi ilə bütün Avropa dövlətləri ayağa qalxdı və etiraz
bəyanatları verdilər. Ermənistanda isə öz davranıĢı ilə faĢizmi və ultra millətçiliyi
kölgədə qoyan, beynəlxalq terrorçu təĢkilata malik DaĢnaksutyun partiyası
nümayəndələrinin hakimiyyət pikində oturması faktı dünya birliyini qətiyyən
narahat etmədi və bu gün də etmir.
ĠĢğal altında qalmıĢ ərazilərdə təbiətin mühafizəsinə və ətraf mühitin
qorunmasına vəhĢi münasibət bəslənilir, daha çox bəĢəriyyət və insanlıq əleyhinə
cinayət törədilir. Qırmızı palıd meĢəliyi, qoz ağacları, Ģərq çinarları boy sırası ilə
doğranır. Suvarma sistemləri dağıdılır, əkin sahələri, min hektarlarla bağ-bağatlar,
10 min hektarlarla üzüm plantasiyaları məhv edilir, oda qalanır, yandırılır. Yeraltı
və yerüstü sərvətlər talanır, torpaq və yerin təki korroziyaya uğradılır. Su
ehtiyatları, mineral sular, bitki və heyvanat aləmi
qarət olunur, subartezian quyuları
və kəhrizlər batırılır. Qiymətli metal ehtiyatı olan filiz yataqları yağmalanır,
çaylara və ətraf ərazilərə reaktiv tullantılar atılır və zəhərli maddələr axıdılır.
Tarixi, arxeoloji və maddi mədəniyyət abidələri uçurulur, atəĢpərəstliyi və
türkçülüyü özündə əks etdirən antik dövrün niĢanələri və islami dəyərlərin izləri
həmin yerlərdən silinir. Dini və ritual ayinlərin icra edildiyi yerlər dağıdılır.
Məscidlərin bünövrəsi qaĢınır. Müqəddəs yerlər, ocaqlar, pirlər murdarlanır.
196
Qəbiristanlıqlar buldozerlərin çalovuna verilir. YaĢayıĢ məntəqələri yerlə yeksan
edilir. Adlar dəyiĢdirilir, toponimlər erməniləĢdirilir.
Erməni-daĢnak faĢizmi, onun terror təĢkilatlarının fəaliyyəti ER tərəfindən
dövlət səviyyəsində dəstəklənir. AR-na və azərbaycanlılara qarĢı yönəldilmiĢ terror
aktları dövlət orqanlarında yuva qurmuĢ erməni-daĢnak faĢistləri tərəfindən
planlaĢdırılır, hazırlanır və maliyyələĢdirilir. Erməni kəĢfiyyatı, xüsusi xidmət
orqanları Azərbaycanda terror-təxribat aksiyalarının təĢkilində hərbi əsir və
girovlardan,
üçüncü
dövlətlərin
vətəndaĢlarından,
azsaylı
xalqların
nümayəndələrindən məharətlə istifadə edirlər. ĠkibaĢlı siyasətlərini, at gediĢli
oyunlarını davam etdirirlər. RF-nın imperiya siyasətinin canlanmasından hər vasitə
ilə istifadə etməyə, yenə də bəhrələnməyə səy göstərirlər. Həm imperiya
siyasətbazlarının, həm də etnik qrupların ələ alınmıĢ baĢıboĢ liderlərinin qulağına
baĢ tutması mümkün olmayan Ģirin yalanlar pıçıldayırlar, öz yaramazlıqları ilə
milli münaqiĢələrin sonu bitməyən variantlarından istifadə etməyə çalıĢırlar.
DaĢnak psixopatlarının sayıqlamalarına görə, «Car-Balakən respublikası»
Ağdamadək uzadılmalı, «DQR»-na birləĢməlidir. AR iki yerə bölünməli, ER
Cənubi Qafqazın ən böyük dövlətinə, RF-nın Qafqazda əvəzolunmaz dayağına
çevrilməlidir. Bu və ya baĢqa Ģəkildə RF ilə birbaĢa sərhəd əlaqəsi yaradılmasına
nail olunmalıdır. Həmçinin, erməni-daĢnak faĢistlərinin Gürcüstan separatçılarına
bel bağlamaları da bu qəbildəndir. Abxaziyanın və ya Cənubi Osetiyanın RF-na
birləĢdirilməsi ER-nın sərhədlərini RF-na bir o qədər yaxınlaĢması deməkdir.
Erməni-daĢnak faĢistləri unudurlar ki, indi Azərbaycan 1988-1993-cü illərin
Azərbaycanı deyildir. Onun iqtisadiyyatı ilbəil yüksəlir. Müvafiq olaraq hərbi
potensialı durmadan güclənməkdədir. Ġndi hər bir Azərbaycan əsgəri son damla
qanını Qarabağ torpağı uğrunda axıtmağa hazırdır. Ədalətli müharibə aparmaq
Azərbaycan xalqının haqqıdır. Bəli, Qarabağ müharibəsində son sözü Azərbaycan
deməlidir!
Dostları ilə paylaş: