məlumat verir: «Ġndi burada (Ermənistanda - Ə. Ə.) hər 4 ermənidən biri ruhi
xəstədir, ermənilər arasında intihar halları 8 dəfə artmıĢdır. Dəqiq məlumata görə
12 deputatın və 4 nazirin ruhi xəstə olub-olmaması yoxlanmalıdır»; 349. Avropa ġurasının baĢ katibi Terri Devis Ermənistanın «A1+» telekanalına müsahibəsində demiĢdir («Azadlıq» qəzetinin 24-25 iyun 2007-ci il tarixli 134-cü sayına bax): «Bu gün DQ iĢğal edilmiĢ ərazidir və Azərbaycanın
ayrılmaz hissəsidir. Mən Xəzəryanı ölkələrin, o cümlədən həm Azərbaycanın, həm
də Ermənistanın ərazi bütövlüyünün tərəfdarıyam. Lakin DQ Ermənistanın ərazisi
deyil. Gürcüstanda da ermənilər yaĢayır, bu o demək deyil ki, Gürcüstanı
Ermənistanın ərazisi hesab etməliyik»; Söz ardı: Əziz oxucu, erməniləri ittiham edən qeyri-türk müəlliflərinin boy
sırasını qat-qat artırmaq olar. Mənim topladığım bu siyahı, əlbəttə, tam deyil.
Dəryada damladır. Sivil dünyamız tarixi həqiqətlərə sadiq qalan alimlərdən xali
deyildir. O cümlədən N-de-BiĢaf, Yan-Pol-Ru kimi fransız alimləri sübut edirlər
ki, tarix heç bir erməni soyqırımını tanımır. Rumyantsev, V.Suvorov kimi rus
tarixçilərinin də adını bu sırada çəkmək yetərlidir. Rus ədiblərindən Leskov
«Soboryanax» romanında erməni psixologiyasını istehzayla qamçılayır, onların iç
üzünü açır, layiqincə ifĢa edir. Birinci Dünya miiharibəsinin iĢtirakçıları olmuĢ rus
generalları Nikolayev və Bolxovitinov müvafiq olaraq 01 iyul və 09 iyul 1915-ci
ildə qraf Vorontsov-DaĢkova yazdıqları raportlarda erməni silahlılarının əliyalın
türklərə qarĢı törətdikləri vəhĢiliklərdən söz açmıĢlar. Habelə, rus generalları
Prjevalski və OdiĢelidze də erməni vəhĢiliyindən təəssüfləndiklərini bildirmiĢlər.
Doktor XoreĢonko isə 21 may 1918-ci il tarixli yazısında erməni daĢnaklarının
insanlığa yaraĢmayan hərəkətlərindən bəhs etmiĢ və s. Bütün bunları nəzərə alaraq
erməniləri ittiham edən qeyri-türk müəlliflərinin bütöv bir siyahısını tamamlamağı
siz möhtərəm oxucuların öz ixtiyarına buraxıram.