Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə219/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   215   216   217   218   219   220   221   222   ...   500
HaĢiyə  2:  «Erməni  məsələsi»  ġərq  məsələsinin  bir  hissəsi  olduğu  kimi, 
«Qarabağ məsələsi» də «erməni məsələsi»nin tərkib hissələrindən biridir. Belə ki, 
ilk  dəfə  «Dağlıq  Qarabağ»  ifadəsi  I  Dünya  müharibəsindən  sonra  erməni-daĢnak 
faĢistləri  tərəfindən  ortaya  atılan  yer  adı  olub.  Siyasi  məna  kəsb  edən  coğrafi 
anlayıĢa  çevrilib.  BolĢevik-daĢnak  qaragüruhçuları  tərəfindən  isə  elmi-coğrafi 
baxımdan  deyil,  volyuntarist  prinsip  əsasında  formalaĢdırılan  bir  qurum  adı  və 
inzibati ərazi vahidi kimi hallandırılıbdı. 
Qeyd  etmək  lazımdır  ki,  bu  yanaĢma  ilə,  bu  prinsipi  əsas  götürməklə 
dünyanın istənilən ölkəsində və ya çoxmilyonlu iri Ģəhərlərində kompakt yaĢayan 
hər  hansı  bir  adda  gəlmə  əhalinin  və  ya  etnik  qrupun  siyasi  qurumunu  yaratmaq 
mümkündür. 
Bu gün beynəlxalq aləmdə müzakirəsi aparılan Dağlıq Qarabağ məsələsinin 
milli-etnik  xarakteri  o  qədər  də  əsas  deyil.  Bu  məsələ  bütövlükdə  çoxsaylı 
dövlətlərin,  habelə  sayı-hesabı  bilinməyən  tamahkar  qrup  və  fərdlərin  vəzifə 
hərislərinin  siyasi  alver  mənbəyi  və  qumar  məkanıdır.  Daha  çox  isə  böyük 
dövlətlərin  siyasi  və  iqtisadi  təsir  vasitələrini  və  təzahür  formalarını  özündə  əks 
etdirən, Qafqazın təbii qaynaqlarının yenidən bölüĢdürülməsi, yeni ərazilərə sahib 
olmaq  və  öz  təsir  dairəsində  saxlamaq  sahəsində  dövlət  siyasətlərinin  və  milli 
maraqlarının açıq və  ya gizli formada müzakirə obyektidir. Bu problemin həlli ilə 


124 
 
məĢğul  olmaq  üçün  yaradılan  və  status  alan  Minsk  qrupunun  həmsədrləri  dərk 
etmək  istəmirlər  ki,  Qarabağ  Azərbaycan  xalqının  mənəviyyat  baxımından  dil, 
ədəbiyyat, incəsənət və  mədəniyyətinin, siyasi baxımdan isə  dövlətçiliyinin,  milli 
konsolidasiyasının formalaĢdığı əsas mərkəzlərdən biridir. Bu məsələnin həlli sırf 
siyasi xarakter daĢıya bilməz. Qarabağ məsələsi ümummilli problemdir, onu yalnız 
xalqın  ümumi  iradəsi  və  onun  elitasının  düĢünülmüĢ  fəaliyyət  proqramı  əsasında 
həll etmək olar. Ona görə də məsələnin öz həllini tapmasında yalnız siyasilər deyil, 
Azərbaycan  cəmiyyətinin  bütün  elitası  iĢtirak  etməlidir.  Problemin  çözülməsində, 
həllində  bütün  danıĢıqların  aparılmasında  əsas  məkan  Xankəndi  və  ġuĢa  Ģəhərləri 
seçilməlidir. ĠĢğal altında qalan 900 yaĢayıĢ məntəqəsindən didərgin salınmıĢ əhali 
tərəfindən  seçilmiĢ  nümayəndələrin  bu  danıĢıqlara  cəlb  edilməsi  prioritet  təĢkil 
etməlidir. Müzakirələrin belə bir məcrada keçirilməsini təmin etməyən beynəlxalq 
təĢkilatlar  hansı  vasitəçilik  missiyalarından  danıĢa  bilər?!  ER-nı  təcavüzkar, 
beynəlxalq  terroru  və  separatizmi  dəstəkləyən  dövlət  kimi  tanımayan  beynəlxalq 
təĢkilatlar  və  həmsədr  dövlətlər  iĢğala  məruz  qalan  Azərbaycan  üçün  xoĢməramlı 
nə  iĢ  görə  bilərlər?!  Təəssüf  hissiylə  qeyd  etmək  lazımdır  ki,  hələ  də  bu  məsələ 
Azərbaycan  cəmiyyəti  tərəfindən  ən  ümdə  və  əsas  ümummilli  müzakirə 
səviyyəsinə  qaldırılmamıĢdır.  Biz  bu  məsələyə  barmaqarası  baxmamalıyıq. 
Erməni-daĢnak  fasistlərinin  ikibaĢlı  oyunlarının  yedəyində  bunca  getməməliyik. 
Özümüz-özümüzə  güc  gəlməyi  bacarmalıyıq.  «Erməni  məsələsi»  həlqəsini 
baĢqalarının barmağından çıxarmağın, öz barmağımıza  keçirib fırlatmağın yolunu 
arayıb-araĢdırmalıyıq. Bunun çəmini tapmalıyıq... 
 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin