123
birliyinə tanıtmaqla Türkiyə Cümhuriyyətindən təzminat almaq, torpaq qoparmaq
iddiasından əl çəkmək fikrində olmadıqlarını açıq-aydın bəyan edirlər.
Uydurma «erməni məsələsi» uzun illər öz adıyla tarixləĢsə də, bəli, bu gün
qondarma «erməni soyqırımı» adıyla yaĢadılır. «ƏzabkeĢ və məzlum» erməni
obrazı yaradılır, «erməni soyqırımı» əfsanəsinin tanıdılması uğrunda gedən
mübarizə səngimək bilmir. Gündəlik müzakirə mövzusuna çevrilir. Hətta bununla
bağlı bir sıra Qərb ölkələrinin qanunvericilik orqanları beynəlxalq hüquq
normalarına zidd olan əsassız və ədalətsiz təsiretmə aktları qəbul edirlər. Bununsa
kölgəsində erməni-daĢnak faĢistləri öz məkrli niyyətlərini həyata keçirirlər.
ĠĢğalçılıq, etnik təmizləmə və soyqırımı, dövlət terrorizmi kimi siyasətlərini
pərdələyirlər. Halbuki qondarma «erməni soyqırımı» əfsanəsinin arxasında real
türk soyqırımı dayanır. Axı, tarixə yanlıĢlıq verə-verə erməni-daĢnak faĢistləri hara
kimi yalan addımlar atacaqlar, nə qədər məsafə qət edəcəklər?! Detalları Ģübhə
doğuran, tarixi kökü, sübutu olmayan uydurma «erməni soyqırımı» heç nədən
yaranan, xristian himayəsinə sığınan erməni-daĢnak faĢistlərinin ortaya atdığı
ədalətsiz iĢğalçılıq müharibəsinə haqq qazandırmaqdan, məkr və hiylədən baĢqa bir
Ģey deyildir. Vaxt gələcək tarix öz mizan-tərəzisini ortaya qoyacaqdır. Kimin kim
olduğunu incələyib tarixi həqiqətin nədən ibarət olduğunu bütün dünyaya bəyan
edəcəkdir. Qanında irqçilik geni daĢımayan yeganə bir millət varsa, o da türkdür,
qayəsi insandır, türkün! Bu tarixi haqqımızı dünya birliyinə tanıtmaq, çatdırmaq,
öz haqqımızı əldə etmək üçün ardıcıl, sarsılmaz, əzmkar mübarizə yolu
qarĢımızdadır. Bu yol bizim haqq yolumuzdur.
Dostları ilə paylaş: