Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə239/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   235   236   237   238   239   240   241   242   ...   500
HaĢiyə 5: Qarabağ münaqiĢəsinin danıĢıqlar yolu ilə həll edilməsinə kömək 
məqsədi  ilə  1992-ci  ildə  yaradılmıĢ  ATƏT-in  Minsk  qrupunun  15  il  ərzində  bir-
birinin  ardınca  Azərbaycanın  ərazi  bütövlüyünə  və  unitar  dövlət  qurumuna  xələl 
gətirən  təkliflərlə  çıxıĢ  etməsi,  haqsızlığa  qapı  açan,  heç  bir  əməli  nəticələr 


195 
 
verməyən  tövsiyələrlə  səmərəsiz  görüĢlər  keçirməsi  bizi  Ģübhəli  mülahizələrə  və 
xoĢagəlməz  fikirlərə  düĢməyə  vadar  edir.  Dünya  birliyi  Qarabağ  münaqiĢəsinin 
ədalətli  həllinə  heç  vəchlə  səy  göstərmir.  Əksinə  problemin  həlli  uzandıqca  və 
yubandıqca  beynəlxalq  təĢkilatlar  və  aparıcı  dövlətlər  iĢğal  altında  olan 
Azərbaycan  torpaqlarının  mübahisəli  zona  statusuna  köçürülməsi  yönümündə 
manevrlər  edirlər.  Azərbaycan  Respublikasına  münasibətdə  ikili  standartlardan 
xəbər  verən  baxıĢlar  nümayiĢ  etdirirlər.  ABġ  hökuməti  konqresin  AR-na  dövlət 
yardımını qadağan edən Azadlıq aktına əlavə, ədalətsiz 907-ci düzəliĢi hələ də ləğv 
etməmiĢdir.  ĠĢğalçılıq  müharibəsi  aparmasına  baxmayaraq,  ER-na  hər  il  100 
milyon dollarla dövlət yardımı edir. Minsk qrupunun baĢqa bir həmsədri olan RF 
isə ER-nı müasir döyüĢ silahları ilə təmənnasız təmin edir. Fransa isə öz qardaĢlıq 
dəstəyini hər üzünə davam etdirir. Bir sözlə, ER beynəlxalq aləmdə himayə edilir, 
onun qəsbkarlıq hərəkətlərinə göz yumulur, təcavüzkar dövlət kimi tanınmır. 
Xristian-müsəlman  diskriminasiyası  ittiham  və  qənaətlərimizi  təsdiq  edən 
əsas  faktordur.  Bu  hal  təcavüzkar  ER  ilə  təcavüzə  məruz  qalan  AR-nın  Avropa 
ġurasına  qəbulu  zamanı  bir  daha  özünü  büruzə  verdirdi.  Belə  ki,  müzakirələrin 
gediĢində  insan  haqlarını  kütləvi  Ģəkildə  pozan,  monomillətçilik,  iĢğalçılıq, 
qəsbkarlıq  və  etnik  təmizləmə  siyasəti  aparan  ER-sı  üzərinə  bu  yöndə  heç  bir 
öhdəlik  qoyulmadı  və  iradlar  tutulmadı.  Bunun  müqabilində  isə  Azərbaycan 
Respublikasında  hərbi  canilərin  məhkumluğuna  siyasi  don  geydirildi.  Milli 
dövlətçiliyimizə  qarĢı  xəyanətkar  və  separatçı  mövqe  tutmuĢ  qatı  cinayətkarların 
azadlığa  buraxılması  və  ya  istintaq  iĢlərinə  yenidən  baxılması  kimi  qeyri-ciddi 
öhdəliklər  qoyuldu.  BaĢqa  bir  müqayisə  faktına  diqqət  yetirək:  Avstriyada  ifrat 
millətçilərin  hakimiyyətə  gəliĢi ilə bütün  Avropa dövlətləri ayağa qalxdı və etiraz 
bəyanatları  verdilər. Ermənistanda isə öz davranıĢı ilə faĢizmi və  ultra  millətçiliyi 
kölgədə  qoyan,  beynəlxalq  terrorçu  təĢkilata  malik  DaĢnaksutyun  partiyası 
nümayəndələrinin  hakimiyyət  pikində  oturması  faktı  dünya  birliyini  qətiyyən 
narahat etmədi və bu gün də etmir. 
ĠĢğal  altında  qalmıĢ  ərazilərdə  təbiətin  mühafizəsinə  və  ətraf  mühitin 
qorunmasına vəhĢi münasibət bəslənilir, daha çox bəĢəriyyət və insanlıq əleyhinə 
cinayət  törədilir.  Qırmızı  palıd  meĢəliyi,  qoz  ağacları,  Ģərq  çinarları  boy  sırası  ilə 
doğranır. Suvarma sistemləri dağıdılır, əkin sahələri, min hektarlarla bağ-bağatlar, 
10 min hektarlarla üzüm plantasiyaları məhv edilir, oda qalanır, yandırılır. Yeraltı 
və  yerüstü  sərvətlər  talanır,  torpaq  və  yerin  təki  korroziyaya  uğradılır.  Su 
ehtiyatları, mineral sular, bitki və heyvanat aləmi qarət olunur, subartezian quyuları 
və  kəhrizlər  batırılır.  Qiymətli  metal  ehtiyatı  olan  filiz  yataqları  yağmalanır, 
çaylara və ətraf ərazilərə reaktiv tullantılar atılır və zəhərli maddələr axıdılır. 
Tarixi,  arxeoloji  və  maddi  mədəniyyət  abidələri  uçurulur,  atəĢpərəstliyi  və 
türkçülüyü  özündə  əks  etdirən  antik  dövrün  niĢanələri  və  islami  dəyərlərin  izləri 
həmin  yerlərdən  silinir.  Dini  və  ritual  ayinlərin  icra  edildiyi  yerlər  dağıdılır. 
Məscidlərin  bünövrəsi  qaĢınır.  Müqəddəs  yerlər,  ocaqlar,  pirlər  murdarlanır. 


196 
 
Qəbiristanlıqlar  buldozerlərin  çalovuna  verilir.  YaĢayıĢ  məntəqələri  yerlə  yeksan 
edilir. Adlar dəyiĢdirilir, toponimlər erməniləĢdirilir. 
Erməni-daĢnak  faĢizmi,  onun  terror  təĢkilatlarının  fəaliyyəti  ER  tərəfindən 
dövlət səviyyəsində dəstəklənir. AR-na və azərbaycanlılara qarĢı yönəldilmiĢ terror 
aktları  dövlət  orqanlarında  yuva  qurmuĢ  erməni-daĢnak  faĢistləri  tərəfindən 
planlaĢdırılır,  hazırlanır  və  maliyyələĢdirilir.  Erməni  kəĢfiyyatı,  xüsusi  xidmət 
orqanları  Azərbaycanda  terror-təxribat  aksiyalarının  təĢkilində  hərbi  əsir  və 
girovlardan, 
üçüncü 
dövlətlərin 
vətəndaĢlarından, 
azsaylı 
xalqların 
nümayəndələrindən  məharətlə  istifadə  edirlər.  ĠkibaĢlı  siyasətlərini,  at  gediĢli 
oyunlarını davam etdirirlər. RF-nın imperiya siyasətinin canlanmasından hər vasitə 
ilə  istifadə  etməyə,  yenə  də  bəhrələnməyə  səy  göstərirlər.  Həm  imperiya 
siyasətbazlarının,  həm  də  etnik  qrupların  ələ  alınmıĢ  baĢıboĢ  liderlərinin  qulağına 
baĢ  tutması  mümkün  olmayan  Ģirin  yalanlar  pıçıldayırlar,  öz  yaramazlıqları  ilə 
milli  münaqiĢələrin  sonu  bitməyən  variantlarından  istifadə  etməyə  çalıĢırlar. 
DaĢnak  psixopatlarının  sayıqlamalarına  görə,  «Car-Balakən  respublikası» 
Ağdamadək  uzadılmalı,  «DQR»-na  birləĢməlidir.  AR  iki  yerə  bölünməli,  ER 
Cənubi  Qafqazın  ən  böyük  dövlətinə,  RF-nın  Qafqazda  əvəzolunmaz  dayağına 
çevrilməlidir. Bu və ya baĢqa Ģəkildə RF ilə birbaĢa sərhəd əlaqəsi yaradılmasına 
nail  olunmalıdır.  Həmçinin,  erməni-daĢnak  faĢistlərinin  Gürcüstan  separatçılarına 
bel  bağlamaları  da  bu  qəbildəndir.  Abxaziyanın  və  ya  Cənubi  Osetiyanın  RF-na 
birləĢdirilməsi ER-nın sərhədlərini RF-na bir o qədər yaxınlaĢması deməkdir. 
Erməni-daĢnak faĢistləri unudurlar ki, indi Azərbaycan 1988-1993-cü illərin 
Azərbaycanı  deyildir.  Onun  iqtisadiyyatı  ilbəil  yüksəlir.  Müvafiq  olaraq  hərbi 
potensialı  durmadan  güclənməkdədir.  Ġndi  hər  bir  Azərbaycan  əsgəri  son  damla 
qanını  Qarabağ  torpağı  uğrunda  axıtmağa  hazırdır.  Ədalətli  müharibə  aparmaq 
Azərbaycan xalqının haqqıdır. Bəli, Qarabağ müharibəsində son sözü Azərbaycan 
deməlidir! 
 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin