197
Azərbaycanın xalq qəhrəmanı Babək və qardaĢı Abdulla erməni xislətli Səhl ibn
Sumbat və oğlu Müaviyə tərəfindən xəyanət yolu ilə tutularaq ərəblərə təhvil
verilmiĢlər. Onlar bu xəyanətdən bəhrələnmiĢ, Babəki ərəblərə sataraq çoxlu pul
qazanmıĢlar. 838-ci il mart ayının 14-də xəlifə Mötəsimin hökmü ilə Babək Samirə
Ģəhərində edam edilmiĢdi. QardaĢı Abdulla isə eyni iĢgəncə ilə Bağdad Ģəhərində
qətlə yetirilmiĢdi. Hətta XIII əsrdə özünü Xaçın knyazı elan edən Həsən Cəlalın
son varisi də XVI əsrdə gəlmə ermənilər tərəfindən zəhərlənərək aradan
götürülmüĢdü. Bununla da dönmə ermənilərin son varisi kimi çıxıĢ edən Xaçın
məlikliyinin özündə belə rəhbərliyi gəlmə ermənilər öz əllərinə keçirmiĢlər.
Mən bu bölmədə XVI əsrdən baĢlayaraq Azərbaycan ərazisində ermənilərin
törətdikləri terror aktlarının xronologiyasını verməyə çalıĢmıĢam. Əlbəttə, dünya
arenasında ermənilər və erməni-daĢnak terrorçuları müxtəlif adlar altında terror
aktları törətmiĢ, həm də kifayət qədər ifĢa olunmuĢlar. O da aydındır ki, erməni
terrorçularının fərdi terror aktları 1892-ci ildən baĢlayaraq siyasi məna kəsb edən
bir hərəkata çevrilmiĢdir. Bu isə DaĢnaksutyun partiyasının adıyla bağlıdır.
DaĢnaksutyun partiyasının ən kəsərli silahı məhz bir ərazidə yaĢadıqları qonĢu
xalqlara qarĢı törədilən terror aktlarından faydalanmaq siyasətidir. Təkcə bir faktı
göstərmək kifayətdir ki, erməni daĢnak terrorçuları 1970-1980-ci illərdə türk
səfirliklərinə və türklərə qarĢı 220-dən çox terror aktı törətmiĢlər. Əllidən çox
insan, o cümlədən 41 türk diplomatı qətlə yetirilmiĢdir. Onların ailə üzvləri də
zərərçəkən insanlardan olmuĢlar. Biz burada XIX-XX əsrlərdə erməni
terrorçularının Türkiyə ərazisində və ya türk səfirliklərinə qarĢı törədilən və həyata
keçirilən terror aktları barədə məlumat verməyi qarĢıya məqsəd qoymamıĢıq.
Çünki Anadoluda və dünyanın bir sıra aparıcı ölkələrində erməni-daĢnak faĢistləri
tərəfindən törədilən bu terror aktları barədə kifayət qədər deyilib və yazılıbdır.
Əfsuslar olsun ki, ermənilərin və erməni-daĢnak faĢizminin Azərbaycanın tarixi-
coğrafi ərazisində son iki əsrdə mütəmadi və məqsədyönlü Ģəkildə törətdikləri həm
fiziki, həm də mənəvi-ideoloji terror aktları kifayət qədər araĢdırılmamıĢ, sistemli
Ģəkildə öyrənilməmiĢdir. Deyərdim ki, hətta günü bu gün də terror aksiyaları tarixi
faktlar əsasında izlənməmiĢ, Azərbaycanın varlığına yönəlmiĢ qəsdləri
müqabilində yetərincə ifĢa olunmamıĢdır. Halbuki ötən yüzilliklər ərzində
ermənilər və erməni-daĢnak faĢistləri Azərbaycana və Azərbaycan türkünə qarĢı
xəyanət yolu tutduqlarını dönə-dönə nümayiĢ etdirmiĢlər. Yüz minlərlə
Azərbaycan türkünü aman vermədən qətlə yetirmiĢlər, yurd-yuvalarından didərgin
salmıĢlar. Əsas məqsədləri Azərbaycan türkünü məhv etməklə etnik təmizləmə
siyasətlərini həyata keçirmək olmuĢdur. Onlar bu istəklərini terror müharibələri ilə
yerinə yetirmiĢlər. Azərbaycan torpağında öz dövlətlərini qurmağa çalıĢmıĢ və son
anda buna nail olmuĢdular.
Dostları ilə paylaş: