3. 1750-1760-cı illər: Çelaberd və Gülüstan erməniləri Dəli Mahrasa, Tülü
Arzuman, Çalağan YüzbaĢı öz quldur dəstələri ilə ətraf kəndlərə həmlələr edir,
dinc, əliyalın Azərbaycan türklərini ələ keçirir və qətlə yetirirdilər. Bununla onların
havadarları Cənubi Qafqazın iĢğalı zamanı imperiya ordusuna yaxından köməklik
edəcəklərini bildirir, rus çarlarının diqqətini özlərinə cəlb etmək istəyirdilər;
4. 3 yanvar 1804-cü il: Erməni millətindən olan quldurbaĢı Qriqor
Manuçaryan özünün 500 nəfərlik dəstəsi ilə Gəncənin qaniçən çar generalı
Sisianov tərəfindən iĢğal edilməsində yaxından iĢtirak etmiĢ, yüzlərlə dinc Ģəhər
sakininin qətlə yetirilməsində öz nankorluqlarını sübuta yetirmiĢlər;
5. 2 iyun 1806-cı il: Uzun müddət çar Rusiyasına casusluq etmiĢ Məlik
CümĢüd ġahnazaryanın xəyanətkar təhriki və bələdçiliyi ilə rus mayoru Lisanoviç
öz dəstəsi ilə Xanbağında istirahət edən Qarabağ xanı Ġbrahimxəlil xanı ailə üzvləri
və əyanları ilə birlikdə (cəmi 17 nəfər) yataqlarında ikən qətlə yetirmiĢdi. Bunun
müqabilində parabeyin kimi tanınan mayor Lisanoviç sonralar general
rütbəsinədək yüksəldilmiĢdi. Məlik CümĢüd ġahnazaryan hələ 1796-cı ildə
Gürcüstana səfər etmiĢ, orada çara xidmət edəcəyi barədə müqaviləyə imza
atmıĢdır. Rusiyanın xeyrinə etdiyi xəyanətkar xidmətlərinə görə isə sonralar çar
Pavel tərəfindən ona polkovnik rütbəsi verilmiĢ, Tiflis Ģəhərində mənzillə və
1400 manat məbləğində ömürlük dövlət təqaüdü ilə təmin edilmiĢdi;