280
torpağı düĢmən tapdağı altında qalan, övladları həlak olan, qız-gəlinləri girov
düĢən, namusuna təcavüz olunan bir millətin parçalanmağa, ölkə daxilində
qarĢıdurma yaratmağa mənəvi haqqı yoxdur. Birliyimiz nicatımızdır! Çox
təəssüflər olsun ki, 20 Yanvar Bakı qırğınından bu qədər müddət keçməsinə
baxmayaraq, onun da müzakirəsi zamanı qəbul edilən parlament qərarından bir sıra
anlaĢılmazlıqlar hələ də öz həllini tapmamıĢdır. Ümumiyyətlə, bu qırğında erməni-
daĢnak terrorçularının iĢtirakına açıq Ģəkildə toxunulmur. Son variantda isə Bakıda
qanlı qırğın törədilməsində baĢ rollardan birinin ifaçısı olmuĢ Yevgeni Primakovun
adı faciəyə görə mənəvi-siyasi-kriminal cinayət məsuliyyəti daĢıyan Ģəxslərin
siyahısından çıxarılmıĢdı. Deməzsən, bu faciəyə heç bir dəxli olmayan, daha
doğrusu, məsuliyyət daĢımayan o dövrün müxalifət nümayəndələri Arif Hacıyev və
Fazil Qəzənfəroğlunun adları nəyə görəsə, hansı səbəbdənsə mənəvi-siyasi-
kriminal məsuliyyəti daĢıyan Ģəxslərin cərgəsinə daxil edilmiĢlər.
Qeyd: Ġstər 20 Yanvar Bakı qırğınının, istərsə də Xocalı soyqırımının cani
və günahkarlarının cinayətləri və təqsirkarlıq dərəcələri iĢlətdikləri əmələ görə iki
qrupa bölünür. Ona görə də istər siyasi məsuliyyətə, istərsə də cinayət
məsuliyyətinə cəlb edilmədə günahkarlar da iki qisimdə müəyyən edilməlidirlər: 1)
cinayəti törədənlər və buna fərman verənlər; 2) günahsız insanların müdafiəsini
təĢkil etməyə borclu olan səlahiyyət sahibləri və onların vəzifə borclarını yerinə
yetirməyə mane olanlar;
Hər iki qrupa daxil olanların siyahıları tərtib edilməli və ayrı-ayrılıqda
cinayət xarakterli hərəkətləri tam tədqiq olunmalı və hərəkətlərinə hüquqi qiymət
verilməlidir. Əməlində cinayət tərkibi tam sübuta yetirilənlər layiq olduqları
cəzalarını da çəkməlidirlər. Nə qədər cəzadan yayınmalar varsa, cinayətlərin artma
tempi də bir o qədər çoxalacaqdır. Hər iki məsələyə hüquqi-siyasi qiymət
verilərkən bu prinsiplər gözlənilməli, ölkə xaricindəki və ölkə daxilindəki cinayət
törədicilərinin siyasi məsuliyyət məsələsinə ayrı-ayrılıqda baxılması bir zərurət
kimi qəbul edilməlidir.
Dostları ilə paylaş: