Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə484/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   480   481   482   483   484   485   486   487   ...   500
Söz ardı: Xocalı soyqırımı erməni-daĢnak faĢizminin məqsədyönlü Ģəkildə 
nəzərdə tutulan, törədilməsi qabaqcadan düĢünülən,  məqamı gözlənən, zamanında 
həyata keçirilən, insanlığa qarĢı çevrilmiĢ bir vəhĢət aktı idi. Deməli, bu soyqırımı 
gözlənilən  idi.  Bəs  bu  qətliamın  qarĢısını  almaq  olardımı?  Sualını  verənlərə  mən 
qeyri-müəyyənliklə  yox  deyirəm.  Çünki  həmin  zaman  kəsiyində  və  məkan 
çərçivəsində  əks  qüvvənin  mövcudluğu  kifayət  edə  bilən  və  zəruri  Ģərt  kimi 
qiymətləndirilən halda deyildi, birliyi olmayan güclə müqavimət göstərə bilməzdi. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  erməni-daĢnak  faĢistləri  planlı  Ģəkildə  qabaqcadan 
buna  hazırlaĢırdılar.  Rusiyanın  imperiyapərəst  dairələri  isə  müstəqilliyə  can  atan, 
son məqamda SSRĠ-nin hər hansı bir Ģəkildə bərpasına yönələn MDB-ni inkar edən 
Azərbaycana qulaqburması vermək üçün iĢğalın daĢıyıcısı və təminatçısı olan 366-
cı  xüsusi  təyinatlı  motoatıcı  alayı  kömək  üçün,  elə  bu  məqsədlə  də  Xankəndində 
toplanmıĢ  erməni-daĢnak  terror  birləĢmələrinin  ixtiyarına  buraxmıĢdı.  Deməli, 
soyqırımın  baĢ  verməsi  labüd  idi.  Lakin  bu  qətliamın  qarĢısını  ala  biləcək,  dinc 
əhalinin təhlükəsizliyini təmin edəcək əks qütbdəki qüvvələr buna təminat vermək 
iqtidarından  uzaq  idilər.  Bu  qüvvələr  tamah  və  Ģöhrət  düĢkünləri,  vəzifə 
hərisləriydilər.  Xalqın,  millətin  taleyini  Ģəxsi  mənafelərinə  qurban  vermək  üçün 
sanki  bir-birləri  ilə  yarıĢa  girmiĢdilər.  Hakimiyyətdə  olanlar  da,  hakimiyyətə  can 
atanlar da Qarabağ savaĢından siyasi məqsədlər üçün istifadə edirdilər. Qulaqlarına 
qurğuĢun  tökür,    xocalılıların    hayını-harayını    eĢitmirdilər.  Bu    mənafelər 
baxımından  qətliamın  qarĢısını  almağa  az-çox  qabil  olan  qüvvələr  Xocalı 
soyqırımının  törədilməsində  bəlkə  də  maraqlıydılar.  Ġqtidar  bədnam  üzünü,  hər 
Ģeydən öncə 20 noyabr 1991-ci ildə baĢ verən vertolyot qəzasında heç nəyə qadir 


284 
 
olmadığını  göstərdi.  20  noyabr  terror  aktı  daĢnak  terror  qruplaĢması  tərəfindən 
törədilsə də, nə onlar axtarıldı, nə də fərman verənlərin izinə düĢən oldu. Bu terror 
aktının  da  təĢkilatçıları  və  iĢtirakçıları  qara  qutu  kimi  qara  pərdələr  arxasında  it-
bata  düĢdü.  O  günlərin  iqtidarı  isə  Xocalının  müdafiəsini  öz  üzərinə  götürən 
könüllüləri  tam  silahlandırmaq  yox,  silahsızlaĢdırmaq  yolunda  çapaladı.  Yalan 
vədlər  verməklə  günü-günə  satır,  vaxt  ötürürdü.  Milli  Ordu  yaradılması  barədə  o 
günlər  fərman  verilsə  də,  mətn  quru  kağız  üzərində  qalıb  Qarabağın  iĢğalına  göz 
bərəldirdi.  Ġxtiyar  sahibləri  Milli  Ordu  yaradılmasına  barmaqarası  baxırdılar. 
Demokratiyanın  öncülləri  sayılan  müxalifət  liderlərinin  isə  vəzifə  stullarına, 
kreslolarına hərislik göstərmələri xalqın müqavimətini və müdafiəsini təĢkil etmək, 
Xocalının xilası naminə hər hansı bir addım atmaq təĢəbbüsündən uzaq saldı. Gözə 
görünməyən  3-cü,  4-cü  qüvvələr  isə  dilləri  altına  çöp  qoyub  ortalığa  danıĢdılar. 
Dərd azmıĢ kimi, hər iki real qüvvəni öz dillərindən tuta-tuta lağa-loğaza qoydular. 
Qarabağ  camaatının  isə  birlik  nümayiĢ  etdirməsinin  qeyri-reallığı  Qarabağ 
hadisələri  baĢlayan  ilk  günlərdən  özünü  göstərdi.  QonĢu-qonĢuyla,  kənd-kəndlə, 
bölgə-bölgəylə  əl-ələ  verib  tam  halda  çıxıĢ  etmək  əzmkarlığı  göstərmədilər. 
Xocalının  müqavimətini  təĢkil  edəcək  qüvvə  əksinə,  qətliamı  törətmək  üçün 
erməni-daĢnak  faĢistlərinin  yolu  üstünə,  belə  demək  mümkünsə,  yaĢıl  iĢıq  tutur, 
düĢmən  dəyirmanına  su  tökürdülər.  Bu  qətliamı  törətmək  və  ya  törətməmək, 
soyqırımın  miqyası  və  qəddarlıq  dərəcəsi  ancaq  və  ancaq  erməni-daĢnak 
faĢistlərinin  öz  insafına  qalırdı.  Sərbəstlikdən  və  cəzasızlıqdan  isə  erməni-daĢnak 
faĢistləri  sözün tam  mənasında  azad idilər. Onlar son anda  öz  vəhĢanəliklərindən 
bəhrələndilər.  Qəddarlığın  və  qətliamın  misli-bərabəri  olmayan  həddindən  və 
mümkün  miqyasından  gen-bol,  bütövlükdə  istifadə  etdilər.  XX  əsrin  son  və  ən 
dəhĢətli soyqırımı faciəsini bəĢəriyyətin bu günüylə uyuĢmayan qətliam hadisəsini 
törətdilər.  Müxalifət  millətin  mənafeyini  hakimiyyət  hərisliyinə  qurban  verdi. 
Ġqtidarsa  sanki  əldən  getməkdə  olan  hakimiyyətinin  acığını  susdurmaq  adıyla 
millətdən bu sayaq çıxdı. 
Xocalı  faciəsindən  Qarabağ  camaatı  Ģoka  düĢdü.  Köməksiz  olduğunu 
anladı. Kimsə hər hansı bir güc-qüvvə tərəfindən müdafiə olunacağına olub-qalan 
son  ümidini  də  tamam-kamal  itirdi.  Qarabağ  elatının  gündoğana  yön  alan  adda-
budda  köçləri  Xocalı  qətliamının  baĢ  verdiyi  gündən  arasıkəsilməz  oldu,  kütləvi 
hal  aldı.  Əks  tərəfdən  heç  bir  reaksiya  görməyən,  hətta  Xocalı  qətliamının 
miqyasını  azaltmağa,  heçə  endirməyə  çalıĢan    Azərbaycan  hökumətinin 
bivecliyindən  ruhlanan  daĢnak  terror  qruplaĢmaları  daha  da  fəallaĢdılar.  Ağdamın 
mərkəzi  meydanlarını,  Füzuli  Ģəhərinin  bazar  ətrafı  məhəllələrini  raket  yağıĢına 
tutdular. Ġnsan tələfatına boy verdilər. 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   480   481   482   483   484   485   486   487   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin