Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə485/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   481   482   483   484   485   486   487   488   ...   500
HaĢiyə 1: Füzulidə baĢ verən faciənin sabahı günü tamam baĢqa məqsədlə, 
cari  iĢ  dalınca  Qubadlı  rayonuna  getmiĢdim.  Yolüstü  hal-əhval  tutmaq  üçün 
bölgənin  Çaytumas  kəndinə  döndüm.  Gözlərimə  inanmadım.  Mən  kəndə  çatanda 
nəinki  təkcə  qohumlarımı,  bütün  kənd  əhalisini  ayaq  üstə  qalan,  bir  tərəfini 


285 
 
qaçaqaçda  qoyan  gördüm.  Camaat  həmən  saat  baĢıma  toplaĢdı.  Məni  haya  gələn 
kimi qarĢıladılar. Mən mat-məəttəl qaldım. Deyirdilər ki, bəs buralara xəbər çatıb 
ki,  ermənilər  hücuma  keçiblər.  Bu  gün-sabah  Qaradizi  tutacaqlar.  Akara-Bakı 
avtomagistralı və Mincivan-Bakı dəmiryol xətti bağlanacaqdır. Cəbrayıl, Zəngilan, 
Qubadlı, Laçın rayonları mühasirədə qalacaq. Xankəndindəki 366-cı motoatıcı alay 
ermənilərin tərəfinə keçib. Ermənistandakı 7-ci rus
 
ordusu  da erməni  milli ordusu 
ilə birləĢibdi. Neçə-neçə Xocalı faciəsi kimi qətliamlar törətməyə hazırlaĢırlar. Bir 
neçə  günə  yer-yurdunu  tərk  etməyən  Ģəhər,  kənd  əhalisi  Xocalı  faciəsi  ilə  üz-üzə 
qalacaq.  Hətta  Ģayiə  buraxmıĢdılar  ki,  erməni  Xocalıda  girov  götürdükləri  türk 
qızlarını  postlara  paylayıb,  onların  namuslarına  hər  cür  təcavüzlər  edirlər. 
Səsucaldanlar  qoyub  qızların  ah-naləsini,  fəryadlarını,  qıĢqırtılarını  sərhədyanı 
kəndlərə yayırlar. 
Camaat  həyəcan  içindəydi.  Dedim  ki,  ay  camaat,  mən,  vallah,  buraya 
tamam  baĢqa  bir  məqsədlə,  iĢ  ardınca  gəlmiĢəm.  Qubadlıya  gedəcəm.  Siz  nə 
danıĢırsınız,  Qubadlı,  Cəbrayıl  kimi  Füzuliyə  də  növbəti  dəfə  qrad  atıblar, 
vəssalam. Dünən mən özüm Qaradizdə olmuĢam. Orada tam sakitlikdi. Cəbrayılda 
da  siz  deyən  söz-söhbət,  filan  yoxdur.  Kimdi  sizə  bu  sözü  deyən?!  Kim  idi,  kim 
durur  bu  təxribatların,  Ģayiələrin  arxasında?!  Yenə  də  deyirəm,  mən  özüm  dünən 
Qaradizdə  olmuĢam.  ġayiə  yayanlar  sizi  təĢviĢə  salıblar.  Burada  erməni  barmağı 
var.  DanıĢdıqlarınızın  hamısı  Ģayiədir.  Bu  gediĢlə  hələ  baĢımıza  çox  bəlalar 
gələcək.  Mən  qohumlarımı,  kənd  camaatını  arxayın  salsam  da,  sonradan  eĢidirəm 
ki, yenə də Ģayiə öz iĢini görüb. Bir çoxları dediklərimə məhəl qoymayıb, arxayın 
olmayıblar. Qabağını qaranlığa salaraq gecəykən var-dövlətindən ələ gələnini yır-
yığıĢ edib Bakıya, Sumqayıta, Milə, Muğana barxana aparanlar olub. Tək bununla 
kifayətlənməyənlər  də  vardı.  Dinc,  əliyalın  əhali  təpədən  dırnağadək  silahlanmıĢ 
daĢnak  terror  qrupları  ilə,  onlara  havadarlıq  edən  rus  hərbiçiləri  ilə  üz-üzə 
qalmaqdan qorxurdu. Narahatlıq keçirirdilər. Özlərinə sakitlik tapa bilmirdi. Özünə 
güvənib  onlara  təskinlik  verən  də  yox  idi.  DaĢnak  terrorundan  həyatlarını 
sığortalaya  bilmir,  əlimyandıda  qalan  camaat  ailələrinin  təhlükəsizliyini  təmin 
etməyə  bir  isnad  nöqtəsi  gəzirdi.  Son  çıxıĢ  yolunu  bəri  baĢdan  arvad-uĢaqlarını 
döyüĢ bölgəsindən  uzaqlaĢdırmaqda  görürdülər.  Artıq biz  ġuĢa  Ģəhərindən,  Laçın 
rayonundan  daĢınanların  köçü  ilə  tez-tez  rastlaĢırdıq.  Arazboyu  asfaltla  Bakı 
istiqamətində hərəkət edən yük daĢıyan maĢın karvanlarının intensivliyi günbəgün 
artırdı... 
Bakıda isə ikihakimiyyətlik deyil, tam hakimiyyətsizlik hökm sürürdü. BoĢ 
qalmıĢ  prezident  kürsüsü  uğrunda  istefaya  göndərilən  prezidentin  tör-töküntüləri 
ilə  ayrı-ayrı  müxalifət  və  mafioz  qrupların  liderləri  arasında  mübarizə,  əsl  döyüĢ, 
savaĢ,  dava-dalaĢ  gedirdi.  O  günlər  döyüĢ  bölgələrindəki  baĢıpozuqluqlardan, 
özbaĢınalıqlardan heç söz açmağına dəyməzdi. Adını, özünü müdafiə batalyonları 
qoymuĢ,  siyasiləĢmiĢ  könüllü  va  könülsüz  silahlı  dəstələr  ayrı-ayrı  siyasi 
qüvvələrin  və  onların  liderlərinin  diqtəsi  ilə  oturub-durur,  ayrı-ayrı  mafioz 


286 
 
qrupların  nəzarəti  altında  Bakı-ġuĢa  arasında  var-gəl  edirdilər.  Qarabağı  –  ana 
torpağı,  bu  cənnət  məkanı  Vətən  övladlarının  hakimiyyət  ehtiraslarına  qurban 
verirdilər. 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   481   482   483   484   485   486   487   488   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin