Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə487/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   483   484   485   486   487   488   489   490   ...   500
Sözə  qüvvət:  Əslində  erməni-daĢnak  faĢistlərinin  beyninə  iz  salan  Xocalı 
soyqırımı  riĢəsini  erməni-daĢnak  faĢizminin  qabaqcadan  hazırlayıb  həyata 
keçirdikləri məxsusi qantökmə planının baĢ tutduğu gündən - Sumqayıt fitnəsindən 
alsa da, erməni-rus cütlüyü isə hərəkət mənbəyini əslində qekaçepedən aldı. 
Tehrana  atüstü  səfərində  Moskvadan  aldığı  çevriliĢ  xəbərindən  fərəhlənən 
A.Mütəllibov sevincindən özünü ələ ala bilmədi. Öz əliylə boğazına siyasət xaltası 
keçirdi,  (O  xaltanı  hələ  də  boynundan çıxarıb  ata  bilmir.) Siyasi  xamlıq göstərdi, 
Moskvada  dövlət  çevriliĢinə  cəhd  edən  Yanayevi  və  onun  komandasını  alqıĢladı. 
Lakin  çevriliĢ  baĢ  tutmadı.  Yanayevin  hakimiyyət  ömrü  A.Mütəllibovun  Tehran 
səfərinin müddətindən az oldu. Qekaçepeçilərin basdırdıqları ölü özlərindən qabaq 
dirildi. 


287 
 
Ġran  səfərindən  qayıdan  A.Mütəllibov  centlmensayaq  hərəkət  etmədi,  nə 
istefa  verdi,  nə  də  hakimiyyətinin  köklü  müdafiəsi  haqqında  fikirləĢdi.  Əksinə, 
xalqı Xocalı soyqırımına sürüklədi. Özü də nəhayət, məcburi istefa tələsinə düĢdü. 
Yerlərdən  təĢkil  etdirdiyi  teleqram  və  məktublarla  daim  lənətlədiyi  rus 
demokratiyasının  qələbəsindən  qeyzləndi,  Hacı  Əbdül  demiĢkən  «Əyaz  müəllim» 
qəzəbini  AXC  liderlərinin  üstə  tökdü.  Onları  küçə  qoçularına  ustaddan  qalma 
əziĢdirdi, iqamətgahlarını dağıtdı. Hirsi soyumadı, yan-yörəsinə də dirsək göstərdi. 
Hirsli  baĢda  ağıl  olmaz  deyiblər,  lap  cin  vurmuĢa  döndü.  Ancaq  özü  də  dirsək 
görüb  döndü  oyuncaq  prezidentə.  Hər  çalınan  havaya  baĢladı  qol  götürüb 
oynamağa. Dedilər sessiyanın prezident seçməyə səlahiyyəti yoxdu, prezidentliyin 
Tofiq  bəy  demiĢkən,  hüquqi  baxımdan  qeyri-qanunidir.  Bir  aya  beĢ  ayı  tamam 
olmayan  prezidentliyini  təzələdi.  Bu  dəfə  özünü  ümumxalq  referendumu  yolu  ilə 
prezident  seçdirdi.  Guya  yerini  bərkitdi,  əslində  prezident  üsuli-idarəsini  çevirdi 
oyuncağa.  Özü  də  bu  oyunda  Y.Məmmədov  demiĢkən,  oldu  peĢka.  Müxtəlif 
oyunlarla  baĢ  girləyən  marionet  prezident  gücünü  məsrəfsiz  oyunlarda  itirdikcə 
müxalifət  günbəgün  gücləndi.  A.Mütəllibov  mitinq  və  nümayiĢlərin,  yürüĢlərin 
qarĢısını  almaq,  cəbhəçilərə  güc  göstərmək,  qorxuya  salmaq  üçün  döyüĢ 
bölgələrində  mətin  dayanmıĢ  omonçuları  Bakıya  yığdı.  Özünə  arxa  bildiyi  küçə 
uĢaqlarının  pozuculuq  fəaliyyətini  gücləndirdi.  «Bakı  bakılılar  üçündü»  deyə 
Ģəhərli-rayonlu  qarĢıdurması  yaratmağa  cəhd  göstərdi.  Yenicə  yaranmaqda  olan 
özünümüdafiə  dəstələrində  baĢıpozuqluq,  inamsızlıq  və  etimadsızlıq  toxumu 
cücərtdi. O biri tərəfdənsə özünü ona yaxınlıq verməyən Yeltsinə göstərmək istədi. 
Azərbaycan parlamenti 18 oktyabr 1991-ci il tarixdə  Azərbaycan Respublikasının 
Dövlət  müstəqilliyi  haqqında  Konstitusiya  aktı  qəbul  etdi.  Bu  münasibətlə 
Azərbaycana  ilk  «töhfəsini»  də  ərməğan  edən  elə  Yeltsinin  özü  oldu.  Belə  ki, 
Qorbaçovun  onu  arxasız  qoyub  Yeltsin  ətrafına  toplaĢan  və  «dikbaĢlıq»  edən 
erməni  həmkarlarına  dərs  olsun  deyə  13-20  may  1991-ci  il  tarixdə  Azərbaycanın 
xeyrinə  fırlatdığı  erməni  qulaqburmasını,  Yeltsin  13-20  noyabr  1991-ci  ildə  valı 
tərs  üzünə  çevirdi,  ermənilərin  xeyrinə  fırlatdı.  (O  val  günü  bu  gün  də 
fırlanmaqdadı.)  O  vaxt  Cəbrayıl-Hadrut,  Laçın-ġuĢa  arasındakı  erməni  kəndləri 
Sovet  ordusunun  nəzarəti  altında,  omonçular  tərəfindən    humanistcəsinə  
boĢaldıldı. 
Ermənilər  tərəfdən  bir  nəfərin  burnu  belə  qanamadı.  Həmin  kəndlərə 
Ermənistandan  qovulmuĢ  azərbaycanlılar  köçürüldü.  Yeltsin  zamanında  isə  rus 
ordusunun  nəzarəti  altında  erməni-daĢnak  faĢistləri  tərəfindən  həmin  kəndlərdəki 
türklərə  vəhĢiliklə  təcavüz  edildi.  Yenicə  isiniĢməyə  baĢladıqları  od-ocaqdan 
qovuldular,  təkrar  qırğına  məruz  qaldılar.  Qətliamlar  törədildi.  Yenə  də  qırılan, 
malı-mülkü talan olan türklər oldu, yardım alan, xeyir görən ermənilər. 
Rusiyanın hərbi yardımına, bütöv təbliğat maĢınına yiyələnən və Mütəllibov 
rejiminin  bivecliyindən  istifadə  edən  erməni-daĢnak  faĢistlərinin  azğınlığı  yeni 
mərhələyə  qədəm  qoydu.  Dağlıq  Qarabağ  ərazisindəki  türk  kəndlərinin  birbəbir 


288 
 
mühasirəyə  alınıb  odlanması,  əhalisinin  yurd-yuvasından  qovulub  çıxarılması, 
qətlə yetirilməsi əməliyyatlarına kampaniya xarakteri verildi. 
DaĢnak  beyninə  iz  salmıĢ  Xocalı  soyqırımını  törətmək  ehtirası  ideyadan 
həyati  gerçəkliyə  istiqamət  götürdü.  Erməni  vəhĢəti  alovlandı,  günbəgün, 
saatbasaat  yeni  vüsət  aldı.  Xocalı  soyqırımına  qara  örtük  çəkildi.  Ağdərə 
rayonunun  Ġmarət  Qərvənd  kəndindən  baĢlayan,  Xocavəndin  Tuğ,  ġirakətin, 
Haxullu kəndlərində davam etdirilən yerüstü terror aktları ala ulduza yön aldı. Göy 
terrorunun  göstərici  lövhəsinin  asılacağı  ilk  dirək  Qarakəndin  səmasına  dikəldi. 
Qarabağ  münaqiĢəsində  az-çox  sərt  və  prinsipial  mövqe  tutan  A.Mütəllibov 
komandasının  fəal  üzvləri  T.Ġsmayılov,  M.Əsədov,  Ġ.Qayıbov,  Z.Hacıyev, 
V.Məmmədov  və  baĢqaları  Xocavənd  harayına  can  atdılar,  lakin  çata  bilmədilər. 
Uçduqları vertolyotla birgə Qarakənd səmasında təcavüzə məruz qaldılar. DaĢnak 
terroruna qurban getdilər. 
Xalqın  artan  qəzəbi,  kini-küdurəti,  müxalifətin  təzyiqi  hər  üzünə 
kəskinləĢdi. A.Mütəllibov rejimi 22 dekabr 1991-ci ildə MDB-yə münasibət barədə 
təkrar  ümumxalq  referendumu  keçirmək  məcburiyyətində  qaldı.  Azərbaycan 
Respublikası  MDB-dən  çıxdı.  Azərbaycan  MDB-dən  hansı  sürətlə  çıxdısa, 
Ermənistan  həmin  geriçəkilmənin  iki  mislinə  bərabər  bir  sürətlə  MDB-yə  daxil 
oldu.  Daha  doğrusu,  Rusiya  Federasiyasına  pərçimləndi.    Bir  daha  Rusiyanın 
Qafqaz iĢğalında sədaqətli dayağı olduğunu, əzəli və davamlı əl alətinə çevrildiyini 
nümayiĢ  etdirdi.  Rusiya  Ermənistan  dövlətinə  super  dəstək  verdi,  bahəm 
Azərbaycana təzyiqi on qat artırdı. Həm də Ermənistanla birgə yarımleqal təcavüzə 
qoĢuldu.  Qanlı  yanvardan  nəticə  çıxarmadığına  görə  bu  ibrət  dərsini  kifayət 
saymadı.  Erməni-daĢnak  faĢistlərinin  diktəsi  ilə  həyata  keçirilən  son  ibrət  dərsi 
kimi Xocalı soyqırımını qəbul etməyə hazır olduğunu bildirdi. 
Dağlıq Qarabağ ərazisindəki türk kəndlərinin kütləvi Ģəkildə yandırılıb yerlə 
yeksan  edilməsi,  qarət  olunması,  əhalisinin  faciəvi  Ģəkildə  qətlə  yetirilməsi,  od-
ocağından didərgin salınması kosmik  sürət  aldı.  Rus ordusunun 366-cı  atıcı  alayı 
sözün əsl mənasında türk kəndlərində insan ovuna çıxdı. Xocalı soyqırımına sınaq 
yürüĢləri keçirmək üçün ətraf kəndlərdə təlim-məĢq toplantıları keçirdi. 
Xocalı soyqırımı Xocalının üstünə ayaq aldı. 
Artıq  hakimiyyəti  laxlamıĢ  A.Mütəllibov  kimsəyə  gərək  deyildi.  Kimsəsiz 
və  köməksiz  idi.  Ətrafında  diĢədəyər  qeyrət  sahibi  olan  bir  kimsə  qalmamıĢdı. 
Həm  Rusiyadan,  həm  də  öz  xalqından  əli  üzüldü.  Əlini  saman  çöpünə  atdı,  o  da 
kara  gəlmədi.  Bir  ildə  iki  dəfə  referendum  keçirib  imperiya  boyunduruğunu 
saxlamağa  cəhd  edən,  lakin  uğursuzluğa  düçar  olan,  özünü  iki  dəfə  prezident 
seçdirib nəyəsə nail olmayan, 20 Yanvar Ģəhidlərinin qanı üstə hakimiyyətə gələn 
A.Mütəllibov  «Xocalı soyqırımı» adlanacaq Ģəhid Ģəhərin qanı üstə hakimiyyətdən 
getməyə  məcbur  oldu.  (Hər  iki  ssenari  Moskvada  hazırlanmıĢdı.  A.Mütəllibov 
Moskvanın buyruq quluydu və buyruq qulu olaraq da qalır. Bu gün də Moskvada 
oturub prezidentlik iddiası aparır.) 


289 
 
Xocalıya  giriĢ-çıxıĢ  ancaq  havadan  idi.  Bu  yolda  da  xırda-para  təmizləmə 
iĢləri  görülürdü.  Göy  altı,  yer  üstü  asfaltı  deĢib  çıxan  otdan,  kol-kosdan,  çör-
çöpdən,  daĢdan-kəsəkdən,  yol  qırağı  pöhrələrdən  təmizlənirdi.  Ağdam-ġuĢa  hava 
yolu  da  kəsildi.  ġuĢaya  əhali  daĢıyan  mülki  vertolyotlar  kəklik  kimi  göydə 
ovlanırdı.  Göydən  yerə  türk  cəsədi  səpilir,  dəmir  qırıntıları  yağırdı.  Torpağa 
çilənən  qanlar  bəs  etmirdi.  Qarabağın  səmasına  da  qan  çilənirdi.  Daxildən  və 
xaricdən  törədilən  saysız-hesabsız  təxribatlar,  fitnəkarlıqlar,  hakimiyyət  dava-
Ģavaları Bakıya göz açmağa aman vermirdi, vermədi də. Hakimiyyət hərisləri, ayrı-
ayrı  fərdlər,  korrupsiyaya  qurĢanmıĢ  dəstələr,  mafioz  qruplar  Qarabağ  savaĢına 
oyun  kimi  baxırdılar.  Rəsmi  dairələrin  ermənilərə  güc  göstərmək  məqsədilə 
hazırladıqları DaĢaltı əməliyyatı da onu hazırlayanların öz baĢında çatladı. Xəyanət 
və  satqınlıqlar  elə  o  məğlubiyyətlə  bahəm  o  gündən  həyata  vəsiqə  aldı, 
qarĢısıalınmaz milli faciəyə çevrildi. Bütün Qarabağ oyuna qoyuldu. Qumar altdan 
qumar üstə çıxarıldı. 
13  fevral  1992-ci  ildən  Xocalıya  gedən  hava  yolu  da  bağlandı.  Xocalı 
daĢnak  terror  qruplaĢmaları  tərəfindən  tam  mühasirəyə  alındı.  Artıq  Xocalı 
soyqırımı  top-tüfəng  səsiylə  öz  açılıĢ  gününə  hazır  idi.  AçılıĢ  gününün  tarixini 
daĢnak  ideoloqları  müəyyən  etdi.  O  gün  üçün  öz  fitnəkarlıqları  ilə  törətdikləri 
Sumqayıt fitnəsinin 4-cü ildönümü günü əsas götürüldü. 
Xocalı soyqırımının həyati gerçəkliyə çevrilməsində Silva Kaputikyan kimi 
daĢnak  jizoitləri,  Zori  Balayan  kimi  daĢnak  psixopatları  təbliğat  maĢınlarını  tam 
gücü  ilə  iĢə  saldılar.  Onlarla  yanaĢı  bu  qətliamın  baĢ  tutmasında  Starovoytova, 
baronessa  Koks  kimi  ermənilərə  satılmıĢ  çeĢid-çeĢid  muzdluların,  erməni  düdüyü 
püləyən  mərkəzi  televiziyanın  dəstəyi  də  az  olmadı.  Əsl  Üçmüəzzin  dəlləyinə 
çevrilmiĢ «Vesti» xəbərlər proqramının xidməti misilsiz oldu. 
Ġrəvan  atəĢfəĢanlığa  çıxdı.  Moskvadan  sos  aldı.  Xankəndindəki  366-cı 
motoatıcı  rus  alayı  tam  heyətdə  açılıĢ  lentinin  qayçılanacağı  anı  səbirsizliklə 
gözlədi,  qulağını  Ģəklədi.  Son  komandanı  Moskva  verməliydi,  verdi  də.  Lentin 
xəyali görüntüsü Kremldə Yeltsin tərəfindən kəsildi. 
Bəli, Qarabağın əcəl zəngi Kremlin Spasski qülləsində çalındı. 
Faciənin  də  qanlı  zirvəsi  olarmıĢ.  Möhtərəm  oxucu,  Xocalı  soyqırımına  o 
qanlı  zirvədən  bax.  O  qanlı  zirvə  altında  qaralan  yol  ġuĢaya  dikəlirdi.  Ağdama 
yaylım  atəĢləri  səpirdi.  Bir  daĢ  altdan  qoyulub  bir  daĢ  üstdən  ġuĢanın,  Ağdamın 
baĢına  döyülürdü.  Görəsən  ġuĢanı,  Ağdamı  Xocalıya  qahmar  çıxmağa 
qoymayanlar  kimlər  oldu?!  Bu  baĢabəla  iqtidar  öz  yerində.  Gəlin  bu  faciəyə 
əqlimizin gözü ilə də baxaq. Sözü insanın ağlına, dərrakəsinə verək. Özümüzü dərk 
etməyə  çalıĢaq.  Kimsə  tərəfindən  müdafiə  olunmayan  əliyalın,  dinc  sakini, 
günahsız insanı hansı instinktin diktəsi ilə öldürmək, qətliam etmək olar?! Buna adı 
insan olanın haqqı çatırmı? Bu suallar ilə özümüzə müraciət edək. Mənə elə gəlir 
ki,  qəzəbi,  kini  olmayan  ikiayaqlı  mağara  sakinləri,  vəhĢi  və  ya  yarımvəhĢi  insan 


290 
 
belə,  erməni-daĢnak  faĢizminin  isteriyasına,  mərəzinə  tutulmuĢ  terrorçuların  
daĢnak manqurtlarının səviyyəsinə enməzdi, əsla. 
Daha  bir  nüansa  da  diqqət  yetirməmək  olmur.  Belə  ki,  erməni-daĢnak 
faĢistlərinin  terror  qruplaĢmaları  və  onlara  qoĢulan  366-cı  xüsusi  təyinatlı  rus 
alayının hərbi hissələri Xocalı əhalisini vəhĢicəsinə qırıb-çatarkən hərbi texnikanın 
gücü  ilə  mənəvi  soyqırımın  ən  iyrənc  mərhələsi  olan  izi  itirmək  kimi  mənfur  bir 
əmələ  də  əl  atmaqdan  çəkinmədilər.  E.ə.  XVII-XIII  əsrlərə  aid  edilən  yaĢayıĢ 
yerləri,  daĢ  qutu  qəbirləri,  müxtəlif  tipli  kurqanlar,  siklop  tikililər,  kromlexlər 
(dairəvi  düzülmüĢ  bir  neçə  dik  və  onların  üzərinə  qoyulmuĢ  bir  ədəd  köndələn 
daĢdan ibarət axirət evləri) və menkirlərdən (ruhun daĢa keçməsi inancına rəğmən 
ölən  adamın  qəbri  üstə  bir  növ  heykələ  oxĢar  basdırılmıĢ  daĢ)  ibarət  Xocalı 
abidələri kompleksini də dağıdaraq məhv etdilər. 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   483   484   485   486   487   488   489   490   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin