Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


İntellektual və ya əqli tərbiyə



Yüklə 0,8 Mb.
səhifə27/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

İntellektual və ya əqli tərbiyə uşaqların idrak maraqlarının, qabiliyyətlərinin, meyl və istedadlannın inkişafında valideynlərin maraqlı tərəf kimi iştirakına üstün əhəmiyyət verir. Biliklərə şüurlu münasibətin formalaşdırılması və onların daim yeniləşdirilməsi, təhsil səviyyəsinin daim yüksəldilməsi və yaradıcı özünütəkmilləş- dirmə intellektual tərbiyə işinin əsas məzmununu təşkil edir. Ailədə mənəvi tərbiyə şəxsiyyətin humanist dəyərlərinin formalaşdırılma- sına: məhəbbət, hörmət, rəhmdillik, xeirxahlıq, vicdanh münasibət, doğruçuluq səmimilik, ləyaqət, borc və s.kimi yüksək bəşəri-insani hisslərin tərbiyəsinə xidmət edir. Ana dilinin mənimsənilməsində, nəsillər arasında varisliyin təmin edilməsində, demokratik ruhun, müstəqillik və təşəbbüskarlığın tərbiyə edilməsində ailə mühüm və ilk tərbiyə ocağıdır. İnsanın əsil vətəndaşlıq mövqeyi, tarixi-mədəni irsə, adət-ənənələrə hörmət hissinin, sosial bacanq və vərdişlərin əsasları ilk dəfə ailədə qoyulur. Ailə cəmiyyətin üzvünü, milli- mənlik şüuruna əxlaqi şüura malik olan vətəndaşın tərbiyəsi məqsədlərinə xidmət edir.

Müasir Azərbaycan ailələrində uşaqlar gələcək həyatlarında əsas keyfiyyətlərindən biri olan ilkin əmək bacarıq və vərdişlərinə yiyələnir, əməyin cəmiyyətdə yüksək dəyər forması olduğunu dərk edir, əmək adamlarına hörmət, əməksevərlik hisslərinə sahib olur, ictimai və xüsusi mülkiyyətlə,təbii resurslarla tanış olur, bazar iqti- sadiyyatı şəraitində mövcud olan iqtisadi münasibətlərə yiyələnirlər.

Ailədə bədii-estetik tərbiyə uşaqların estetik mədəniyyətinin baza əlamətlərini formalaşdırır. Təbiətdə və ətraf gerçəklikdə olan gözəlliklərlə uşaq ilk dəfə ailədə tanış olur. Bu prosesdə onun es- tetik zövqü və hissləri formalaşmağa başlayır, milli incəsənət naliy- yətlərinin, musiqi, rəqs, məişət mədəniyyəti və s. kimi dəyərlərin mənimsənilməsi prosesi başlanır, öz ətrafında gözəllikləri qorumaq və yaratmaq təlabataları tərbiyə olunur.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin