Ailə tərbiyəsinin metodları valideynlərin uşaqların şüurunu və davramşını formalaşdırmaq məqsədilə istifadə etdikləri məqsəd- yönlü pedaqoji təsirlərin yolları və vasitələr sistemidir. Onlar tərbi- yənin ümumi metodlarından fərqlənməsə də, özünəməxsus spesifik xüsusiyyətlərə malikdir. Uşaqların tərbiyəsində valideynlərin şəxsi nümunəsi metodunu, onların şəxsi nüfuzunun təsirini xüsusi qeyd etmək lazımdır. Bütün valideynlər ailə tərbiyəsində inandırma, alışdırma, tapşırıq və təmrinlərdən istifadə edir rəğbətləndirmə və cəzalandırma metodlarına istinad edirlər. Müasir ailə pedaqogi- kası uşaqların fiziki və psixi sağlamlığma zərər vuran, insan ləyaqə- tini alçaldan cəzalandırma metodlarına ehtiyatla yanaşmağı tələb edir. Ailədə tərbiyə metodlarınm seçilməsi ailənin ümumi pedaqoji mədəniyyətindən, tərbiyənin məqsəd və vəzifələrini dərketmə səviy- yəsindən, dəyərlər haqqında təsəvvürlərindən, ailədə qarşılıqlı mü- nasibətlərin xarakterindən, ünsiyyət iisulubundan asılıdır. Bəzi ailə- lərdə avtoritar, bəzilərində liberal, digərlərində isə demokratik tərbiyə üslubları üstünlük təşkil edir. Demokratik tərbiyə üsiubu müasir ailə tərbiyəsində daha çox təqdir edilən və dəyərlərindirilən üsulbdur. Uşaqların ailə tərbiyəsində milli adət və ənənələrin, ailə bayramlarının, ad günlərinin ailənin bütün qohumları ilə birgə qeyd edilməsi təqdirəlayiq haldır və böyük tərbiyəvi təsiri vardır. Nata- mam ailələrdə tərbiyə işi bir çox fəsadlara səbəb olur və heç də arzu edilən nəticəni vermir.
L.Kovarailə miinasibətlərinin “ana-uşaq” tipli ümumi modeli- nə əsaslanaraq qeyd edir ki, bu müasibətlər şəraitində ana sosial fəa- liyyətində uşağa ona mane olan subyekt kimi yanaşır. Odur ki, əksər hallarda belə analar uşaqdan imtina edir və bir daha onu qəbul et- mir. Atılmış, ana nəvazişindən məhrum olnıuş uşaq başqa adamlara da nifrət edir, onlarla ünsiyyətdən qaçır. Belə uşaqlarda nitqin mə- nimsənilməsi ləngiyir, onlarda “mən” konsepsiyası formalaşmadı- ğından bütün həyatları boyu infantil xüsusiyyətlər özünü göstərir.
Yeganə uşağı ilə tənha yaşayan analar uşağın üzərində daimi nəzarətə üstünlük verir və bundan həzz alırlar. Belə uşaqlar olduqca şıltaq və nadinc olur, xüsusilə, oğlan uşaqlarında qadın davranış xü- susiyyətləri (feminizm) özlərinin üstünfüyü ilə seçilir: oğlanlar özündən kiçik uşaqlarla ünsiyyətə meyl edir, özünü qız kimi aparır, həmyaşıqları ona “ana uşağı” ləqəbi qoyurlar. İnfantil və feminist xüsusiyyətləri olan belə uşaqlar böyüdükdən sonra anaya və müəl- limlərə qarşı tez-tez qiyam qaidırır, fantaziyalar aləmində yaşamağa məhkum olurlar.
Şəxsi karyerasında uduzan və bu uğursuzluğa dözən atadan fərqli olaraq, özüııü ailədə güciü qadın hesab edən ana ailədə haki- miyyət uğruııda mübarizədə fəallaşır. Aiiədə uşaqlara da o, öz üslubuna uyğun güclü və zəif olmaqia iki fərqli münasibətlə yana- şır. Ata və ana öz aralarındakı münaqişələrdə uşaqlardan bir silah kimi istifadə edirlər. Övladı ilə tənha yaşayan taleyi “sınmış”, bo- şamnış qadmların əksəriyyəti yenidən ərə getmək namiııə uşaqların- dan imtina etmək istəmiriər. Böyüdükdən sonra isə uşaqlar düşdük- ləri bu vəziyyətə görə vaiideynləri günahlandtrırlar. Belə ailədə bö- yüyən oğlan uşaqlarmın əksəriyyəti evdən qaçır, qeyri-formal qrup- lara qoşulur, oğurluq və qarətlər törədirlər. Onların arasında erkən seksual əlaqələrə daha tez-tez təsadüf olunur.
Məşhur amerikan sosioloqu P.Xerbst ailənin spesifik tipoloji təs- nifatmı vermiş və dörd əsas ailə tipini qeyd etmişdir. Birinci —“av- tonom nümunə”adlanan ailə tipidir. Belə ailələrdə həm ərin, həm də qadının həyata fərqli münasibəti və fərqli dəyər yönəlişliyi olur. Qə- rarlar kompromistlər əsasında qəbul edilir və bu “fərqliliklərin zəfəri” adlanır. Xarakterlərin və dünyagörüşlərin fərqli olması ailədə meydana çıxan qarşılıqlı münasibətlər sisteminə neqativ təsir göstərmir.