İnsana münasibət baxımından ailənin əsas funksiyalanna aşağıdakılar aid edilir:
ər-arvadlıq funksiyası. Ailədə ər-arvad ən yaxın cütlük, ən yaxın tərəfdaşlardır. Onlar qarşılıqlı olaraq biri digərini tamamlayır, birgə istirahət edir, bir-birindən qarşılıqlı mənəvi dəstək alırlar;
valideynlik funksiyası. Ailə uşaqların həyatının təşkili, on- ların böyüməsi üçün zəruri işləri görür, qocalıqda möhtac olacaqları qayğı üçün təminat yaradır;
məişətin təşkili funksiyası. Məlumdur ki, ailənin məişət həyatı psixoloji mənada ən komfort həyatdır.
İ.V.Qrebennikova görə ailənin əsas funksiyaları aşağıdakılar- dan ibarətdir:
reproduktiv (həyatın təkrar istehsalı, yəni uşaqların doğul- ması, insan nəslinin davam etdirilməsi);
iqtisadi (yaşayış’ vasitələrinin, istehsalatda öz qüwəsini sərf etmiş yaşlı insanları əvəz edə biləcək yeni iş qüvvəsinin istehsalı);
tərbiyə (uşağın şəxsiyyətinin formalaşdırılması, ailə kollek- tivinin hər bir üzvünə bütün həyat boyu sistematik tərbiyəvi təsir, uşaqların valideynlərə və ailənin digər yaşlı üzvlərinə daimi təsiri);
kommunikativ (ailə üzvlərinin kütləvi informasiya vasitə- ləri, ədəbiyyat və incəsənət ilə əlaqəsi əsasında ailədaxili ünsiyyət, asudə vaxt və istirahət);
M.S.Maskovski müasir ailənin fimksiyalarına təsərrüfat - məişət, sosial-status, emosional, seksual, ilkin sosial nəzarət, mə- nəvi ünsiyyət kimi bir sıra digər funksiyaları da daxil etmişdir. Bəzi müəlliflər (A.Q.Xarçiyev, A.İ.Antonov, V.M.Medkov, Q.Havaytis) ailənin funksiyalarım spesifik və qeyri-spesifik olmaqla iki əsas qrupa ayırırlar. A.Q.Xarçiyevə görə, ailənin spesifık funksiyaları onun mahiyyətindən irəli gəlir və sosial hadisə kimi onun xüsusiy- yətlərini əks etdirir. Ailənin qeyri-spesifik fiınksiyalan isə onun müəyyən tarixi şəraitə uyğunlaşması gedişində meydana gəlir.