Ailənin tərbiyə-funksiyası ataya və anaya olan fərdi təlabat- la, uşaqlarla əlaqə və onların tərbiyəsi işində valideynlərin vəzifələri ilə şərtlənir. Tərbiyə funksiyasımn yerinə yetirilməsi gedişində ailə böyüməkdə olan nəsillərin sosiallaşmasını təmin edir, cəmiyyət üçün yeni üzvlər hazırlayır. Ailənin təsərrüfat-məişət funksiyasıailə üzvlərinin sağlamlığı və mövcudluğuna təminat verən maddi təlabatlarınm (qida, qan, geyim, mənzil və s.) təmin edilməsi ilə sə- ciyyələnir. Bu funksiyanm yerinə yetirilməsi gedişində əmək prosesində sərf edilmiş fıziki qüwə bərpa olunur. Ailənin emo- sional funksiyasıonun üzvlərinin simpatiyaya, hörmətə, nüftızun qəbul edilməsinə, emosional dəstəyə və psixoloji müdafıəyə olan təlabatlarınm təmin edilməsini əks etdirir. Bu funksiya cəmiyyət üzvlərinin emosional sabitliyini təmin edir və onların psixi sağlam- lığının qorunmasında fəal təsirə malikdir.