Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Ailənin mənəvi (mədəni) ünsiyyət funksiyası



Yüklə 0,8 Mb.
səhifə34/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Ailənin mənəvi (mədəni) ünsiyyət funksiyası onun üzvləri- nin asudə vaxtı birgə keçirməyə, qarşılıqlı mənəvi zənginləşməyə olan təlabatınm təmin olunması ilə bağlı olub, cəmiyyət üzvlərinin mənəvi inkişafında əhəmiyyətli rol oynayır. Ailənin ilkin sosial nə- zarət funksiyası dedikdə, ailə üzvlərinin, xüsusilə, müxtəlif vəziy- yətdə olan (yaş, xəstəlik və s.) köməyə və qayğıya ehtiyacı olan so- sial normaların yerinə yetirilməsi, ailə üzvlərinin davramşlarının so- sial normalara uyğunlaşmasına yardım göstərilməsi nəzərdə tutulur. Seksual-erotik funksiya ailə üzvlərinin seksual-erotik təlabat- larmın təmin edilməsini əks etdirir. Bu funksiya vasitəsilə ərlə-arva- dın seksual-erotik davramşlarının tənzimlənməsini, cəmiyyətin tək- rar bioloji istehsalını təmin edir.

Zaman keçdikcə ailənin funksiyaları dəyişikliklərə uğrayır: bəziləri sıradan çıxır, sosial şəraitə uyğun yeniləri meydana gəlir. Müasir dövrdə ailənin ilkin sosial nəzarət funksiyası keyfiyyətcə də- yişmiş, ailə-nikah münasibətlərində davranış normalarınm pozul- masına (nikahdankənar uşaqların doğulması, ər-arvad xəyanəti və s.) qarşı tolerantlığın və liberal münasibətlərin səviyyəsi yük- səlmişdir. Boşanma halları artmış və onun ailədə ləyaqətsiz davra- nışa görə tətbiq edilən cəza tədbiri kimi dəyərləndirilməsi mövqeyi qismən aradan qalxmışdır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin