Müasir dövrdə ailənin funksional (normal) və disfunksional (qeyri-normal)olmaqla iki əsas tipi fərqləndirilir. Normal ailə elə ai- lə tipidir ki, o, özünün bütün fimksiyalanm diferensiallaşmış şəkildə və məsuliyyətlə yerinə yetirir, nəticədə ailədə artım və dəyişikliklər- dən asılı olmayaraq, onun bütün üzvlərinin təlabatları qanedici şə- kildə təmin olunur. Funksional (normal) ailəözünün çevik ierarxik hakimiyyət strukturu, aydın formalaşmış ailə qaydaları, güclü valideyn həmrəyliyi və nəsillər arasında səmimi və mehriban münasibətlərlə xarakterizə olunur. Funksional ailə fasiləsiz dəyiş- mə, təkamül və yeniləşmə prosesində olan sistemdir. Burada ailə qaydaları açıqdır və inkişaf üçün müsbət yönəlişliklərə malikdir. Ailədaxili üçbucaqda tərəflərdən birinin digəri ilə həmrəyliyi digər aliə üzvlərində qısqanclıq və ümidsilik hissləri doğurmur və normal qəbul edilir. Bərabərlik və azadlığa əsaslanan sərbəstlik, qarşılıqh hörmət və qayğı ilə çulğalaşır. Ailənin dostları və qohum-qonşular ailədaxili məkana sərbəst və qorxusuz daxil ola bilir, məm- nuniyyətlə qarşılanırlar. Funksional (sağlam) ailələrdə ailə siste- mində, adətən, üç, hətta dörd nəsil təmsil olunur. Ailənin yaşlı nəsli kiçiklərlə münasibətləri qayğı və sevgi üzərində qurur, özlərinə hörmət hissi tərbiyə etmək üçün psixoloji məsafəni keçmirlər. Sağ- lam ailə doğmalığı, yaxınlığı, hətta mübahisə və nifrəti ifadə etmək üçün tam açıq məkandır. Ailənin hər bir üzvü istənilən insani hisslər əsasında intensiv şəxsiyyətlərarsı münasibətlərə daxil olmaqda sərbəstdirlər. Funksional, yəni əlverişli ailə o ailədir ki, orada xüsusi həyat gücü və komfort mühiti vardır. Özünəinam hər bir ailə üzvü üçün səciyyəvi xüsusiyyətdir, onlar arasında ünsiyyət açıq və bir- mənalıdır. Belə ailələrdə ailənin yaşlı üzvləri yetkin şəxsiyyət xüsusiyyətlərinə, kamil sosial vərdişlərə sahibdir. Uşaqlar da öz yaş normalarına uyğun inkişaf göstəricilərinə malikdirlər.
“Disfunksional (qeyri-normal) ailə”termini, adətən, ailə siste- minin geniş kontekstində ailə üzvlərindən birinin və ya bir neçəsinin ailədə qeyri-adaptiv mövqeyini və şəxsi inkişafı üçün zəruri şərtlərin təmin edilmədiyini əks etdirir. Disfimksional (əlverişsiz) ailələrdə ailə uğursuzluğunun möhürünü hər bir ailə üzvünün simasında görmək olar. Burada ikibaşlı ünsiyyət dili, təcrid və rədd edilmək, cəza qorxu- su, əsəbi gərginlik hökm sürür. Disfiınksional ailə qeyri-yetkin ailə ti- pidir. Müasir ailə psixologiyasına aid tədqiqatlarda disfunksional ai- lənin aşağıdakı əsas xarakteristikalan öz ifadəsini tapmışdır:
ailədə hər hansı problemin movcudluğu inkar edilir;
intim münasibətlərlə bağlı çatışmazlıqlar mövcuddur;
utancaqlıq hissindən şəxsi davranışın motivasiyası vasitəsi kimi istifadə olunur;
ailə rolları çox kəskin və ciddi xarakterdədir;
şəxsi identiklik və təlabatlar ailə identikliyinə və ailə təlabatına qurban verilməsi hesabına əldə edilir;
ailə mifləri reallığı əks etdirmir, yumor, nəvaziş, qayğıkeş- lik və optimizm hallarına nadir hallarda təsadüf olunur;
konfliktlər qapalıdır ailə üzvlərindən birinin digərini qəbul etməməsi xroniki xarakter daşıyır.
Ailə sisteminin disfünksionallığı bir sıra psixoloji və hüquqi simptomlara- alkoqolizm, narkomaniya, zorakılıq, uşaq suisidi (özü- nəqəsd), qarətləri və s. kimi neqativ sosial hadisələrə səbəb olur.
Psixoloji ədəbiyyatlarda ailə modellərinin tipologiyasında da- ha çox disfunksional'ailə tiplərində baş verən anomaliyalardan, kə- naraçıxmalardan və konfliktlərdən bəhs edilir, funksional (sağlam) ailələrdən isə demək olar ki, bəhs olunmur. Yalnız humanistik psi- xoloji nəzəriyyələrdə “ailə cənnəti” haqqmda düşüncələrdə fiınk- sional ailə haqqında mülahizələrə rast gəlmək mümkündür. Dis- funksional ailə isə elə ailədir ki, burada ailənin həyati vacib funksiyalannm yerinə yetirilməsində pozulmalar özünü göstərir. Bunun nəticəsində ailə üzvü olan şəxslərin şəxsi inkişafına maneə- lər yaradılır və özünüaktuallaşdırma təlabatı blokadaya alınır. Dis- funksional ailələrdə bir qayda olaraq izafı rigidlik və ya diffüzluq, qapalılıq və ya xaotiklik kimi kənara çıxmalar müşahidə olunur. Be- lə ailələrin əsas cəhətlərindən biri də, ailə üzvləri arasmda ünsiyyət prosesinin həm verbal, həm də qeyri-verbal səviyyələrdə pozulması hallarmın tez-tez baş verməsidir. Məşhur psixoterapevtlər E.Q.Ey- demiller və V.V.Yustisk [54] disfunksional ailənin aşağıdakı on altı əsas tipinin adlarmı qeyd edirlər: Cəmi iki nəfərdən ibarət olan ailə.Bu, ər-arvad cütlüyü və ya bir valideyn və bir uşaqdan ibarət olan ailədir. İki nəfərdən ibarət ailə strukturu hər iki ailə üzvünün potensial fəaliyyətinə mane olan simbiotik asılılığa gətirib çıxara bilər.
Üç nəsildən ibarət olan ailə. Belə genişlənmiş ailədə baba, nənə, valideynlər və onların uşaqları birlikdə yaşayırlar. Belə ailələ- rin tək valideyn, baba və ya nənə və uşaqlardan ibarət sadə və hə- min evdə birgə yaşamalanna baxmayaraq, məişət həyatı ayrı olan müstəqil qohumluq sistemi şəbəkəsinə əsaslanan mürəkkəb kombi- nasiyaları mövcuddur. Qeyd olunan disfunksional ailə tipində ya- rımsistemlər arasında sərhədlər, adətən, pozulduğuna görə çox vaxt valideynlik funksiyalarım baba və nənə öz üzərlərinə götürmüş olur.
“Başmak” tipli(vəzifələri bölüşdürülməyən ailə) ailə. Be- lə ailə tipi üçün çoxsaylı uşaq yarımsistemləri səciyyəvidir. Evdə çoxlu sayda uşaq olduğuna görə, adətən bir və ya bir neçə böyük uşaq valideynlik vəzifələrini yerinə yetirirlər.
Flyuktur (köçəri) ailələrtez-tez öz yaşayış yerini dəyişən ailələrdir. (məsələn, hərbi qulluqçuların ailələri)Bu tip ailələr sırası- na tərkibi tez-tez dəyişən ailələr də aiddir. Məsələn, tənha valideyn olan ananın müxtəlif kişilərlə məhəbbət əlaqələri olur və hər dəfə yeni əlaqə yaradan kişi uşaq üçün potensial valideyn (ata) kimi gö- rünür.
“Akkordeon ailələr” elə ailələrə deyilir ki, ailənin əhəmiy- yətli yaşlı üzvlərindən kim isə uzun müddət evdə olmur. Ər-arvad cütlüklərindən biri müvəqqəti olaraq uzun müddətə ailədən ayrı düşdükdə, digər cütlük daha çox yüklənmiş olur. O, öz üzərinə əla- və olaraq tərbiyəedici, idarəetmə və rəhbərlik funksiyalarım da gö- türməli olur. Müəyyən müddətə valideynlik fimksiyalarım öz üzə- rinə götürən valideynlərdən birinin öhdəsində olan natamam ailə ya- ranır. Nəticədə mütəmadi olaraq uzun müddət səfərdə və ya ezamiy- yətdə olan valideyn öz funksiyasım yerinə yetirə bilmədiyindən cüt- lüklər arasındakı münasibətlər korlanmış olur.
Xəyali (kölgə) ailələr.Ailə üzvlərindən birinin ailəni tərk etməsi və ya ölümü ailədə onun funksiyalarınm yerinə yetirilmə- sində boşluğa səbəb olur. Belə ailələrdə yaranan problemlər bəzən matəmin başa çatmaması ilə bağlı olur. (Məsələn, “əgər ana sağ olsa idi, o nə etmək lazım olduğunu bilərdi”).
Anıazon ailələr qadının üstünlüyünün açıq hiss olunduğu və qadın tərəfindən idarə edilən ailələrdir. Belə ailələrdə kişi kənar- da qalır, ailə idarəçiliyinə yaxın buraxılmır, lakin ailədəki bütün mə- suliyyət, o cümlədən uğursuzluqların aradan qaldırılması məsuliy- yəti onun üzərinə yüklənir.
Centelmenlər (alicənablar) ailəsindəisə əksinə, bütün məhəbbət və qayğı obyektində ailədə yeganə olan qadın dayanır, necə deyərlər, hamı onun nazını çəkir. Belə ailələrdə həmin qadın ailənin qeyri-formal lideri kimi qəbul edilir.
Ögey valideynli ailələrdəuşaqlarm tərbiyəsi vəzifələri ögey ata və ya ana, həmçinin doğma valideynlərdən biri tərəfmdən həyata keçirilir. Aydındır ki, ailəyə yeni daxil olan ögey valideyn adaptasiya və inteqrasiya proseslərindən keçməlidir. Bu baxımdan “Ögey ana” bədii Azərbaycan fılmindəki Dilarə obrazınm məhz hansı ağrılı mərhələlərdən keçdiyini xatırlamaq kifayətdir. Belə ai- lələrdə, adətən, ögey-doğmalıq ayrıseçkiliklərinə və uşaqların yeni ögey valideynə uyğunlaşması sahəsində problemlərə və bunlardan irəli gələn münaqişələrə tez-tez təsadüf olunur.
Qəyyum ailələr. Belə ailə tipi üçün səciyyəvi cəhət ondan ibarətdir ki, o, potensial olaraq bəzən əsil ailə kimi təşkil oluna bi- lər. Uşaq ailə sistemiriə daxil olur, bundan sonra onda ailədaxili or- qanizmin yaratdığı streslərin təsiri ilə yeni simptomlar meydana gə- lir. Bu simptomlar ailənin təşkili ilə bağlı olur. Əgər simptomatika uşağm yeni sistemə daxil olmasınm izləridirsə, onda bu sistem ke- çid dövrü vəziyyətinə uyğundur. Əksinə, əgər uşaq artıq ailəyə tam inteqrasiya olunmuşdursa, onda onun simptomları bu ailənin təşkili ilə şərtlənir.
Psixosomatik ailələr ailədə kiminsə xəstə olduğu hallarda daha yaxşı fəaliyyət göstərir. Pşixosomatik ailələr üçün xarakterik xüsusiyyətlərə aşağıdakılar aiddir:
ailə üzvlərinin bir-birinə qarşı hədsiz sarılmış və ya hədsiz cəmlənmiş diqqəti;
konfliktləri həll etmək qabiliyyətinin olmaması;
ailədə əmin-amanlığın dəstəklənməsinə və ya konflikttlər- dən qaçmağa sərf olunan böyük cəhdlər.
Əvəz edilmiş (əvəzçi) ailə.Belə ailələrdə valideynlərdən hansısa biri olmur və valideynlik funksiyalarmı, o cümlədən mənə- vi, mədəni, ünsiyyət, məişət-təsərrüfat, qismən isə ər-arvadlıq funk- siyalarım uşaq öz üzərinə götürür.
“Yalnız sən” tipli ailələr.Yaşh ailədə çoxdan arzu edilən uşaq doğulur. Bu uşaq ailənin mərkəzi fiquruna çevrilir, hər şey onun üçün, ondan ötrü, onun istəklərinə tabe etdirilir. Belə ailələrdə uşağın tərbiyəsi normal hədləri aşır və o, ailənin “büt’’ünə çevrilir.
Əlil üzvü olan ailələr üçün valideynlərin digər sosial və ailə rollarmdan imtinası ilə kompensasiya olunan günah hissi xarak- terikdir. Belə ailələrin sərhədləri hədsiz bağlı olur. Onlar üçün yük- sək aqressiya və psixoloji müdafiə mexanizmlərinin çoxluğu, əlil ai- lə üzvündən vasitə kimi istifadə cəhdləri xarakterikdir.
Psixi xəstəsi olan ailələr.Belə ailələr üçün kəskin sərhəd- lər mövcuddur. Ailə sirlərinin açılmaq qorxusu (xəstəliyi cə- miyyətdən gizlətmək istəyi) özünün xəstə olub-olmamasma şübhə, xəstəliyi boynuna almama kimi xüsusiyyətlər özünü göstərir.
İdarəolunmaz ailələr. Ailə üzvlərinin inkişaf səviyyəsin- dən asılı olaraq idarəolunmazlıq problemi müxtəlif ola bilər. [54,s.285-287]
səbatsız, dəyişkən tərbiyə üslubu zamanı kiçik uşaqları olan ailədə uşaq qayda-qanunlara məhəl qoymur və “kiçik tirana” çevril- miş olur;
yeniyetmə uşaqlar olan idarəolunmaz ailələrdə problem uşa- ğa qayğı mərhələsindən yeniyetməyə hörmət mərhələsinə keçid qabiliyyətinin olmaması ilə bağlı olur;
azyaşlı qanunpozanlar olan ailələrdə valideynlər tərəfindən ailənin idarəçiliyi onlann iştirakı faktından asılı olur. Belə ailələrdə idarəçilik səyləri əksər hallarda səmərəsiz olur. Söz-söhbətlər bitib- tükənməyən belə ailələrdə affektiv qarşılıqlı təsir hallarına daha çox təsadüf olunur;
uşaqlarla rəftar və onların tərbiyəsi ilə bağlı məsələlər ifadəli aqressiv formada ailədə valideynlərdən birinin sərəncamında olur. Belə ailələr üçün ailə üzvlərinin diqqətinin bir-birinə hədsiz cəmləş- məsi səciyyəvi haldır;
uşağın inkişfında geridəqalma halı olan ailələrdə adətən vali- deynlər uşağın təlabatına adekvat cavab vermək qabiliyyətinə malik olmurlar.
Disfunksional ailənin yaranmasına bir sıra amillər təsir göstə- rir. Buraya nikah üçün tərəfdaşm seçilməsində yanlışlıq, vali- deynlərdən asılıhq və müstəqil yaşaya bilməmək, utopiya sindromu (illüziyaların tükənməsi), xəyanət və boşanma təhlükəsi, məsuliy- yətdən (hüquqi, maliyyə) qaçma cəhdləri aiddir.
Nikahın müəyyən mərhələsində normal ailə kimi mövcud olan ailənin həyatın sonrakı mərhələlərində müxtəlif səbəblərdən dis- funksional ailəyə çevrilmək riski də mövcuddur. Disfiınksional ailə- lərdə nikaha daxilolma bir sıra motivlərlə şərtlənir. Buraya vali- deynlərdən qaçma (canım qurtarsın), borc hissinə görə nikaha daxil- olma, tənhalıqdan bezikmə, ənənənin davam etdirilməsi (valideyn təşəbbüsü, maddi rifah axtarışı və prestij) aid edilə bilər.
Müasir dövrdə öz strukturuna görə nuklear ailə tipi daha ge- niş yayıldığından ər-arvad və uşaqlardan ibarət olan reproduktiv orientasiyalı ailələrə daha çox təsadüf olunur.