Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə38/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Struktur tərkibinə görə: tam ailə (ata və ananın olduğu ailə); natamam ailə (valideynlərdən birinin olduğu ailə); təhrif və ya deformasiya olunmuş ailə (atamn əvəzinə atalığın və ya ananın əvəzinə analığın olduğu ailə)

  • Funksional xüsusiyyətlərinə görə: harmonik ailə, dishar- monik ailə. Disharmonik ailənin özünün də müxtəlif tipləri möv- cuddur: a) valideynlər arasında tərəfdaşlıq yoxdur (onlardan biri ha- kim, digəri tabe mövqeyindədir), b) strukturlaşmış ailə (ailə üzvləri arasında qarşıhqlı anlaşma, həyat problemlərinin həllində emosional bağlılıq, ailə üzvləri arasında həmrəyliyin olmaması)

  • İflasa uğrayan ailə (konfliktli, yüksək boşanma riskli ailə)

  • Rigid, yalançı sosial ailə (bir ailə üzvünün hədsiz dominant təsirinin, digərlərinin hədsiz asılılığımn, yüksək olduğu, ailə həyatmın ciddi reqlamentləşdiyi, ikitərəfli emosional istiliyin olmadığı, hakim ailə liderinin müdaxiləsi nəticəsində ailə üzvlərinin daxili aləminin avtonomlaşmağa və yaddlaşmağa doğru getdiyi ailələr)

    Ailədə “ana-uşaq” münasibətlərinin öyrənilməsi sahəsində öz tədqiqatları ilə məşhur olan S.Brodi bu tip münasibətlərin çoxsaylı tipologiyasım müəyyənləşdirmişdir.

    1. Dəstəklənən və icazə verilən davranış” tipli münasibət- lər. Bu tipli ailələrdə analar uşaqları hər hansı elementar özünəxid- mətə alışdırmır, uşağm bu cür xidməti müstəqil öyrənmələrinə üs- tünlük verirlər. Qeyd olunan tərbiyə üslubu əsasında özünəinam his- si formalaşır.

    2. Uşağın təlabatlarına uyğunlaşma. Ana uşaqla ünsiyyətdə gərginlik nümayiş etdirir, əksər hallarda dominant mövqe tutsa da, uşağa güzəştə gedərək onun istəklərinə əməl edir.

    3. Borc hissinin və uşağa marağın olmaması. Belə münasi- bətlər tipində emosional bağlılıq, qayğı və məsuliyyət hissi olmur. Adətən, ana uşaq üzərində qəddar nəzarəti, xüsusilə uşağın pis vər- dişlərinə qarşı amansız rəftarları ilə seçilirlər.

    4. Qeyri-adekvat davranış. Ana uşağın yaş və təlabatlarına uyğun olmayan qeyri-adekvat üsullarla tərbiyə işini həyata keçirir, tez-tez səhvlərə yol verir, uşağı anlamaqda çətinlik çəkir. Belə tər- biyə üslubu uşaqda özünəinamsızlıq hissinin formalaşmasına səbəb olur.

    Müasir psixoloji ədəbiyyatlarda ailənin ənənəvi, uşaq mərkə- ziyyətçi ər-arvad (demokratik) olmaqla üç əsas psixoloji tipi fərqləndirilir. Ənənəvi ailədə yaşlıların nüfiızu yüksək tutulur və onlara qarşı hörmət hissinin tərbiyəsinə xüsusi diqqət yetirilir: peda- qoji təsir yuxarıdan aşağıya doğru həyata keçirilir, tabeçilik əsas tə- ləb hesab olunur. Belə ailəiərdə böyüyən uşaqların sosiallaşması gə- ləcəkdə onların cəmiyyətin şaquli ictimai strukturlarına asanlıqla daxil olmasına təminat yaradır. Onlar ənənəvi normaiarı asanlıqla mənimsəyir, lakin müstəqil olmadıqlanna görə, öz şəxsi ailələrini yaratmaqda çətinlik çəkirlər. Onlarda təşəbbüskarlıq və çeviklik, ünsiyyət qurmaq bacarıqları zəif inkişaf edir.

    Uşaq-mərkəziyyətçi” tipli ailələrdə valideynlərin başlıca vəzifələri uşağın xoşbəxtliyinin təmin eilməsinə yönəlir. Ailə yalnız uşaq üçün mövcud olur. Qarşılıqlı təsir aşağıdan -yuxanya, uşaq- dan-valideynə doğru istiqamətlənir. Belə ailələrdə “uşaq-valideyn” tipli psixoloji simbioz mövcud olur. Nəticədə, uşaqda yüksək özü- nüqiymətləndirmə, infantilizm, ərköyünlük, şəxsi gərəklilik hissi formalaşır. Uşaq -mərkəziyyətçi ailələrdən çıxmış uşaqların böyü- dükdən sonra ailə əhatəsindən kənarda sosial münasibətlərdə tez-tez konfliktlər yaşaması, məktəbdə, hərbi hissədə, əmək kollektivində sosial dezadaptasiya riski yüksək olur.

    Ər-arvad” (demokratik) tipli ailələr çoxçalarlı rənglərlə səciyyələnir. Belə ailələrdə məqsəd qarşılıqlı inam, ailə üzvlərinin hüquqlarınm tanmmasıdır. “Ər-arvad” tipli ailələrdə tərbiyəvi təsir “üfiqi” -bərabərhüquqluiann -valideynlərlə uşaqların dialoquna əsaslanır. Belə ailələrin həyatında həmişə ailə üzvlərinin qarşılıqlı maraqları daim nəzərə almır, böyük uşaqların maraq və təlabatlarına həssaslıq göstərilir. Bu tipli ailələrdə həyata keçirilən tərbiyə işinin nəticəsində uşaqlar demokratik dəyərləri asanlıqla mənimsəyir, in- sanların lıüquq və azadlıqlarına həssaslıqla yanaşır, azadlıq və mə- suliyyət, xeyirxahlıq, müstəqillik, fəallıq, özünə inam kimi keyfiy- yətlərə sahib olurlar.

    Rus psixoloqu V.İ.Qarbuzovanın fikrincə, valideynlərin uşaq- lara münasibətdə bu və ya digər rolu mənimsəməsində tərbiyə üs- lubu əsas amildir. O, düzgün olmayan tərbiyənin A (qəbuletməmə, emosional imtina), B (hipersosiallaşma) və V (eqosentrik tərbiyə (“ailənin bütü) olmaqla 3 əsas tipini fərqləndirmişdir. V.İ.Qarbuzo- vaya görə, ailə tərbiyəsində yeniyetməlik yaş dövrü tərbiyə üslubu- na qarşı olduqca həssas bir dövrdür. Bu yaş dövründə əxlaq norma- larından və davranış qaydalarından kənaraçıxmalara daha çox təsa- düf olunur. Yeniyetmədə eyni vaxtda iki tip tələbat: avtonomluğa, sərbəsliyə, özünütəsdiqə və ailə dəstəyinə, himayəsinə, ailə “biz”inə olan təlabat aktuallaşır.

    Əhali artımımn sosial təşkilinin insanların şəxsi motivlərinə deyil, təhrikə əsaslanan digər formaları da vardır. Ağıla gətirmək, təsəwüretmək mümkün olmasa da, bu formaları, ənənəvi, sosial- mədəni mənada tarixdən məlum olan ailə tiplərinə altemativ ailə hesab etmək olmaz.


    1. Yüklə 0,8 Mb.

      Dostları ilə paylaş:
  • 1   ...   34   35   36   37   38   39   40   41   ...   123




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin