CbiceHKOB.A. YcTOHCHBocTb opaKa: HpoÖJieMbi, ıjıaKTopbi, ycuoBHH, M., 1991.
lOpKeBHH H.T. CoBeTCKaa ceMbn: (jıyHKUHH h ycnoBHH CTaÖHJiHocTH. Mhhck, 1970.
BocnHTaHHe Tpynnoro peöeHKa. ^cth c ueBiıaHTHbiM noBe- neHHeM. (IIou pen. M.H.PojKKOBa). M., «Buajıoc», 2003, 240 CTp.
III FƏSİL
CİNSİ SOSİALLAŞMA VƏ NİKAHA HAZIRLIQ Kişi və qadın orqanizmində cinsi yetişmə və onun mərhələləri
Cins orqanizmin spesifik reproduktiv xüsusiyyətlərini, yəni nəslin davam etdirilməsi üçün əhəmiyyət kəsb edən xüsusiyyətlərini özündə əks etdirən morfofiınksional xarakteristikasıdır.Onlar müx- təlifdir. Onlardan bəziləri daha çox birmənalı xarakter daşıyır və konkret adamın cinsinin fərqləndirilməsində istifadə olunur və cinsi əlamətlər adlanır. Canlılarda birinci və ikinci cinsi əlamətlər fərq- ləndirilir. Birinci cinsi əlamətlərəcinsiyyət vəziləri, həmçinin cin- siyyət orqanlarımn quruluşu, yəni yeni doğulan çağanın cinsini tə- yin etməyə imkan verən hər şeyi, ikinci cinsi əlamətlərə isə hələ çağada müşahidə olunmayan yaşlı adamlarda isə aydın ifadə olun- an: bədən praporsiyasınm xüsusiyyətləri, süd vəzilərinin inkişaf sə- viyyəsi, tüklənmənin xarakteri, səsin tembri və s. əlamətlər aiddir. Yeni doğulacaq fərddə birinci cisni əlamətlər ana bətnində olarkən, ikinci əlamətlər isə cinsi yetişkənlik dövrü olan yeniyetməlik döv- ründə formalaşır.
Kişi və qadın orqanizmində cinsi vəzilər iki funksiya daşıyır. Onlardan biri cinsiyyət hüceyrələrinin - yumurtalıqların (qadın cinsi hüceyrələrinin) və spermatozoidlərin (kişi cinsi hüceyrələrinin) ya- ranmasıdır. Onların qarışması nəticəsində baş verən mayalanma ye- ni orqanizmin inkişafmm başlanğıcını qoyur ki, bu da cinsi yolla coxalma adlanır. Bunun nəticəsində yaranan uşaq irsi yolla vali- deynlərindən birinə məxsus olan xüsusiyyətləri daha çox özündə da- şıyır ki, bu da dünyaya yeni gələn uşaqda insan nəslinə məxsus olan müxtəlif xüsusiyyətlərin, xassə, əlamət və keyfiyyətlərin inkişafı üçün ilkin təbii əsas yaradır. İrsi xüsusiyyətlərin daşıyıcısı hüceyrə- lərin xromosom aparatıdır. İnsan bədəninin hər bir hüceyrəsinin nü- vəsində 23 cüt xromosom yerləşir. Onlardan 22 cütü kişi və qadın- larda eynidir və autosomlar adlanır. Qadınların 7 cinsi xromosom cütündə iki böyük eyni X xromosomu, kişilərdə isə bir X xromo- somu və bir kiçik Y xromosomu vardır.