Hər bir insan təkrarsız və unikal xüsusiyyətlərə malikdir və bunlar onun şəxsiyyətinin fərdiyyətini təşkil edir. İnsanlar arasında- kı əsas fərqlərin başlanğıcı və ən cox diqqəti çəkəni kişilər və qadın- lar arasındakı cinsi fərqlərdir. Bu fərqlər yalmz cinsin fərqləndirici xarici əlamətləridir. Lakin elm sübut edir ki, kişilərin və qadınların eyniadlı daxili orqanları da fərqli xüsusiyyətlərə malikdir və onlar maddələr mübadiləsinin intensİvliyində, tənəffüsün və ürək döyün- tülərinin tezliyində, qanın tərkibində və s. də özünü göstərir.
Kişilər və qadınlar arasmdakı fərqlərə həsr olunmuş çoxsaylı müqayisəli elmi tədqiqatlar bu iki fərqli cins arasındakı fərqlərin qavrayış, məntiq və intuisiyasında, ətrafdakı adamlarla qarşılıqlı münasibətlərində, maraq, qiymətləndirici mühakimələrində, fıziki parametrlərində, təfəkkür və təxəyyülündə, fəallıq və ünsiyyət təla- batında, xarakter, qabiliyyət, temperament xüsusiyyətlərində və bir çox digər sahələrində də mövcudluğunu təsdiq edir.
Cinslər arasında gender fərqlərinin öyrənilməsinə ilk təşəb- büslər XX əsrin 30-cu illərinə təsadüf edir. 1936-cı ildə Amerikan psixoloqlan Luyis Ternıanvə Ketrin Koks-Maylz maskulnitivlik və feministliyin ölçülməsi sistemini işləyib hazırlamışlar. Onların tərtib etdikləri sorğunun məqsədi “cinslər arasındakı maraq və münasibətlərin təhlili”adlanırdı. Bu sorğuya müxtəlif şəxsiyyət keyfıqqətləri, maraqlar, meyllər, həmçinin, müxtəlif sözlərlə ifadə olunan assosiasiyalar daxil idi. Tədqiqatçılar maskulinitiv keyfıy- yətlərə uca səsi, ov elmək həvəsini, uşaqlıqda nadiııcliyi, fiziki ağrı- ya qarşı dözümü, feministik keyfiyyətləri isə bunlara tamamilə əks olan keyfıyyətləri aid etmişlər. 1974-cü ildə Amerikan psixoloqu Sandra Bem maskulinizm və teminizm probleminə yeni konsepsi- yadan yanaşmağa təşəbbüs göstərmişdir. Əvvəlki tədqiqatşılardan fərqli olaraq o, femin və maskulin xüsusiyyəlləri müəyyən edilməsi- ni cəmiyyətin öhdəsinə buarxmışdır. Coxsayh oğlan və qız tələbə- lərlə apardığı tədqiqatiar vasitəsilə o, 400 insani keyfıyyəti qiymət- ləndirmək təklifi ilə çıxış etmiş, müasir kişiyə məxsus 20, qadına məxsus 20, hər iki cinsə məxsus 20 neytral keyfıyyətləri ayırd et- mişdir. Öz tədqiqatiarı vasitəsilə Sandra Bem maskulinist (kişiyə məxsus) keyfiyyətlərə özünəinam hissini , öz mövqeyini müadafiə etmək meylini, riskə meylliliyi, problemi təxirə salmadan tez həll etmə xüsusiyyətini, hakimiyyətə və liderliyə meylliyi, kişiliyi, bas- qasını öz arxasınca aparmaq qabiliyyətini, qətiyyətliliyi, fərdiyətçi- liyi, yarışa qoşulma riskini, ambisiyaiılığı (özündən razılılığı), femi- nist xüsusiyyətləri isə güzəştə getməni, həyatsevərliyi, utancaqlığı, zərifliyi, sədaqətliyi, qadınlılığı, dərdə şərik olmanı, qayğıkeşliyi, asta səslə danışmanı, istiqanhlığı, yumşaq, etibarlı, infantil davra- nışı, uşaqları sevməni, sakitliyi, söyüşdən uzaq olmam və s. aid et- mişdir. Müasir dövrdə gender sxemində bu xüsusiyyətlərin sırası daha da genişlənmiş, onların sırasına hər iki cinsə aid olan bəzi ortaq xüsusiyyətlər də aid edilmişdir. Bir çox elmi tədqiqatlarda ar- tıq sübut olunmuşdur ki, kişi və qadınlar arasında mövcud olan hə- qiqi fərqlər 5%-dən çox deyil və ciddi əhəmiyyət kəsb etmir. Öz-öz- lüyündə kişi və qadının psixoloji xarakteristikasında oxşar cəhətlər fərqlərdən daha çoxdur.
Lap qədim dövrlərdən oğlanlarda həmişə güc və qüwə, qəd- darlıq, “döyüş ruhu” müdafıəçi, qazanc gətirən və əsil döyüşçüyə məxsus digər əlamətlərin, qızlarda isə nəvaziş, zəriflik, evdarlıq, evə və uşaqlara qarşı qayğıkeş münasibət tərbiyəsinə üstün diqqət yetirilmişdir. Qədim hind aforizmlərinin birində deyilir; “Qadın o qədər incə, o qədər zərif məxluqdur ki, onu, hətta gül ləçəyi ilə də vurmaq olmaz”.
Müasir kompyuter texnologiyalan və informasiya əsrində qa- dınlar sadəcə olaraq evdə oturub öz “döyüşçü ərini” gözləmək istə- mir. Qadmlar da dəyişən dünyanın ahənginə uyğun olaraq dəyiş- mək, ona uyğunlaşmaq, özlərini təkmilləşdirmək və reallaşdırmaq istəyirlər. Ə.Ə.Əlizadə yazır: “Qadının həyatı emosional həyatdır. Onlar insan münasibətlərinə son dərəcə həssasdır. Bundan başqa, özlərinin ünsiyyət vərdişləri ilə seçilir və elə buna görə də qərar qə- bul edəndə insan münasibətlərini nəzərə alırlar” [6,s.234] Zəmanə- mizdə baş verən dağıdıcı qasırğalara “Megi”, “Ketsana”, “Nar- giz”, “Violetta”, “Katrina”, “Janna”və s. kimi qadın adlarının qoyulması ictimai şüurda qadınlarm şıltaq obrazları ilə assosiasiya olunmasımn nəticəsidir.
İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatında çoxsaylı məkrli, hiyləgər və rəzil qadın obrazlarına rast gəlmək mümkündür. Müasir qadınları siyasət, dövlət idarəçiliyi, elm və texnika, səhiyyə və mədəniyyət və s. kimi ictimai praktikanm müxtəlif sahələrində görmək adi hala çevrilmişdir. Lakin unutmaq olmaz ki, müasir cə- miyyət “kişi dünyası”nda yaşayır, qadınların kişilərlə bütün sahələr- də mütləq bərabərliyi iddiaları onların “kişilərin ərazisinə” müdaxi- ləsi kimi qavramlır. Bu isə cinslər arasında fikir ayrıhqlarınm, anla- şılmaz mübahisələrin başlanmasına təkan verır. Məşhur psixoanali- tik Freyd bərabərliyə, hətta ər-arvad bərabərliyinə inanmırdı, o, açıq elan edirdi ki, ər-arvad bərabərliyi “praktiki olaraq imkansızlıqdır. Qeyri-bərabərlik mövcud olmalıdır, kişinin üstönlüyü mövcud iki bəladan daha az olandır”.
Qadm və kişi insan adlı mövcudluğun iki fərqli siması, onla- rın ortaq sərvəti olan uşaq isə hər ikisinin ümididir. Ona görə ki, uşaqlar bəşəriyyətin hakimidir, onlar insanlığı yaşadır, möhkəmlən- dİrir, həyatımıza rəngarənglik gətirir. Qadın öz qanı və südü ilə kör- pəsini qidalandıraraq onu dünyaya bəxş edib həyat verir. Qadında insan şüurunun ali forması, mükəmməl yaradılışın -insanlığm, do- ğulacaq insan övladının mükəmməl obrazı əks olunmuşdur. Qadın- lar başqa adamlara kömək etməyə daha meyllidirlər, yəqin buna görədir ki, inkişaf etmiş təxəyyül yad adamın bədbəxtliyini və ya sadəcə olaraq başqa adamın pis əhvali-ruhiyyəsi onların şüurunda əhəmiyyətli təhlükə hissinin oyanmasına səbəb olur və onlar dis- komfort hiss edirlər. [78,s.61 ] Qadın həyatın sirli və məhrəm məx- luqudur. Budda deyirdi ki, qadınlar bütün yaşlannda məhəbbət həs- rəti ilə yaşayan cocuqdur. O, gülümsəyir, o, qan itirərək, ağrıdatı qışqıraraq həyata insan gətirir, amma sonsuz məhəbbətlə, ana sevgi- si ilə öz körpəsini, ona əzab verəni bütün həyatı boyu ana şəfqəti ilə bəsləyir. Onun dünyaya bəxş etdiyi uşaq ananın isti ümididir. Dahi- lərdən biri yaxşı demişdir: “Əlində bir körpənin qundağını tutan qadın bəşəriyyətin sükanmı idarə edən gəmi kapitamm xatırladır”. Dahi şairimiz Bəxtiyar Vahabzadə isə özünün poetİk söz dünya- sında bəşəriyyəti yaradan anadan söz açaraq yazmışdır:
Əziz anam, əyri belin bilirəm,
Beşiyimə əyilməkdən əyilmiş.
Ailə mühitində qadm bu ocağın iki əsas sütunundan biridir. Analıq və evdarlıq vəzifələri onun üzərinə düşür. Ev təsərrüfatmın idarə edilməsində, uşaqlarm tərbiyəsi işində və onlara qulluqda ana- nın rolu böyükdür. İslamın müqəddəs kitabı “Quran”da cinslərin mövqe məsələsi də gender siyasəti baxımından çox maraqlıdır. “Nəml” surətinin 22-ci ayəsində deyilir: “Orada bir qadın gördüm, Məlakədir, hər şey verilmiş ona, böyük bir taxt yiyəsidir”. Bu ayə müqəddəs “Quran”da hakim qadın, idarəetmə taxtında əyləşən hökmdar qadın obrazının verilməsinə və qadının uca tutulmasma işarədir.
Qadınları yüksək dəyərləndirən tanınmış Azərbaycan maarif- çisi S.M.Qənizadə öz zamamnda qadına qul münasibəti bəs- lənilməsi əleyhinə kəskin çıxış etmişdir. Qadına alçaq nəzərlə ba- xanlara ciddi etiraz edən S.M.Qənizadə yazırdı: “Övrətlər insaniy- yət aləmində ziyarətgah mənzilləsindəndirlər. Millətlər dilində övrə- tə “gözəl tərəf“şan verib” adlandırırlar, yəni insaniyyətin gözəl tə- rəfı və ya gözəl yarısı deyib çağırırlar. [21, s. 171] Xalqımızın tari- xində ailəsinə sadiq, qəhrəman və mübariz qadın obrazlarına heç də az təsadüf olunmur.
Tomris, Burlaxatun, Nüşabə, Sara Xatun, Möminə xatun, Ni- gar, Həcər, və s. kimi azəri qadınları tarixi keçmişimizdə nəsillərə örnək müsbət qadm obrazları kimi əbədi yer tutmuşdur. 70 illik so- vet rejimi dövründə isə Zərifə Əliyeva, Mina Nəzirova, Tərlan Mu- sayeva, Şamama Həsənova, Məsədixanım Nemətova, Püstəxanım Əzizbəyova, Əzizə Cəfərzadə, Nigar Rəfıbəyli, Mirvarid Dilbazi və s. yüzlərlə əmək qəhrəmam, ictimai xadim, yaradıcı ziyalı qadın- larımızın adları tariximizə daxil olmuşdur.
Azərbaycan mifologiyası, folkloru və fəlsəfı fıkrində “qadın” an- layışı -sağlamlıq, gözəllik, bakirəlik, nəciblik, zəriflik və ən nəhayət analıq kimi anlaşılıb. Görkəmli Azərbaycan maarifçisi Mir Mövsüm Nəwab yazırdı ki, “qadın gözəl olmasa da olar. O, xoş üzlü və xoşxa- siyyət olsa, böyük sərvətdir. Bədxasiyyət, bədrəftar, çirkin övrətin olsa, vay sənin halına: malın, canın və ömrün fənaya gedəcək”.
Milli müstəqillik dövründə elmli, təhsilli, siyasi xadim kimi tanınan qadınlarımızdan Mehriban xamm Əliyeva, Bahar Mura- dova, Aqiyə Naxçıvanlı, Gövhər Baxşəliyeva, Qənirə Paşayeva, Gülcöhrə Məmmədova, Nurlana Əliyeva və onlarla başqalarınm ad- larını iftixarla çəkmək olar. Müasir Azərbaycan qadmı öz xalqının tarixi köklərinə, mental ailə dəyərlərinə, milli adətlərinə sadiq və sə- daqətlilik nümunəsidir. Azərbaycanda əhalinin 51%-ni qadınlar təş- kil edir.
Qadın - ana, bacı, qız deməkdir və o, böyük qüwə, ailənin dayağıdır. Əsrlər boyu qadınlar sübut ediblər ki, onlar yaxşı ana, bacı, həyat yoldaşı olduqları kimi, alim, siyasətçi, dövlət xadimi də ola bilər.
Qadrn ilahi qüdrət tərəfındən müqəddəs bir missiya-ana olmaq qüdrəti ilə xəlq olunub. Psixoloqlar müəyyən etmişlər ki, ana olmayan qadmlarda -natamamlıq kompleksi yaranır. Peyğəmbərimiz qadma, anaya çox böyük dəyər verirdi. Bir gün bir ərəb soruşdu: “Ya Məhəmməd (s) nədən Yer üzərinə göndərilən 124 min Peyğəmbərdən biri də qadın olmayıb?”. O, cavabında “Allah qadını dalıa müqəddəs məqamla-analıq məqamı ilə şərafətləndirmişdir”- dedi: Qadın - kişi tandemində bizim cəmİyyətdə üstünlük adətən ikinciyə verilir.
Almaniyanın Teydenburq Universiteti alİmləri beynin ağıllı fəaliyyətini fonnaslaşdıran ekstrogen maddəsinin qadmlarda daha çox olması qənaətinə gəliblər. Lakin qadııı nə qədər kişinin “başmın baxtı, evinin taxtı” olsa da, dominanllıq real həyatda kişilərin əlindədir. Qadını mələyə çevirmək kişinin üzərinə düşür. Planetdə yaşayan insanların yarısımn-qadınların özlərini tamamilə ifadə et- mək üçün imkanlan olmayıb. Onların enerjiləri özlərində, içində qa- lıb. Bu enerji dünya üçün əhəmiyyətlidir. Bu enerji üzə çıxsa, dün- yaya yayılsa, Yer üzü güllü-çiçəkli cənnətə dönər” [39,s.l7] Qadın sevəndə qanadlı olur, pərvaz edir. Ümidləri boşa çıxan qadınlar isə taleyin sərt silləsinə tuş gəlir. Fərdi həyatın ayn-ayrı yaş dövrlərində qadınların psixologiyasmda bir sıra dəyişiklİklər meydana gəiir. 50 yaşından sonra qadınlarda zalıiri cazibədarlığın zəifləməsi, yaxın adamlarla ünsiyyətdə kobudluq, yüksək iştaha, qapalılıq, hədsiz dal- ğınlıq, televizora bağlılıq və s. kİmi bir sıra xüsusiyyətlər özünü göstərməyə başlayır. “Qadınlar ad giinlərinə və il dönümlərinə bö- yük önəm verirlər-səbəbi əbədi sirr olaraq qalacaq”. [8,s.216]
“İkinci dünya müharibəsindən sonra sosiologiyada yeni bir problem -gender problemi əmələ gəldi. Bu kökdə də onun sosial- psixoloji konteksti formalaşdı. Azərbaycan psixologiyasında da gender problemi 60-70-ci illərdə cinsi fərqlərin formalaşması axa- rında öyrənilməyə başlantlmışdır.
1970-ci illərin ortalarından başlayaraq dünyada cinsi fərqlər probleminə aid hər il 1,5 mindən artıq əsər çap olunmuşdur. Bu təd- qiqatlar vasitəsilə müəlliflər öz səylərini qadın və kişilərin cinsi fərqlərini dərindən araşdıraraq “inventarlaşdırılmasına” və bu fərqlərin mənşəyinin müəyyənləşdirilməsinə istiqamətləndirmişlər. Cinsi fərqlər probleminin elmi cəhətdən tədqiqinə həsr olunmuş ilk
sanballı əsərlərdən biri 1974-cü ildə ABŞ tədqiqatçıları E. Makkobi və K.Ceklinin “Cinsi fərqlərin psixologiyası”adlı monoqrafıyası- dır. Bu əsər həmin dövrədək cinsi fərqlər haqqında yazılmış əsər- lərin tənqidi təhlilinə həsr olunmuşdur. E.Makkobi və K.Cekli təhlil əsasında cinsi fərqləri üç qrupa ayırmışlar: Həqiqi fərqlər: oğlanlar (kişilər daha aqressivdir, riyazi və fəza əməliyyatlarını qavramaq sahəsində daha uğurlu nəticələr əldə etməyə qadirdirlər. Qızlarda (qadınlarda) isə linqvistik, nitq qabiliy- yətləri daha yaxşı inkişaf etmişdir. Kişilərdə aqressivlik adətən aso- sial xarakter daşıdığı halda, qadınlarda bu sözlü etirazlar, küskün- lüklə müşayət olunur.
Şübhəli fərqlər: oğlanlarda və qızlarda sözəbaxımlılıq, qayğıkeşlik, qorxu və həyəcanlanma, yarışmaya meyllilik, taktil həssaslıq, ümumi fəallıq sahəsində göstəricilərdə oxşarlıqlar mü- şahidə edildiyindən qeyd olunan əlamətlər üzrə kəskin fərqləri müəyyənləşdirmək mümkün olmamışdır.
Təsdiq edilmiş fərqlər:qızların (qadınların) inkişafında mühitin təsiri daha üstün rola malikdir. Onlarda təlqinə qapılma his- si güclüdür, satndart tipli məsələlərin həllində qızlar yüksək nəticə- lər əldə etsələr də, onlarda uğur əldəetmə təlabatı və özünəhörmət hissi zəif inkişaf etmişdir.
ABŞ psixoloqu K.Xomi qadınlarla kişilər arasındakı fərqləri sosiomədəni təsir kontekstindən izah edirdi. Onun iddiasına görə, qadınlar kişilərlə müqayisədə bütün hallarda dah çox natamamlıq hissi keçirirlər. Çünki onların həyatı kişilərdən iqtisadi, siyasi və psixoseksual baxımdan asıhdır. Tarixən qadınlara ikinci dərəcəli varlıqlar kimi yanaşıldığmdan onlar kişilərin üstünlüyünü qəbul et- məli olmuşlar.
Kişi və qadın yer üzərində bəşəri həyatın ilkin başlanğıcıdır. Onların vəhdəti, birliyi həyatı yaradır. Bu iki fərqli başlanğıc bir çox cəhətdən bir-biri ilə ziddiyyət təşkil edir: istənilən eyni bir hadi- səyə kişilər və qadınlar tamamilə fərqli baxır və fərqli qiymətləndi- rirlər. Onlann genlərinə qoyulmuş psixoloji fərqləri heç nə məhv edə bilməz. Psixoloqların qənaətinə görə, bu iki cins arasında 1000- ə qədər müxtəlif fərq mövcuddur. Bu fərqlər hər iki cinsin eyni adlı daxili orqanlannda, maddələr mübadiləsinin intensivliyində, tənəf- füsün və ürək döyüntülərinin tezliyində, qanm tərkibində və s. özü- nü göstərir. Kişi və qadın cinsləri arasındakı daha dərin fərqlər onla- rın qavrayışında, məntiq və intuisiyasında, temperament xüsusiy- yətlərində, sinir sistemində, müşahidəçilik və uyğunlaşma qabiliy- yətində, ətraf adamlarla qarşılıqlı münasibətlərində, ailəyə münasib- ətdə, maraq və meyllərində, qiymətləndirmə meyarlannda, fıziki pa- rametrlərində, ünsiyyət təlabatında, təfəkkürün xüsusiyyətlərində, fəallıq və iradi keyfıyyətlərində, davranış tərzində, yerişində, emo- sional reyaksiyalarmda, işgüzarlıq və təşəbbüskarlığında, cəmiy- yətdəki statusunda və bir çox digər sahələrdə də mövcuddur. Kişi və qadın bir-birindən yalnız fıziki və fızioloji xarakteristikalarına görə deyil, həm də psixoloji xüsusiyyətlərinə, şəxsiyyət keyfiyyətlərinə davranış tərzlərinə görə də fərqlənirlər. Kişi obrazı -özünün kompi- tensiyası və rasional xüsusiyyətlərinə, fəallığına və fəaliyyətinin sə- mərəliliyinə görə fərqlənən əlamətlərin məcmusudur. Qadın obrazı isə əksinə, özündə emosional dəstəyə, isti hisslərə, himayəyə ehti- yac kimi əlamətləri birləşdirən insan cinsidir. Qadmlarda sosial və kommunikativ bacarıqlar kişilərdən daha üstün inkişaf etmişdir. Bu cür stereotip təsəvvürlər psixologiya elmi tərəfindən dəstəklənsə də, adi adamların əksəriyyəti kişi və qadınlar arasındakı psixoloji mü- qayisələrin nəticələri haqqında kifayət qədər məlumatlı deyillər. Ki- şilərdə məntiq, ümumiləşdirmə, vizual qavrayış və onun tamlığı, mücərrədləşdirməyə meyillilik, romantizm, zamana və məkana bə- lədləşmə, texniki bacarıqlar, uğur əldə etmə motivi, liderliyə cəhd, yeniliyə meyillilik, qadının nəzərində birinci olmaq istəyi daha yax- şı inkişaf etmişdir. Qadınlarda isə intuisuya, analiz, konkretlik, praktiklik, əllərin cəldliyi və dəqiqliyi, himanitar yönəlişlik, ətraf adamlarla münasibət və ünsiyyət qurmaq mötivi, tabe olmaq, qay- dalara riayət etmək, yeganə və təkrarsız olmaq arzusu, eşitmə qav- rayışı öz üstünlüyü ilə seçilir. Təsadüfi deyildir ki, qadınların qu- laqları ilə, kişilərin isə gözləri ilə sevdikləri söylənilir. Fərdi, təkr- arsız məntiq (qadın məntiqi) qadınların məntiqi cəhətdən tam əsas- landırılmayan mülahizələr irəli sürməsinə səbəb olur. Cinsi xüsusiy- yətlərin təsiri onların qavrama qabiliyyətində, hafızəsində, intellek- tində, koqnitiv (idraki) üslubunda, motivasiyasında, özündərketmə- sində, temperament xüsusiyyətində, fəallıq və emosionallıq səviy- yəsində, ünsiyyətində və s. də özünü göstərir. Cinsi fərqlər psixolo- giyasında qızların daha çox “sosial” olmaları, oğlanlara nəzərən da- ha çox təlqinə qapılmaları haqqında fikirlərə təsadüf olunur. Qızlarda özünəhörmət hissinin zəif inkişaf etməsi, sadə məsələləri daha yaxşı həll edə bilmələri haqqında da mülahizələr vardır.
Oğlanların (kişilərin) inkişafı və formalaşmasında digər amil- lərə nəzərən irsiyyət amilinin rolu daha böyükdür. Onlar mürəkkəb və qeyri-standart məsələlərin həllində, hadisələrə analitik və idraki yanaşma üslubuna və eşitmə analizatorunun üstün inkişafına görə qızları (qadınları) üstələyirlər. Oğlanlar qızlardan çox sərtlikləri, müstəqil olmaları, ətraf aləmin qiymətləndirilməsinin emosionallığı, fıkir və qərarların daha çox kəskinliyi ilə fərqlənirlər. Qızlarda sə- mimilik daha çoxdur ki, bu da fıkrimcə, gələcək analıq müdrikliyi- nin toxumcuğudur” [42,s.80]
Kişi və qadınlann təbiətcə fərqli xüsusiyyətləri haqqında elmi əhəmiyyətli məlumatlara A.Fulyenin əsərlərində də rast gəlmək müm- kündür. O, kişi və qadınlar arasmdakı prinsipial fərqləri metabolizmdə mübadilə proseslərində görürdü. Metabolizm anabolizm və ka- tabolizm adlanan proseslərin qarşılıqlı təsiri əsasmda qurulur. A.Ful- yeyə görə, qida, inteqrasiya, eneıjinin saxlamlması kimi üstün anabolik proseslər qadın orqanizmində daha çox inkişaf etmişdir. Qadınlarm fərdi həyatmı təmin edən sadalanan yüksək anabolik meyllər həm də onlann davranışmda özünü əks etdirir. Çoxalma, enerji sərfi, dezinteq- rasiya kimi katabolik proseslər isə daha çox kişi orqanizmi üçün səciyyəvidir və onlann davranış mənzərəsini müəyyənləşdirir.
Ötən əsrin 60-cı illərində sovet psixoloqları tərəfındən cinsi dimorfizm nəzəriyyəsi yaradıldı. Bu nəzəriyyə kişi və qadın cinsi mənsubluğunu qarşılaşdırcirkən irsiyyət və dəyişkənlik amilini ön plana çəkir, cinsi fərqləri qısamüddətli və uzunmüddətli hafizə, mü- hafizəkarlıq və variativlik kimi amillər əsasmda izah edirdi. Qadm cinsi nəsildən-nəslə dəyişməzliyi təmin edən əvvəlki təkamül mər- hələlərinin gedişində qazanılmış əlamətlərin qorunub saxlanılmasmı təmin edir. Bu, irsiyyətin qorunub saxlamlmasında güclü təsir amili olan “qızıl xəzinədir”.
1960-cı illərdə Rusiyada B.G.Ananyev adına laboratoriyanm əməkdaşlarınm tədqiqatlan idrak sferasmda cinslər arasmdakı fərqlərin öyrənilməsinə yönəimişdi. 17-22 yaşlı tələbə qruplannda apanlmış bu tədqiqatlar nəticəsində aşağıdakı əhəmiyyətli nəticələr əldə edildi: İn- samn maraqlannı əks etdirən və onun erudisiyasını sübut edən ümumi məlumatlılıq, xarakter və onun keyfiyyətini nümayiş etdirən ümumi əqli fərasət qabiliyyəti, mürəkkəb intellektual məsələlərə diqqəti mərkəzləşdirmək surətinin, müşahidəçilik, fəza təsəwürləri, qeyri- verbal (praktik) və ümumi intellektin oğlanlarda qızlara nəzərən daha yiiksək olduğu elmi nəticələrlə sübut olunmuşdur. Qızlar isə özlərinin lüğət ehtiyatı da daxil olmaqla verbal (nitqli) intellekt, təfəkkürün mən- tiqiliyi, onun ümumiləşdirmə əməliyyatı baxunmdan oğlanlardan üstün göstəriciləri ilə fərqlənmişlər. Operativ məsələlərin həllinə kömək edən qısamüddətli hafizə, lüğət ehtiyatmm həcmi, kommunikativ məsələ- lərin həllini asanlaşdıran ünsiyyət çevikliyi və əqli uyğunlaşma üzrə göstəriciiər də qızlarda üstün olmuşdur.
Psixoloji tədqiqatlar görmə və eşitmə qavrayışı sahəsində də cinslər arasında müəyyən fərqlərin mövcudluğunu müəyyən etmiş- dir. Qadıniar səsin ucahğı və tonallığında baş verən dəyişikliklərə daha həssas reaksiya göstərirlər ki, bu da onlara başqa adamın və- ziyyətini onun səsində baş verən dəyişikliklər əsasında qavramaq imkanı verir. Kişİlər isə səs qıcıqlandırıcı mənbəyini daha yaxşı müəyyənləşdirməyi bacarırlar. Rus psixoloqu T.V.Andreyevanın tədqiqatları ilə sübut olunmuşdur ki, qadmlar kişilərə nisbətən rəng həssaslığında, incə rəng çalarlarım fərqləndirməkdə kişilərdən daha yüksək həssaslığa malikdirlər.
Kişi ilə qadm arasındakı fərq min illər ərzində mövcud olan şərt- lər əsasında yaranıb. Bu fərqlər təbiətdə xüsusi bir məna ifadə etmir. Ancaq bəzi detallar var: birincisi, kişidən fərqli olaraq qadm dünyaya insan gətirir. Bu məsələdə kişi donordu və donorluğu da onun qadm üzərində dominantlıq eləməsinə şərait yaradıb; ikincisi, qadmın kişiyə nisbətən daha dərin hisslər yaşamaq bacarığıdı. Kişi sevgisi qadmla müqayisədə dalıa çox fiziki təlabata yaxmdır. Qadın sevgisi daha yüksək, daha dərindir. Qadın sevgisi ruhsaldı, zəngindir. [39,s. 10]
Müasir neyrofizioioji və neyropsixoloji tədqiqatlar kişi və qa- dınların beyin fəaliyyətində bəzi morfoioji fərqlərin olduğunu da təsdiq etmişdir. ABŞ-m Kaliforniya Universitetinin professoru R.Qorskinin tədqiqatları nəticəsində təsdiq olunmuşdur ki, beyinin sağ və sol yanmkürələrini birləşdirən “mezolist cism” adlandırılan sinir dəstəsi qadmlarda kişilərinkinə nisbətən 30% qalındır. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, qadınlara nisbətən kişilərdə beynin sağ və sol yarımkürələri daha müstəqil fəaliyyət göstərir. Doğulduğu anda oğlanlarda və qızlarda beynin bir yanmkürəsindən digərinə informasiyanm ötürülməsi funksiyasmı yerinə yetirən mezolist cism məhz yanmkürələrin funksional asimmetriyasınm tənzimində əsas rola malikdir.
Qadınlarda iki yarımkürə arasında əlaqələrin daha möhkəm olması onlara bir-biri ilə əlaqəsi olmayan bir neçə müxtəlif işi eyni vaxtda yerinə yetirmək imkanı verir. Bu cəhət hər şeydən əwəl on- ların nitqində və intuisiyasında özünü göstərir. Qadınlardan fərqli olaraq kişilərin beyninin yarımkürələri arasında əlaqələrin zəifhyi və azlığı onlara diqqəti konkret məsələlər üzərində mərkəzləşdirmək imkanı vermir.Kişilər eyni vaxta bir neçə obyekt üzərində diqqəti cəmləşdirmək (məsələn, televizora baxmaq və başqa adamı din- ləmək) sahəsində çətinlik çəkirlər. Əllərin, sifətin və bədənin sim- metrikliyinə, emosional cazibədarlığa, məntiqi qavramanın surətinə, yaddasaxlamanın həcmi və operativ hafızəyə görə qadınlar kişiləri üstələyirlər. Qadınların əsas keyfiyyətləri sırasınasosial yönəliş- liyi (oriyetasiya); estetik cazibədarhğı, zəirfliyi; həyatsevərlik, ro- mantika və isməti; inadkarlıq və empatiyanı (dərdə şərikçıxma) da aid etmək olar. Onlar üçün hadisələri paraloqik (qadın məntiqi) mövqeyindən dəyərləndirmək səciyyəvidir.
Qadın və kişi təbiətən bir-biriləri üçün, həm də bir-birindən fərq- li iki varlıq kimi yaradılmışlar, bir-birlərini şərtləndirir, bir-birindən qarşılıqlı asılılığa və bağhlığa malikdirlər, bir-birlərini tamamlayırlar. Bu isə öz növbəsində bizim bu dünya adlandırdığımız həyatda balans və harmoniyanı yaradır. Xalqımızm qədim şifahi və yazılı abidəsi olan “Dədə Qorqud” eposunda dörd cür qadın tipi göstərilmişdir: 1-si soy solduratıdır- oğrunca yerindən qalxar, əl-üzünü yumadan 9 çörəklə 1 bardaq qatığı əvələyər, tıxıb-basıb doyunca yeyər, əlini böyrünə vurar, deyər: bu evi görüm, xaraba qalsın. Ərə gedəndən bəri qarnım da doymadı, üzüm də gülmədi. Ayağım baş- maq, üzüm yaşmaq görmədi. Ah, nə olaydı, birinə də gedəydim.