Umduğum da yaxşı olaydı. Onun kiminin, xanım, uşaqları bö- yüməsin. Ocağına bu cür arvad gəlməsin. Toy dolduran — tərpənincə yerindən qalxdı, əl-üzünü yu- madan obanın o ucunu, bu ucunu çarpışdırdı. Söz —şaiyə yaydı, qa- püara qulaq qoydu. Öynəyədək gəzdi. Öynədən sonra evinə gəldi. Gördü ki, oğru köpək yenə də evini qatıb-qarışdırıb. Evi toyuq komasına, inək damına dönmüşdür. Qonşuları çağırdı ki, : “Yetər”, “Zəlihə”, “Zibeydə”! Ürüdə-can, qız-can! Paşa!, Ayna!, Mələk! Qutlu Mələk! Ölməyə-itməyə getməmişdim. Yatacaq yerim yenə bu xaraba olasıydı. Nə olardı, mənim evimə azacıq baxardınız? Qonşu haqqı —Tanrı haqqıdır deyib-söylər. Bunun kiminin, xanım, uşaqları böyüməsin! Ocağına bunun kimi arvad gəlməsin. Bayağıdır. Əri evdə olanda çöldən -bayırdan evinə bir abırlı qonaq gəlsə, əri desə ki, dur çörək gətir, yeyək, qonaq da ye- sin. Desə bişmiş çörək daimi deyil, yemək lazımdır. Arvad deyər; “Neyləyim, bu yvxılacaq evdə un yox, ələk yox. Dəvə də dəyirman- dan gəlmədi... Nə gəlirsə, mənim sağrıma gəlsin”-deyə əlim yanına vurar, üzünü o tərəfə, sağrısını ərinə döndərər. Min söylərsən birini eşitməz -ərin sözünü qulağına almaz. O, Nuh peyğəmbərin eşşəyi nəslindəndir. Xanım, ondan da sizi Allah saxlasın! Ocağınıza belə arvad gəlməsin!
Evin dayağı —odur ki, çöldən —bayırdan evə bir qonaq gəl- sə, əri evdə olmasa, o gələn adamı yedirir- içirir, əzizləyib -ox- şayar, yola salar. O cür arvad Ayişə, Fatimə cinsidir. Onun uşaq- ları sağ olsun. Ocağına bu cür arvad gəlsin.
Qədim Elladada belə hesab edirdilər ki, təbiət qadını o halda yaradır ki, o, kişini yaratmaqda aciz qalmış olur. Tertullian qadınları “bəşəriyyətin ölümünün birinci səbəbkarı”, “cəhənnəmə aparan qa- pı” adlandırırdı. Müxtəlif dövrlərdə “qadın məkri”, “qadın xisləti”, “qadın hiyləsi” kimi cinsi stereotiplər formalaşmışdır.
585-ci ildə Makedoniya məbədi qadının insan olub-olmaması məsələsini bir neçə gün müzakirə edib, bir qərar çıxara bilməmişsə, alman fılosofu Şopenhaner bu “çətin” məsələni həll etmişdir. O, məsxərə ilə qadım “uşaqla kişi arasında aralıq mövqe tutan bir məx- luq” elan etmişdir. [20, s.301]
Kişi və qadınlar arasındakı əsas fərqlər onların fıziki siması ilə də bağlıdır. Bu barədə söhbət gedərkərt cinslərin xəyali obrazı tə- səwürdə aydın canlanır. Lakin cinslərin elmi cəhətdən mükəmməl öyrənilməsi bir sıra digər ciddi fiziki-anatomik fərqləri də aşkar et- məyə imkan vermişdir. Müəyyən edilmişdir ki, kişilərin bədən sət- hinin dəri örtüyü qalın, qanının tərkibi daha qatı, əzələ və piy ara- sında qarşılıqlı nisbət daha böyükdür. Kişi və qadın biri-birindən yalnız bioloji və anatomik xüsusiyyətlərin görə deyil, həm də psi- xoloji xüsusiyyətlərə görə də fərqlənirlər. Çox qədim dövrlərdən bəllidir ki, qadınlarda intuitiv duyum kişilərə nisbətən daha yük- səkdir. Onlar məhəbbət və sevgi münasibətləri ilə daha çox maraq- lanır, stresə başqa cür reyaksiya verirlər. Qarşılıqlı münasibətlərdə narazılıq hissi və digər problemlər daha çox müşahidə olunur. Belə bir misal var. Deyirlər, bir gün dostu Bemard Şoudan somşur: “Nə üçün qadmlar kişilərdən çox yaşayır? O isə cavab verir: “Çünki on- ların arvadlan yoxdur”. Bir çox qadınlarda müşahidə olunan zəhlə- tökən deyingəklik kişilərin həssas olan sinir sisteminə güclü qıcıq- landırıcı təsir göstərir. Belə hal sürəkli şəkildə davam etdikdə isə müxtəlif zorakılıqlara səbəb olur. Kişi və qadın stereotip obrazları haqqında mülahizə yürüdərkən, əlbəttə, heç də bütün kişi və qadın- ların qəbul edilən həmin stereotiplərə uyğun olduğunu söyləmək yanlışlıq olardı. “Kişinin bir gün gəlib “Əzizim, bal ayı bitdi” demə- sində acı heç nə yoxdur. Qadının bir gün gəlib “Hər şey əwəlki kimi gözəl deyil, coşqu yelləri ayrı səmtə əsir. Sevgi dönəmi bitdi. Aramızda yaz dövrü başa çatdı. Daha çiçəklər açmır, ətir saçmır. Ayrılıq tamamı gəldi”-deməsindən qəlbimizi qıracaq dəhşətli heç nə yoxdur”. [39,s.65]
Kişilərə gəldikdə isə, onlar xammını dinləməyi, təmkinli, qə- tiyyətli və yeri gələndə kifayət qədər tələbkar olmağı bacarmalıdır- lar. Lakin bu heç də güzəştə getmək və ya “qorxub geri çəkilmək” demək deyil. Sadəcə, bu məqamı həmişə yadda saxlamaq lazımdır ki, qarşılıqlı münasibətlərdə harmoniyaya nail olmaq üçün tərəflərin biri-birini dinləməsi və anlaması başlıca şərt olsa da, yeganə şərt de- yil. Müasir kişilərin bir qisminin zəif xarakterə malik olması indi geniş müzakirə mövzusudur. Psixoloqların bu sahədə apardıqları tədqiqatlarm nəticəsi göstərmişdir ki, bir qayda olaraq, zəif kişilər qadın tərbiyəsinin, xüsusən də, xaraktercə güclü qadınlann tərbiyə- sinin məhsuludur. Çox vaxt uşaqlar evdə, məktəbdə, uşaq bağçasın- da “qadın tərbiyəsi” ilə üzləşirlər. Xüsusən, oğlan uşağınm anası güclü qadındırsa, onda bu oğlanın güclü kişi olmaq şansı çox aşağı- dır. Belə ki, güclü qadınlar, adətən, yaxşı rəhbər olurlar. Lakin onlar bir qayda olaraq, pis tərbiyəçidirlər. Güclü qadının təsiri altında bö- yüyən oğlanlar çox zaman müstəqil qərar qəbul etmək iqtidannda olmur. Onlar, adətən, tabe olmağa meyllidirlər və özlərinə tərəfmü- qabil kimi güclü şəxsiyyət axtarırlar. “Kişi ömrü rəqabətdə, qazanc arxasında, çalışmaqda, çabalamaqda keçir deyə, evdə onun zərif, köməksiz olmağa, pişik kimi sığallanmağa ehtiyacı olur. Bütün enerjisini çöldə qoyur və evə gələndə dincəlmək istəyir. O, enerjisi- ni hər yerdə xərcləyir. Ofisdə, bazarda, siyasətdə, biznesdə, döyüş meydanmda...” [38,s.93]
Güclü qadınlar ambisiyalı, kompromisə az meylli olduqla- rından bu anlayışı prinsip etibarilə qəbul etmirlər. Belələri üçün öz iddiaları və abmisiyaları hər şeydən üstündür. Onlar çox zaman qey- ri-iradi olaraq, öz övladlannı dedikləri ilə hesablaşmağa məcbur edir, beləliklə də, başqalarının fıkrini və ya rəyini birmənalı şəkildə etalon kimi qəbul etməyə öyrəşmiş zəif şəxsiyyət böyüdürlər. Həm kişilər, həm də qadınlar çalışmalıdırlar ki, oğlan uşaqları kişiyə xas olan xarakter və xüsusiyyətləri mənimsəsin. Unutmaq lazım deyil ki, oğlan uşağı üçün məhz kişi davranışı nümunəsi zəruridir. Ana öz övladım nə qədər çox istəsə də, onun üçün atanı əvəz etməyə qadir deyil. Əgər bu yoxdursa, onda oğlanın davramşında bəzi qəribəlik- lər və patoloji hallar özünü açıq şəkildə biruzə verir. Xüsusən, vali- deynlərdən birinin - atanın olmadığı ailələrdə bu cəhət qabarıq şə- kildə özünü göstərir. İki fərqli cins kimi kişi və qadınlann qorxu hissi keçirmələrinə səbəb olan amillər də fərqlidir. Əgər kişilər ən çox xəyanətdən, pulsuzluqdan, müflisləşməkdən, başqalarının nə- zərində istehza obyektinə çevrilməkdən, ailədə gərəksizləşməkdən, məğlub olmaqdan və xanımmın yanında alçaldılmaqdan qorxub ehtiyatlanırsa, qadınlar daha çox öz gözəlliyini itirməkdən və qo- calıqdan, sevdikləri adamdan ayrılmaqdan, uşağını itirməkdən və ilk uşağı dünyaya gətirməkdən qorxurlar.
Müasir dövrdə gender siyasətində əldə edilən uğurlara, qa- dınların real həyatda artan roluna baxmayaraq, dünyanı hələ də kişi- lər idarə edirlər. Bu, yəqin ki, belə də davam edəcək. Çünki qadmla- rın zəif və zərif təbiəti onların mütləq hökmranlığını mümkünsüz edir. Hətta xarakter etibarilə güclü sayılan qadınlar belə, öz fərdiy- yətçiliklərindən gec-tez imtina etməli olurlar. Çox zaman hər hansı qərar qəbul edərkən məhz, qadına xas olan tipik qorxu hissi və niga- ranlıq keçirirlər. Odur ki, belələri “öz başının ağası” olmağa qərar versələr də, tam sərbəst hərəkət etməkdən qorxurlar. Bu səbəbdən qadınlar kişilərin davranış tərzi və kişilərə xas olan streotiplər qarşı- smda gec-tez geri çəkilməli olurlar. Müəyyən edilmişdir ki, söhbət zamanı kişilər qadınların sözünü dörd dəfə çox kəsir, müxtəlif jestlərlə onları susmağa məcbur edirlər.
Vaxtaşırı olaraq ailə cütlükləri arasında müxtəlif fıkir aynlıq- lan yaranır. Bəzi cütlüklər belə hallarda heç də çətinlik çəkmədən münasibətləri öz qaydasına sala bildikləri halda, əksər hallarda çox- lan istəyib-istəməməsindən asılı olmayaraq öz prinsipləri əsasında hərəkət edərək, qarşı tərəfi özlərinin haqlı olduqlarına inandırmağa çalışırlar. Ər-arvad arasındakı mehriban və səmimi münasibətlər yalnız onların qarşılıqlı səylərindən deyil, həm də asudə vaxtdan asılıdır. Bunların hər ikisi vacib amildir və qadınlar intuitiv olaraq hiss edir ki, yaxşı qarşılıqlı münasibətlər öz-özünə yaranmır.
Axşamlar, iş gününün sonunda kişilərin əksəriyyəti evdə tele- vizor qarşısmda əyləşərək istirahət edir, yorğunluğunu qismən ara- dan qaldınrlar. Qadınlarm əksəriyyəti isə, bunu başa düşmək istəmir. Bunu tənbəllik kimi qiymətləndirir, yanlış olaraq belə hesab edirlər ki, kişilər qarşılıqlı münasibətlərin qayğısına qalmırlar.
“Müasir dövrdə kişilərlə müqayisədə qadınlar rol ziddiyyətin- dən də əziyyət çəkirlər. Xüsusilə qadınlann “ana-arvad” kimi liberal rollarla, karyera, yaxud digər məqsədlərə nail olmaq arasmda seçim problemlərinə daha çox təsadüf olunur. Onlar mütəmadi olaraq “Ya karyera, ya ailə” tələbi ilə üzləşirlər”. [9,s.87]
Kişi cinsi bəşəri təkamüldə yeni şəraitdə mövcudluğun qoru- nub saxlanılması üçün zəruri olan populyasiyanın güclü amilidir. XX əsrdə “Cinsi diınorfızm” nəzəriyyəsinin irəli sürdüyü müla- hizələr əsasında aşağıdakı konkret nəticələr ortaya çıxmışdır: Mühitdə qarşıdurma və uyğunlaşma imkanlarına görə cins- lər arasında itki fərdi göstəricilərə malikdir. Kişi cinsi hələ üçaylıq embrional mərhələdə qadın cinsi embionu ilə müqayisədə daha zəif olur. Birinci, ziqot səviyyəsində kişi cinsinin sağ qalma riski 100: 95-ə, doğum anında 107 : 100 -ə, 30 yaşında isə 100 : 95-ə olan nisbətindədir. Bu qanunauyğunluq oğlan uşaqları arasında ölüm hallarınm yüksək olmasında da özünü göstərir.
Miokard infaktı keçirən insanlar arasında kişilər sayca əhə- miyyətli üstünlük təşkil edirlər. Rus psixoloqu N.E.Kaqan qeyd edir ki, kişilər arasında ölüm hallarının ən yüksək göstəriciləri cəmiy- yətdə əlverişsiz inkişaf, keçid mərhələlərində və inteqrasiya axı- nının gücləndiyi dövrlərdə qeydə alınmışdır. İşsizlik, gələcək pers- pektivsizlik, təhsil ala bilməmə, mənzil əldə edə bilməmə, ailənin təmin edilməsindəki çətinliklər və s. kimi əlverişsiz sosial amillər kişi cinsinə mənsub olan əhalinin psixi və fiziki sağlamlığına dağı- dıcı təsir göstərir.
Statistik məlumatlar söylənilən fikirləri təsdiq edir. Rusiya Federasiyasında kişilərin orta ömür yaşı 59 olduğu halda, qadınlar üçün 72 il, Azərbaycanda isə bu göstəricilər kişilər üçün orta hesab- la 71,3, qadınlar üçün 76,8 ildir. Dünyanm bir çox ölkələrində, o cümlədən Azərbaycanda kişilərin orta yaşam müddətinin azalma tendensiyası müşahidə olunur. 1990-1994- cü illərdə Rusiya Federa- siyasmda kişilərin orta ömür yaşı 6 il azaldığı halda, qadınlar üçün bu göstərici 3 il olmuşdur. Cəmiyyət həyatında baş verən kəskin so- sial dəyişikliklərə və böhranların yaratdığı fəsadlara qarşı qadınların dözümlülük göstəriciləri kişilərə nisbətən xeyli yüksəkdir. İşsizlik, peşə statusunun aşağı düşməsi, ailə büdcəsinin azalması kimi sosial -neqativ təsirlərdə qadınların öz psixi sabitliklərini qoruyub saxla- maq qabiliyyəti yüksəkdir.
Psixoloji və tibbi tədqiqatlar dünyanm bütün regionlarında qa- dınların kişilərdən orta hesabla 7-10 il çox ömür sürməsini və bunun səbəblərini müəyyən etmişdir. Bu səbəblər sırasına bioloji (genetik) səbəblər, kişi və qadın cinsi hormonlarınm orqanizmə fərqli təsiri, qadınların həyatda daha çox ehtiyatlı olmaları, öz sağlamlıqlarma qayğı ilə yanaşmaları, daha çox emosional olmaları, onlarda zərərli vərdişlərin kişilərlə müqayisədə daha az olması, taleyüklü məsələlər barədə qərar qəbulu zamanı məsuliyyəti kişilərin üzərinə qoymaları və s.daxildir.
Defferensial -psixoloji tədqiqatlar kişi və qadın cinsləri ara- smda sinir proseslərinin xassələrində də əhəmiyyətli fərqlərin və funksional asimmetriyanın mövcud olması faktlarını aşkara çıxar- mışdır. Kişilərdə beynin məntiqi-rasional funksiya daşıyan sol yarımkürəsinin fəaliyyəti dominant aktivlik xüsusiyyətlərinə malik olduğu halda, qadınlarda hissi-atributiv funksiya daşıyan sağ ya- rımkürənin daha yaxşı inkişaf etdiyi elmi əsaslarla sübut edilmişdir. Bundan asılı olaraq onların istər düşüncə və davranış modellərində, istərsə də cəmiyyətdəki etik və estetik normalara baxışlarında və qiymətləndirici mühakimlərində təzadlı yanaşmalar özünü göstərir.
Funksional baxımdan kişiləri eyni məsələnin yalnız məntiqi- rasional tərəfləri, qadınlan isə onun emosional - hissi tərəfləri daha çox maraqlandırır. Kişilər öz emosiyalarmı gizlətməyi bacardıqları halda, qadınlar üçün onları daha tez biruzə vermək xüsusiyyəti sə- ciyyəvidir. Sırf kişi davranış üslubu həmişə aktivlik, məqsədyönlü- lük, qətiyyət və rasionallıqla əlaqədar təzahürlərin üstünlüyü ilə se- çildiyi halda, qadınlar, əksinə, həmişə intellektual və iradi cəhətdən zəif, yalnız emosional sferanm zəngin olduğu bir varlıq kimi təqdim olunmuşdur. Kişi obrazı bütün hallarda güclü, müstəqil cinsi tərəf, qadın obrazı isə zəif məxluq, incəlik, iffətlilik, mehribanlıq, cəlbedi- cilik, nəzakətlilik və s. kimi xüsusiyyətlər üstün dəyərləndirilən əxlaqi fəzilət nümunəsi kimi təqdim olunmuşdur.
Qadın və kişi xarakterlərində fərqli cəhətlər ailəyə olan münasibətlərdə də özünü göstərir. Ailədə qadınlar öz həyat yoldaş- larına daha çox emosional dəstək göstərsələr də, bunun müqabilində onlardan heç vaxt dərin emosional yaxınlıq görmədiklərindən (kişi- lərdə belə hiss ümumiyyətlə yoxdur) giley-güzar edir, məyus olur, bu isə onlarda xəyal qırıqlığı yaradır. Belə hallarda kişiləri diqqət- sizlikdə günahlandıran qadınlar mənəvi yaxınlıq təlabatlarım təmin etmək üçün öz rəfiqə və ya qohumlarına üz tutur və ya öz aləmləri- nə qapanırlar. Kişilər öz həmsöhbətləri ilə adətən iş, siyasət, idman, ictimai problemlər və s. haqqmda müzakirələr etməyə üstünlük verdikləri halda, qadınlar öz şəxsi problemləri, həyatları və s.barədə intim söhbətlərə daha çox önəm verirlər.
Qadınları rəngarəng məhəbbət məcəraları, birinci növbədə ailə qurmaq, özünə daimi arxa, güclü və etibarh dost tapmaq maraq- landırdığı hallarda, kişiləri daha çox həyat təcrübəsi toplamaq, özünü- təsdiq, bir sıra hallarda isə öz cinsi təlabatını ödəmək və s. kimi mə- sələlər düşündürür. Qadınla kişinin qarşıdurmasmda, başqa sözlə “cinslərin müharibəsi”ndəyarış və rəqabətində kişinin məğlubiy- yəti ətrafdakılar tərəfındən alçalma kimi qiymətləndirilir ki, kişilərin də həyatda ən çox qorxduqları hallardan biri də məhz budur. Kişilər adi məişət həyatında belə, güclü cinsin nümayəndələri olaraq qadınlar üzərində təbii üstünlükiərini daim qoruyub saxlamağa çalışırlar.
Cəmiyyətdə tarixən bir qayda olaraq insanlar qadınla müqayi- sədə kişinin qabiliyyətinə və sözünə Ç’kişi sözü”.N.Ç.) daha etibarla yanaşmışlar. Yüksək təhsilli və karyera sahibİ olan qadmlar belə, is- tər öz cinsləri, istərsə də kişilər tərəfindən cəlbedici təsir gücünü itirmiş olurlar. Onlarla şəxsi münasibətlərin qurulması çətin, qar- şılıqlı anlaşma isə çox vaxt mümkünsüz görünür. Belə qadınların ti- pik obrazı “Moskva göz yaşlarma inanmır”fılmindəki Katerina- mn simasında böyük ustahqla ümumiləşdirilmişdir. Belə qadınlar əmək kollektivində daha az cəlbedici, rəsmiyyətçi, ciddi qadınlar ki- mi tanımrlar və onlarda zəriflik, mülayimlik, qayğıkeşlik, oynaqlıq, şuxluq, gülərüzlülük və s. kimi qadınlar üçün zəruri olan bir çox keyfiyyətlər çatışmır.
Tarixən kişiləri və qadınları müxtəlif əlamətlərə görə çoxsayh təsnifatlar əsasmda tiplərə ayırmışlar. Bunların sırasında daha diq- qətəlayiq olan təsnifatlardan birinə nəzər yetirək. Kişilərin super- men, donjuan, kolleksiyaçı, ailəcanh, utancaq olmaqla beş əsas tipi diqqəti cəlb edir.