Nikahın bağlanması nikah davramşmm, yəni məqsədli nikaha ehtiyacın ödənməsinə olan davranışm, nikah tərəfdaşının seçilməsi ilə bağlı davranışın son mərhələsidir. Ailənin təşkili nikah üçün tərəfdaş seçimindən başlanır. Nikah seçimidedikdə, nəticə etibarilə mümkün mülki nikah tərəfdaşlarınm məcmusundan bu və ya digər yolla hər bir konkret şəraitdə yeganə olan tərəfdaşın seçilməsi nəzərdə tutulur ki, o da ər (arvad) və ya birgə yaşanılacaq şəxsdir.
Nikah seçimi prosesi tarixən konkret prosesdir. O, cəmiyyətdə mövcud olan iqtisadi, sosial, sosial-mədəni şəraitdən və digər şərt- lərdən asıhdır. Nikah seçimi prosesinin əsas xüsusiyyətləri müxtəlif mədəniyyətlərdə və tarixi inkişafın müxtəlif mərhələlərində istər mümkün seçim imkanı, istərsə də fərdi seçim azadlığımn dərəcəsi- nin müxtəlifliyi ilə bağlıdır. Birinci münasibətdə, yəni nikah tərəf- daşının seçimlərinin mümkün imkanmın müəyyənləşdirilməsində bütün mədəniyyətlər bir-birindən təkrar nikahlara yol verilib-veril- məməsi ilə fərqlənir. Əgər təkrar nikahlara, yəni, seriyalı monoqa- miyaya yol verilirsə, onda nikah tərəfdaşınm seçimi zamanı aparılan məcmu çox geniş olur və özündə həm nikahda olanları, həm də ni- kahda olmayanları ehtiva edir. Burada mahiyyət ondan ibarətdir ki, bəzi mədəniyyətlərdə kişi və qadının nikahda olub-olmamasmdan asılı olmayaraq, nikah onlar üçün daim mümkün olur. Amerikan so- sioloqu B. Farberin yazdığı kimi, hər bir insan, ən azı nəzəri cəhətdən həmişə əks cinsdən olan şəxs üçün potensial ər və ya ar- vaddır. Burada mühüm cəhət odur ki, nikahda olmaq insanın daha sonrakı nikahları bağlamaq imkanını qətiyyən məhdudlaşdırmır. Bir çox sosial-psixoloji tədqiqatların nəticələri göstərmişdir ki, gənc in- sanları ailə ittifaqı yaratmağa təhrik edən amillərin məcmuyu ər-ar- vad cütlüyünün birgə həyatın ilk illərində qarşılıqlı adaptasiyasımn uğurlu olmasına, nikalun əbədiliyinə və ya boşanma ehtimalına əhəmiyyətli dərəcədə ləsir göstərir. Nikahaqədərki amillərdedik- də isə, ilk növbədə aşağıdakılar nəzərdə tutulur: Gənclərin tanışlıq situasiyası və yeri;
Gənclərin bir-biriləri haqqmda ilk (müsbət, mənfı, ambivalent (ikili), indeferent təəssüratları;
Nikaha daxil olanların sosial-demoqrafik xarakteristikaları;
Tamşlıq və nişanlılıq dövrünün müddəti;
Nikah təklifinin təşəbbüskan: gənc oğlan, qız, valideynlər, başqaları;
Nikah təklifinə qarşı tərəfin öz rəyini bildirməsi müddəti;
Nikahın qeydəalınma şəraiti;
Gələcək cütlüklərin yaşı;
Valideynlərin öz övladlarının nikahına münasibəti;
Cütlüklərin dinamik və xarakterik xüsusiyyətləri;
Ailədə bacı, qardaş və digər yaxın qohumlarla münasibət.
Psixoloqların qənaətinə görə, ailə münasibətlərinə bir sıra
amillər əlverişli təsir göstərir və nikahın uğurlu olmasına etibarlı tə- minat yaradır. Buraya iş yerində və ya təhsil müəssisəsində tanışlıq; ilk qarşılıqlı müsbət təəssüratlar; bir ildən il yanmadək davam edən nişanhlıq dövrü; evlənmək təklifinİn oğlan tərəfindən irəli sürül- məsi; nikah təklifinə qızm iki həftədən çox çəkmədən öz rəyini bil- dirməsi və nikahın təntənəli şəkildə qeydə alınması aiddir.
Böyük ailə hissəti ilə yaşayan bəzi oğlanlar və qızlar ailə qu- randa tələsir, bir-birilərini yaxşı tanımır və ailə məkanında da səhv addımlar atırlar.
Nikah münasibətlərinin davamsızlığına və boğanmaya səbəb olan risk amilləri sırasma tamşlığın təsadüfi xarakter daşıması, ilk mənfi,ambivalent və ya indeferent təəssüratlar; nişanlılıq dövrünün qısa (6 ayadək) və uzun (3 ildən çox) olması, nikah təklifinin açıq və ya dolayı şəkildə qız tərəfindən irəli sürülməsi və nikahaqədərki hamiləlik aiddir. Hər bir qız və qadın hər yerdə və hər şəraitdə öz qızlıq və qadınlıq şərəfini, namusunu, ismətini bacarıqla qoruma- lıdır. Bunu heç bir “yeniliyə”, “müasirliyə” qurban vermək olmaz... Bunun ən ağır əzabını, işgəncəsini hər halda çox vaxt qızlar, qadm- lar özləri çəkməli olacaqlar”. [1 l,s.50-51]
Aparılan çoxsaylı sosial-psixoloji tədqiqatların nəticələri və həyati müşahidələr sübut edir ki, nikahaqədərki hamiləlik amilinin rolu digər situasiyalarla müqayisədə ailənin dağılmasında iki dəfə artıqdır. Nikahaqədərki hamiləlik bəy və gəlinin nikaha uyğunlaş- ması prosesini pozur. Qarşılıqh münasibətlərin normal inkişafı gedi- şində qadın və kişi ailənin inkişafmın mühüm bir mərhələsindən- yəni, özləri üçün ər (arvad) rolunun mənimsənilməsi prosesindən keçirlər. Yeni cütlüklər bu mərhələdən uğurla keçmədikdə uşağın doğulması və tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyə hazır ol- murlar. İkincisi, gənc ailədə uşağın doğulması ailədə iqtisadi prob- lemləri kəskinləşdirir ki, bu da tez-tez konfliktlərin baş qaldırma- sına, əksər hallarda isə boşanmaya səbəb olur. Avropa sosioloqları K.Antulla və Y.Trost hesab edir ki, boşanma riskində yalnız nika- haqədərki hamiləlik deyil, həm də məcburi və tələsik nikahlarıln da təsiri böyükdür. Bunların isə əsasında tezliklə uşağın doğulacağı və rüsvayçılıq təhlükəsi durur. Müasir cəmiyyətdə geniş vüsət almaqda olan erkən nikahlar da ailənin dağılmasında əsas amildir. Statistikaya görə 2013-cü ildə Azərbaycanda erkən nikahlarm sayı xeyli artaraq 6,9%-ə çatmışdır. 18- yəni, nikah yaşı tamam olmuş bir qızın orqanizmi, əlbəttə, fizioloji cəhətdən ana olmağa hazır olur. Lakin bu yaşda, bəzən isə daha erkən dövrdə ərə getmək qərarınm tələsik verilməsi əksər hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır.
Azərbaycan Respublikasınm “Ailə Məcəlləsi”nin “Nikahın bağlanmasına mane olan hallar”adlanan 12-ci maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahm bağlanmasına yol verilmir:
yaxm qohimlar (valideynlər və uşaqlar, baba- nənə və nə- vələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar;
- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllılıq nəticəsində məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan he- sab edilən şəxslər.
Azərbaycan Respiblikasınm “Ailə Məcəlləsi”nə görə dini ni- kah (dini kəbin) hüquqi əhəmiyyətə malik deyildir.
Valideynlər tərəfındən məcburi nikaha təhrik edilmiş və çox keçmədən onda imtina edərək sevdiyi başqa biri ilə ailə qurmuş gənc qızın polis şöbəsinə verdiyi izahata nəzər salaq .