FİzioIoji yetkiniik zəruri olsa da, kafi deyİl, 18 yaşında ailə quran gənclərin əksəriyyəti sosial-psixoloji və mənəvi yetkİnlik baxımından müstəqil ailə yaratmağa, onu idarə etməyə, valideynlik öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyə tam hazır olmurlar. Qızlar üçün optimal nikalı yaşı 21-23, oğlanlar üçün isə 23-25 yaşlardır. Fizioloq, psixoloq və sosİoloqların fıkrincə, bu yaşlarda qadın gözəlliyi öz çiçəklənmə həddinə çatır. Bu yaşlar ərəfəsində gənclər təhsillərini başa vuraraq müəyyən peşəyə sahib olurlar. Mə- lumdur ki, kişi orqanizmi qadın orqanİzmindən bİr qədər gec yetişir: oğlanlarda 25 yaşadək sümüklər, əzələlər böyüyür, onlarm gücü artır, temperament və xarakter tam formalaşmış olur. Bundan başqa, ər-arvadlıq müntəzəm cinsi həyatın başlanması deməkdir. Oğlan- ların bu yaşlardan erkən nikaha daxil olması hələ tam möh- kəmlənməmiş kişi orqanizmi üçün çətin daşına bilən yük qədər enerji səfri tələb edir və vaxtından qabaq əldən düşməyə səbəb olur. Bununla belə, qeyd edilməlidir ki, oğlanlar üçün optimal nikah yaşı- nın nəzərə alınmaması və uzanması da “risk” amillərindəndir. Azər- baycanda qızların qaçırılması kimi keçmişdən qalnıış mürtəce adət və ənənələrin hələ də kökü kəsilməmişdir. Tədqiqatlara görə qızla- rın qaçmlması 89% halda onların öz razılığı ilə, 11% halda isə zorakılıq yolu ilə həyata keçirilir. Qızlann qaçırılması səbəbləri içə- risində onların valideynlərinin narazılığı, qızın ailəsində maddi çə- tinliklər və qızlar arasında maarifləndirmənin aşağı səviyyədə ol- ması əsas amildir. Zorakı qaçırılma halları Azərbaycan Respublika- sının Cinayət Məcəlləsinə görə adam oğurluğu hesab edilir və cinəayət məsuliyyəti doğurur.
Psixoloqlar bir çox illər ərzində məhəbbətdə, dostluqda və ailə həyatıənda temperamentlərin uyğunluğu problemini öyrənməklə be- lə qənaətə gəlmişlər ki, əlverişli ailə cütlükləri arasında davamlı münasibətlər onlarııı temperament tiplərindən asılıdır. Məsələn, coş- qun xoleriklə sakit fleqmatikin, qəmgin melaııxoliklə həyatsevər və zirək sanqvinikin izdivacı daha uğurlu ola bilər. Fleqmatiklər özlə- riııdən başqa digər üç temperament tipinə məxsus insatılarla uğurlu nikah yarada bilərlər. Sanqviniklə xolerik, fleqmatiklə melanxolik arasında bağianaıı nikahlar risk yaradır. Psixoloqlar ən əlverişii ııi- kahlar sırasına sanqvinik -melanxolik, sanqvinik-fleqmatik və fleq- matik-xolerik arasındakı nikahları aid edirlər.
İslam dininə görə, izdivacetmə və ailənin təşkil olunması insan həyatının ən miihüm prinsiplərindən və ictimai zərurətdən bi- ridir. İslama görə yaxşı həyat yoldaşı yaxşı övladların dünyaya gəl- məsində başlıca rol oynayır. Atalar çox gözəl deyib ki, ağıllı qızdan, ağıllı ana, ağıllı anadan ağılh qaynana, ağıllı qaynanadan isə ipəyi qarı olur. İnsanlann günah əməllər törətməsinin əsas səbəblərindən biri qeyri-sağlam qadınlardır.
Daha uğurlu və davamlı nikahlara cütlüklərin öz təbii cinsi mənsubiyyətlərinə və rol-cins davranışına uyğun münasibətlər qur- duqları ailələrdə təsadüf olunur. Psixoloqlar qeyd edirlər ki, uğurlu nikahlarda gənclərin valideyn ailələrinİn tərkibinin də əhəmiyyətli təsiri vardır. Ərin kiçik bacısmın, qadının isə böyük qardaşımn ol- duğu ailələrdən çıxan cütlüklərin nikahı uğura təminat verən amil- lərdən biridir. Belə ailələrdə ər-arvad münasibətləri komplementar (bir-birini tamamlayan) xarakterdə olur. Öz valideyn ailələrində hər ikisi ailənin böyük və ya kiçik övladı olan cütlüklər arasında ailə həyatı dövründə hakimiyyətin bölünməsi üstündə dava-dalaş və münaqişələr daha tez-tez baş verir. Eyni hala ailənin yeganə övladı olmuş cütlüklər arasmda da təsadüf olunur. Onlar valideyn ailələrin- də öz ata və ya analannın rol davıranışım yeni qurduqları ailəyə pro- yeksiya edirlər ki, bu da əksər hallarda ərköyünlükdən irəli gələn fə- sadlar doğurur. Analığa psixoloji hazırlıq
Analığa psixoloji hazırlıq ilk növbədə qadının özünü məhz qadın kimi qəbul etməsi, ana olacağı barədə düşünməsi, analıq his- sinə, ana obrazma sahib olmasıdır. Hər bir qadm öz-özlüyündə ne- cədirsə, ana olduqdan sonra da məhz elədir. Onun hissləri, düşün- cələri, temperament tipi, sosial-mənəvi yetkinlik səviyyəsi, ideal ana obrazı haqqında formalaşmış təsəwürləri, sərvət meyli, şəxsiy- yətinin əxlaqi tərbiyəlilik səviyyəsi onun necə ana olacağmın əsas əlamətləridir. Analıq səadəti həyata sağlam uşaq bəxş etmək və onu tərbiyələndirib, boya-başa çatdırmaqdan ibarətdir.
Hamilə olan hər bir qadm hələ doğulmamış uşağına qarşı xü- susi yönəlişliyi ilə fərqlənir. Bu münasibət bir tərəfdən instinktivdir, digər tərəfdən isə qadının şəxsiyyət yetkinliyindən asılıdır. Qadın- larda analıq instinkti kişilərin atälıq instikti ilə müqayisədə daha güclü inkişaf etmişdir. Atalar daha çox “yaxşı” uşaqlarım sevdikləri halda, qadınlar bütün uşaqlarını sevirlər.
Müasir psixologiya elminin yeni sahələrindən olan perinatal psixologiya qadınların hamiləlik dövründə davranış xüsusiyyətlə- rini və analığa psixoloji hazırlığın vəziyyətini tədqiq edir. Perinatal psixologiyaya görə, qadınların analığa psixoloji hazırlığı ilk növbə- də onların uşaqlıqda qazandıqları kommunikativ təcrübəsi ilə, digər tərəfdən qadının hamiləlik dövründə keçirdiyi hisslərin xarakteri ilə şərtlənir. Burada hamiləliyin iki formasının-arzu edilən hamiləlik və arzu edilməyən hamiləliyin doğurduğu hisslər, ailədə hamilə qadına qarşı münasibətin xarakterinin güclü təsiri ciddi amil kimi nəzərə almmalıdır. Perinatal psixologiya psixosomatika ilə sıx bağ- lıdır. İnsanm müxtəlif vəziyyətləri, psixikanın müdafiə mexanizmlə- ri müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Ana bət- nində qidaya şərik olan körpə həm də ananın keçirdiyi hisslərə, onun yaşantılarına, sevinc və kədərinə də şərikdir.
Adətən, uşaqlann cinsi tərbiyəsi, ailə quran gənc qızm intim hə- yat haqqmda təsəwürlərinin bəsit olması və təcrübəsizliyi mayalanma prosesinə əlverişsiz təsir göstərir, bu prosesi mürəkkəbləşdirir və hami- ləliyin baş verməsini əngəlləyir. Kinekoloq-mütəxəsislərin qənaətinə görə, qadımn hamiləliyə dərk edilmiş hazırlığı onun reproduktiv siste- minin işini asanlaşdınr, hormon balansmı tarazlaşdınr.
Hələ uşaqlıq illərində ailədə doğulan uşaqların sayı, qız uşaq- larına münasibət, ata ilə ananın qarşılıqlı münasibətlərinin xarakteri, uşağın oynadığı oyunlar (“ana-uşaq” oyunu və s.jhamiləlik dövrün- də gələcək ananın davramşına təsir göstərən amillərdir. Ana olmağa hazırlaşan qadının sosial-mənəvi yetkinliyi, valideynlik hissləri haq- qında təsəwürləri, uşağın tərbiyəsi strategiyası barədə düşüncələri analığa psixoloji hazırlığa təsir göstərir. İlk və arzu edilən hamilə- liklər hamilə qadmda analığa psixoloji hazırlığın yüksək, əksinə,
arzu edilməyən, sonrakı hamiləliklər isə aşağı səviyyə kimi qiymət- ləndirilir. Ana olan qadmda analıq instinktinin işə düşməsi üçün müəyyən böhranlı dövr mövcuddur ki, burada da ilk 24 saatın rolu xüsusilə vacibdir. Analığa psixoloji hazırlıq ailənin yaşlı digər üzv- lərinin qadının hamiləliliyinə münasibəti, onun işləyib-işləməməsi ailədə mənzil-məişət şəraiti, ailənin maddi vəziyyəti və s. kimi amil- lərlə sıx bağlıdır. Hamiləlik dövründə ana olmağa hazırlaşan qadınla mülayim rəfitar olunmalı, onun qida və yuxu rejimi ciddi nəzarətdə saxlanılmalıdır. Hamilə qadının stress və depresiyalardan uzaq ol- ması bətn daxilində körpənin normal inkişafımn mühüm şərtidir.
Ana olmağa hazırlaşan qadınlarda hamiləlik dövründə və do- ğuşdan sonra depressiva halları yaramr. Xüsusən ilk dəfə ana ol- mağa hazırlaşan gənc qadınlarda uşağının və özünün həyatım itir- mək qorxusu kimi xəyali təhlükə daim onların qorxu və həyəcan ke- çirmələrinə səbəb olur, əhvalın ümumi depressiv fonunu yaradır. Əhvali-ruhiyyədə kəskin dəyişiklik hamiləliyin sonlarında, xüsu- silə, doğuşa az müddət qaldıqda daha da qabarıq görünməyə baş- layır. Qadmlarda doğuşdan sonrakı depressiya, adətən, onların do- ğum evindən ailələrinə qayıtdıqları vaxt özünü göstərir. Qadmlar analığa doğuşdan əwəl, hamiləlik dövründə hazırlaşdıqlan halda, kişilər atalığa uşaq dünyaya gəldikdən sonra onun həyatmın ilk ay- larmdan başlayırlar.
Söhbət analardan düşəndə həmişə biz bu adı daim uca tutur, onun qarşısında səcdə edir və deyirik: “Analar olmasaydı, nə
qəhrəmanlar, nə alimlər, nə də şairlər, olmazdı”. Bu doğ- rudur, bəs paradoksal yanaş- saq necə? Analar olmasaydı qorxaqlar, satqmlar, oğrular və quldurlar olardımı? De- yirlər, yaxşı övladın arxasında onun anası durur. Bəs pisin?
Ana olmağa özlərinin yüksək psixoloji hazırlığı ilə fərqlənən qadmlar uşağa sa- hib olmaq üçün qərar qəbu-
lunda tərəddüd etmir, əksinə, hamilə olduqlannı bildikdə sevinir, hamiləlikdən sonra müsbət hisslərlə yaşayır, bətnindəki körpə ilə “söhbət edirlər”. Belə qadmlar ana olduqdan sonra yumşaq rejimə əməl edir: qidalanarkən özlərinin deyil, uşağın təlabatlarını nəzərə alır, körpəni təbii ana südü ilə qidalandırmağa üstünlük verir, uşaq- larını daha çox qucaqlarında saxlamağa diqqət yetirir, ona qayğı və nəvazişlə yanaşırlar.
Adətən belə anaların uşaqlıqda qazandıqları kommunikativ təcrübə onların köməyinə gəlir. Analarımn uşaqbq illərində onlara göstərdiyi qayğı və bağlılıq, onların nəzakətli və mehriban rəftarı, uşaq oyuncaqları, müsbət ünsiyyət təcrübəsinin əsasını təşkil edir. Analığa psixoloji cəhətdən yüksək səviyyədə hazırlıqlı olan qadın- lar ana olduqdan sonra uşaqla ünsİyyətə, onun oyunlarına, qulluğa daha çox vaxt ayırır, nitqinin, hərəki fəallığınm inkişafına həssas- lıqla yanaşırlar. Belə analann uşaqları böyüdükdən sonra daha tə- şəbbüskar olur, ünsiyyətə asanhqla qoşulur, daha tez dil açırlar. Sonralar onlarda aydın emosionallıq, insanlarla münasibətdə açıq və xeyirxah münasibətlərə meyllilik, hər şeyə qarşı maraq hissi yüksək inkişaf edir.
Psixoloji cəhətdən analığa aşağı səviyyəli hazırlığı olan qadın- lardan doğulan uşaqlarda “canlanma kompleksi”ninkompone- tlərinin göstəriciləri nəinki aşağı səviyyədə olur, habelə onlar ünsiyyətdən yaymır, öz sevinclərini ana ilə bölüşmək cəhdi zəif inkişaf etmiş olur. Sonralar belə uşaqlar kənar adamlarla ünsiyyətə çətinliklə qoşulur, nitqi zəif mənimsəyir, oyun bacarıqlarına çətin- liklə yiyələnirlər.
Analığa hazır və hazır olmayan qadınların ana və onun rolu haqqında təsəwürləri fərqlidir. “Bağlılıq” nəzəriyyəsinin yaradıcı- ları, amerikan psixoloqları C.Boulbi və M.Eynsvort qeyd edirlər ki, uşağın valideynləri ilə münasibətində, xüsusilə həyatın birinci ilində qazamlmış təcrübə onun sonrakı psixi inkişafında həlledici rol oy- nayır. Bu nəzəriyyə uşağın anaya bağlıhğım psixoanalizin qeyd etdiyi kimi, fıziki həzzlə deyil, müdafiə və təhlükəsizlik instink- tində görür. Onların fıkrincə, bağlıhq anadangəlmə və genetik me- xanizmlərlə şərtlənmişdir. C. Boulbiyə görə heyvanlarda olduğu ki- mi, insanlarda da ana öz balasım ətraf mühitin xoşağəlməz təsirlərin- dən qoruyıır. Təkamül nəticəsində biitün canlılarda xüsusilə təhlükəll şəraİtdə anaya bağlılıq instinkt mexanizmi yaranmışdır. Onlar qeyd edir ki,bu instinkt genetik mənşəli olsa da, o, xarici amillərdən, baş- !ıca olaraq ana ilə ilk münasibətin xarakterindən asılıdır. Əgər ana körpənin həyatının iik aylannda ona qarşı həssaslıq, qayğıkeşlik, maraq və təlabatlarına mehribanlıq göstərərsə, körpədə etibarh bağ- lılıq və bunun əsasında təhlükəsizlik hissi yaranır. Ananın körpəyə qarşı əks münasibəti isə onda ümidsizlik, soyuqluq hissinin mən- bəyinə çevrilir. Bir yaşın sonunda körpənin anaya bağlılığı motiv- ləşmə, davranış sisteminin bazasına çevrilir və onun bazasında uşağın şəxsiyyətinin formalaşınası davaın edir. Son dövrlərdə amerika və avropa psixologiyasında uşağın anaya qarşı bağlılığının onun hə- yatımn müxtəlif sahələrində-məktəblərdə uğurlan, sosial və idraki problemlərinin həllində, yaşıdları ilə münasibətində, sosial mühitə uğurla uyğunlaşmasında həlledici təsiri xüsusi tədqiqatlar vasitəsilə sübut edilmişdir.
Öz eyş-işrəti xatirinə uşaqlarma baxmayan və onu peşəkar ol- salar belə, dayələrin himayəsinə verən analar uşaqlarına qarşı etina- sızlıq göstərir, uşağına analıq hissiyyatının möcüzələrini bəxş edə bilmirlər. Özgələrin, yad adamların qucağında yuxuya gedən, kədər və həsrət içində yatan belə uşaqlar ayıq vaxt da qəmgin olurlar.
Demək olar ki, bütün qızlar hələ erkən uşaq yaşlarından ana haqqmda müəyyən təsəwürlərə malik olur. Bu təsəwürlər ailədə ananın onlara qarşı yönəlmiş münasibəti, davranışı əsasında formala- şır. Bu onların uşaq oyunlarında gəlinciklərlə olan münasibətində öz əksini tapır. Yeniyetməlik və erkən gənclik dövründə qızlarda analıq duyğulannm ruşeymləri cücərməyə başlayır, həya hissi açıq emo- sional təzahürləri ilə diqqəti cəlb edir. “Əgər qız düzgün tərbiyə edil- miş və xoşbəxt nikaha daxil olmuşsa, normal cinsi həyat yaşayırsa, hamiləlik onun üçün təbii, qanunauyğun və arzu edilən bir hadisədir.
Nəsrəddin Tusi “Əxlaqi-nasiri” əsərində yazır: “Ləyaqətli qa- dını ona görə anaya oxşatmışlar ki, ərinin yanmda olmasmı istər, sə- fərə gedəndə darıxar, onun arzu və istəklərini yerinə yetirməkdə əzab -əziyyətə dözər, ana da övladı üçün belə edər”.
...“Ləyaqətsiz arvadı ona görə zalıma oxşatmışlar ki, işləməyi sevməz, söyüşkən olar, qara yaxar, tez-tez özündən çıxar, ərinin nə- yi bəyənib, nəyi xoşlamadığını bilməz, qulluqçu və xidmətçilərə ra- hatlıq verməz”.[37,s.l66]. N.Tusİyə görə qızlara evdarhq, yaşın- maq, vüqarlı olmaq, iffət, həya, qadınlar haqqında dediyimiz başqa xüsusiyyətlər öyrədilməlidir. Onlar üçün gözəl hesab edilən səııətlər öyrədilməli, həddi-buluğa çatdıqda babma ərə verilməlidir [37,s. 173]
“N.Tusi qadınların beş şərtə əməl etmələrini məsləhət gör- müşdür: birincisi-iffətli olmaq, ikincisi-razı qalmaq, üçüncüsü- qorxmaq, dördüncüsü-yaxşı arvadhq etmək və ərinin sözündən çıxmamaq və beşincisi-eyş-işrətdə, bəzək-düzəkdə az tələbkarlıq et- mək”.
Allah-təala qadının varhğına ana olmaq-uşaq doğub tərbiyə etmək xisləti hopdurmuşdur və bu xislət qızların həddi-buluğa çat- dığı çağlarda özünü göstərir və hamiləlik dövründə isə ən yüksək mərhələyə çatır.
Analıq və atalıq - bir sözlə, valideynlik missiyası təmənnasız bir missiyadır. Ata və ana öz gəncliyini, həyatının ən şirin çağlarını körpəsinə həsr edib, gecələr oyaq qalanda, övladı naminə həyatmı təhlükələrə atanda heç bir təmənna ummur.
Islam dinində “nikah” məhfumu olduqca həssas məsələ hesab edilir və bir sıra şərtlərə əsalanır. İslam şəriətinə görə, nikah elə bir müqavilədir ki, qadın nikahla bağlandığı kişi üçün artıq naməhrəm, “haram” sayılmır. Lakin kişinin və qadının razılığı nikah bağlamaq üçün kifayət deyildir, ata-ananın halallığı da lazımdır.