“Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir!”



Yüklə 38,36 Kb.
tarix02.03.2017
ölçüsü38,36 Kb.
#9904

1

3

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən reallaşdırılan Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir! layihəsi çərçivəsində


T Ə L İ M K U R S U
15-17 iyul 2016-cı il, Lənkəran
Elan Forması
Təşkilat haqqında:
MAGİYA ictimai birliyi 31 mart 2005-ci il tarixində Lənkəran şəhərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşən yerli ziyalı gənclərin təşəbbüsü ilə yaradılmış qeyri-siyasi, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır (www.epsaya.az).

İctimai birliyin məqsədi və fəaliyyət predmeti gənclər və gənclər vasitəsi ilə ictimaiyyət arasında sosial, iqtisadi, hüquqi, ekoloji və sair istiqamətlərdə maarifləndirmə və məlumatlandırma işinin aparılmasından ibarətdir.

Birliyin vəzifələri onun məqsədini reallaşdırmaq üçün yeniyetmə və gənclər, o cümlədən geniş ictimaiyyət arasında müvafiq maarifpərvər tədbirlər sistemini (müxtəlif təlimlər və seminarlar, debatlar və klublar, dəyirmi masalar və görüşlər, dərnəklər və kurslar, konfranslar və sərgilər, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər) həyata keçirməklə cəmiyyətdə elmi-kütləvi biliklərin artmasına köməklik etməkdir.
Layihənin təsviri:
Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir! layihəsinin respublikanın cənub bölgəsində yerləşən Lənkəran şəhərində həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanda ən aktual məsələlərdən biri də ölkədə gənclərin, xüsusilə də, yeniyetmələrin erkən nikahlar və onun fəsadları haqqında geniş məlumatlara malik olmamasıdır. Bu baxımdan gənclərin, xüsusilə də, yeniyetmələrin erkən nikahlar və onun fəsadları barədə geniş maarifləndirilməsinə və məlumatlandırılmasına böyük ehtiyac vardır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində ölkə üzrə seçilən 16-29 yaş arası 25 nəfər gənc üçün Lənkəranda yerləşən AB Qala otelində 15-17 iyul 2016-cı il tarixlərində 3 günlük (həftə sonu) pulsuz təlim kursları təşkil ediləcəkdir.



Təlim kurslarında tam iştirak edən gənclərə Sertifikatlar veriləcəkdir!
Layihənin məqsədi:
Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir!” layihəsinin əsas məqsədi ölkədə yeniyetmə və gənclər arasında erkən nikahlar və onun fəsadları, xüsusilə də təhsildən yayınma, ailədaxili zorakılığın, boşanmaların, körpə və ana ölümü hallarının artmasına səbəb olan erkən nikahlara qarşı mübarizəni gücləndirmək, habelə cəmiyyətdə valideyn məsuliyyətini və ictimai qınağı artırmaqdan ibarətdir.

Layihənin vəzifələri:


  • Respublika üzrə müvafiq ərizələr əsasında ölkə üzrə seçilən 25 nəfər gənc üçün Lənkəran şəhərində 3 günlük təlim kursunun keçirilməsi və təlimdə iştirak edən gənclərə müvafiq sertifikatların verilməsi;

  • Lənkəran şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə 25 nəfər iştirakçının Lənkəran Gənclər Mərkəzində təcrübə mübadiləsinin təmin edilməsi;

  • Təlimatlandırılmış gənclərin erkən nikahlar və onun fəsadları mövzusunda zəruri texniki vasitələrlə (aidiyyəti təqdimatlar və s.) təmin edilməsi və onların vasitəsi ilə ictimaiyyətin geniş şəkildə maarifləndirilməsi və məlumatlandırılması kampaniyalarının həyata keçirilməsinə davamlı dəstəyin verilməsi;

  • İştirakçıların asudə vaxtlarını səmərəli keçirməsindən ötrü onların Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Lənkəran Gənclər Evi, Tarix-diyarşünaslıq muzeyi və Həzi Aslanovun ev muzeyinə ekskursiyaların təşkil edilməsi;

  • Həyata keçirilən layihənin nəticə və uğurları barədə avqust ayında Lənkəran şəhərində ictimai birliyin ofisində mətbuat konfransının təşkil olunması.


Təlim kursunun metodikası:
Təlim kursunun əsas prinsiplərdən biri də iştirakçıların mövcud bilik və təcrübəsinə istinad etməklə qarşılıqlı öyrənmə və informasiya mübadiləsinə əsaslanma olacaqdır. Bununla yanaşı qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, rol oyunları, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi təlimin əsas metodlarından olacaqdır. Qeyri-formal təhsil metodlarının tətbiqi zamanı diskussiyalar əsas götürüləcəkdir. İştirakçılar sərbəst şəkildə qarşılıqlı öyrənmə və təlim prosesinə cəlb olunacaqlar.
Təlim kursunun mündəricatı:
15-17 iyul 2016-cı il tarixlərini əhatə edən layihə çərçivəsində təşkil ediləcək təlim kursunun mövzuları aşağıdakılardan ibarətdir:

  • Erkən nikahlar haqqında ümumi məlumat: BMT-nin Əhali Fondundan və Dövlət Statistika Komitəsindən verilən rəsmi məlumatların təhlili;

  • Erkən nikahların başvermə səbəbləri və erkən nikaha daxil olmanın sosial fəsadları;

  • Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğulan uşaqların əsas hüquqi problemləri;

  • Erkən nikahdan doğulan uşaqların təhsildən yayınması halları – təhsil hüququnun pozulması;

  • Nikahdan kənar doğulan uşaqların əsas sosial problemləri – uşaq əməyinin istismarı;

  • Azərbaycanda qızlar və oğlanlar üçün nikah yaşı: Ailə və Cinayət məcəlləsinin təfsiri;

  • Yetkinlik yaşına çatmayan qız uşağlarının zorla ərə verilməsi, o cümlədən qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət;

  • İnsan alveri kontekstində qızların qaçırılması halları və buna görə məsuliyyət;

  • Erkən nikahların pozulması hallarında atalıq faktının və ananın yaşayış hüququnun tanınması, birgə nikah dövründə əldə edilən əmlakın və mülkiyyətin bölüşdürülməsi məsələsi və aliment öhdəlikləri üzrə məhkəmə çəkişmələri;

  • Erkən nikahların rəvac verdiyi məişət zorakılğı problemi və ailədaxili zorakılığa qarşı məsuliyyət;

  • Cəmiyyətdə erkən nikahların, körpə və ana ölümü hallarının və boşanmaların qarşısının alınması yolları;

  • Qızların təhsilə cəlb edilməsi, azyaşlıların nikahına yol verilməməsi və reproduktiv sağlamlıqla bağlı maarıfləndirmə yolları;

  • Adət və ənənələrin əsas tərkib hissələrindən biri hesab edilən erkən nikahlara qarşı gənc qızlarda məişət və sosial həyatda seçim etmək mədəniyyətinin formalaşdırılması – stereotiplərin aradan qaldırılması;

  • Erkən nikahlarla mübarizə yolları: cəmiyyətdə valideyn məsuliyyətinin və ictimai qınağın artırılması istiqamətində Aidiyyəti qurumlar, QHT-lər və KİV-lər arasında əməkdaşlığın inkişaf etdirilməsi.

İştirakçıların seçim meyarları:


  • Azərbaycan dilində sərbəst danışan 16-29 yaş arasında olan gənclər;

  • XI sinifdə oxuyan orta ümumtəhsil məktəblərinin şagirdləri;

  • Orta ixtisas təhsil müəssisələrinin tələbələri;

  • Ali təhsil müəssisələrinin tələbələri;

  • KİV-də çalışan gənc əməkdaşlar;

  • Dövlət strukturlarında çalışan gənc işçilər;

  • Gənclər təşkilatlarının nümayəndələri və könüllüləri.

  • Coğrafi və gender balans.

Ərizə forması, prosedur və iştirakçıların seçilməsi:
Bütün müraciətçilər müvafiq ərizə formasından istifadə edərək təlimdə iştirak etmək üçün müraciət edə bilərlər. Təşkilatçılar gender və coğrafi balansı nəzərə almaqla iştirakçıları onların yuxarıda qeyd edilən profillərinə və ərizə formasında əks olunan ərizəçinin motivasiyasına əsaslanaraq seçəcəklər. Təlim kursunda iştirak etmək hüququnu qazanan gənclərin siyahısı təşkilat komissiyası tərəfindən müəyyənləşdirildikdən sonra bütün ərizəçilərə 10 iyul 2016-cı il tarixində ümumi nəticələr barədə E-mail vasitəsilə müvafiq məlumatlar veriləcəkdir!

Zərurət yarandığı təqdirdə “Gözləmə siyahısı”na adları düşmüş gənclərlə 13 iyul 2016-cı il tarixinədək telefon vasitəsilə əlaqə saxlanılacaqdır.

Təlim kursunda iştirak etmək hüququnu qazanan gənclər təlimin gündəliyini 3 gün ərzində alacaqlar. Qeyd edək ki, adları iştirakçı siyahısına düşən gənclər təlim kursunda tam müddətdə iştirak etmək üçün hər cür səy göstərməlidirlər. Bundan ötrü təşkilati dəstəyə ehtiyac yaranarsa ictimai birlik zəruri köməkliyi göstərə bilər (məsələn, dəstək məktubu).

Üzürlü səbəbə görə təlimdə iştirak edə bilməyən gənclər isə təlimin başlanmasından ən azı 3 gün əvvəl MAGİYA ictimai birliyinə bu barədə mütləq məlumat verməlidirlər.


Təlimdə iştirak etmək ücün müraciətin son tarixi:
Təlimdə iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində yerləşdirilən müvafiq ərizə formasını dolğun formada (Sualların boş buraxılmaması, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) doldurub 03 iyul 2016-cı il, Saat 24.00-adək aşağıdakı elektron ünvana təqdim etməlidirlər:

magiyango@gmail.com
Təlim kursunun yemək və qalmaq xərcləri:

3 günlük təlim kursu zamanı bütün iştirakçıların çay-kofe və yemək xərcləri layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən təmin olunacaqdır. Lənkərana olan səfər xərcləri (yol pulu) istisna olmaqla, bütün iştirakçıların oteldə qalmaq xərcləri (3 gecə) ictimai birlik tərəfindən ödəniləcəkdir. İştirakçıların hamısının oteldə qalmaları və bütün təlim sessiyalarında tam iştirak etmələri zəruridir!!!


Təlim kursunun keçirilmə tarixi və yeri:
Təlim kursu 15-17 iyul 2016-cı il tarixlərini (həftə sonu) əhatə edəcək və Lənkəran şəhərində yerləşən AB Qala otelində (www.abqala.az) keçiriləcəkdir.
Əlaqə vasitələri:


MAGİYA ictimai birliyinin “Layihələr və Tədbirlər Şöbəsi”

İlkin Muradov, (0 50) 381 62 43, www.epsaya.az



Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 42 00

Yüklə 38,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin