Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə55/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

İşgüzar qadınları şəxsi həyatlarından daha çox işgüzar kari- yera və şəxsi intim məsələlər maraqlandırır. Ev, ailə, ər, uşaqlar ona yük gətirən ciddi problemdir. O, evdarlığı bacarsa da, ev işləri onu maraqlandırmır. Onlar cəlbedici görünməyi və ciddi geyinməyi se- virlər. Onlar daha çox kişi xarakterli, yəni maskulunist olur və kişi rolunun ifaçısını xatırladırlar. İşgüzar anaların ailəyə, uşaqlara və ərinə qulluq tiçün mənəvi qüwələri və vaxtları çatışmır.

Müasir dövrdə qadın və kişi münasibətlərində əsas problem heç də bizim çox vaxt düşündüyümüz kimi pulla deyil, ünsiyyətlə bağlıdır. Müasir ailələrdə qarşılıqlı münasibətlərin xarakterini müəyyənləşdirən əsas amil bir-birinin emosional təlabatlarına qay- ğıkeş münasibətlərdir. Səmimi söhbətlər qadınlar üçün əhvah yaxşı- laşdırmağın təsirli vasitəsidir. Kişilər bir qayda olaraq öz problem- ləri və bununla bağlı hisslərini ailədə çox vaxt açıb-ağartmağı, çox damşmağı xoşlamadıqları halda, qadınlar səmimi sözləri, sevgiyə layiq olduqları barədə sözləri məmnunluqla qarşılayır və buna daim ehtiyac hiss edirlər. Ailədə mehribanlıq və məhəbbətə əsaslanan qarşıhqlı münasibətlər yaratmağın əsas amili qayğı, diqqət, ruhi isti- likdir. Lakin beiə bir həqiqəti anlamaq zəruridir ki, bütün insanlar fərqli xüsusiyyətlərə malikdirlər, hər bir insanm fəaliyyəti onun tək- rarolunmaz cəhətlərini əks etdirir. Adətən, insanların belə fərdi xü- susiyyətlərə malik olduqları unudulur. Qadınlar tələb edirlər ki, yaxınları onların istədikləri kimi düşünsün, özlərini bizim istə- diyimiz kimi aparsınlar. Belə hallarda insanların fərdi xüsusiyyətlə- rini anlayaraq onlarla optimal ünsiyyət yolunu tapmaq əvəziııə, on- ları dəyişdirmək, öz istək və təlabatlarına uyğunlaşdırmaq istəyirlər. Qadmlar, adətən, hədsiz yüklənmələri, qayğıları, vaxt çatışmazlığı haqqında deyingənlikləri ilə ərlərini qıcıqlandırırlar. Onlar kişi məhəbbətini düzgün qavraya bilmir, kişi davramşmı qadın ölçüləri ilə qiymətləndirirlər. Bu qarşılıqlı anlaşılmazlıqlar məhz kişi və qadınlar arasındakı yeganə fundamental fərqdən irəli gəlir. Stress zaınanı kİşi özünü daha tez ələ almağa səy göstərdiyi halda, qadınlar daha çox problem və vəzifələrin həlli qarşısında aciz qaldığını qa- bartmağa açlışırlar. Qadınlar öz doğma adamlarmın problemlərinə olduqca həssas münasibət bəsləyir, lakin çox vaxt onların həllində aciz qalır, asanlıqla təsir altma düşürlər. Böyük Nizami Gəncəvi “Yeddi gözəl” poemasında qadın lətifliyindən bəhs edərək yazır: ...Şux kişi görəndə su kimi axar,

Qadın gah özünə, gah ona baxar.

Hər qadın bir saman çöpünə bənzər,

Hər yana istəsə, çəkər küləklər.

Qadınlardan fərqli olaraq, kişilər qayğı və nəvazişin, “başa düşmə”nin konkret olaraq nə demək olduğunu anlamaqda çətinlik çəkirlər. Özünə qarşı məhəbbət çatışmazlığının olduğunu hiss edən kişilər üçün qadma hörmət göstərmək çətinləşir. Qadın hissi ilə, kişi isə ağlı ilə sevir. Az kişi tapılar ki, o, hissi ilə sevsin. Ona görə də, qadın öz sevgisində daha çox sədaqətli, etibarlı və güclüdür.

Müxtəlif cinslərə məxsus insanların psixoloji xüsusiyyətləri haqqında biliklər normal ailə münasibətləri yaratmağın zəruri şərtidir. Ailədə meydana gələn ər-arvad konfliktlərinin bir çoxu, gənc ər-arvadm biri-birinə adaptasiyası sahəsində yaranan problem- lər, tərəfdaşın düzgün başa düşülməməsi səbəbindən baş verir. Qa- dının ailənin başçısı sayılan ərinə, övladlarına qarşı qayğıkeşliyi, məhəbbəti, ailə təsərrüfatından səmərəli istifadə etməsi, səliqəliliyi və sədaqəti ömür-gün yoldaşında ona qarşı sevgi və məhəbbət hissi- ni daim yüksəldir.

  1. Cinsi sosiallaşmanın psixoloji əsasları Rol-cins davaranışı

Cinsi identifıkasıya, mənlik şüuru, həya hissi kimi, əks cinsə maraq da ünsiyyət prosesində formalaşır, şəxsi qarşılıqlı münasibət- lərin inkişaf amili, daxili əsası kimi meydana çıxır və yeniyetməlik dövründə xüsusi əhəmiyyət kəsb edir. Cinsi tərbiyənin ən vacib mə- sələlərindən biri gənclərdə kişilik və qadınlıq haqqında etalonların formalaşdırılmasıdır. İş ondadır ki, məhz gənclik yaşı dövründə məktəblilərdə qadın və kişinin rol mövqeyinin formalaşması başa çatır. Qızlarda özlərinin xarici görkəminə maraq kəskin şəkildə güc- lənir, özlərinin və əks cinsdən olan başqalarınm yenidən qiymətlən- dirilməsi, oğlanlarda isə sonsuz davranış eksperimentləri ilə özünü tapmaq, özünün yaşlı obrazım formalaşdırmaq təşəbbüsləri artır.

Kitabi-Dədə Qorqud” da ən çox diqqəti cəlb edən məsələlər- dən biri qadınla kişinin hüquq bərabərliyi, qadının uca, yüksək tutulmasıdır. Qanqlı Qoca oğlu Qanturalı evləndirmək istəyir və on- dan nə sayaq qız istədiyini soruşduqda, Qantural deyir: “Baba, mən yerimdən durmadan ol durmuş ola, mən qanlı kafır elinə varmadan ol varmış, mənə baş gətirmiş ola” [28,s.l04]

Bətndaxili inkişaf mərhələsində oğlanlarda və qızlarda yalmz cinsi orqanlar və engokrin vəzilər fərqli şəkildə formalaşmır, həm də beynin cinsi davranışı tənzim edən strukturlarmm differensiasi- yası prosesi baş verir. Bütün mərkəzi sinir sistemi kimi bu struktur- lar da müxtəlif zərərli amillərin -infeksiya, oksigen aclığı, intoksa- siya, alkoqol, narkotika və s. qarşı olduqca həssasdır. Odur ki, əlve- rişsiz keçən hamiləlik, xüsusilə, 6-32-ci həftələr uşağın seksual inki- şafında kənaraçıxmalar üçün risk yaradır. Belə patologiyalarm gələcəkdə olub-olmayacağı isə sonrakı tərbiyə şəraitindən, uşağın hansı ailədə böyüməsindən asılı olur. Psixoseksual inkişaf nə isə xü- susi, ümumi psixi inkişafdan kənarda və ondan təcrid edilmiş bir hadisə deyildir. Lakin onun özünəməxsus xüsusiyyətləri vardır. On- lardan birincisi, cinsi mənlik şüurunun formalaşmasıdır. Qeyd et- mək lazımdır ki, bu mərhələ fərdin bütün gələcək həyatı üçün çox vacib və önəmli amildir. Sual oluna bilər: qadınlığını, mülayimliyi- ni, zərifliyini itirmiş, kobud, ləyaqətsiz, cəlbediciliyi olmayan bir qadın kimin xoşuna gələ bilər? Feminizasiyalaşmış, iradəsiz və dö- zümsüz, qorxaq, ailənin dayağı və istinadgahı qabiliyyətinə malik olmayan kişini kim xoşlayar? Bir çox halda qəmginliyə səbəb olan belə cinsi transformasiyaların kökünü məhz ailədə cinsi tərbiyə sahəsində yol verilən səhvlərdə axtarmaq lazımdır.

Öz şəxsi cinsi mənsubiyyətini dərk etmək, fərdə insanları cinslərə görə fərqləndirmək imkanı verir. Bu bacarıq uşaqda bir sıra digər bacanqlardan əwəl meydana çıxır. Kiçik uşağı əhatə edən çoxsaylı adamlar içərisində ana həmişə mərkəzi yerdə durur. Anaya bağlılıq sonradan uşağın digər bağlılıqlarının modelinə çevrilir, in- sanlarla isti münasibətlərin formalaşmasına təkan verir, müdafıə hissi və psixi müvazinət yaradır. Erkən yaşdan ana ilə emosional əlaqələrdən məhrum olmuş uşaqların sonralar öz həmyaşıdları ilə ünsiyyət qura bilmədikləri, aqressiv, qəddar olduqları, özlərinə dost- yoldaş tapa bilməmələri, fantaziya qabiliyyətinin zəifliyi, nəhayət, seksual həzzalma xüsusiyyətlərində kənaraçıxmalarınm olması elmi cəhətdən çoxdan sübut olmuşdur.

Yeniyetmə belə hesab edir ki, həmyaşıd uşaqlarla münasibət- lər onun şəxsi münasibətidir, heç kəsin buna qarışmağa haqqı yox- dur. Təsadüfi deyildir ki, valideynlər və müəllimlər yeniyetmələrin yoldaşlıq münasibətlərinə kobud surətdə müdaxilə etdikdə, onlar buna kəskin etiraz edirlər.

Rus psixoloqu T.V.Draqunovanın müşahidələrinə görə, yeni- yetmə müxtəlif yollarla yoldaşlarımn diqqətini özünə cəlb etməyə, onları maraqlandırmağa çalışır: o, bu məqsədlə, bu halda, özünün xüsusi keyfıyyətlərini nümayiş etdirir, başqa bir halda, yaşlıların tə- ləblərinə əməl etmir, intizamsızlıq edir. Psixoloji tədqiqatlar göstə- rir ki, həmyaşıdlar kollektivində tutduğu mövqenin yeniyetməni tə- min etməməsi onun ictimai davranış qaydalarını pozmasınm əsas motivlərindən biridir.

IX sirıifdə qızlar Mayisə baxıb öz aralarında nə isə danışıb gülürdülər. Bu Mayisin diqqətini cəlb etdi. Gülçöhrə gülə-gülə dedi ki, Nabat yuxuda səni görüb. Nabat bir qədər qızarsa da, gülə-gülə deyirdi:- hə, nə olsun ki?... Buna mən günahkar deyiləm ki... Yu- xuda adam hər şeyi görə bilər. Qızlar yenə də gülüşdülər. Məlum oldu ki, Mayis onlara baxanda Nabat gördüyü röyanın məzmununu öz rəfıqələrinə danışırmış. Mayis nə qədər təkid etsə də, qızlar yu- xunun məzmunu haqqında ona heç nə demədilər. [10, s. 100]

V sinif. Dərsdən sonra sinif rəhbəri (qadmdır) şagirdləri yaxınlıqdakı kinoteatra aparmaq istədikdə, oğlanlar etiraz etdilər: “Müəllim, orada “Sirtaki” kinofılmi göstərilir. Çox eyiblidir. Ora getməyək”. Qızlardan biri təklif etdi ki, qızlar yığışsın gedək, oğlanlar getməsinlər. [10,s.l07 ]

Azərbaycan dili dərsində Esmira “görüşmək” felini felin va- cib şəklində şəxslərə görə dəyişərkən (görüşməliyəm)dedikdə oğ- lanlar ona irad tutdular:- Utanmırsan? [10,s. 107]

Qeyri -formal neqativ sanksiya ən çox sözçıxarma, ələsalma, tənəvurma kimi formalarda ifadə olunur. Elmira yerini dəyişib Məmmədin yanında oturdu. O, tez-tez arxa partada oturan Baxış ilə söhbət edirdi. Nadir buna məna verdi. O, sinif yoldaşı Hidayətə dedi ki, Elmira Baxışı sevir. Bu xəbər tezliklə qızların arasında yayıldı. [10,s.l08 ]

Bu, başqa tədqiqatlarda da sübut olunur. Məsələn, rus psi- xoloqu İ.A.İlnitskaya VII sinifdə M.Y.Lermontovun “Tacir Kalaş- nikov haqqında mahnı” poemasının problemi təlim üsulu ilə tədrisi yollarını öyrənərkən maraqlı faktlar müəyyən etmişdir. “Sizin fık- rinizcə, baş vermiş qanlı hadisədə günahkar kimdir?”-sualma cavab verərkən şagirdlər namus, ər-arvad sədaqəti, ailə borcu, məhəb- bət haqqında, müstəqil surətdə mühüm əxlaqi mülahizələr irəli sürmüşlər. Aşağıda iki şagirdin cavabım qeyd edirik: “Baş vermiş qanlı hadisədə günahkar Kiribayeviçdir. O, bildirdi ki, Alyona- Dmitrovnanın əri vardır, başqasının arvadını oxşamaqla onun ərinin namusuna toxunur. Kalaşnikov olduqca məğrur adam idi... ”, “Baş verən qanlı hadisədə, şübhəsiz ki, Kiribayeviç günahkardır. O, Kalaşnikovun arvadını bədnam etdi. Kalaşnikov da arvadınm namusunagörə ondan intiqam aldı”. [10,s. 117]

Oğlanlarla qızlarm fıziki simanın, ekspressiv davramşın və geyim xüsusiyyətlərinin qavranılmasında da yaş baxımından müəy- yən fərqlər müşahidə olunur. Rus psixoloqu A.A.Bodalev bu qanu- nauyğunluğu təhlil edərək göstərir ki, yaş artdıqca, insanlar qavrayış prosesində başqa insanın fiziki simasına aid əlamətləri daha çox ayırd edirlər. 7-8 yaşa nisbətən, 21-26 yaşlarında fıziki simanın qav- rayış zamanı təsbit ediiən elementlərinin faizi, demək olar ki, 2,2 dəfə artır.

İstər qızlar, istərsə də oğlanlar şifahi portretlərdə insanın zahi- ri görkəminin “boy”, “göz”, “saç”, “qaş”, “bədən” və s. kimi atri- butlarına diqqət yetirirlər. Qızlar qızları, oğlanlar isə oğlanları qav- rayarkən, əsasən, eyni elementləri fərqləndirirlər.

Qızların qızlar, oğlanların oğlanlar, qızların oğlanlar, oğlanla- rm qızlar tərəfındən qavranılması prosesində ümumi cəhətlərin ol- ması təsadüfı deyildir. Bu, ümumiyyətlə, sosial persepsiyanın-insa- nın insan tərəfındən qavranılmasımn əsas qanunauyğunluğunun ifa- dəsidir. “Saç”, “göz”, “burun”, “dodaqlar” insanın insan tərəfındən qavramlmasmın”istinad elementləri- əlamətləridir. İnsanın insan tə- rəfındən qavranılmasında onların hamısımn iştirak etməsi də, ən azı birinin iştirakı da zəruridir.

Boy”un əhəmiyyətini isə ayrıca qeyd etmək lazımdır. “Boy” oğlan və qızlar arasında seçici münasibətlərin formalaşmasında xü- susi məna kəsb edir. Qızlarda boyca özlərindən kiçik oğlanlara, oğ- lanlarda isə böyük qızlara həmişə spesifık münasibət müşahidə olunur. Bu qanunauyğunluğu “boy effekti” kimi nəzərdən keçirmək olar. Boy effekti bir tərəfdən, “qadınlıq” və “kişilik” haqqında mü- vafıq etalon və stereotiplərlə əlaqədardırsa, digər tərəfdən, başqa adamlann, xüsusilə yaşıdların reaksiyalarım nəzərə alır. Azərbaycan psixoloqu Ə.Ə.Əlizadənin qənaətinə görə, ümumiyyətlə cinsi yetiş- mənin dərəcəsi, əks cinsə marağın yaranması, cinsi dimorfizmin, cins haqqında təsəwürlərin və cinsi mövqeyin təşəkkülünə, kişilik və qadınlıq haqqında standartların mənimsənilməsinə, müvafıq ideal, etalon və stereotiplərin yaranmasına yeniyetməlik və ilk gənc- lik dövrlərində insanın insan tərəfindən qavranılması mühüm təsir göstərərək müəyyən cinsi fərqlər doğurur.

Rus psixoloqu A.A.Bodalevin sözləri ilə desək, “başqa adam nəinki özünün əsas fiziki keyfiyyətlərinə görə, həm də cəmiyyətdə müəyyən yer tutan, qavrayanm və cəmiyyətin həyatında bu və ya digər rol oynayan şəxsiyyət kimi qavramlır”.

Hər bir cəmiyyətin mədəni inkişaf səviyyəsi onun qadına münasibəti ilə müəyyənləşir”. Vaxtilə K.Marks tərəfındən deyilmiş bu fıkrin davamı olaraq onu qeyd etmək olar ki, kişinin tərbiyəlilik səviyyəsini onun qadınlara olan münasibəti ilə müəyyən etmək olar. Odur ki, valideynlər, pedaqoq və tərbiyəçilər oğlanlarla qızlar ara- sında qarşılıqlı münasibətlərin formalaşdırılmasında bu cəhəti daim diqqət mərkəzində saxlamalıdırlar... yalnız sözlərlə deyil, özümüzün bütün davranışımızla biz öz uşaqlarımızda kişi və qadın haqqında ənənəvi təsəwürlərimizə uyğun müxtəlif keyfiyyətləri inkişaf et- diririk. [78,s.55]

Lap kiçik yaşlarmdan ailədə oğlanlara və qızlara fərqli tərbiyə metodları ilə yanaşılır, onların cinsi mənlik şüurunun formalaş- dırılmasında rol-cins davranışı etalonları əsas amil kimi diqqət mərkəzində saxlamlır. Oğlanlar və qızların bir-biriləri haqqında fərqli etalon təsəwürlərin formalaşmasında çox vaxt yanlış sterotip- lər kiçik yaşlarından uşaqlara təlqin edilir. Bunun nəticəsində qızlarda “Mən oğlanlarla dostluq etmirəm”, “Oğlanlar davakardır”, oğlanlarda isə “Qızlar ağlağandır, sən bizimlə oynamayacaqsan, biz qızlarla oynamırıq” və s. tipli seçici münasibətlər formalaşmış olur.

Sosioloq, psixoloq və pedaqoqlar son onilliklər ərzində ailə tər- biyəsində feminizasiyanın güclənməsi meyllərini xüsusi qeyd edirlər. Müasir ailələrin əksəriyyətində valideynlərin oğlanlan hədsiz əzizlə- məsi və himayəsinin artması onlarda kişiyə xas olmayan xarakter əlamətlərinin və davramş formalannın təzahürlərinin artmasına gətirib çıxarmışdır. Belə iffat qayğı və himayə mühitində böyüyən oğlanlarda küsəyənlik, dəymədüşərlik, eqoizm, iradi gücsüzlük və s. kimi neqativ xüsusiyyətlər meydana gəlir. Valideynlər bir cəhəti unudur ki, bugünki kiçik yaşlı oğlan gələcəkdə vətənin əsgəridir, bir ailənin başçısıdır, əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin qayğı və təlabatlannı təmin etməli olan kişidir. Bu gün ailədə böyüyən kiçik qız gələcək qadmdır, qayğıkeş anadır, hər hansı bir əmək kollektivinin üzvüdür. Deməli, həm oğlanlarda, həm də qızlarda lap kiçik yaşlanndan gələcək təbii so- sial rollann mənimsənilməsi - rol-cins davranışı istiqamətində məq- sədyönlü iş apanlmalıdır. Bir qayda olaraq zəif kişilər qadm tərbiyə- sinin, xüsusən də, xaraktercə güclü qadınlann tərbiyəsinin məhsuludur. [35,s.234]

Zəmanəmizdə oğlanlarla qızlar arasında ünsiyyət mədəniy- yəti məsələsi aktual məzmun daşımağa başlamışdır. Bu gün sosial - psixoloji mahiyyəti ilə diqqəti cəlb edən məsələlərdən biri indiki oğlanların gələcəkdə əsl, yetkin kişi obrazına yiyələnməsi, qadma ana, əməkçi insan kimi münasibət bəsləməsi məsələsidir. “Qızlar sadəcə olaraq kuklalarla oynamaq istəyirlər. Budur, uşaq kuklam- balaca dovşanı divana otuzdurub ahəngdar səslə nəvaziş və qayğı sözləri deyir. Başqa qızın kuklası “xəstələnmişdir” və qız onu “müalicə” edir. [43,s.209]

Valideynlər oğlanlarda kişi qeyrəti, şəxsi qürur və ləyaqət ki- mi vacib xarakter əlamətlərinin tərbiyə edilməsinə, onlarda dözüm- lülük, iradi güc, qətiyyətlilik, müstəqillik, təkidlilik kimi iradi-əx- laqi keyfıyyətlərin və davranış mədəniyyətinin formalaşdırılmasına xüsusi önəm verməlidirlər. Təbiət qızın fıziki inkişafını təsadüfı sürətləndirməmişdir-qadının hərarətli hissləri ananın soyuq ağlı ilə birləşməlidir. [42,s.80]

Qızlar kobudluq, ‘lovğalıq. qaraqabaqlıq və ya qaradinməzlik, laqeydlik, yalançılıq, həddindən artıq utancaqlıq, intizamsızlıq, yaltaqlıq, xudbinlik, qısqanclıq, tərslik, küsəyənlik, ədəbazlıq, səliqə- sizlik və s. keyfıyyətləri oğlanlar üçün nöqsan hesab edirlər. Oğlanlar isə qızlarda sadəlik, təvazökarhq, mehribanlıq, qayğıkeşlik, nəciblik, xeyirxahlıq kimi keyfıyyətlərə böyük məna verirlər. Onlar xudbinlik, şöhrətpərəstlik, küsəyənlik, “tündlük”, söz götürməmək, qaşqabaqlı- lıq kimi xüsusiyyətləri, xüsusilə qısqanchğı qızlar üçün mənfi keyfıyyət hesab edirlər. Ünsiyyət prosesində məhz bu keyfıyyətlər daha mühüm rol oynayır. Onlar üçün başqa adam ünsiyyət baxımın- dan, məhz insan kimi qiymətlidir. Hər hansı bir qız və ya oğlan məhz özünün kommunikativ keyfiyyətləri ilə yeniyetmənin və böyük mək- təblinin diqqətini cəlb edir. Həmİn keyfiyyətlər yeniyetmə və böyük məktəbli yaşı dövrünün özünəməxsus insan konsepsiyasını təşkil edir və onun mənəvi sərvətinə çevrilir. Yeniyetmənin “yoldaşlıq kodeksi” bunun tərkib hissəsi kimi meydana çıxır. Anaya pərəstiş ruhunda tər- biyə şəxsiyyətin və kollektivin əxlaqi simasımn formalaşması ilə əlaqədar olan bütün problemlər kompleksi ilə sıx əlaqədə xüsusi nəzərdən keçirmə tələb edir” [42,s.82]

Yeniyetməlik yaşı dövründə mənlik şüurunun formalaşması ilə əlaqədar olaraq, şəxsi qarşıiıqlı münasibətlərin inkişafında oğlan və qızların mənəvi dəyəriərinin rolu daha da artır. Böyük məktəb yaşında isə mənəvi meyarlar oğlan və qızlar üçün sanki “məhək da- şına”, cinsi sosiallaşmanın tərkib hissəsinə çevrilir.

Fikrimizi aydınlaşdırmaq üçün məktəb təcrübəsindən hamıya yaxşı məlum olan bir faktı xatırlayaq: kiçik yeniyetməlik yaşı dövründə qızların bir çoxu, məsələn, müəllimə cavab qaytaran oğ- lanlara rəğbətlə yanaşır, müəllimlər isə oğlan uşağının bu hərəkətini çox vaxt, hətta “xuliqanlıq” kimi təfsir edirlər. Oğlanların qızların yanında öz qüwələri ilə öyünmələri, başqa oğlanlara sataşmaları əs- lində psixoloji xarakter daşıyır. Ən başlıca cəhət ondan ibarətdir ki, istər oğlanlar, istərsə də qızlar bu yaş dövründə kobudluğu az qala mərdlik və qəhrəmanlıq kimi mənalandırn'lar. Oğlan uşağının müəl- limə cavab qaytarması isə məhz, bu baxımdan qızların diqqətini cəlb edir.

Müəyyən yaşdan etibarən, qızlar “kobudluqla” “mərdlik” və “qəhrəmanhğı” ayıran mənəvi çalarları fərqləndirməyi öyrəndikdən sonra onların oğlan kobudluğuna, ümumiyyətlə, kobud oğlanlara münasibətləri köklü surətdə dəyişir. Oğlan və qızlarm qarşılıqlı mü- nasibətlərinə düzgün istiqamət vermək üçün onlarda etik anlayışla- rın formalaşmasına xüsusi diqqət yetirilməlidir.

  1. N.İsayev və V.E.Kaqamn fikrincə, küçə hərəkəti qaydalan ki- mi, həyat və davramş qaydalarmı da uşaqlara lap kiçik yaşlanndan öyrənmək zəruridir. 5-6 yaşından etibarən qızlan başa salmaq lazımdır ki, adam olmayan xəlvət yerlərdə oynamasınlar, başqa adamdan kon- fet, pul və s.almasınlar, ona qoşulub heç yerə getməsinlər, kənar şəxs- lərin maşınına minməsinlər, kənar yerdə soyunmasınlar.

Məhz gənclik yaşı dövründə məktəblilərdə qadm və kişilərin rol mövqeyi haqqmda təsəwürlərin formalaşması başa çatır. Qız- larda öz xarici görkəminə maraq kəskin şəkildə güclənir və onun əhəmiyyətinin özünəməxsus tərzdə yenidən qiymətləndirilməsi baş verir. Oğlanlarda güc və kişiliyin sonsuz davranış eksperimentləri ilə müşayət olunan sınaqları baş verir, özünütapma və öz yaşlı adam obrazım formalaşdırma prosesi güclənir”. [42,s.68]

Həyatda elə hallarla qarşılaşırıq ki, gənc oğlan və qızların bə- ziləri 18-20 yaşlarında müstəqil ailə həyatı qurmağa hazır olduqları halda, əksərİyyəti hətta 25-27 yaşadək bunun üçün “yetişmiş” olmurlar. “Əgər 18 yaşlı gənc oğlan və qız bir-biriləri və gələcək uşaqları üçün öz üzərlərinə məsuliyyət götürməyə hazırdırlarsa, on- ları maddi cəhətdən təmin edə bilmək imkanlarına malikdirlərsə, ro- mantik hisslərdən başqa, həyati problemləri həll etməyə hazırdırlar- sa, onların nikahını erkən nikah hesab etmək olmaz”. [55,s. 101]

Cinslər arasında münasibətləri tənzimləyən “Ailə məcəlləsi” və digər hüquqi-normativ sənədlərdə göstərilən tələblərin tez-tez pozulması, gənclərin nikaha hazırlığınm kifayət dərəcədə qaneedici olmaması, ailədə rol-cins davranışı funksiyasınm pozulmasma, sü- rəkli münaqişələrə və son nəticədə nikahın iflasına səbəb olur.

Ailə qurmağa hazırlaşan müasir gənclərin əksəriyyəti nikahın əsil motivlərini anlamır, sosial-psixoloji yetkinlik səviyyəsinə çatmadan yalmz nikah yaşına çatma, anatomik -fızioloji və cinsi yetkinlik amilləri əsasında ailə qururlar. Nikah üçün tərəfdaş seçimi bir sıra risk amilləri ilə şərtlənir. Bunların sırasmda yaş, qohumluq, fiziki və psixi sağlamlıq,-təhsil və dünyagörüşü səviyyəsi, xarakter, əxlaqi kamillik və s. kimi amillər uğurlu nikahlar üçün ciddi nəzərə alınmalı amillərdir.

Mənzil və iqtisadi imkanlar, daimi işin olması, ailə büdcəsini formalaşdıracaq gəlirlərin mənbəyi, nikaha daxil olanların birgə gə- ləcəyə yönəlmiş aydın perspektivli həyat planlarınm olması xoşbəxt ailəni şərtləndirən əsas cəhətlər kimi daim nəzərə alınmalıdır.

  1. Seksual deviasiya və patologiyalar


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin