Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə56/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Seksual deviasiyalar dedikdə müasir cəmiyyətdə norma kimi qəbul edilən cinsi davramşın müxtəlif kənaraçıxma halları, pozul- maları nəzərdə tutulur. Bəzi mütəxəssislər seksual deviasiyaya qey- ri-tipik və mədəni baxımdan qadağan edilmiş hərəkətlərlə cinsi oyanma və orqazma çatmaya aid eilən hər cür seksual-erotik poz- ğunluqları aid edirlər. Polyak seksopatoloqu K.İmelinski seksual deviasiyalara seksual fantaziyalar sferasındakı, həmçinin xəyali və ya real tərəfdaşla qarşıhqlı münasibətlərdəki davranış formalarını aid edir. Tarixin müxtəlif mərhələlərində ayrı-ayrı etnik mədəniy- yətlərdə əxlaq, bu və ya digər cinsi davranış normalarına və ya nor- madan kənaraçıxma hallarma münasibət fərqli məzmuna malik olmuşdur. Odur ki, müxtəlif dövrlərdə seksual deviasiyalarm çərçi- vəsi gah genişlənmiş, gah da daralmışdır. Bununla əlaqədar olaraq, müxtəlif dövrlərdə cəmiyyətdə seksuallığa və seksual normalardan yayınmalara münasibət dəyişmişdir. Orta əsrlərə qədər seksual deviasiyalara münasibət liberal xarakter daşıyır, hətta bəzən təqdir edilirdi. Orta əsrlərdə isə cinsi davramşda hər hansı qəddar hə- rəkətlər günah hesab edilir və kilsə tərəfındən izlənilirdi. XVI əsrdə yaşamış fransız həkimi A.Parenin yazdığma görə, bu dövrə qadın- larm seksual həzzalmasınm bütün üsulları qeyri-əxlaqi hal kimi qiy- mətləndirilirdi. Sonrakı dövrlərdə cəmiyyətdə seksual normalardan kənara çıxmalara dözümlü münasibət yarandı və tədricən yum- şalmağa başladı. Lakin çox qədim zamanlardan indiyədək seksual normadan kənaraçıxmaya aid olan bütün hərəkətlər məhkum edilir və belə şəxslərə qarşı diskriminasiya mövcuddur.

Kontekstdən asılı olaraq, eyni seksual hərəkətlər həm norma , həm də normadankənar davranış kimi qiymətləndirilə bilər. Məsə- lən, cinsi əlaqələr əgər cinsi münasibətlərə qoşulan tərəflərin hər ikisinin cinsi yaxınlaşmasını və təmin olunmasım sitimullaşdırırsa, bu norma hesab oluna bilər. Digər halda, belə davranış tərəfdaşlar- dan birinin xoşuna gəlmirsə, bunu kənaraçıxma və nevrotizm təh- lükəsi kimi qarşılamaq olar. Ən nəhayət, zorakılıq yolu ilə tərəfdaş fıziki və mənəvi cəhətdən alçaldılmaq məqsədilə müntəzəm olaraq cinsi həvəsin stimulyasiyasım yerinə yetirməyə məcbur edilirsə, onda söhbət sodomazoxist tipi şəxslərin patoloji davranışından gedir.

Müasir dövrdə anomal seksual davranış haqqında elmi təsəv- vürlərin inkişafı onun deviant və patoloji formalarınm fərqləndiril- məsi cəhdlərinə yol açmışdır.- Müasir elmi ədəbiyyatlarda seksual kənara çıxmanın 132 forması qeyd eilir. Onların qeyri-patoloji (yol verilən) formalarına insanm yalnız arzu və fantaziyalarında mövcud olan, lakin heç vaxt həyatda reallaşdırılması mümkün olmayan müxtəlif xəyali deviant tendensiyalar aiddir. Bundan başqa, cinsi əlaqə zamanı əlavə stimul rolunu oynayan, fərdin seksual oyanması- nı gücləndirən hərəkətlər də mövcuddur ki, bunlar deviant element- lər kimi nəzərdən keçirilir.

Bir sıra hallarda deviant seksuallığı ilə seçilən şəxslər ər- arvadlıqda sıx tərəfdaş münasibətlərini erotik məhəbbət əsasında qurmaq qabiliyyətinə malik olurlar. Bunlara tərəfdaş üçün tam qəbul olunan efeofiliya, herektofiliya, fetişizm, transfetisizm, sa- domazoxizm elementləri aid edilir.

Deviasiyadan fərdi olaraq, seksual patologiyalar xəstəlik xa- rakteri daşıyır, özünəməxsus simptomatika və gedişə malikdir, nor- mal cinsi həyata əngəl törədir, bəzən isə onu mümkünsüz vəziyyətə gətirir. Seksual potologiyalardan əziyyət çəkən subyektlər, hətta ni- kaha daxil olaraq normativ seksual fəallıq səviyyələrini öz anomal cinsi həvəsləri ilə maskalayaraq həyatlarına davam edirlər. Lakin onlar hərdən təsadüfi cinsi əlaqələrə girmək və ya seksual zorakılıq- larla iradələrinə tabe olmayan psixoloji impuslanm reallaşdırmaq həvəsində olurlar. Cinsi həzz obyektinə münasibət baxımından sek- sual kənaraçıxmalar aşağıdakı kimi təsnif edirir:

Cinsi meylin zəifləməsi-hiposeksuallıq depressiyalarda, şi- zofreniya xəstəliyinin bir sıra kliniki formalarında, mərkəzi sinir sisteminin orqanik pozuntularında, nevrastaniya zamanı və digər pa- toloji hallarla əlaqədar meydana çıxa bilər. Cinsi meylin zəiflə- məsinin xüsusi forması olan impotensiya (kişilərdə) və frigidlik (qa- dınlarda) “funksional xarakterli seksual pozuntular”a aid edilir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin