Cünsi hüceyrələr -yumurta hüceyrəsi və spermatozoid orqa- nizmin istənilən digər hüceyrəsindən fərqli olaraq 23 xromosom dəstinə malikdir, buna görə də onların yalmz bir cinsi xromosom cütü var: yumurta hüceyrəsində bu həmişə X -xromosom, sperma- tozoiddə ya X, ya da Y xromosomdur. Hər bir hüceyrənin inkişafı üçün tam ikili xromosom dəsti zəruridir, cünki istər yumurta hücey- rəsində, istərsə də spermatozoiddə ayrılıqda yeni orqanizm yarana bilməz. Lakin spermatozoidin yumurta hüceyrəsi ilə qarışması pro- sesində onlarm xromosom cütləri birləşir və əmələ gələn yeni hü- ceyrə (ziqot) bütöv orqanizm kimi inkişaf etmək qabiliyyətinə ma- likdir və özündə 23 cüt xromosomu olan spermatozoid ilə ma- yalanmışsa, ziqotdan qadın orqanizmi (o, yalnız XX xromosom dəs- tinə malikdir), Y xromosomu ilə mayalanmışsa, kişi orqanizmi (o, XY xromosom dəstinə malikdir) inkişaf etməyə başlayır.
Cinsi vəzilərin ikinci funksiyası cinsi hormonlar hasil etmək- dən ibarətdir. Əsas kişi cinsi hormonu testosteron, qadm cinsi hormonu isə ekstradiol adlanır. Bundan başqa hər iki cinsdə az fəal olan digər cinsi hormonlar da vardır. Hipofız, böyrəküstü, mədəaltı və s.kimi endokrin vəzilərin hasil etdiyi hormonlarla birgə cinsi hormonlar orqanizmin mübadilə proseslərində, boy, inkişaf, bə- dənin ayrı-ayrı hissələrinin, o cümlədən kişi və qadın tipli bədən qu- ruluşunun formalaşmasında iştirak edir.
Cinsi yetişmə insanın fərdi inkişafında 30 ilə yaxın (16-18 yaşdan 45-47 yaşlaradək) davam edən reproduktiv mərhələdir. Cinsi yetkiniik mərhələsində insanın bütün reproduktiv sistemİ sabit re- jimdə fəaliyyət göstərir və nəslin davam etdirilməsi funksiyasını tə- min edir. Bu dövr ərzində qadın orqanizmi nəsilartırma qabiliyyəti- ni qoruyub saxlayır. Cinsi yetkinlik cinsi sistemin bütün sfesifık funksiyalarının yüksək fəallığı ilə səciyyələnir. Tibbi genetika elmi- nə görə, sağlam qadmlarda reproduktiv dövrün bütün mərhələləri ovulyatorluğunu saxlamaq imkanına malikdir və 350-400 yumurta hüceyrəsi yetişdirə bilir. Yumurtahqlarda follikulların müntəzəm yetişməsi və qadın orqanizmindəki ovulyasiya hamiləlik üçün op- timal şərait yaradır. Bu dövrdə hamilə qalmaq riskinin yüksək olma- sım nəzərə almaqla hər bir qadın kontraseptivlərdən istifadə etməli və yalnız arzu edilən hamiləliyə yol verilməlidir. Ərinin və özünün sağlamlığı naminə qadm hamiləliyə 2-3 ay qalmış hər hanst tibbi vasitələrdən istifadəni dayandırmahdır. Doğuşdan sonra 3-6 ay ər- zində qadııı orqanizmində reproduktiv sistemin bərpası təmin olu- nur. Doğuşlar arasındakı optimal dövr iki ildən az olmamalıdır. Bu müddət ərzində qadının orqanizmi hamiləlik üçün yenidən tam bər- pa olunaraq yeni hamiləliyə hazırlanmış olur. Kontraseptivsiz mün- təzəm, ən azı həftədə bir dəfə cinsi həyat nətİcəsində hamiləlik 12 ay ərzində baş verməlidir. Əgər bu baş verməzsə, cütlüklərin nəsil- vermə qabiliyyəti şübhələr üçün əsaslar yaradır və bu halda onlarm hər ikisİnin həkim müayinəsindən keçməsi zəruridir.
Cinsi yetkinlik dövrünün ən vacib problemlərindən biri infek- sion xəstəliklərin cinsi yolla ötürülməsidir. Belə xəstəliklərin profi- laktikasında ən optimal yol seksual tərəfdaşlığın daimi olmasıdır. Qadtnlar hər gün genetik tədbirlər kompleksini yerinə yetirməlidir- lər. Menustrasiya baş verən günlərdə digər operativ müdaxilələr və cinsi həyat yaşamaq məsləhət görülmür. Hər bir qadın öz orqaniz- minin xüsusiyyətlərini bilməli və imakan daxilində özü üçün opti- mal şərait yaratmalıdır.
Oğlanlarda cinsi yetişmənin ilk əlaməti yumurtaiıqların (adre- narxe) böyüməsidir. Yumurtalıqlar bir yaşdan cinsi yetişmə (puber- tat) dövrünün başlanğıcına qədər, yəni (10-11 yaşadək) demək olar ki, ölçü baxımından dəyişmir, uzunluğu 2-3 sm, eni isə 1,5-2 sm olaraq qalır. 6 ildəıı sonra, cinsi yetişmə başlandıqda yumurtalıqla- rın həcmi 18-20 sm3-ə qədərartır. Yumurtalıqlar kimi hormon ifrazı və spematozoid hasili iki əsas funksiyanı yerinə yetirir: hormon if- razı spermatozoid hasİlindən əwəl başlamr və onu stimullaşdırır. Cinsi yetişmənin başlanmasından bir il sonra oğlanların səhər sidik ifrazında spermatozoidləri aşkar etmək mümkündür. Yumurtalıqla- rın böyüməyə başlaması nəticəsində oğlanlann cinsi orqanında (penis) da böyümə müşahidə olunur. Cinsi orqanın böyüməsi nəti- cəsində oğlanlarda ereksiya (cinsı orqanın düzlənməsi), daha sonra isə pollyusiya (loxum iffazı) baş verir. Oğlan yeniyetmədə il- kin pollyusiya 13 yaşında baş verir. Bu yeniyetmədə yetkin sper- matozoidlərin yetişməsini göstərəıı dəlillərdən biridir. Adətən gecə- lər baş verən pollyusiyalar tamamilə normal fızioloji hadisədir. O, ciıısi həyat yaşamayan bütün gənclərdə və kişilərdə müşahidə olu- nur. [60,s.23] Beləliklə, oğlanlar potensial nəsilartırma qabiliyyətinə 13 yaşında, tam nəsilartırmaya isə 14-16 yaşlarında çatırlar. Qadın və kişi orqanizminin fıziki inkişafında özünəməxsus fərqlər vardır. Qadınlarda cinsi yetişmə prosesi kişilərdən 2-3 il tez başlayır, lakin kişi orqanizminin nəsilartııma qabiliyyəti qadınlardan fərqli olaraq daha uzunmüddətlidir.
Qeyd etmək lazımdır ki, cinsi yetişkənlik dünyamn müxtəlif regionlarında müxtəlif yaşlarından başlayır. Məsələn, əgər iqlimi is- ti olan Şimali Afrika ölkələrində qtzlarda menustrasiya 8-9, bəzən 6-7 yaşlarıııdan başlayırsa və 9-12 yaşlarında ərə gedən qızlar 10-13 yaşlarında hamilə olub normal uşaq doğurlarsa, bunu həmin region üçün qeyrİ-normal hal hesab etmək olmaz. Bioloji-fızioloji inkişafın xüsusiyyətləri xarici mühit faktorları ilə əlaqədar olduğu üçün soyuq iqlimli Skandinaviya regionu, Danimarka ölkələrində isə qız- larda ilk menustrasiya orta hesabla 16-18 yaşlarından başladığından normal uşaq doğmaq imkanı da elə bu yaşdan başlayaraq yaramr.
Bədəndə tük örtüyü zonalarının meydana gəlməsi və genişlən- məsi cinsi yetişmənin xarici əlaməllərindəndir. Cinsi orqanlarm bö- yüməsi ilə əlaqədar ilk dəfə qasıq nahiyədə tüklər görünməyə baş- layır. Əsas cinsi orqan zonasında az miqdarda görünən tüklər təd- ricən sıxlaşmağa və “qasıq üçbucağı” zonasım əhalə etməyə başla- yır. Daha sonra tük örtüyü sinə və qarımn ağ xətti boyunca göbəyə doğru yayılır. Bir neçə aylar, bəzən illər keçdikdən sonra qoltuqaltı və anus dəliyi nayihələrində, üst dodaqda, qulaqların ətrafında və çənədə narın tüklərin artımı müşahidə olunur. Tüklərin çıxma ardı- cıllığı və artım tempi fərdi fərqlərə əsaslanır. Həyat davam etdikcə bədənin qeyd olunan nayihələrində tüklər inkişaf etməkdə davam edir, qollarda, ayaqlarda, sinədə,qarın nayihəsində və çiyində get- gedə qahnlaşır. Lakin heç də bütün kişilərdə gənc yaşlannda üzdə və sinədə qalın tük örtüyü müşahidə olunmur.
Oğlanlarda yeniyetməlik yaş dövründə androgenlərin təsiri altında qırtlağm böyüməsi, səs tellərinin qalınlaşması və uzanması baş verir ki, bu da səsin daha zəif olmasına gətirib çıxarır. Səsin də- yişməsi adətən, boy artımında sıçrayışla paralel baş verir və bu pro- ses olduqca az müddətdə başa çatır. Bu zaman səsin qeyri-sabit olması müşahidə oluna bilər. Kişi səsi orta hesabla 15 yaşda təşək- kül tapır və üzdə tüklərin böyüməsi ilə başa çatmış olur. Pubertat yaşın sonunda gənclərin skelet sümükləri xeyli ağırlaşır, əzələ küt- ləsi qızlarla müqayisədə demək olar ki, iki dəfə artmış olur. Bəzi sü- müklər (çiyin, çənə) bir qədər sürətlə böyüyür ki, bu da kişi və qa- dınların bədən quruluşunda əhəmiyyətli fərqlərə səbəb olur.
Qızlarda süd vəzilərinin böyüməsi cinsi yetişmənin birinci əlamətidir və orta hesabla 10,5 yaşda müşahidə olunmağa başlayır. Əvvəlcə döş haləsinin altında bir və ya hər iki tərəfdə (əmmə çev- rəsi əhatəində) kiçik qeyri-adi bərkimə nəzərə çarpır, 6-12 ay keç- dikdən sonra bərkimə hər iki tərəfdə müşahidə olunur və eyni ölçü- də böyüyərək daha yumşaq olmaqla halənin sərhəddinə daxil olur. İki il ərzində süd vəziləri formaca yetkin ölçüyə çatır, döş gilələri aydm nəzərə çarpmağa başlayır. Qızlarda süd vəzilərinin forma və ölçüləri fərqli olur. Qasıq nayihədə tüklər süd vəzilərinin böyüməyə başlamasından bir neçə ay sonra meydana gəlir. Yalnız qızların 15%-də tüklərin daha tez əmələ gəlməsi müşahidə oluna bilər. Əv- vəlcə cinsiyyət dodaqlarmda tək-tək tüklər çıxır, 6-12 ay sonra isə bütün qasıq nahiyəsinə yayılmağa başlayır. 1-2 il ərzində tüklər bö- yüyür və bütün “qasıq üçbucağı”m əhatə etmiş olur. Cinsi yetişmə dövründə ekstrogenlərin təsiri altında qızlarda uşaqlıq yolu əzələ- ləri qalınlaşır və hüceyrələrin səthi aktiv olaraq hamarlanır. Uşaqlıq yolu boynundan az miqdarda selik ayrılır. Bu yeniyetmələrdə ağım- tıl ifrazatın uşaqlıq yolundan çıxmasına gətirir. Qızlarda cinsi yetişmə prosesində yumurtalıqlar və uşaqlıq böyüməyə başlayır və yumurtalıqlarda follikullar yetişir. Ultrasəs müayinəsi zamam bu dövrdə çoxlu sayda kiçik follikullar görmək olar. Qızlarda ilk me- nustrasiya adətən 10-11 yaşlarında süd vəzilərinin böyüməyə baş- lamasmdan iki il sonra müşahidə olunur və ilk iki il ərzində qeyri- müntəzəm baş verə bilər. Cinsi yetişmənin başlanmasının birinci ilində əksər menustryal tsikllərdə ovulyasiya -yetişmiş toxum hü- ceyrələrinin - toxumcuqlann çıxması baş vermir, bu proses ikinci ildən başlayaraq nəzərə çarpmağa başlayır. Ona görə də, bu dövrdə hamiləliyin baş verməsi riski aşağı səviyyədə olsa da, mayalanma tamamilə mümkündür. Qızlar yalnız 16-17 yaşlarda tam cinsi yet- kinlik həddinə çatmış hesab edilirlər.