Pubertat (“narın tük”-deməkdir) dövründə ekstrogenlərin yüksək səviyyəsinin təsiri altında qızlarda çanaq sümüyünün eninə böyüməsi baş verir ki, bunun nəticəsində omba daha geniş olur. Pubertat dövrünün sonunda gənclərdə piy toxumasının həcmi təx- minən iki dəfə artır. Piy bədənin əsasən süd vəziləri, omba, yanlar, çiyin qurşağı və alın nahiyələrində artmış olur. Androgenlərin təşiri ilə həm oğlanlarda, həm də qızlarda qoltuqaltı nayihədə tüklərin bö- yüməsi, piy turşusu hesabına onun tərkibinə daxil olan tərin iyinin dəyişməsi müşahidə olunur. Androgenlər dərinin tər vəzifələrinin piy sekresiyasını genişləndirir ki, bu da bakteriyaların artımına səbəb olur. Cinsi yetişmənin başlanması müxtəlif amillərlə şərtlənir. Bəzi mütəxəssislər müasir dövrdə cinsi yetişmənin orta başlanma dövrünün aşağı düşdüyünü, digərləri isə sürətləndiyini irəli sürürlər. Onların fıkrincə, müasir qızların 46%-də cinsi yetişmə dövrü on- ların analarında olduğu kimi eyniyyət təşkil edir ki, bu da genetik amillə bağlıdır. Fizioloqlarm qənaətinə görə, insanlarda irsiyyət üz- rə cinsi yetişmə informasiyasım daşıyan xüsusi genlər mövcuddur və bu gen androgen harmonudur.
Müasir dövrdə akselerasiyanın təsiri altında anatomik-fıziki in- kişaf fonunda cinsi yetişmənin də sürətlənməsi diqqəti cəlb edir. Pu- bertatın daha erkən başlamasında atmosferin çirklənməsinin, androgen və ekstrogen tərkibli kosmetik vasitələrin, plastik konteynerlərin, oyuncaq və kosmetika istehsalında, ərzaq sənayesində istifadə olunan kimyəvi maddələrin də təsiri az deyildir. Cinsi qorunma vasitələri istehsal edən formaseptik istehsalatın tam emal edilməmiş tullantıları müxtəlif kpnsentrasiyalar şəklində ətraf aləmə zərər vurur.
İri heyvandarlıq təsərrüfatlarında və fermalarda öküz yetişdir- mək üçün istifadə olunan cinsi harmonlar təsadüfən ətraf mühiti çirkləndirə bilər. Uşaq qidası üçün hazırlanan butulkalar, idman və tibbi ləvazimatlar və bir sıra ərzaq məhsullarının istehsalında istifa- də olunan bisfenolAinsan orqanizmi üçün zərərli təsirə malikdir.
Cinsi yetişmənin başlanmasmdan əwəl qidalanmanm xarak- teri, xüsusən, qızlarda müəyyən təsir effektinə malikdir. Boy və fəallıq üçün tələb olunan əlavə kalorilər dərialtı piy şəklində topla- nır. Bu isə onu göstərir ki, orqanizm cinsi yetişmə və nəsilartırma üçün kifayət qədər enerji ehtiyatına malikdir. Tədqiqatçılar vegetarian (ətlə qidalanmayan) ailələrin qızlarında qidalarda heyvan ətindən istifadə edən qızlara nəzərən cinsi yetişmənin gec başlaması və ləng getməsi faktını sübut etmişlər. Oğlanlar qızlara nisbətən həm fızioloji, həm də psixoloji baxımdan daha yavaş tempdə inkişaf edirlər. Onlar qızlardan təxminən 2-4 ay gec dil açır, insanların qar- şılıqlı münasibətlərinə aid anlayışları gec anlayır, məktəbə qızlardan daha az hazırlıqla daxil olurlar. [60,s.32]
Cinsi yetişmə yeniyetmə və gənclik yaşı dövründə baş verən əsas psixofızioloji prosesdir. 12-14 yaşlar cinsi yetişmənin intensiv dövrüdür. Bu dövrdə hormonal dəyişkənlik sürətlənir. Cinsi hor- monal yetkinlik 10 yaşlı oğlanla müqayisədə 18 yaşlı gəncdə 8 dəfə yüksək həddə çatmış olur. Cinsi yetişmənin təsiri altmda gənclərdə coşğun erotik fantaziyalar, yüksək cinsi oyamqlıq halları müşahidə olunmağa başlayır.
Cinsi yetişmənin başlanmasında irqi, milli, coğrafi və sosial amillərin də təsiri vardır. Müxtəlif xalqlarda cinsi yetişmə prosesi 12-18 yaşlarda baş verir. Neqroid irqinə mənsub olan insanlarda bu daha erkən, Asiya irqinə mənsub olan və yüksək dağlıq ərazilərdə yaşayan insanlarda isə nisbətən gec başlamr.
Bəzi hallarda uşaqlarda vaxtından əvvəl cinsi inkişaf mərhələ- sinə daxilolma hallarına təadüf olunur. Bəzi 8 yaşadək qızlarda və 9 yaşadək oğlanlarda nəzərə çarpan bu proses patoloji inkişaf kimi qiymətləndirilir. Əzgilvari vəzilərdə, hipotamusda dəyişiklik baş ve- rir ki, bunun da təsiri altında daha erkən yaş dövründə oğlan və qız- larda vaxtından əvvəl cinsi yetişmə prosesi başlanmış olur. Beynin qabıqaltı mərkəzlərində baş verən funksional pozğunluqlar və disfunksiyalar vaxtından əwəl yalançı cinsi yetişmənin baş verməsi ilə nəticələnir. Yalançı, vaxtından əwəl cinsi inkişaf qızlarda və oğlanlarda andrenohenital sindroma və ya uzoseksuallığa səbəb ola bilər. Müasir yeniyetmə və gənclərin bəzilərində cinsi inkişaf patologiyasınm bir sıra simptomları müşahidə olunur. Bəzi oğlan və qızlarm boy və çəki artımı sürətlənir və onlar cinsi inkişaf göstərici- lərinə görə öz həmyaşıdlarım xeyli qabaqlamış olurlar.
Potoloji cinsi inkişaf qızlarda süd vəzilərinin böyüməsi, qasiq nahiyəsinin tüklənməsi, uşaqlıq yolundan qanlı axıntı, pubertat yaş dövründəki kimi uşaqlığın genişlənməsi və bəzi hallarda müntəzəm baş verən menustrasiyalarla müşayət olunur.
Oğlanlarda patoloji cinsi inkişafın əsas əlamətlərinə xarici cinsiyyət orqanlarmın böyüməsi, qasıq nahiyədə, üzdə türk örtüyü- nün əmələ gəlməsi, ereksiya və pollyusiya aid edilir. Fizioloqlarm rəyinə görə, vaxtından əwəl başlanan boy artımı son nəticədə bəstə- boyluluğa gətirib çıxarır. Potoloji cinsi inkişafın gedişində baş ağrı- ları, tez yorulma, həyəcanlanma, polidipsiya, gözün hərəki sinirlə- rinin zədələnməsi simptomları müşahidə oluna bilər.
Psixoseksual inkişaf insanın cinsi mənlik şüurunun, cinsi ro- lunun və psixoseksual yönəlişliyinin formalaşmasım əhatə edən fərdi psixi inkişaf aspektlərindən biridir. Bu inkişaf həyatın ilk günlərindən başlayır və fərdin yetkin cinsi həyata hazır olduğu (daimi tərəfdaşla müntəzəm cinsi həyata başlaması) 20-25 yaşlarda tam başa çatır.
Hələ ötən əsrin 60-cı illərində müəyyən edilmişdir ki, ruşeyim ana bətnində olarkən hamiləliyi qorumaq üçün projestin qəbul edən qızlar sonralar həyatda özlərinin yüksək intellekti, fıziki inkişafda oğ- lanlan üstələməsi, müstəqilliyi və özünə inamlı olmalan ilə fərqlə- nirdilər. Böyüdükdən sonra belə qızlar rəhbər işçi keyfiyyətlərinə ma- lik olur, onlarda analıq instinkti zəif inkişaf etmiş olur, özlərinin aq- ressivliyi, ailədə güzəştə getməmələri ilə fərqlənirdilər. Müharibə şə- raitində, blokadada olan ərazilərdə dünyaya göz açan körpə oğlan uşaqlan isə əksinə, böyüdükdən sonra belə mülayimlikləri, sözəbaxan olmalan, evdarlıqları ilə fərqlənir, gəlinciklərlə oynamağı sevirdilər. Qeyd olunan faktlar əsasında stresslərin kişi nəslinə feminizasiyalaşdı- ncı təsirdə olması artıq çoxdan təsdiq olunmuşdur. Odur ki, psixosek- sual pozğunluqlarm profilaktikasına hələ uşaq dünyaya gəlməzdən əv- vəl başlanılmalıdır. Bunun üçün hamilə qadmlara dölün inkişafina zə- rərli təsirlərdən uzaq normal həyat şəraiti yaradılmalıdır.
Bütün qədim əlyazma mətnlərində insan orqanizminin fiziolo- ji məsələləri kişi bədəni nümunəsində müzakirə edilmişdir. Kişilərin cinsi yetişməsi prosesi qadınlardan yavaş gedir. Bunun səbəbi kişi orqanizmində hasil olan cinsi enerjinin bir hissəsinin bədənin inki- şafi və əzələ kütləsinin formalaşmasına sərf olunması ilə əlaqədar- dır. Bədənin fıziki cəhətdən böyüməsi orqanizmdəki psixi enerjinin də müəyyən hissəsinin sərf olunması ilə şərtbnir. Ona görə də, kişi- lər emosional inkişaf baxımından qadınlardan xeyli geri qalırlar. Er- kən yaşlarda güclənmiş fiziki yük orqanizmdə incə psixi və əqli enerjinin toplanmasına və formalaşmasına mane olur. Kişi orqaniz- minin funksional baxımdan tam formalaşması 25 yaşda başa çatır. Ona görə də 20 yaşdan əvvəl və 70 yaşdan sonra seksual əlaqələr- dən uzaq olmaq tövsiyə olunur.
Belə bir fıkir geniş yayılmışdır ki, güya güclü əzələ qüwəsinə və bədənə malik kişilərdə seksual enerji də yüksək olur. Bu, əslində heç də doğru hesab olunmur. Fiziki güc heç də cinsi əlaqəyə güclən- dirici təsir göstərmir, əksinə onu zəiflədir. Toxumun hazırlanmasm- da kişinin bütün orqanlarmm rolu vardır. Bu proses başa çatdıqdan sonra toxumun bir hissəsi yumurtalıqlarda toplanıb qalır. Cinsi akt zamanı yumurtalıqlardan toxumun sürətli axını baş verir. 60 yaşdan sonra toxum əmələ gəlməsi sönməyə doğru geir. Əvvəlcə hasil olan spermatozoidlərin sayı azalır, bir neçə ildən sonra bununla paralel olaraq onlarm mütəhərrikliyi, hərəkət qabiliyyəti zəifləyir və 90 yaşında praktik olaraq toxum hasil olunması prosesi tam dayanmış olur. Bəzi preparatlar vasitəsi ilə toxum əmələgəlmə prosesini müvəqqəti olaraq uzatmaq mümkündür.
Həyatda qadınların təbii üstünlüklərindən biri dünyaya uşaq gətirməkdən ibarətdir. Ona görə də qadınlarm orqanizmi bu fimk- siyaya tabe vəziyyətdə qurulmuşdur və burada həmin funksiya ilə bağlı hormonal və sinir prosesləri baş verir. Qadınların cinsiyyət or- qanları rüşeymin formalaşması, inkişafı və böyüməsi üçün əlverişli həyat mühitidir. Qadmların cinsi yetişkənliyi, adətən, 10-11 yaşla- rında menustrasiya ilə başlanır və klimaksadək (50-55 yaş) davam edir.
İqlim, coğrafı və sosial şərtlərdən asılı olaraq bu cəhətdən qa- dmlarda müxtəlif fərqlərin də olması mümkün hesab edilir. Menust- rasiya qadınlarda təxminən 28 gündən bir təkrarlanan dövri pro- sesdir. Bu prosesdə yaranan menustral qan dörd gün ərzində qadın orqanizmindən xaric olunur. Bu dövrdə qadınlar xüsusi gigiyenik rejimə əməl etməlidirlər. İlk üç gün ərzində onlar yalnız müsbət emosiyalarla yaşamalı, vanna qəbul etməməli, özünü bəzəməməli, ağır əşyalar qaldırmamalı, ağır fiziki işlərlə məşğul olmamalıdırlar. Hədsiz soyuqdan, külək və yağışdan qorunmalıdırlar. Menustral tsikl mərhələsində cinsi əlaqə, alkoqol qəbulu, siqaret çəkmək və ət məhsullarından istifadə etmək qəti qadağandır və qadınlar qeyd olu- nan şəxsi gigiyenaya ciddi əməl etməlidirlər. Bu dövrün başa çatdı- ğı dördüncü gündən sonra qadınlar vanna qəbul etməli, gözəl ağ paltar geyinməli, ətirlənməli və bəzənməlidirlər. Qeyd olunan dövr ərzində qadınlar natəmiz hesab olunduqlarından müqəddəs yerlərə və ziyafətlərə getməkdən çəkinməlidirlər. Qədimdə zamanın elə bir dövrü olmuşdur ki, menustral qadınları safa çıxanadək ailədən uzaqlaşdırıb qapalı yerdə saxlamışlar.
Cinsi yetişmə-ontogenezdə insanın fərdi inkişaf mərhələsi olub, orqanizmin çoxalma həddinə çatması ilə xarakterizə olunur. Onun əlamətləri erkək fərdlərdə spermatogenezin, dişilərdə isə ilk ovalyasiyanm başlanmasında, cinsi orqanların formalaşmasında özünü göstərir. Cinsi yetkinlik həddinə çatma nəsilartırmanın baş- lanması kimi qəbul edilir. Cinsi yetişmə pubertat (cinsi yetkinlik) yaş dövrü ilə başlanır, klimakterik (sönmə) dövrü ilə tamamlanır.
İnsanm həyatı cəmiyyətin müəyyən etdiyi davramş normaları ilə tənzimlənsə də, cinsi yetişmə dövrünün başlanması və cinsi ye- tişmə probleminə müxtəlif dövrlərdə fərqli yanaşmalar olmuşdur. Sənayeləşmənin səviyyəsinin yüksəlməsi ilə cinsi yetişmə proble- minə baxışlar dəyişmişdir. Son üç yüz ildə fizioloji yetkinliyin baş- lanması 13-14 yaş həddi ilə müəyyənləşmiş və sabit qalmışdır. Cinsi yetkinlikdən fərqli olaraq, sosial yetkinlik uzun uşaqlıq döv- rünü- ümumi təhsil, peşə hazırlığı, gəncin orduda xidməti və s. əha- tə edir. Müasir sosial-iqtisadi münasibətlər sistemində insan özünü və öz ailəsini təmin etmək imkanlarını təxminən 25 yaşında əldə etmiş olur. Cinsi yetişmə yeniyetmənin orqanizmində baş verən dəyişikliklər prosesidir ki, onun nəticəsində yeniyetmə yaşlılıq döv- rünə daxil olmaqla nəsli davam etdirmək qabiliyyətinə malik olur. Cinsi yetişmə oğlanlarda baş beyindən cinsi vəzilərə və yumurtala- ra, qızlarda yumurtahqlara buraxılan sıqnallar əsasında başlanır. Bu siqnallara cavab olaraq cinsi vəzilər boy və beynin, sümüklərin, əzə- lə, dəri və reproduktiv orqanların böyüməsi və inkişafım stimullaş- dıran harmonlar hasil edir. Boy artımı pubertat dövrün birinci yarı- sında sürətlənir, cinsi yetişmənin tamamlanması ilə tam başa çatır. Cinsi yetişməyə qədər oğlan və qızların bədən quruluşundakı fərqlər praktik olaraq yalnız cinsi orqanlardan ibarət olur. Cinsi yetişmənin gedişi prosesində orqanizmin bir çox sistemlərinin strukturlarında və tərkibində əhəmiyyətli ölçü və forma dəyişiklikləri baş verir.
Cinsi yetişmə-pubertat yaş dövründə oğlan və qız orqanizmin- də cinsi fərqlərin ifadəli əlamətləri meydana gəlir. Bəzi fərdi fərq- lərə baxmayaraq qızlarda cini yetişmə orta hesabla 10 yaşda, oğlan- larda 12 yaşda başlanır, qızlarda 16-17, oğlanlarda 17-18 yaşlarında tamamlanır. İlk doğuşlar üçün ən yaxşı dövr 20-25 yaşlardır. Bu yaşda hamiləlik və doğuş aktı həm uşaq, həm də ana üçün daha asan baş verir. Oğlanlarda əsas cinsi yetişmə harmonu androgen və tes- tosteron adlanır. Həmin harmonlar kişinin, o cümlədən onun skelet sümüklərinin eninə və uzununa formalaşması prosesini təmin edir. Oğlanlarda testosteron harmonunun androgenə nəzərən çoxluğuna bağmayaraq,bu harmonun əhəmiyyətli hissəsi metabolizm prosesin- də sümüklərin inkişaf zonasım məhdudlaşdırmaq xassəsinə malik estrogenə çevrilir. Oğlanlarda estrogenin səviyyəsi qızlara nisbətən zəif tempdə artır. Odur ki, orqanların boy artımı müddəti daha uzun və intesiv olur. Əgər pubertat dövrünün başlanmasından əwəl oğ- lanların boyu qızlardan orta hesabla 2 sm aşağı olursa, bu dövrün sonunda oğlanlarm boyu qızlarınkından təxminən 13 sm. böyük olur. Qadın pubertatı prosesində qızlarda süd vəzilərinin və qadın cinsi orqanlarınm artımı və inkişafmı təmin edən ekstrogen harmo- nu üstünlük təşkil edir. Bu harmon qızlarda oğlanlara nisbətən daha tez və yüksək səviyyədə hasil olmağa başlayır. Ona görə də, qızların cinsi yetkinliyi və boy artımı oğlanlardan daha tez başa çatır.