Supermen - qəhrəman kişi tipidir. O, igidliyi, qorxmazlığı, qətiyyəti və əzmkarhğı ilə fərqlənir. Belə kişilərin həyatında qadın- lar əhəmiyyətsiz rol oynayır. Onları yalnız parlaq, gözəl, cazibədar və seksual geyimli qadınlar özünə cəlb edə bilər. Supermenlərə həyatda nadir hallarda təsadüf olunur. Bir çox kişilər sadəcə olaraq həyatda belə kişi obrazım təqlid etməyə çalışırlar.
Donjuan - əsl qadın düşkünü olan, daim yeni qadın axtaran kişi tipidir. Onun üçün əsl sevgi və sədaqətlilik mövcud deyildir. Sanqvinik tipli şair, yazıçı, rəssam, aktyor kimi yaradıcı insanlar
arasında belə kişi tipinə daha çox təsadüf olunur. Donjuan kişi üçün gözəl qadın yaradıcı ilham, lıəyat enerjisi, həyatın gözəlliyi simvo- lu, maddiləşmiş arzu və incəsənət ilahəsi kimi zövq mənbəyidir. Simpatiyaları tez-tez dəyişən belə kişilər sevdikiəri qadınlaria heç vaxt ailə yaratmır, sadəcə olaraq əyləncələrini dəyişirlər. Onlar gö- zəl olur, qadmları yolundan çıxannaq üçün hipnotik təsir giicləri ilə fərqlənirlər. A.S.Puşkin, İ.S.Turgenev, Höte, Bayron və s. kimi bir sıra şair və yazıçılar məhz bu xüsusiyyətlərə malik olmuşlar. Onlar sevdikləri hər bir qadında yeni qadın xüsusiyyətləri axtarır və onla- rın sərhəd bilməyən yeni və fərqli cəhətlərini kəşf edirdilər. Gözəl qadınlar çox asanlıqla donjuanların hisslər qammasına düşərək təslim olurlar. Onu sevdiyini yəqin edən qadınlar donjuanlar qarşı- sında hər hansı vəzifə və öhdəlik qoyduqda, onlar məharətlə aradan çıxmağı bacarırlar.
Kolleksiyaçı - müflisləşmiş donjuan öz “kolleksiyasınf' dol- durmaq üçün tez təsir altına düşən yeni bir qadın axtarışına çıxır. Adətən belə davranış əwəlki qadınla münasibətlərin korlanmasm- dan yaranan incikliklə bağlı olur. Məsələn, donjuanın rədd edilən sevgisi və ya kişi olaraq qadm tərəfındən təhqir edilməsi onda əv- vəlki qadında qısqanchq hissləri oyatmaq üçün yeni və daha cazibə- dar qadını öz toruna salmaq motivini gücləndirir. Kİşi bununla əv- vəlki qadına dərs vermək, necə bir səhvə yol verdiyini sübut etmək istəyir. Kolleksiyaçı kİşi seksual baxımdan hərisdir. Ayrıca mənzildə yaşamağa üstünlük verir, qəşəng geyinir, qadınları şirnik- ləndirmək üçün qısa müddət hər şeyə malik olur.