Ailəcanlı kişi - öz ailəsinə, xammına və uşaqlarma hədsiz bağlı olur. Cinsi münasibətlərdə öz xanımırun istəklərinə uyğunla- şır, sədaqətlidir. Onun qocalığım qəbul edir və yeni qadınla münasi- bət qurmağa meyl göstərmir. O, evdə və İşdə çahşqandır, özünə- məxsus hobbisi (avtomobil, balıq tutmaq, ov və s.) olur.
Utancaq kişi- qətiyyətli və enerjili qadın üçün müqabil tərəf- daşdır. Belə kişiyə xammı ana qayğısı ilə yanaşır. Utancaq kişi üçün sevmək qadına rəhmi gəlmək, onu himayə etmək, qorumaq de- məkdir. Adətən belə kişilər ailədə “ayaqaltı” olurlar. Onlar işdə məsuliyyətlİ, intİzamlı olmaları ilə seçilir, gizli potensialları ilə fərqlənirlər. Belə ərləri olan qadmlar ailədə hakimiyyəti ələ aldıqda onların ərləri ya bununla barışır, ya da ailəni tərk edirlər.
Qadmlar da psixoloji cəhətdən kişilərlə davranış baxımmdan şərti olaraq beş əsas tipə bölünür. Qadın tiplərini bilmək hər bir kişiyə öz gələcəyini proqnozlaşdırmaq və gələcək uğurlu ailə həyatı üçün optimal tərəfdaş seçimində olduqca vacibdir.