Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə54/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Qadın - ana tipli qadınlar ailə qurduğu tərəfdaşın yaşı ilə uy- ğunluğun olub-olmamasından asılı olmayaraq, həmişə özünü tənha hiss edir. O, ərini öz uşağı kimi himayə edir, ona rəhmi gəlir, daim ərinin maraq və təlabatlarım özününkündən üstün tutur. Belə qadm uğurlu ailə üçün ən Iayiqli tərəfdaşdır, o, ailədə heç vaxt paroblem yaratmır, əksinə, yaranan problemləri özü həll etməyə çalışır. “Qa- dın-ana” xeyirxah və istiqanlıdır, əri və ailəsi üçün mənəvi dayədir. O, ərinin kariyera yüksəlişi üçün hər cür əzab-əziyyətə qatlaşmağa hazırdır. Kişilər məhz belə qadınlarla ailə qurmağa daha çox önəm verirlər. Bu tipli qadınlar həmişə ailə həyatı qurmağa nail ola bilirlər və onların təhsil səviyyəsi ərləri üçün heç də önəmli olmur. Onlar ərlərini çox sevir, ona pərəstiş edir, yaşca kiçik olsalar da, mənəvi cəhətdən onlarm səviyyəsinə yüksəlməyə çalışırlar. Ər-arvadhq mü- nasibətlərində heç vaxt ərlərini incik salmır, ərinə məmnunluq bəxş etmək üçün hər şeyə razı olurlar. Yüksək alturizm onlar üçün səciy- yəvi xüsusiyyətdir. “Qadın -ana”lar heç vaxt liderliyə can atmır və ailədə müsbət psixoloji iqlim yaratmağı bacarırlar. Belə qadın tipi ailə həyatı üçün son dərəcə gözəl tərəfdaşdır.

Qonaq evinin bəzəyi” tipli qadınlar heç vaxt özündən kiçik tərəfdaşla ailə qurmurlar. Belə qadınlar daim uşaq kimi özlərinə qarşı qayğı və diqqət tələb edirlər, ərköyün və şıltaqdırlar, ərinə, uşaqlarma, ailənin yaşlı üzvlərinə qulluq göstərməkdən boyun qaçı- rırlar. Onlar yalnız özlərini düşünən eqosentristdirlər, həmişə diqqət mərkəzində olmağı sevirlər. Mürəkkəb xarakterli olan belə qadmlar ərlərini yoraraq, təngə gətirərək onu öz iradələrinə tabe etməyi ba- carırlar. Yalnız özlərini, öz rahatlıqları və fıravanlıqları, geyim-ke- cimi, bəzək-düzəyi -barədə düşünən bu tip qadınlar ərlərinin və uşaqlarının səliqə-səhmanına etinasız yanaşırlar. Onlar ərləri üçün yalnız zahiri bəzəkdirlər. Belə qadmların ərini xoşbəxt hesab etmək olmaz. “Qonaq eviııin bəzəyi” tipli qadınlar öz cazibədarlıqlan ilə daim ərlərini özlərinə bağlı vəziyyətdə saxlamağı məharətlə bacanr- lar və onlardan ayrılmaq olmur.

Qadın-dost” tipli qadınlar əwəlki iki qadın tipindən daha müsbət xüsusiyyətlərə malikdirlər. Belə qadınlar ağıllı, sədaqətli, düşüncəli və realistdirlər, onlara etibar etmək olar. “Qadln-dost” öz ərinə həyatda liderliyin dadını duymaq şansı yaratmağa qadirdir. Ai- lədə ərinin nüfuzunu qəbul edir və hörmətini saxlayırlar. Onlar yax- şı sevgili, qayğıkeş ana, etibarlı dost, konfliktlərdən uzaq olmağa çalışan sədaqətli qadın kimi hammın hörmətini qazanmağı bacanr- lar. Güclü xarakter sahibi olan belə qadınlar ərlərinin həyat planla- rına hörmətlə yanaşır, onlara yaxından kömək göstərirlər.

Qansovuran qadın” heç vaxt tərəfdaşın yaşına əhəmiyyət vermir və bu onlar üçün əhəmiyyətsiz məsələdir. Belələrinin nəzə- rində qoca və ya cavan olmağın heç bir fərqi yoxdur. Onların kişi- nin var-dövləti maraqlandırır. Ərinin yaşı kimi təhsil səviyyəsi, və- zifə sahibi olub-olmaması, həyatda mövqeyi də onları üçün əhəmiyyətsizdir. Belələrini düşündürən yeganə amil kişinin faydalı olmasıdır. Ancaq maddi rifah haqqında düşünən belə qadınlar əsl “qansovuran”, zalım hökmdardır. O, ərini daim xidməti nərdivanın yüksək pilləsinə itələyir, nəyin bahasına olursa-olsun gəlirlərinin çoxalmasım arzulayır. Ərlərini öz toruna salmağı məharətlə bacarır, ciddi xarakterə və iradəyə malikdirlər, heç vaxt öz niyyətlərindən əl çəkmirlər. Ailədə intim münasibətlərdə belə qadınlar çox fəaldırlar. Ərlərinin xəyanətini onlar heç də faciə kimi qarşılamır. Bir daha be- lə halın baş verməməsi üçün fəal mövqe tutur, ərinin məşuqəsi ilə döyüşərək onu məğlub etməyi bacarırlar. Evdə yaxşı səliqə-səhman yaradan belələri həm də yaxşı ev sahibəsi ola bilirlər. Onlar özlərin- dən razı görünür, həyatdan nə istədiklərini bilir və onu əldə etməyi bacarırlar. Ərin lider ola bilmədiyi ailələrdə belə qadınlar ailə baş- çısı funksiyasım bacanqla yerinə yetirirlər.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin