Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Cinsi meylin güclənməsinə (hiperseksuallıq)



Yüklə 0,8 Mb.
səhifə57/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Cinsi meylin güclənməsinə (hiperseksuallıq) beynin bir sıra orqanik pozuntularında (proqressiv iflic, qocalıq ağıl zəifliyi, oli- qofreniya və s.) və manikal oyanma zamanı rast gəlinir.

Təhrif olunmuş (qeyri-normal) cinsi meyl pozuntuları seksoloji xəstəliklərdən fərqləndirilməlidir. Belə ki, cinsi meylin qeyri-normal ödənilməsi formaları əsasən psixopatlarda (şəxsiyyətin pozuntuları ilə əlaqədar) rast gəlinir. Bir qayda olaraq, belə şəxslər nəinki həkimə müraciət etmir, eyni zamanda özlərini xəstə hesab etmirlər və həyatları boyu patoloji cinsi meyllərlə yaşamağa həvəs göstərirlər. Bu növ pozuntulara (perversiyalara) homoseksualizm (eynicinsli şəxslər arasında seksual münasibətlərin yaranması), ono- nizm (cinsi meylin süni üsullarla təmin edilməsi), sodomiya və zoofiliya (müxtəlif heyvanlarla cinsi əlaqədə olmaq), pedofiliya (kiçik yaşlı uşaqlara qarşı cinsi meyl), herontofiliya (qocalara qarşı cinsi meyl), nekrofiliya (meyidə qarşı cinsi meyl), fetişizm (əks cinsin paltarlarma, istifadə etdiyi əşyalara qarşı cinsi meyl), sadizm (əks cinsdən olan şəxsə əzab-əziyyət (işgəncə) verməkdən cinsi zövq almaq), mazoxizm (əks cinsdən olan şəxsin verdiyi əzab-əzi- yyətdən (işgəncədən) cinsi zövq almaq), eksqibosionizm (bədəni, o cümlədən, cinsiyyət orqanlarım çılpaqlaşdırmaqdan zövq almaq) və s. aiddir.

Həzzalmada obyektin cinsinə görə faktiki olaraq kənaraçıxma halı olan homoseksualizm bir çox xarici ölkə mütəxəssislərinin fik- rincə, qeyri-tipik seksual davranışdır. Onların fıkrincə, bu və ya di- gər seksual kənaraçıxmanm qeyri-patoloji formalarına və ya pato- logiyaya aid edilməsi bir çox cəhətdən vəziyyətin ağırlığı, dərinliyi və onu həyata keçirən şəxsin təlabatlarımn ictimai təhlükəlilik də- rəcəsi ilə müəyyən olunur. Normadankənar seksual təzahürlər normal cinsi həyata tam və ya qismən mane olan, tərəfdaş münasi- bətlərinə pozucu təsir göstərən, zəruri seksual məmnunluğu təmin etməyən, qarşı tərəfdən alət kimi istifadəyə yönəlmiş, ona fiziki və mənəvi əzablar verən, ictimai əxlaqı təhqir edən, hüquqa zidd və ic- timai cəhətdən təhlükəli hərəkətlər kimi seksual pozğunluqlar sırası- na aid edilir.

Seksual münasibətlərdə kənaraçıxmaların yaranması mexaniz- minin dəqiq elmi izahı mükəmməl olmasa da, bu barədə bəzi nəzə- riyyələr mövcuddur. Daha çox əsaslandırılan nəzər-nöqtəsinə görə, seksual kənaraçıxmalar fərdin psixoseksual inkişafınm ilkin mər- hələlərində psixoloji reqressiya və disfunksiyaya məruz qalmasıdır. Seksual davramşın və ehtirasın belə devianttəzahürlərinin formalaş- ması seksuallığın meydana gəldiyi yeniyetməlik dövründə formala- şan şərti-reflektor rabitələrlə şərtlənir. Ona görə də patologiyanın norma və sərhədlərini heç də həmişə dəqiq müəyyən etmək olmur. Əgər hansısa qıcıqlandırıcı (bədən üzvü, iy, geyim əşyaları, musiqi və s.) güclü cinsi oyanma ilə birləşər və orqazmla möhkəmlənərsə, onlar intim yaxmlıq zamam gələcək daimi assosiasiyanı gücləndirən stimula çevrilir.

Əgər cinsi məmnunluq üçün belə qıcıqlandırıcılar zəruri şərtə çevrilirsə, bu artıq deviasiya, yəni, kənaraçıxmadır. Seksual devia- siyalar insana müxtəlif cür təsir edə bilər. Bunlardan bəziləri fərdin daxili konfliktlərinə çevrilərək nevrotik dalğınlıqlara səbəb ola bi- lər. Bu hala daha çox sadomazoxist meylli transvertizm və fetişizm patologiyalarında təsadüf olunur. Seksual daviasiyalardan fərqli ola- raq, seksual perversiyalar (cinsi pozulmalar, parafıliyalar) cinsi həzzalmanm istiqamətinin və ya təmin edilməsinin patoloji qüsuru- dur. Hər şeydən əwəl ona bütün seksual deviasiyalar -cəmiyyətdə hökmran olan cinsi davranış modellərindən kənaraçıxmalar, yəni in- sanın istənilən seksual təlabatı və hərəkətlərinə aid kənara çıxma halları aid edilir. Qədim dövrlərdə belə hərəkətlər psixi pozğunlu- ğun və digər xəstəliklərin təzahürləri hesab edilir, bütün hallarda əx- laqi nöqteyi-nəzərdən pislənilirdi.

Patoloji seksual davramş formalarınm ilk dəfə elmi əsaslarla müəyyənləşdirilməsinə P.Kraft-Ebinqu təşəbbüs göstərmişdir. Onun fikrincə, patoloji seksual davranışa fərdin təbii cinsi həzzalmalarınm və cinsi instiktinin bütün normadankənar təzahürləri aid edilməlidir.

Müasir dövrdə' seksoloqların əksəriyyətinin qənaətinə görə, seksual pozğunluqlarm bir qismi açıq-aşkar patoloji xarakter da- şıyır. Məşhur polyak alimi K.İmelinski parafiliyanm iki spesifık əlamətini göstərmişdir.

  1. Təngəgətirmək, məcburetmə, seksual fəallığı yalnız zorakı formada reallaşdırmaqla bədən təmasının yaradılımasında əks olunan pozğunluqlar.

  2. Cinsi tərəfdaşla yaxmlıq aclığının olmaması və onun müəyyən seksual xarakterli hərəkətlərlə əvəzləmək cəhdləri.

Beləliklə, qeyd etmək lazımdır ki, parafıliya dərin tərəfdaş əlaqələrini istisna edir. Burada cinsi tərəfdaş seksual qıcıqlandırıcı, anomal cinsi pozulma üçün stimul kimi qavranılır. Parafıliyadan əziyyət çəkən şəxslər cinsi əlaqənin nizamsızlığı, anonimliyi və tə- zahürləri ilə xarakterizə olunurlar.

A.A.Tkaçenko çoxsaylı tədqiqatları ümumiləşdirərək pafiliya- lı şəxslərlə seksual əlaqələrdə üstün görünən bir sıra spesifık xüsusi- yyətləri fərqləndirir. Parafil aktlar üçün tərəfdaş yalmz zahiri sek- sual oyanma yaradan simvollar əsasında seçilir. Bütün hallarda tə- rəfdaşlann ehtiyac duyduğu fərdi, şəxsi hissləri və istəyi nəzərə alınmır. Parafıl cinsi əlaqə üçün obyektin seçilməsində müəyyən yaş və ya bədən quruluşu, paltarm xüsusiyyətləri, saçm rəngi, qızıl, daş-qaşla zənginliyi, kosmetika və s. formal meyarlar kimi əsas götürülür. Burada qızlardan gələn ətir və ya alkoqol iyi tərəfdaşın zorlanmasına və ya çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirilməsinə də səbəb ola bilər.

Əksər hallarda parafıliyah şəxslər seksual əlaqələrə oxşar ri- tuallar və senarilərlə, hətta parklarda, lift kabinələrində başlayırlar. Belə şəxslərin cəmiyyətdə sosial əlaqələri zəif olur. Onların seksual yaşantılan özləri üçün ağrılı vərdişə çevrilir, tədricən sosial yarar- sıziıq hissləri təşəkkül tapmağa başlayır, seksual gərginlikdən azad olduqdan sonra onlarda təəssüratların daxili ikiləşməsi baş qaldınr. Seksual patologiyanm ağır formalarından biri homoseksualizmdir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin