Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə58/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Homoseksualizm - seksual homogender oriyentasiyası olub, öz cinsindən olanlarla seksual-erotik həzzalma ilə səciyyələnən hadisədir.

XIX əsrin ortalarına qədər “homoseksualizm” terminindən eyni cinsdən olan şəxslər arasında seksual fəalhğı və əlaqələri( yal- mz cinsi həzzalma ilə deyil) adlandırmaq üçün istifadə olunurdu.

Heteroseksualhq isə insanların böyük əksəriyyətinə aid olan fe- nomendir. Bu, uşaq doğmanın əsasını təşkil edir, insan nəslinin da- vam etməsini təmin edir və buna görə də, bioloji baxımdan tamami- lə məqsədəuyğun hesab olunur. Lakin bütün dövrlərdə və bütün xalqlarda həmişə bircinsli məhəbbətə üstünlük verən kişilər və qa- dınlar olmuşdur. Müxtəlif müəlliflərin qənaətinə görə, yer üzərində homoseksuallların sayı kişilər arasında 1%-dən 4%-dək, qadınlar arasında isə 1%-dən 3%-dək olmaqla dəyişir. Qeyd etmək lazımdır ki, homoseksuallıq birmənalı hadisə deyildir. Bəzi hallarda öz cin- sindən olanlarla həzzalma yuxugörmələr və fantaziyalarla məhdud- laşıb qalır və heç vaxt həyatda reallaşmır. Əksər hallarda isə mü- əyyən şəraitdə bu, vahid homoseksual cinsi əlaqələr şəkündə həyata keçirilir. Bunlardan başqa cinsi patologiyamn digər təzahürləri də mövcuddur:

  • subyekt ayrı-ayrı vaxtlarda hər iki cinsdən olan şəxslərlə seksual münasibətlərə daxil olur və onların hər ikisi onun üçün bə- rabər ölçüdə cəlbedici olur;

  • homoseksual əlaqələr daha üstün hesab edilir;

  • öz cinsindən olan subyektlə seksual əlaqələr şəxs üçün yega- nə mümkün həzzalma mənbəyi olur.

Mütəxəsislər homoseksual yönəlişliyin başlıca üç mərhələsini fərqləndirirlər:

  • öz cinsindən olana düşüncəli ilk maraqdan başlamış, özünün homoseksual olması haqqında ilk şübhənin yaranmasmadək (kişilər 14,6 , qadmlar 18, 2 yaş);

  • özünün hemoseksuallığı barədə ilk şübhələrdən ilk homo- seksual əlaqəyədək (kişilər-16,7 yaş, qadınlar 19,8 yaş);

  • ilk homoseksual əlaqədən özünün homoseksuallığma inamın yaranmasından və uyğun həyat üslubunun əldə ediləməsinədək (kişilər -19,0 yaş, qadınlar 20,7 yjış).

Rol davranışma görə seksopatologiyada homoseksuallığın ak- tiv və passiv formaları fərqləndirilir. Aktiv homoseksualhqda cinsi əlaqə zamanı tərəfdaşlardan biri fəal (kişi) rol oynayır, ikinci tərəf isə passiv (qadın) rolunu yerinə yetirir. Müasir homoscksuallar arasında rol bölgüsünə nadir halda təsadüf olunur. Belə ki, tərəf- daşlar biri-birilərinə daha çox həzz bəxş etmək üçün rollarını dəyi- şirlər. Seksual əlaqə zamanı homoseksuallar qarşılıqlı orqazm, ma- sturbasiya üçün sitimulyasiya yaradan əxlaqa zidd ən iyrənc hərə- kətlərdən istifadə edirlər.

Heteroseksuallara (müxtəlif cinsdən olanlar) nisbətən ho- moseksuallar arasında cinsi əlaqələrin sayı orta hesabla daha çox olur. Onların bəziləri, hətta cinsi fəallıq zamanı 100 və daha çox tərəfdaşla əlaqəyə daxil olurlar. Homoseksualların cinsi əlaqələrinin diapozonu kifayət qədər genişdir. Buraya uzunmüddətli monoqam əlaqələrdən (homoseksual nikahlar) tutmuş, qrup seksinədək daimi və təsadüfı ən müxtəlif əlaqələr daxildir. Əxlaqi və dini normalarla bir araya sığışmayan və ağlabatmaz bu cinsi əlaqə forması təbii yol- la həyata keçirilən, ulu qüdrətin yol verdiyi əlaqədən tam şəkildə fərqləndiyinə görə, mənəviyatsızhqdır, bir çox xəstəliklərə aparan yoldur.

Homoseksuallar xəstə insanlardır. Onlar təbii yolla cinsi həz- zalmadan uzaqdırlar. “Cinsi azlıqlar” adlandırılan homoseksuallar arasında nikaha Danimarkada, Norveçdə, İsveçdə, Hollandiyada, Fransada və s. ölkələrdə rəsmən “qeydə alınmış tərəfdaşlıq” kimi yol verilir. İslam dini homeseksuallığı qəti şəkildə pisləyir və mənə- vi pozğunluq kimi məhkum edir.

Din tarixinə nəzər saldıqda bircinsli “məhəbbətin” insan po- pulyasiyasının ən qədim dövrlərində də mövcud olduğu fıkrini söy- ləmək mümkündür. Xristian dini rəvayətinə görə Sodoma və Ho- morranm sakinləri mavi ehtiraslara mübtəla olmuşdular və az qalmışdı ki, mələkləri zorlasınlar. Qəzəblənən Allah onların üzərinə göydən mis və alov yağdırdı. Müqəddəs apostollar Pyotr və Paveli “yalançı kişilər” saydılar və günahlarına görə əbədi yaşamalarım yasaq etdilər. Allah onlara lənət etdi.

Homoseksualizm haqqında ilk məlumatlar e.ə. 2 min 500 il əvvəl Qədim Misir papiruslarmda aşkar edilmişdir. Homoseksual əlaqələrin Afrika, Asiya və Amerikanm ibtidai xalqlarında da möv- cud olaması haqında məlumatlar vardır. Bu münasibətlərin xüsusi kultuna Qədim Yunanıstanda da təsadüf olunurdu. Burada qadm ho- moseksualizmi “leysbi məhəbbəti” və ya Lebos adasında yaşayan qədim yunan şairəsi Safonun adı ilə “safızm” adlanırdı. Qədim yunanlar yaşlı subay kişilərlə subay gənc oğlanlar arasında ho- moseksual münasibətlərə nəinki yol verir, hətta onu təqdir edirdilər. Qədim Ellinizim dövründə uşaqbazlıq seksual və sosial himayə forması idi. Sevdiyi şagirdi üçün cəngavər kişi öz üzərinə cəmiyyət qarşısına öhdəlik götürürdü. Hətta məşuqə şagirdlərdən məğlu- bedilməs “müqəddəs dəstələr” yaradılırdı. Bu faktı yunan filosofu Ksenofon da “bir-birini sevən döyüşçülərdən güclü falanqalar yox- dur”!- deyə təsdiqləyirdi.

Spartada hər bir 12 yaşlı oğlan cəngavərliyi yaşlı və təcrübəli döyüşçüdən öyrənirdi. Spartahlar belə ittifaqı nikah kimi qəbul edirdilər. Əgər gənc döyüş meydanmda qorxaqlıq göstərərdisə, onun xələfini, yəni ustad döyüşçünü cəzalandırırdılar. Sparta ənənə- lərinə görə, gəncin bədənində tüklər çıxmağa başlayandan sonra ho- moseksual nikah qeydə alınırdı. Qədim yunan homoseksual nikah- larında rol funksiyalan ciddi şəkildə bölünürdü. Gənc oğlan “qadın” (tabe vəziyyətdə olanın simvolu) yaşlı kişi isə aktiv (kişi) rolunu yerinə yetirirdi.

Qədim Romalılar kişiliyi hər şeydən yüksək dəyərləndirir- dilər. Yuli Sezarla çar Vifin Nikomedin birgə yaşayışı Roma impe- ratorunun gələcəyinin rəmzi idi. Romalılar Sezarı homoseksuallığa

görə yox, mavi alyansda qadın rolunu passiv yerinə yetirdiyi üçün söyürdülər. Qədim Romada kişiləri və qadınları dirəklərə bağ- layaraq onlar üzərİndə homoseksual hərəkətləri nümayişkaranə icra edirdilər.

Homoseksuallığa aid ilk hüquqi qanunlara Vizantiya impera- toru Yustinin və Vestqot krallığının (VI əsr) qanunlar toplusunda rast gəlinir. İlkin orta əsrlər dövründə də feodal silkində homosek- sualizm geniş yayılmışdı.

  1. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi və nikaha hazırlıq sosial-psixoloji problem kimi

Cinsi tərbiyənin məqsədi şəxsiyyəti düzgün tərbiyələndirmək, ictimai və əxlaqi normaları, öziinün psixoloji və fızioloji xüsusiy- yətlərini dərk etmək və buna görə öz cinsi ilə müqabİl cins arasında optimal münasibət yaratmağa kömək etməkdir. Cinsi tərbiyə, icti- mai-əxlaq prinsipləri və gigiyenik tələblərə uyğun olaraq inkişafda olan şəxsiyyətlərə -kiçik oğlan və qızlara, gənc oğlanlara və qızlara gəldikdə, isə yalnız kişi və qadın rolunu deyil, həm də ər-arvad,ata və ana olmaq rolunu mənimsənilməsinə kömək etməlidir. Cinsi tərbiyənin, ümumiyyətlə, tərbiyə kimi nə şəkildə və nə həcmdə, ya- şa müvafıq olaraq uşağın şüuruna nə çatdıracağı, tərbiyəçi tərə- fındən nəzərə alınmalıdır. Düzgün cinsi tərbiyə vermək üçün böyük yaşlılar uşağın seksual inkişafımn bütün dövrlərini və seksuallığın normal və patoloji təzahürlərini bir-birindən seçə bilməlidirlər.

Cinsi tərbiyəni də başqa tərbiyə formalan kimi mümkün qədər tez başlamaq lazımdır. Demək olar ki, o, uşağın həyatınm 7-8-ci günlərindən başlayır, ona görə ki, doğum evindən körpəni onun cin- sinə müvafıq -oğlanı mavi, qızı çəhrayı və ya qırmızı yorqançaya büküb evə aparırlar. Deməli, elə buradan körpəyə cinsə görə fərq qoyulur və bu gündən onlara münasibət və cinsə müvafıq şəkildə olur. Üç yaşına çatmış uşaq artıq özünün hansı cinsə mənsub oldu- ğunu dərk edir. Üç yaşlı qızınm saçlarını darayıb hörən və saçmın ucuna qırmızı lent bağlayan ana: -“Ah, sən necə də gözəl qızsan, bu lent sənə necə də yaraşır” və yaxud 5 yaşlı oğlunu uşaq bağçasına aparan ana yolda oğluna: -“Axı, sən kişi qırığısan, gərək qızları incitməyəsən, onlan müdafıə edəsən”- dedikdə, onların heç biri öz kiçik yaşlı uşaqlarına cinsi tərbiyə verdiklərini yəqin ki, dərk etmirlər. Amma bu, həqiqətən cinsi tərbiyənin təməlidir.

Uşaqların seksual məsələlərə aid sualları valideynləri, xüsu- silə, qorxudur. Amma belə suallardan qorxmaq, cavab verməkdən yayınmaq lazım deyil, onlar təbiidir və uşağın “pozulduğunu” gös- tərmir. Alman alimi P.Noybertin məlumatına görə, 5-7 yaşlarmda uşaqlar doğulmaq haqqında, 6-8 yaşlarında isə atanm rolu haqqında onları maraqlandıran məlumatları bilməlidirlər. Tədqiqatçılar müəy- yən etmişlər ki, uşaqlar 5 yaşında özlərinin haradan əmələ gəl- diklərini, 6-7 yaşlarında isə “anasının qamına” haradan düşməsini və atanın bu məsələdə roluna maraq göstərirlər.

Cinsi həvəs cinsi yetişmə dövründə orqanizmdə yaranan yeni bioloji təlabatların təzahürü kimi formalaşır. 11-12 yaşlarında oğlan və qızlar əlverişli şərait yarandıqda, bir partada oturur, bir yerdə söhbət edir, oynayır, müxtəlif tədbirlərdə həvəslə iştirak edirlər. Bu, 12-13 yaş üçün də səciyyəvidir. Lakin əwəlki yaşdan fərqli olaraq

  1. 13 yaşında oğlan və qızlar qrup halında oynamaq, söhbət etməklə yanaşı, təklikdə oynamağa, ünsiyyətə qoşulmağa və s. daha çox meyl edirlər.

Aşağı siniflərdə uşaqlar yaya da hir yerdə çimirdilər; gölün sahilində həvəslə qaçır, həm qumdan müxtəlif tikintilər qurur, suda oynayırdılar. Lakin qızlar üçüncü sinfı bitirdikdən sonra təkliyə can atmağa başladılar. Oğlanlar qızların onlarla çimmək istəmə- mələrinin səbəbini başa düşmürdülər... Sanki oğlanların hələ dərk etmədikləri şeyi onlar başa düşürdülər. Qızlarda analıq müdrikli- yinin məhz bu oyanması tərbiyəni asanlaşdırır” [42,s.83]

Yeniyetmə oğlanların qızlarla dostluğu valideynləri həyəcan- landıran səbəblərdən biridir. Məlumdur ki, insanda ilk sevgi də yeniyetmə yaşlarında baş verir. Bu zaman valideynlər çətinlik qarşı- sında qalaraq, öz uşaqlarım bu təbii xoşbəxtlikdən qorumağın yollarım bilmirlər. Əlbəttə, əgər bundan əwəlki dövrlərdə valideyn- lər öz oğluna və ya qızına cinsi tərbiyənin əsaslarım, seksual instinktlərin lazımi nöqtədə saxlanmasınm zəruriyyətini öyrətmişsə, narahat olmaq üçün heç bir əsas da ola bilməz.

Oğlanlar 13-14 yaşlarında həddən artıq tez aşiq olurlar. Düz- dür, bu zaman onların istəklərinin sərhəddi öpüşməkdir, lakin his- slərin gərginliyi bununla sakitləşmir. Oğlanlar bu zaman dərslərə qarşı diqqətsiz, sözəbaxmayan və əsəbi olurlar. Həmyaşıd qızlardan fərqli olaraq, onlar seksual xülyalara daha çox qapılırlar. Bu isə erotik yuxular, pollyusiya və masturbasiya ilə nəticələnir.

Hələ kiçik yaşlarından başlayaraq uşaqlarda başqa cinsə qarşı instinktiv maraq yaranır. Əgər qızların qarşısında 8-10 yaşlı oğlan dəcəllik edib onların hörüklərini dartırsa və yaxud dərsini bilən qız tənbəl, pis oxuyan oğlana kömək etməyə çalışırsa, bunları oğlan üçün tərbiyəsizlik və qız üçün nə isə qeyri-adi bir hərəkət hesab etmək düzgün olmaz. Bu sekslə əlaqəsi olmayan və biri-birinə olan instinkt cazibəsində əmələ gələn prosesdir.

Qızlarm oğlanların təklifsiz rəftarına münasibəti, adətən, se- çici xarakter daşıyır. Oğlanlarda cinsi həvəsin təklifsiz neqativ cinsi meyl şəklində təzahürlərinə 13-14 yaşlarda daha çox təsadüf olunur. Bu yaşlarda bəzi oğlan və qızların öpüşməsi hallarına da təsadüf olunur. Ə.Ə.Əlizadənin qeyd etdiyi kimi, böyük məktəbli yaşı dövründə oğlan və qızlarm əksəriyyətinin məhəbbəti “fıziki hiss” hesab etməməsi heç də təsadüfı deyildir. Məktəbli yaşı dövründə cinsi həvəsin inkişafında iki mərhələni fərqləndirmək mümkündür. Birinci mərhələdə o, spesifık formalarda təzahür etsə də, ikinci mərhələdə cinsi maraq vasitəsilə tədricən etik-əxlaqi məzmun kəsb edir. Cinsi mövqe formalaşdıqca, yeniyetmə və gənc- lərin əks cins haqqmda təsəwürlərində köklü dəyişikliklər əmələ gəlir. Cinslərin fıziki xüsusiyyətləri uşaqlardan gizlədilsə də, onlar bunu çox tez aşkar edirlər. Ailədə valideynlərin geyimlərinin fərqli, atanın üzünün tüklənməsi, onların səslərindəki fərq, ananm kos- metika ilə məşğul olması, onun süd vəziləri və s. müşahidələr fər- qliliyi uşağa aydınlaşdırır.

Həyatın ilk illərində uşaqlar böyük həvəslə əli ilə cinsi orqan- larını oynadır, qızlar analarını təqlid edərək kosmetika vasitələrin- dən istifadə edirlər. Bütün bunlar əlbəttə ki, seksuallıq əlamətləri ol- mayıb özünə və ətrafa qarşı maraq hisslərindən irəli gəldiyindən bunlara görə uşaqları cəzalandırmaq düzgün deyil. Belə hərəkətlərə görə cəza uşaqlarda həmin hərəkətə marağı daha da artırır.

Qızlarda cinsi həvəs və maraq daha çox romantik məzmun kəsb edir. Onlar üçün cinsi davranış, birinci növbədə, əxlaqi davramş problemidir. Təsadüfi deyil ki, bəzi seksual davramş formaları, məsələn, onanizm halları oğlanlar arasında daha geniş yayılmışdır. Cinsi həyatla bağlı miflər içərisində onanizmin zərərli bir vərdiş olması, əqli geriliyə, görmə və yaddaş zəifliyinə, həmçi- nin, gələcəkdə cinsi zəifliyə, hətta inpotensiyaya səbəb ola biləcəyi haqqında miflər geniş yayılmışdır. Bir çox həkimlər, psixoloq və valideynlər anonizmi amoral (qeyri -əxlaqi- N.Ç.) hadisə kimi qiymətləndirir, iradə zəifliyinin əlaməti hesab edirlər. Statistikaya görə yeniyetmə və gənclərin 70-93%-də bu hala təsadüf olunur. “Onanizm” sözü mifoloji personaj olan “Onan”ın adından götürül- müşdür. Adətən onanizmə oğlanlar 13-14 yaşlarından sonra cinsi enerjini boşaltmaq və süni yolla həzz almaq məqsədilə əl atırlar və bu 4-5 il, yəni cinsi həyatın başlanmasınadək davam edir. Elmi tədqiqatlar masturbasivanın qadınlar arasında geniş yayılmış bir hadisə olması faktını təsdiq etmişdir. Oğlanlarda onanizm ən çox yeniyetmə və gənclik yaşlarında müşahidə olunursa, qadınlarda bu hadisənin baş vermə tezliyi yaşın artması ilə əlaqədar artmağa başlayır ki,bu da adətən ərin impotent olması ilə bağlıdır.

Bununla belə, oğlan (kişi) röyalanna nisbətən qız (qadın) rö- yalarında seksual səhnələr daha çox yer tutur. Lakin bunlar adi rö- yalardır və qətiyyətlə demək olar ki, heç bir seksual xarakter daşı- mır. Cinsi funksiya ilə bağlı olan röyaları oğlan və qızlar 13-14 yaşlarından etibarən görməyə başlayırlar. 13 yaşında oğlanların gördükləri bütün röyaların 2,4%-ni, qızlarda isə 4,6%-ni cinsi ftınk- siya ilə əlaqədar olan görmə səhnələri və duyğuları təşkil edir. Yaş artdıqca cinsi röyalann da mütləq çəkisi artır. V.N.Kasatkinin tədqi- qatlarına görə, 25-35 yaşlarmda onlar maksimum səviyyəyə çatır. Bundan sonra isə cinsi yuxular tədricən azalmağa başlayır.

V.N.Kasatkin bu məsələləri Z.Freydin cinsi röyalar haqqındakı baxışları ilə müqayisəli surətdə nəzərdən keçirmişdir. Röyalann yozul- masına Z.Freyd xüsusi əhəmiyyət verirdi. Onun fikrincə, bütün yaş dövrlərində insanların röyalannda, əsasən seksual elementlər təzahür edir. V.N.Kasatkinin tədqiqatları həmin fikrin əsassız olduğunu göstərir. Onun tədqiqatlanna görə, yaşlı adamlarda röyalarm ümumi miqdannm ancaq 8%-ni cinsi röyalar təşkil edir.

Qadınlann yuxularmda müvafiq görmə səhnələri və cinsi duyğu- lar kişilərə nisbətən tez təzahür etsə də, onlar sonralar tez də yoxa çıxır. Gənc yaşlarmda isə kişi röyalanna nisbətən qadm röyalannda cisni fimksiya ilə bağlı görmə səhnələri və duyğulan daha çox yer tutur. Bu, qadmlarda (qızlarda) cinsi hissin daha çox inkişaf etməsi ilə deyil, onlann ayıq vaxtlannda kişilərə nisbətən müvafiq hissin təmin olun- masının əxlaqi baxımdan qarşısım almaları ilə izah olunur. Bu, qızlann, adətən, ananın nəzarəti altında böyüməsi, bir çox hallarda əxlaqi mülahizələrdən nəşət edən müxtəlif qadağalar vasitəsilə qızların arzu və istəklərinin məhdudlaşdırılması ilə əlaqədardır.

Bundan başqa, qızlar öz imkanlarmı qiymətləndirərkən daha ağıllı və realist hərəkət edirlər. Onlar əksər hallarda özlərinə tənqidi yanaşmağı bacarırlar. Oğlanlar isə çox vaxt hərəkətin özündən artıq onun effekti-ətrafdakı adamlara necə təsir göstərməsi ilə maraq- lanırlar. Oğlanlarda da cinsi həvəs və marağın təzahürləri onların tərbiyəlilik səviyyəsi ilə bilavasitə bağlıdır. Rus pedaqoqu A.S.Ma- karenko “Valideynlər üçün kitab” adlı əsərində qeyd edirdi ki, cinsi tərbiyə, məhz cinsi məsələlərə mərhəmanə ehtiram-ismət tər-

biyəsindən ibarət olmalıdır. Düzgiin olmayan cinsi tərbiyə və mik- rososial mühitin digər mənfı təsirləri yalnız sosiogen retardasiyalara deyil, həm də bütövlükdə uşaq və yeniyetmələrin psixikasımn for- malaşmasında pozğunluqlara səbəb olur. Adətən qızlar seksuallığın formalaşması mərhələsində tərbiyəçilərin hədsiz ayıq-sayıqlığından oğlanlardan daha çox əziyyət çəkirlər. İlk seksual əlaqədə ciddi problemlərlə qarşılaşan kişilər sonralar əks cinslə intim əlaqələrdə psixoloji baryerlərlə qarşılaşmış olurlar. Bu, hər şeydən əvvəl platonik və erotik əlaqələr yarada bilməməklə bağlıdır. Qadını ələ ala bilməmək, utancaqlıq, onun sevgisini qazanmağı bacarmamaq kimi praktik vərdişlər, ünsiyyət çətinliklərinə, əzizləmə və nəvazişə mane olur, bu da platonik səviyyədən erotik səviyyəyə keçid üçün imkan vermir. Psixoseksual inkişafın retardasiyası kişilərə uzun- müddətli cinsi akt üçün əngəl olur, cinsi akt isə çox vaxt eyakulyasi- ya və orqazm olmadan başa çatmış olur. Vaxtından əwəl cinsi inki- şaf, seksuallığın vaxtından əvvəl yaranması cinsi yetişmə nor- masının patalogiyasıdır. Onun səbəblərinə anadangəlmə və ya bey- nin dərin strukturlarımn vaxtından qabaq inkişaf etməsi, sosial amil- lərin patogen təsiri (uşağm yaşlılar və yeniyetmələrlə əxlaqi poz- ğunluğu və s.) aid edilə bilər. Burada psixi pozğunluqların (erkən yaşdan başlanan şizofreniya, davranış pozğunluqları, oliqofreniya və s.) və həmyaşıdlarla ünsiyyəti çətinləşdirən kommunikativ ma- neəiərin güclü təsiri vardır ki, onlar kiçik yaşlarda uşağın seksual aləmə marağını gücləndirir.Əgər belə patologiya 10 yaşadək müşa- hidə oiunarsa, seksual stereotiplərin çərçivədən kənara çıxmasına səbəb olur və gələcəkdə terapevtik korreksiyaya praktik olaraq tabe olmur. Uşaqlarda erkən neqativ seksual meyllər daim fərdi mLişahi- də və nəzarət altında olmalıdır.

Yeniyetmə oğlan və qızlar biri-birilərini qiymətləndirəndə də kişilik qadınlıq etalon və stereotiplərinə istinad edirlər. Bu ba- xımdan oğlanların zahiri görkəmində feminizasiya kimi xarakterizə etdiyimiz cəhətlərə qızların miinasibətləri maraqlıdır. Feminizasiya oğlan uşaqlarında qadın əlamətlərinin əmələ gəlməsinə deyilir. Fe- minizasiya əlamətləri bir sıra hallarda zahiri xarakter daşıyır, uşaqların zahiri görkəmində bu və ya digər dərəcədə aydm nəzərə çarpır. Lakin belə hallar demək olar ki, geniş müşahidə olunmur. Professor Ə.Ə. Əlizadənin qeyd etdiyi kimi, “bir sıra hallarda femi- nizasiya əlamətləri şəxsiyyətin bütün iradi keyfiyyətlərinə nüfuz edir və oğlanların kişi rolunu mənimsəməsi prosesini çətinləşdirir. Bu isə onlarla qızların qarşılıqlı münasibətinə özünəməxsus psixo- loji çətinliklər yaradır”. İlk baxışda bunları standartlaşmış kütləvi davramşın dinamik forması kimi modanın yayılması qanunlan və s. ilə izah etmək olar. Lakin onlann psixoloji mənası və nəticələri əslində daha dərindir. Bu baxımdan feminizasiya effekti haqqmda ciddi düşünmək lazımdır.

Feminizasiya psixoloji baxımdan demək olar ki, tam öyrənil- məmişdir. Bu effektin ətraflı tədqiq olunması nəinki elmi, həm də böyük praktik əhəmiyyətə malikdir. Apanlan müşahidələr göstərir ki, feminizasiya halları kənd uşaqlarına nisbətən şəhər uşaqlarmda daha çox özünü göstərir. Əsasən qız və ya qadın mühitində böyüyən oğlan uşaqlarında feminizasiya əlamətləri daha geniş müşahidə olu- nur. Son zamanlar “məktəbin feminizasiya”ya uğramasından daha çox danışırlar. “Məktəbin feminizasiya”sı-dedikdə müəllim kollek- tivində qadınların əsas yer tutması nəzərə tutulur. Hal-hazırda çalış- dığımız ali məktəbin tələbə mühitini “fenimizasiya” mühiti adlan- dırmaq olar. Belə ki, burada təhsil alan tələbələrin cins etibarilə qızlardan təşkil olunduğu, hətta bəzi qruplarda oğlanların sayca az (cəmi 1-2, yaxud 3-4 nəfər olması), yaxud heç olmaması bizə bu fikri söyləməyə haqq verir. Elə məktəblər vardır ki, onun pedaqoji kollektivi, demək olar ki, ancaq qadınlardan ibarətdir. Apanlan bir tədqiqat zamanı orada dərs deyən qadın müəllimin, həm də kiçik məktəbli oğlan və qızların hansı rəngi xoşlamasını öyrənmişlər. Mə- lum olmuşdur ki, oğlanlar məhz qadın müəllimin xoşladığı rəngləri xoşlayırlar. Bununla belə, feminizasiyamn başqa səbəbləri haqqında da düşünməmək olmaz. Bir çox oğlan uşaqları ən yaxşı halda idman oyunlarında tamaşaçı kimi iştirak edir və əslində idmanla məşğul olmurlar. Bəzi ailələr-də oğlan uşaqlanmn əzizlənməsi halları müşa- hidə olunur. Bu oğlanlarda “kişi” xarakterinin formalaşmasına mən- fı təsir göstərir. Aydm məsələdir ki, seksual davranış şablonlarımn formalaşmasını yalmz cinsi meylin təzahürləri ilə məhdudlaşdırmaq olmaz. Onun psixoloji mənası daha genişdir. Seksual davramş şab- lonları, eləcə də zərərli adətlər ünsiyyət prosesində müxtəlif cinsli və yaşlı adamlar vasitəsilə mənimsənilir. Seksual davranış şablonla- rının formalaşmasınm mühüm mexanizmlərindən biri təqlidlə bağlı- dır. Təsadüfi deyildir ki, masturbasiya, esgibisionizm, vizionizm, homoseksualizm və s. haqqında müəyyən təsəwürə malik olan uşaqların 50%-i onları bilavasitə müşahidə etmişdir. Bu cəhətdən müvafıq oğlanlar və ya qız qruplannm rolunu da xüsusi qeyd etmək lazımdır. Kiçik uşaqlar valideynlərin laqeydliyi və ehtiyatsızlığı üzündən şahidi olduqları seksual hadisələr haqqında yoldaşlarına ağız dolusu danışırlar. Uşaqlar arasında seksual davranış şablon- larımn və zərərli adətlərin yayılmasında pozulmuş uşaqlar xüsusilə mühüm rol oynayırlar. Bununla əlaqədar olaraq bir cəhəti ayrıca qeyd etmək lazımdır. 6-11, eləcə də 11-14 yaşlarında bəzi qızların pozulmasmda rəfiqələri ilə yanaşı nisbətən yaşlı oğlanlar, 25-30 yaşlı gənclər, tək qocalar, eləcə də ailənin yaxın qohumları və dost- ları mühüm rol oynayırlar.

  1. N.Çausun fikrincə, dərslərdən geri qalan oğlanlar diqqəti cəlb etmək, cavab reaksiyası doğurmaq məqsədilə qızlann kitabım götürür, yavaşca onlara toxunurlar. 11-12 yaşlarında oğlanlara “sataşmaq” meyli yalmz dərslərindən geri qalan və “kifir qızlar” üçün deyil, oğlanlara müsbət emosional münasibət bəsləyən qızların əksəriyyəti üçün də səciyyəvidir. Oğlanlann qızları başa düşməməsi zəminində cavab reaksiyaları doğurmaq meylinin nisbətən kobud formalarda təzahürü təbiidir. 12-13 yaşlarında da oğlanlarm diqqəti- ni cəlb etmək meyli qızların müsbət emosional münasibətlərinin əsas cəhətlərindən birini təşkil edir. Lakin 12-13 yaşlarında qızlarla oğlanlar arasında münasibətlər müəyyən qədər formalaşdığı üçün artıq, oğlana “sataşma” hallarma az təsadüf olunur. Qızlarda oğlan- lara qarşı ehtiyatlı münasibət -qız münasibəti yaranmağa başlayır.

Beləliklə də, qızlarda bir tərəfdən özünə qarşı, digər tərəfdən oğlanlara qarşı tələbkarlıq artır. Onlar öz hərəkətlərini etik baxım- dan qiymətləndirib məhdudlaşdırdıqları kimi, oğlanlardan da qız şəxsiyyəti ilə hesablaşmağı tələb edirlər. Qızlar şübhəsiz ki, müəy- yən çərçivə-xüsusilə rəsmi (konvensial) rol daxilində oğlanlarla ya- xmlıq edirlər. Oğlanlarla, yeri gəldikcə, incə zarafat edir, bəzən, on- lara sataşır, hətta ayrı-ayrı hallarda , məsələn, oğlanın paltarı batdıq- da, barmağı yaralandıqda bir növ nəvaziş göstərirlər. Lakin bütün hallarda, artıq, qızlar oğlanlarla öz aralarında müəyyən psixoloji məsafə saxlayırlar. Məktəb yaşlannda sevgi artıq çoxdandır ki, qa- dağan olunmayan məsələdir. Bu çətin və həmişə kəskin mövzuya həsr olunmuş heç də az kitab çap olunmamışdır. [76,s. 129]

Zahiri effektlər yeniyetmə qızlar üçün oğlanların diqqətini cəlb etməyin əsas vasitəsidir. Böyük məktəbli yaşı dövründə isə qız- lar oğlanları zahiri effektlərə nisbətən özlərinin ağır hərəkətləri, dü- şünülmüş davramşları, təlim və yaradıcılıq müvəffəqiyyətləri ilə da- ha çox heyrətləndirirlər. 11-12 yaşlarmda qızlarla müsbət emosional münasibət bəsləyən oğlanlann da davranış və rəftarında mühüm də- yişikliklər müşahidə olunur. 12-13 yaşlarmda qızlara müsbət emosi- onal münasibət bəsləyən oğlanlar onlarla fəal ünsiyyət formaları axtarırlar. Oğlanlar qızlar qarşısında özlərinin güclü və “qəhrəman” olduqlarını göstərməyə çahşırlar. Digər tərəfdən, oğlanlar hər işdə birinci olmağa çahşır, bəzən heç kəsdən qorxmadıqlarını sübut et- mək üçün intizamsızlıq edirlər.

  1. 14 yaşlarında oğlanların qızlara müsbət emosional müna- sibətində yeni cəhətlər meydana çıxmağa başlayır. Oğlanlarda cinsi mövqeyin, əks cins haqqmda təsəwürlərin və mühüm əxlaqi anla- yışlann təşəkkülü onlarm münasibətlərində də əks olunur. Oğlan- larm əksəriyyəti başa düşür ki, qızlarla oğlan kimi rəftar etmək ol- maz. Oğlanlar qızların diqqətini cəlb etmək üçün kobud hərəkətlərə demək olar ki, yol vermirlər. Onların qızlara münasibətlərində nəva- zişli hərəkətlər meydana çıxır. Oğlanların qızlara kömək etməsi hal- larına 13-14 yaşlarında daha geniş təsadüf olunur.

Ərlə arvad cütlüyü arasındakı münasibətlərə və ailə həyatının xarakterinə nikaha daxilolma motivləri müəyyən təsir göstərir. On- ların dərk edilməsi ailə həyatına etik- psixoloji hazırlığın mühüm göstəricisidir. Gənc qızlar ərə getməzdən əwəl ailə işlərinə görə ca- vabdeh olacağı barədə düşünməli və bu məsuliyyəti dərk etməlidir- lər.

Böyük məktəbli yaş dövründə oğlanların qızlara münasibəti qarşdıqlı hörmət, kömək və tələbkarlıq prinsipi əsasında qurulur. Göründüyü kimi, böyük məktəbli yaş dövründə qızla oğlanın yoldaşlıq və dostluğu yeni məna kəsb edir: onlarda qıza qız və ya oğlana oğlan münasibəti deyil, insan münasibəti təşəkkül tapmağa başlayır. Böyük məktəbli yaş dövründə onların qarşılıqlı münasibə- tinin məzmun və forması məhz bu “səmərəli toxumun” inkişafı üçün yaradılan şəraitdən asılıdır.

Erkən gənclik yaş dövründə oğlanların da həyat hadisələrinə münasibəti dəyişilir, başqa adamın daxili aləmi ilə daha çox maraq- lanan oğlanlar qızların ekspressiv davramşına xüsusi diqqət yetir- məyə başlayırlar. Bu, qızlarla münasibət sahəsində oğlanların emo- sional həssaslığınm artması üçün şərait yaratdığı kimi, onların özlə- rinin hisslərini idarə etməyi, onları gizlətmək və pərdələmək bacarı- ğına yiyələnməsində də az rol oynamır. Böyük məktəbli yaş döv- ründə oğlanlar qızlarla rəftar qaydalarım mənimsəyir, ayrı-ayrı psixi halətləri nəzərə almasaq, onlarla müəyyən takt çərçivəsində rəftar edirlər. Oğlanlarda təşəkkül edən namus, həya, ləyaqət, qadına hör- mət hissi onların qızlara münasibətlərinin əsas istiqamətlərini təşkil edir, davranış strategiyası və takrtikasınm, əsas cəhətinə çevrilir. Lakin bir çox cəhətdən oğlan mərifəti qız mərifətindən köklü surətdə fərqlənir. Qədim Şərq nağılları olan “1001 gecə”də deyilir ki, “qız övladınm acı dilliyi yuyulması mümkün olmayan rüsvayçı- lıqdır”.

İnsan bir insan kimi yalnız özünün insana münasibətində mövcuddur”. Bu ümumbəşəri xüsusiyyət insan məhəbbətində xü- susi məna kəsb edir. Məşhur rus psixoloqu S.L.Rubinşteynin qeyd etdiyi kimi, insan başqa insanların məhəbbətində özünün əsil insan həyatını əxz edir, çünki o, “bu zaman başqa insan üşün mövcud olmağa başlayır”.

Rəğbət hissi oğlan və qızlarda əks cinsin nümayəndəsinə qar- şı yaranan seçici emosional münasibətin özünəməxsus ifadəsidir. O, ayrı-ayrı hallarda hələ məktəbəqədər və kiçik məktəbli yaş döv- ründə təzahür etsə də, uşağın emosional həyatınm xüsusi bir sahəsi kimi ilk dəfə yeniyetməlik dövründə formalaşır və onun mənəvi inkişafına mühüm təsir göstərir.

Rus psixoloqları V.A.Krutetski və N.S.Lukinin fikrincə, yeni- yetmə yaşında rəğbət hissinin əhəmiyyətini şişirtmək olmaz.VI-VII siniflərdə, bəzən də V sinifdə şəxsi rəğbət hissinə, hətta gizli və ya aydın ifadə edilməyən ilk rəğbət hissinə az təsadüf edilmir.

Psixoloji tədqiqatlar rəğbət hissinin aşağıda qeyd oiunan 3 əsas xüsusiyyətini fərqləndirməyə imkan verir: 1. Rəğbət hissi emosional qiymətə əsaslanır. 2. O, əsasən birtərəfli hiss kimi təşəkkül edir və yalnız bəzi hallarda dostluq -məhəbbətə çevrilir. 3.Rəğbət hissi sabit hiss deyİldir, başqa söziə, getdikcə onun intensiviiyi azahr.

Rəğbət hissi, adətən, ilk təəssürat əsasmda birdən-birə əmələ gəlir. Bir çox hallarda rəğbət hissi qəribə motiviərlə bağiı oiur. Bə- zən sadəcə olaraq oğlanın ‘'bahalı telefon gəzdirməsi, saç düzümü”, qızm “qəşəng paltar geyinməsi” rəğbət hissinin formalaşmasım şərt- ləndirir.

Qızları qüvvətli, cəld və cəsur oğlanlar daha çox cəzb edir. Onlar suda boğuian uşağı xilas edən, ən çətin və təhlükəli işləri mə- harətlə görən oğlanlardan heyran-lıeyran danışır, müxtəlif yollarla oğlanların diqqətini cəlb etməyə başlayırlar: oğlana xüsusi mehri- banlıq göstərir, ona qayğı ilə yanaşır, sinifdə xoşladıqları oğlanı güciü və qüwətli olduğuna görə açıq surətdə tərifləyirlər və ya mü- dafıə edirlər. Oğlaniann rəğbətini isə ən qəşəng və istedadlı qızlar deyil, ən fəal və oğlan qrupuna ən diqqətli olan qızlar qazanıriar. Bunun sayəsində bəzi qızlar az qala birdən sinfin bütün oğlanlarının hamısının müəyyən rəğbətini qazanmağa müvəffəq olurlar.

Dostluq-məhəbbət məktəblilərin emosional həyatmda xüsusi yer tutur. O da rəğbət hissi kimi oğlanlarla qızların bir-birinə seçici münasibətlərini ifadə cdir. Lakin dostluq-məhəbbət rəğbət hissinə nisbətən mürəkkəb hiss olub, özünün aşağıda qeyd olunan əsas xü- susiyyətləriııə görə ondan fərqiənir: I. Dostluq -məhəbbət emosio- nal qiymət əsasında təşəkkül etsə də, mahiyyət etibarilə etik və este- tik qiymətlərə istinad edir. 2. O, qarşılıqlı hiss kimi fəal ünsiyyət formalarında ifadə olunur. 3. Dostluq-məhəbbət davamlı hissdir.

Ə.K. “Xatirə dəftərində” insanların “müxtəlif və rəngarəng” olduğunu qeyd edərək, belə bir sualla rəfıqəsinə müraciət edir. “Ürək-dən keçəni duymaq olarmı?” O, müxtəlif insan tiplərini xa- rakterizə edərək yazır: “Elə insanlar var ki, qaşı da, gözü də qara- dır, sifəti elə bil ay parçasıdır. Lakin onunla bircə saat həmsöhbət olanda, adamın qəlbi açılır, üzü gülür. Yüz illərdən qalma çinarlar kimi boylu-buxunlu insanlar da var. Lakin dindirəndə görürüsən ki, nə əqli, nə də kamalı var ”. O, rəfıqəsinə məsləhət görürdü ki, heç kəsə “gözəldir ”, “qəşəngdir ” -deyib kimsəyə ürəkdən könül vermə- sin. tnsan gözəllik vurğunu olsa da, sən gözəlliyi batində axtar”. [10,s.68] Görkəmli psixoloqun tədqiqatına söykəndiyimiz yu- xarıdakı nümunə ilə uşaq poeziyasının aşağıdakı şah misraları ilə ruhi bağlılıq vardır:

Adam var yanmda dursan bir qədər,

Büsbütün dağılar, dərdin, məlahn.

Adam var bir kəlmə damşsa əgər,

Dəymişin durmişkən tökülər kalın.

Gözəl damşıq və rəftar insanm bəzəyidir.

Yeniyetmə və gənclik arasında şəxsi -intim münasibətlərin yaranmasında görüş situasiyalarımn önəmli rolu vardır.

İştirakçıların tərkibinə görə görüşün müxtəlif tiplərini-eyni bir kollektiv (sinif və ya məktəb) üzvlərinin, qonşu uşaqların, qohum uşaqlarınm, dost və ya tamş ailə uşaqlarınm, makromühitdə tanış ol- muş oğlan və qızın görüşünü və s. ayırd etmək mümkündür. Görü- şün tipi dəyişdikcə, sosioloji-cinsi nəzarət vasitələri də dəyişir ki, bu da görüşün xarakterinə təsir göstərməyə bilməz.

Birinci halda yeniyetmə və gənc üçün “görüşmək” əslində məqsədə çevrilmir, oğlan və qızın kollektivdəki həyatı ilə uzlaşır, onun ayrılmaz tərkib hissəsi olur. Bu zaman oğlan və qız maraqlan- dığı məsələ ilə bağlı fıkir mübadiləsi edir, təəssüratlannı bir-biri ilə bölüşür. Oğlan və qız arasında ülfət yarandıqca, onlar bir-birinə alı- şırlar. Bununla əlaqədar olaraq dostluq -məhəbbət nisbətən sakit xa- rakter daşıyır. Sakit, səmimi və qarşılıqlı anlaşma şəraitində oğlan və qız bir-birinin münasibətini soyuqqanlıqla qiymətləndirir, biri-bi- rinə ehtiyat və tələbkarlıqla yanaşırlar. Beləliklə də, rəğbət his- sindən fərqli olaraq, dostluq-məhəbbət davamlı hiss kimi formala- şır, ayrı-ayrı halları nəzərə almasaq, inkişaf edib gənclik yaşı döv- ründə cinsi məhəbbətə çevrilir. Dostluq -məhəbbətin ilk təzahürlə- rinə yeniyetməlik dövründə təsadüf olunur. Lakin yeniyetməlik yaşı dövründə dostluq-məhəbbət hələ son dərəcə sadə xarakter daşıyır. Böyük məktəbli öz hisslərini yeni baxımdan qiymətləndirməyə baş- layır. Əks cinsin-oğlan və ya qızm daxili aləminə maraq artır, onun ünsiyyət təlabatında qız və ya oğlanla dostluq xüsusi yer tutmağa başlayır. Böyük məktəblı oğlan və qızlar “maraqiı həyat” -dedikdə mütləq məhəbbət hissi ilə bəzənmiş həyatı başa düşürlər. Onların dostluq-məhəbbət hissinin tərbiyəsi prosesində bu amillər zəruri su- rətdə nəzərə alınmalıdır.

Yeniyetməlik yaşı dövründə cinslərarası münasibətlərin qav- ranılması və anlaşılması səviyyəsinə təsir göstərən amillər içərisində valideyn və müəllimlərin oğlanlarla qızların dostluğuna münasi- bətləri əsas yer tutur. Əgər oğlan və qızların dostluğuna qonşuların münasibəti adət və ənənələrlə əlaqədardırsa, valideynlərin münasi- bətlərinin özünəməxsus motivləri vardır.

Dostluq-məhəbbət səviyyəsində oğlan və qızlar biri-birilərini ideallaşdırır, hər şeydə və hər yerdə sevdiyi oğlan və ya qıza haqq qazandınr, onun nöqsanlarım görmür və ya görmək istəmir, ən ülvi keyfiyyətləri ona aid edirlər. Bu əsasda, xüsusilə, qızlarda təlqinə qapılma müşahidə olunur. Burada təlqinə qapılma dostluq-məhəb- bət səviyyəsində, əsasən, tənqidsiz qavranılan qarşılıqlı şəxsi mü- nasibətlərin xarakteri ilə bağlıdır.

Erkən gənclik dövründə oğlanlarla qızların biri-birinə münasi- bətlərində tolepant reaksiyalar aydın şəkildə nəzərə çarpır, oğlan və qızlar hər hansı bir nöqsam, adətən, biri-birinin nəzərinə çatdır- mırlar. Bu baxımdan oğlan və qızlarm qarşılıqlı münasibətində konformizm üçün səciyyəvi olan xüsusiyyətlər müşahidə olunur.

Yeniyetmələrdə yaşlılıq hissinin formalaşmasında cinsi yetiş- mənin rolu psixoloji baxımdan ondan ibarətdir ki, bu zaman orqa- nizmdə baş verən çoxcəhətli dəyişikliklər özünü yaşlı adam kimi dərk etmək üçün əlavə əsaslar verir. Bu, yeniyetmənin davranışına dolayı yolla, dəyişən sosioloji vəziyyətlə bağlı təsir göstərir. Yeni- yetmələrdə yaşlılıq hissi və meylinin məzmunu yalnız cinsi yetiş- kənlik ilə bilavasitə əlaqədar deyildir. Cinsi yetişkənlik dövrünə da- xil olmuş 4 oğlandan yalnız birində bu əlamətlər müşahidə olunur. Onlar sinif yoldaşlarına rəğbət bəslədiyi qızların şəklini göstərir, öz “əyləncələri”, uşaqlar üşün nəzərdə tutulmayan kinofilmlərin məz- munu və s. haqqında‘təfərrüatı ilə danışırlar.

Cinsi yetişmə dövrünün əwəllərində qadınla kişi, oğlanla qız arasındakı münasibətlərlə maraqlanmağa başlayan yeniyetmələr, adətən, bu münasibətləri birtərəfli və mütləq mənada qiymət- ləndirirlər. Həmin münasibətlərin ikinci cəhəti-yoldaşlıq, əmək- daşlıq, vətəndaşlıq pafosu “cins problemini” özünün səthi və bir- tərəfli müşahidələri əsasında həll etməyə çalışan yeniyetmənin diq- qətini sözün tam mənasında cəlb etmir. Cinsi yetişkənlik dövründə həyat tərzinin düzgün qurulmaması inkişafda olan uşaq orqanizminə çox böyük mənfı təsir göstərir. Ona görə də, bu dövrdə müxtəlif məşğələlərin, yuxunun, istirahətin, qidalanmanm yaşa uyğun rejimlə təşkil olunması vacibdir.

Düşkün mənəviyyal və mənəvi cahillik şəxsiyyətin bu və ya di- gər dərəcədə ikiləşməsi şəraitində mümkündür. Psixoloqların qəna- ətİnə görə, pozğun adamlar çox vaxt yuxuda özlərini gah kişi, gah da qadm kimi görürülər. Məhz buna görə də, yeniyetmə oğlan və qız- larda cİnsi həvəs və marağın sağlam zəmində inkişaf etməsinə həmişə diqqət yetirməlidir. Ailədə uşaq və yeniyetmələrin cinsi tərbiyəsiııdə bir sıra tələbləri daim diqqət mərkəzində saxlamaq olduqca vacibdir.

Uşaqlann cinsi gigiyena qaydalarına əməl etməməsi, adətən erogen zonalann qıcıqlanması ilə nəticələnir. Bu, məktəbəqədər yaş dövründə uşaqlarda müvafiq reaksiyaiar doğurursa, sonrakı yaş dövründə cinsi həvəs və marağın vaxtmdan əvvəl təşəkkülü üçün əl- verişli şərait yaradır.

Oğlan və qızlar arasındakı cinsi fərqlərin nəzərə çarpdırılması uşaqların özlərini qız və oğlan kimi dərk etməsinin mühüm mənbə- lərindən birini təşkil edir. Lakin valideynlər bilavasitə cinslərarası münasibət sahəsinə toxunduqda, uşaqların diqqətini “ər-arvad” mü- nasibətlərinin intim cəhətlərinə, anatomik fərqlərə cəlb etmiş olur- lar. Bu əsasda da, uşaqlarda vaxtından əwəl cinsi maraq asanlıqla oyanmağa başlayır. Cinsi marağın formalaşmasında emosional cə- hətlərin rolu olduqca böyükdür. Emosional cəhət uşaq və yeniyet- mələrdə marağın psixoloji şərti kimi meydana çxıır. Cinsi marağın formalaşması prosesində bu qanunauyğunluq konkret “seksual” ha- disələrin təsiri zamanı bütün aydınlığı ilə təzahür edir. Bundan asılı olaraq ailə, qonşu, makrorayon çərçivəsində konkret “seksual” hadi- sələri fərqləndirmək lazımdır. P.P.Blonski vaxtilə müəyyən etmişdir ki, onun tədqiq etdiyi adamların altısından biri özünün ilk erotik təəssüratım vülideynlərindən almışlar. Onlar uşaq vaxtı valideynlə- rin, xüsusilə anaların açıq-aşkar icra etdiyi, bəzi gigiyenik pro- sedurların şahidi olmuşlar. Valideynlərin etirafına görə, uşaqlar on- ların ər-arvad kimi intim münasibətlərini biri-birini oxşamalarım, soyunub-geyinmələrini müşahidə edir, yaşlıların açıq-saçıq söhbət- lərinə xəlvəti qulaq asmağa maraq göstərirdilər.

Uşaq və yeniyetmələr mənəvi cəhətdən düzgün tərbiyə olun- madıqda, belə hadisələri, adətən, birtərəfli qiymətləndirir və seksual cəhətlərə daha çox diqqət yetirirlər. Seksual hadisələri ümumi şəkil- də 3 qrupa ayırmaq mümkündür: a) vizual “seksual” hadisələr (tele- viziya verilişləri, intemet, kinofılmlər, teatr tamaşaları); b) görmə analizatoru vasitəsilə təxəyyüldə canlandırxlan seksual hadisələr; ç) eşitmə analizatoru vasitəsilə təxəyyüldə canlandırılan seksual ha- disələr (yaşlılarm uşaqların yanında cinslərarası münasibətlər haq- qında söhbətləri, danışılan lətifələr). Erotik (seksual) təsirlər uşaqların cinsi fəallığım cinsi yetişməyə nisbətən daha çox artırır. Son zamanlar aparılan tədqiqatlar erotik təsirlərin cinsi fəallaşmada mühüm rol oynadığım göstərir. Onlarm müqayisəli təhlili göstərir ki, erotik filimlər, pamoqrafık ədəbiyyatlar və şəkillər cinsi fəallığın artmasında mühüm rol oynayır. Cinsi fəallaşma bütövlükdə bədənin əzələ, nəfəs və ürək-damar adaptasiyasım əhatə edən reaksiyalar kompleksindən ibarətdir.

Uşaqlann cinslərarası münasibətlər haqqında təhrif edilmiş informasiyalara yiyələnməsi, onlarda erkən cinsi oyanmaya səbəb olur. Onlar məktəbəqədər yaş dövründə bu və ya digər dərəcədə seksual informasiyalara yiyələnirlər. Psixoloji tədqiqatlara görə, hər 5 oğlandan və hər 10 qızdan biri ailədə atanın rolunu artıq başa düşür. Valideynlər arasında aparılan sorğu göstərir ki, artıq 2,5 -3 yaşmda uşaqların 52%-i cinsi fərqlər haqqında müvafıq suallar verirlər. 5-7 yaşlarında isə uşaqların 60%-i özlərinin haradan alın- maları ilə maraqlanırlar.

Kiçik məktəb yaşı dövründə uşaqların seksual məsələlər haq- qındakı təsəvvürləri daha da genişlənir. Psixoloq Ə.Ə.Əlizadənin qənaətinə görə, oğlanların 30%-i, qızların isə 19%-i həmin təsəv- vürlərə müşahidə yolu ilə, böyük əksəriyyəti (müvafıq olaraq 65%-i və və 68%-i) həmyaşıd yoldaşlar və yaşlı uşaqlar, müəyyən hissəsi isə müvafıq ədəbiyyat vasitəsilə yiyələnmişlər. [10,s.58]

Yeniyetməlik yaşı dövründə isə uşaqlar cinsi həyatın bir çox sirlərini artıq bilirlər.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, qızların 22,9%-i, oğlanların isə 28,9%-i cinsi həyat haqqında informasiyanı yaşlılar üçün nəzərdə tutulan televiziya filimlərindən kitab, Intemet, jumal və qəzet məqalələrdən alırlar. Uşaqlarm küçədən cinsi həyatla bağlı təhrif edilmiş informasiya alması faktı da danılmaz həqiqətdir. Onların cinslərarası münasibətlər haqqında təhrif edilmiş informasi- yalara yiyələnməsinin vaxtında qarşısmı almaq üçün oğlan və qız- ların nəinki cinsi maarifləndirilməsi işini köklü surətdə yaxşılaşdır- maq, həm də onlar üçün bütün psixoloji -pedaqoji tələblərə cavab verən müvafıq elmi-kütləvi ədəbiyyat nəşr etmək zəruridir.

Oğlan və qızları necə tərbiyə etməli, uşaq və yeniyetmələr, gənc oğlan və qızlar arasında normal münasibət yardılmasına necə nail olmalı? Zəmanəmizdə bu məsələ müəllimləri, gənclər təşkilat- larıngvalideynləri ciddi düşündürən problemə çevrilmişdir. Düzgün cinsi tərbiyənin ən mühüm şərti valideynlər arasmda məhəbbət, dostluq və qarşılıqlı hörmətə əsaslanan normal münasibətlərdir. Va- lideynlərlə uşaqlarm, qardaşlarla bacıların münasibəti də həmin əsasda qurulur. Uşaqlar öz ata və analarını, bacı və qardaşlarını sev- dikləri, onlara mehriban olduqları kimi, məktəb yoldaşlarım, sonra isə iş yoldaşlarmı sevməli, onlarla mehriban olmalıdırlar. Görkəmli pedaqoq A.S.Makarenko ədalətlə qeyd etmişdir ki, uşaqlar ailədə qeyri-cinsi məhəbbət təcrübəsi əsasında cinsi məhəbbətə hazırlıq alırlar. Bu hazırlıq cinsi məhəbbət zamanı onlara lazım olur.

Ailə həyatında valideynlər arasında yaranan söz-söhbətləri, mübahisəli məsələləri mütləq uşaqlardan kənarda, xəlvətdə həll etmək lazımdır. Valideynlər uşaqları öz söz-söhbətlərinə cəlb etmə- məlidirlər. Xüsusilə uşaqlarm yanmda başqaları haqqmda ədəbsiz söz söyləmək, kobudluq etmək, şit, nalaiq lətifələr danışmaq olmaz. Uşaqlar belə sözləri kənar adamlardan da eşidə bilərlər. Ailə belə şitliyə və abırsızhğa dərin ikrah hissi oyatmalıdır.

Kiçik yaşlarından oğlan uşaqlarını öz yaşıdları olan qızlara diqqət və qayğı ilə yanaşmağa öyrətmək lazımdır. Böyük yaşlı oğ- lan uşaqlarmda da belə münasibət tərbiyə edilməlidir. Oğlanlarda qızlara qarşı qabalıq, lovğalıq və hörmətsizlik əmələ gəlməsinə yol vermək olmaz. Digər tərəfdən qızlarda da oğlanlara qarşı bir yoldaş və dost kimi diqqətli və qayğılı münasibət tərbiyə etmək lazımdır.

Cinsi yetişkənliyin əwəli üçün (oğlanlarda 13 yaşından 16- yaşa, qızlarda isə 11-yaşından 15 yaşa kimi) valideynlər öz uşaqla- rım onlarda başlamaqda olan cinsi proseslərə hazırlaşdırmalıdırlar. Ana menurasiyaların başlanması barədə qızına vacib gigiyenik məlumatlar verir, ata isə oğlunu qeyri-ixtiyari pollyusiyaların baş verməsi halları üçün hazırlaşdırır. Belə olmadıqda, qəflətən baş ve- rən həmin proseslər yeniyetmələrdə qeyri-sağlam hisslər oyada bi- lər. Bəzi hallarda yeniyetmələr qorxuya düşür, digər hallarda isə öz- lərini rahatlamaq, cinsi gərginliyi süni surətdə yatırmaq üçün ono- nizmlə məşğul olurlar.

Ononizm çox vaxt cinsiyyət orqanlarmın dar, sürüşkən paltar və geyimlə mexaniki qıcıqlanması nəticəsində, həmçinin bağırsaq qurdu və dəri xəstəlikləri səbəbindən baş verir. Uşaqda cinsiyyət orqanlarmı qaşıma, ovuşdurmaq adəti meydana gəlir ki, bu da tədricən ləzzət hissinə, cinsi yetişkənliyin başlanması ilə əlaqədar olaraq cinsi ehtirasa səbəb olur. Bu dövrdə ononizm daha çox yayı- lır. Ononizmin kəmağıllığa, cinsiyyət orqanlarmın zəifliyinə və digər ağır nəticələrə aparıb çıxaran müalicə olunmaz, sağalmaz qüsur olması barədə təsəwürlər mövcuddur. Bu təsəvvürlər doğru deyil, lakin ononizm hər halda uşağın psixikasına mənfı təsir gös- tərir, qaraqabaqlığa, başqa cinsdən olan şəxslə görüşməkdən qorx- mağa, vasvasılığa , əhvalm qeyri-sabitliyinə səbəb olur.

Onanizm seksual davranışın formalarından biridir. Onun fılo- genetik kökləri vardır. Belə ki, bu hala meymunlarda da təsadüf olu- nur. Onanizm orqanizmdə toplanmış cinsi enerjinin mexaniki yolla boşalması vasitəsidir.

Uşaqlarda erkən cinsi oyanmanm və onanizm vərdişlərinin qarşısmı almaq üçün bir sıra gigiyenik və profilaktik tədbirləri vaxtında həyata keçirmək valideynlərin vəzifəsi olmalıdır. Uşaqla- rın paltarları bir qədər geniş və rahat olmalıdır. Uşaqların yorğan- döşəyi həddən artıq yumşaq, çox isti olmamalı, yatarkən əllərini yorğanm üstünə qoymalı, birlikdə yatızdırılmamalıdır. Onlarm yanında soyunub-geyinmək, çılpaq şəkillərə baxmaq, seksual xarak- terli hərəkətlər, həddən çox ətli və istiotlu yeməklər vaxtından qabaq cinsi oyanmaya və tez cinsi yetişməyə səbəb olur. Hər şeydən əvvəl, şəxsi gigiyena qaydalarına əməl etməklə uşaqlarda ononizm vərdişlərinin inkişafınm qarşısmı almaq olar.

Ononizmin gələcək kişi üçün zərərli və ayıb olması fikrinin nə vaxt və haradan meydana çıxıb yayılması məlum deyil. Xristianlığa qədər ononizm nə zərərli və nə də ayıb sayılmayıb. Əksinə, o, haqlı olaraq gəncin hiperseksualhğmın göstəricisi kimi qiymətləndirilirdi. Lakin xristian dini cinsi arzunu bu yolla yerinə yetirməyi günah ad- landırıb qadağan etmişdi. Din xadimləri ononizmlə məşğul olanları günah işlətdikləri üçün axirətdə cəhənnəm odunda yanacaqları, bu dünyada isə müxtəlif ruhi xətəliklərə, cinsi zəifliyə tutulacaqları və s. ilə qorxudurdular. Bütün bu hədə-qorxuya,hətta çoxlarmın ono- nizmin cinsi zəifliyə səbəb ola biləcəyinə inanmaqlarına bax- mayaraq, gənclərin demək olar ki, çoxu müəyyən müddət bu “işlə” məşğul olurlar.

19-20 yaşalarına qədər davam edən cinsi yetişkənlik dövrünü həkimlər gəncliyin hiperseksuallıq dövrü adlandınrlar. Bu dövrdə seksuallığın həddən artıq olmasınm səbəbi cinsi hormonların böyük miqdarda hasil olması ilə əlaqədardır. Bu vəziyyətdə, adətən, istər fizioloji və istərsə də psixoloji sferada elə bir gərginlik yaranır ki, gəncin şüuru qeyri-ixtiyari olaraq yalnız bir istiqamətdə fəaliyyət göstərir və onu müəyyən yollarla bu vəziyyətdən qurtarmağa məc- bur edir. Ononizmə də elə bu baxımdan münasibət göstərilməlidir.

Birinci masturbasiyalar səbəbi dərk olunmadan, sonralar isə dərk olunmuş səbəblərlə edilir. Cinsi əlaqə istəyi, adətən, gəncin özü üçün uydurduğu xəyali fıkirlər, fantaziyalar nəticəsində, mə- sələn, tanıdığı və ya tanımadığı qadının, qızın obrazım xəyalına gə- tirdikdə yaranır. Belə fantaziyalar məlum səbəblərə görə oğlanlarda qızlara nisbətən daha çox inkişaf etmiş olur.

Müasir elm hazırda masturbasiyam necə qiymətləndirir? Professor Q.S.Vasilçenko masturbasiyanm orqanizmdə əmələ gəl- miş fızioloji diskomfortu zəiflədən və yaxud tamamilə yox edən va- sitə olduğunu yazır, məşhur seksopatoloq A.M.Svyadoş göstərir ki, gənc yaşlarında az aparılan masturbasiya cinsi funksiyanın idarə olunmasıdır, bu cinsi gərginliyi azaldır və zərərsizdir.

Uşaqlar yuxudan ayıldıqdan dərhal sonra yataqdan qalxmalı- dırlar, çarpayıda çox oyaq qalmamalı və ayaqyolunda çox oturmalı- dırlar. Daimi gimnastikanm və bədəni yaş dəsmalla silməyin, yayda isə çimmək və üzməyin böyük əhəmiyyəti vardır.

Yeniyetmələr arasmda düzgün münasibətlərin yaradılmasında, demək olar ki, ən başlıca vasitələr elmi, texniki, ədəbi və bədii məş- ğələlərdəki birgə iştrakdan, birgə turizm və idmandan ibarətdir. Məktəb məşğələlərindən əlavə maraq və meyl doğuran bu rənga- rəng fəaliyyətlər yeniyetmələri öz cinsi hisslərinə hədsiz diqqət ye- tirməkdən yayındırır.

Erkən gənclikdə çox zaman ilk məhəbbət hissi meydana çı- xır. Adətən, bu hiss xalis mənəvi, ruhi maraqlarla şölələnmiş olur. Gənc sevişənlər hər zaman birlikdə olmağa, oxumağa, dərslərini ha- zırlamağa, kino, teatr və ya konserlərə birgə getməyə, öz estetik təəssüratlarım biri-birinə danışmağa çalışırlar. Onlar biri-birini qo- rumaqla cismani yaxınhq haqqındakı hər cür fikirləri özlərindən qo- vurlar. Lakin bəzi valideynlər buna başqa gözlə baxırlar. Onları müxtəlif qorxular bürüyür və ona görə öz övladlarına heç də hər za- man nəzakətli olmayan, bəzən də çox kobud surətdə qadağalar qoymağa başlayırlar. Valideynlərin işə belə qarışmaları şox zaman saf, yaxşı dostluğu pozur. Əgər valideynlər öz övladlarına inansalar və onların münasibətlərinə hörmət etsələr, belə nəticələr olmaya da bilər.

Gənc oğlanlar və qızlar evlənməyi qərara almışlarsa, -onların qarşıhqlı məsuliyyətini, hər birinin doğulacaq uşaqların taleyindən ötrü dövlət və cəmiyyət qarşısındakı məsuliyyətini inandırıcı və xe- yirxahcasına izah etmək lazımdır. Deməli, cinsi tərbiyə gənc oğlan və qızlara öz münasibətlərini cəmiyyətimizin əxlaqma müvafiq surətdə qurmağı öyrətməli, ata və ana kimi məsuliyyətli vəzifənin yerinə yetirilməsi üçün hazırlamahdır.

Psixoseksual inkişaf haqqında nəzəriyyənin müəllifi Z.Freyd bu inkişafi fərdin bioloji mövcudluğunda və dilində baş verən dəyişikliklərlə izah edirdi. Onun baxışlarma görə, insanm əsas instenktləri cinsi meyl və aqressiyaya meyldən ibarətdir. Bunlar bir- biri ilə seksual enerji - libedo ilə əlaqədardır. Onun fıkrincə, fərdin sosial təcrübəsi inkişafın hər bir mərhələsində özündən sonra xarak- ter əlamətləri, dəyərlər və yönəlişliklər şəklində izlər qoyub gedir. Freyd qeyd edir ki, psixoseksual inkişaf öz-özlüyündə dəqiq sərhəd- ləri olan beş mərhələdən ibarətdir:


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin