Xalqımızın çağdaş dünya ilə çulğalaşdığı, milli mentalitet cə- hətdən bir-birindən fərqli xalqlarla inteqrasiya olunduğu, kütləvi in- formasiya vasitələrinin həyatımıza daha çox daxil olduğu müasir dövrdə ailə, cəmiyyət, dövlət və bəşəriyyət üçün əxlaqın saflaşdırıl- ması ən vacib problemlərdən biridir.
Ailə hər bir cəmiyyətdə ictimai həyat qanunlarına əsasən yara- dılan sosial təsisatlardan biridir. Qapalı kiçik sosial qrup olan ailə- nin ilk sosial tərbiyə institutu, cəmiyyətin ilkin özəyi kimi tədqiq edilməsi, gənclərin ailə həyatına sosial-psixoloji hazırlığı səviyyəsi- nin yüksəldilməsi müasir qloballaşan dünyada, dəyərlər sisteminin dəyişilməsi prosesində aktual bir problem kimi diqqəti cəlb edir. Müasir dövrdə Azərbaycanda hər il təxminən 14% boşanma qeydə alınır. Cəmiyyətimizdə ənənəvi dəyərlərlə müasirliyin toqquşması prosesi nəsillər arasında münaqişələrin daha da kəskinləşməsinə sə- bəb olur. Ailə cəmiyyətin bir hissəsi, ilkin əsası olduğu üçün cəmiy- yətdə baş verən sosial- iqtisadi və mənəvi proseslər ailədaxili müna- sibətlər sisteminə, xüsusilə ailədə şəxsiyyətlərarası seçmənin xarak- terinə və qarşılıqlı münasibətlərə ciddi təsir göstərir.
İnsan cəmiyyətini qadınlar və kişilər təşkil edir. Cinslər arasın- da bioloji fərqlər məlumdur və dəyişməz xarakter daşıyır. Lakin bu heç də kişi və qadmın cəmiyyətdə tutduğu mövqenin dəyişməzliyi anlamında qəbul edilə bilməz. Qadın hərəkatının tarixi, eləcə də dün- yada və ölkəmizdə bu sahədə əldə edilmiş naliyyətlər qadınların cə- miyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji naliyyətləri qadınların həm məişətdə, həm də cəmiyyətdə və istehsalatda oynadığı rolu dəyişmişdir. XX əsrin son- larında “gender” anlayışı formalaşmışdır ki, bunu da “sosial cins”
kimi xarakterizə etmək olar. Müasir dövrdə qadınlarla kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.
Yaşadığımız müasir cəmiyyətdə qlobal proseslərin axmında sosial transformasiyalar ailə institutuna güclü təsir göstərir və onu dəyişmələrə məruz qoyur. Müasir dövrdə ailə dəyişmələri inkişaf et- miş sənaye ölkələrində sosial transformasiyaların dönməz mənbəyi- nə çevrilməkdədir. Nikahların və doğumun azalması, boşanmaların və erkən nikahların sayının sürətlə artması, ailənin etnik xarakteris- tikasında baş verən dəyişmələr, nikahdankənar doğumların çoxal- ması, bir sıra qadınlarm sosial sərbəstliyə can ataraq evdən getmə- ləri, qadm alveri və s. ailənin strukturunda neqativ dinamikaya gəti- rib çıxarmışdır. Müasir Azərbaycan ailəsində baş verən böhran onun sosiallaşma və tərbiyə funksiyasına ciddi ziyan vurur, milli-mənəvi dəyərlərin deformasiyasına gətirib çıxarır. Sosial yetimlik, uşaq və yeniyetmələrə qarşı baxımsızlıq, cinayətkarlıq, alkoqolizm, narko- maniya nəsillər arasında varisliyin itməsi təhlükəsi kimi sosioneqa- tiv amillər cəmiyyətimizdə vətəndaş mədəniyyətinin və böyüməkdə olan nəslin gələcəyi üçün sosial məsuliyyət hissinin zəifləməsinə sə- bəb olmuşdur.
İnsanın sosiallaşmasında ilkin mərhələ və cəmiyyətin əsas ins- titutlarmdan biri olan ailə müasir qloballaşan və dəyişən dünyada ət- raf aləmlə birlikdə zamanın tələblərinə uyğun dəyişikliklərə məruz qalır. Ailə cəmiyyətin əsas elementi, sivilizasiyanın sosial kəşflərin- dən biri kimi insani dəyərlərin, mədəniyyət və tarixi birgəyaşayışın, nəsillər arasında varisliyin, cəmiyyətin sabitliyi və inkişafı amillə- rindən biridir. Ailənin sayəsində cəmiyyət inkişaf edir, xalqın rifahı yüksəlir. Bütün tarixi dövrlərdə dövlətin cəmiyyətdə ailəyə münasi- bəti qiymətləndirici amil hesab edilmişdir və indi də belədir. İnsanın həyatı, ölkə vətəndaşlarmın formalaşması ailədən başlayır. Ailə hər bir sivil cəmiyyətdə xoşbəxtlik, səadət, rifah, sabitlik, hörmət, həm- rəylik mənbəyidir.
Rus psixoloqu C.V.Kovalevin qənaətinə görə, müasir dövrdə gənclərdə, xüsusən, qızlarm əksəriyyətində gələcək həyat yoldaşı, tə- rəfdaş seçimində hədsiz tələbkarlıq kimi təhlükəli tendensiya müşahi- də olunmaqdadır. Qızlar gələcək nikah tərəfdaşında yalnız nəzəri cəhətdən mümkün olan 20 əsas ümuminsani dəyərləri əhatə edən keyfiyyətlərin olmasım arzu edirlər. Bu keyfiyyətlər sırasında ağıl, gözəllik, dəqiqlik, həssaslıq, qayğıkeşlik, liderlik keyfiyyətləri, təmi- natlı olmaq, doğruçuluq, təhsil, yumor hissi, ünsiyyətçillik, həyatse- vərlik və s. əsas yer tutur. Psixoloqların qənaətinə görə, gənclərdə ideal tərəfdaş haqqmda təsəwürlər adətən onların özlərinin şəxsi xa- rakterindəki müsbət əlamətlərin gücləndirilmiş formada əksidir.
Ailənin reproduktiv funksiyasının gücləndirilməsi birbaşa olaraq dövlətin sosial-iqtisadi sahədə ailə ilə bağlı siyasətindən ası- lıdır. Müasir insanların fərdi və ictimai şüurunda müasir ailədə yük- sək sosial doğum normalarınm təmin edilməsinin çətinliyi əsas amil hesab olunur. Hər bir dövlət öz vətəndaşlarının nikah və reproduktiv davranışına təsir göstərə biləcək sitimullaşdırıcı tədbirlər həyata ke- çirməklə demoqrafik balansı yaxşılaşdıra bilər. Bunun üçün ictimai və fərdi şüurda çoxuşaqlı ailələrin üstünlüyü barədə maarifləndirici təbliğat işləri də gücləndirilməlidir. Hər bir sabit cəmiyyətdə ailənin dövri həyat tsiklində demoqrafik dəyişikliklər baş verir, doğum və ölümün nisbətində artım və ya azalma hallan nəzərə çarpır. Bu de- moqrafik dəyişikliklər hər bir ölkədə baş verən siyasi, iqtisadi, sosi- al hadisələrdən asılıdır. Burada nikah yaşı, uşaqların doğılması, on- ların əmək fəaliyyətinə başlaması və əməkhaqqı səviyyəsi, mənzil şəraiti, karyerada uğur və ya uğursuzluq, təqaüd yaşı və s. kimi amillərin də önəmli təsiri vardır.
Sosial institut kimi müasir ailənin həyat və fəaliyyətində baş verən böhranlı vəziyyətlər danılmaz sosial reallıqdır. Şəxsiyyətlə cəmiyyət arasmda ziddiyyətlərin artması öz təsirini konkret şəkildə ailədə tapır. Cəmiyyətin digər sosial institutları ilə şəxsiyyət arasın- da vasitəçi fimksiyasını yerinə yetirən müasir ailə təbii, sosial-iqti- sadi, sosial-demoqrafik və sosial-psixoloji problemlərin əhatəsində öz mövcudluğunu qorumaq məcburiyyətindədir. Ailəni və ailə həyat tərzini hər zaman yüksək dəyərləndirən xalqımız qloballaşan dünya- da baş verən mürəkkəb hadisə və proseslərin keçid dövrünü yaşayır.
Müasir cəmiyyətin həyatında da ailə aparıcı sosial institut və sosial birlik forması kimi öz üstün mövqeyini saxlamaqdadır. O, bö- yüməkdə olan nəslin sosiallaşmasında, şəxsiyyətin sosial əhəmiy- yətli dəyər və keyfiyyətlərinin inkişafında öz funksiyalarım yerinə yetirməkdə davam edir. Milli. və regional xüsusiyyətlərə uyğun müxtəlif ailə modelləri, ailə davranışı formaları respublikamızda ayrı-ayrı etnosların mənəvi, mədəni təlabatlarmın təmin edilməsinə imkan yaradır, onların öz milli adət və ənənələrinin qorunmasına və inkişafına, dil, mədəniyyət, incəsənət və etnik identikliyinə təminat verir.
Bəşər cəmiyyətinin ilk elemCnti kimi ailə hər zaman insani dəyərlərin qoruyucusu olmuşdur və bu gün də bu funksiyanı sax- lamaqdadır. O, nəsillərin tarixi və mədəni birgəyaşayışımn, cə- miyyətin sabitliyi və inkişafınm, ümuminsani dəyərlərin əsas amil- lərindən biridir. Hər bir insanın həyatı ailədən başlayır, burada onun vətəndaş kimi formalaşması baş verir. Ailə sevgi, hörmət, həmrəy- lik və bağlılıq mənbəyidir və bunlarsız istənilən sivil cəmiyyətin ya- şama ehtimalı mümkünsüzdür. Ailənin rifahı ölkənin tərəqqisi və inkişafının etibarlı göstəricisidir. Ailə bütün həyat boyu bizi əhatə edən ən əziz və ən doğma insanların məcmuyudur. Onların əhatə- sində məhəbbət, xeyrxahlıq mühiti yaranır, nəsillər arasında varis- lik, milli-mədəni adət və ənənələr qorunub saxlanılır və gələcək nəsillərə ötürülür.
1993-cü ildə BMT-nin Baş Assambleyası hər il 15 mayın “Beynəlxalq ailə günü” kimi qeyd edilməsi barədə qərar qəbul et- mişdir. Hər il bu gün demək olar ki, dünyanın bütün ölkələrində qeyd olunur. “Beynəlxalq ailə günü”nün təsis edilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinə yö- nəltməkdən ibarətdir. 1998-ci ildə Azərbaycanda yardılmış “Qadm Problemləri üzrə Dövlət Komitəsi”nin səlahiyyətləri və əhatə dairəsi genişləndirilərək 2006-cı ildən etibarən “Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi”adlandırılmağa başlanmışdır. Respublikamızda 1999-cu uldə “Azərbaycan Respublikasmın De- moqrafık İnkişaf Konsepsiyası” təsdiq edilmiş, 2004-cü ildə isə hə- min konsepsiya əsasmda “Azərbaycan Respublikasında əhali sakin- liyi və demoqrafık inkişaf sahəsində Dövlət Proqramı (2014-2025- ci illər)” qəbul olunmuşdur.
2013-cü ildə Respublikamızda “Azərbaycan 2020: gələcəyə ba- xış” adlı yeni İnkişaf Konsepsiyası hazırlanmış və onun həyata ke- çirilməsi ilə əlaqədar 20-dən artıq dövlət qrumu, o cümlədən “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” səfərbər edilmişdir.
Konsepsiyanın həyata keçirilməsi ilə əlaqədar “Azərbaycan ailə strategiyası”adlı dövlət sənədi hazırlanmışdır. Bu strategiyada res- publikamızda “Ailə psixoloqu” institutunun, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzlərinin və sığmacaqlarm, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə mo- nitorinq sisteminin yaradılması qərara alınmışdır.
Müasir dövrdə yeniyetmə və gənclərin ailə həyatma və nikaha hazırlığı problemi onlarda məhəbbət və nikah arasmda qarşılıqh əlaqə haqqmda düzgün baxışlann formalaşdmlması, ailəyə münasibətdə is- tehlakçı tendensiyalann aradan qaldınlması, özünün və başqalannm qavramlmasına real yanaşma mövqeyinin tərbiyə edilməsi kimi mü- hüm amilərin nəzərə ahnmasınm zəruriliyi tələbini qarşıya qoyur.
Ali məktəblərin “Psixologiya”, “Pedaqogika və psixologiya” və “Təhsildə sosial-psixoloji xidmət” adlı fakültə və ixtisaslarmda “Ailə psixologiyası” fənni seçmə fənn olaraq tədris planlarma daxil edilmişdir. Lakin tələbələrin qeyd olunan fənnə aid informasiya ba- zası olduqca zəifdir. Ümid edirik ki, təqdim edilən bu vəsait tələbə- gənclərin zəruri elmi ədəbiyyata olan ehtiyacının təmin edilməsində mühüm mənbəyə çevriləcəkdir.
IFƏSİL
AİLƏ, ŞƏXSİYYƏT VƏ CƏMİYYƏT
Ailə psixologiyasııun predmeti və vəzifələri
Bəşər cəmiyyətinin böyük sosial kəşflərindən və təsisatlarm- dan biri olan ailə insanlar arasmdakı qarşılıqlı münasibətləri əks et- dirən mənəvi-psixoloji və sosial birliyin spesifık formasıdır. Sosial sistem kimi ailənin sabitliyi cəmiyyətdə onun yalmz spesifık insti- tutsional funksiyasmı yerinə yetirməsi ilə yanaşı, həm də özünün daxili psixoloji iqlimindən, mənəvi dəyərlərdən, emosiyalardan, iq- tisadi maraq və s. kimi digər amillərdən də asılıdır.
Ailə ər-arvadlıq-valideynlik-qohumluq əlaqələri ilə bağlanmış və bununla əhali artımını və ailə ənənələrini, varisliyini, həmçinin uşaqlarm sosiallaşdırılmasını və ailə üzvlərinin mövcudluğunu tə- min edən, vahid ümumailə fəaliyyətinə əsaslanan insan toplumudur. Bu münasibətlə rus psixoloqu A.Q.Xarçiyev yazır: “Ailə həyat yol- daşları, valideynlər və övladlar arasmda tarixən konkret münasibət- lər sistemi, nikah və qohumluq əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş, sosial vacibliyi, əhalinin fıziki və mənəvi ar- tımına cəmiyyətin ehtiyacı ilə şərtlənən kiçik qrupdur” [57, s. 12]
Hər bir cəmiyyətdə mədəniyyət və sivilizasiyamn üzvi vəhdəti əyani olaraq ailədə əks olunur. Sosial-mədəni fenomen kimi ailə bü- tün bəşər mədəniyyəti və sivilizasiyanın,bütövlükdə cəmiyyətin icti- mai-tarixi və mənəvi təcrübəsini ehtiva edir. Ailə əsl səmimilik, mehribanlıq, qayğıkeşlik tərbiyəsi məktəbidir: anaya, ataya, babaya, nənəyə, qardaşlara və bacılara münasibət insaniyyətin smağıdır.
Ictimai münasibətlər ailədə xüsusi psixoloji mahiyyət xarak- teri alır. Cəmiyyət və ailə kimi iki sosial fenomenin üzvi vəhdəti və qarşılıqlı əlaqəsi insan sivilizasiyasmın təkamül yolu ilə inkişafmı təmin edir. Maddi və mənəvi-ideoloji münasibətlərin dialektik vəh- dəti sayəsində ailə ictimai varlıq və ictimai şüurun tərkib elementi kimi çıxış edir. Kiçik qrup və sosial institutlardan biri kimi ailə həm də mühüm bir funksiyanı -sosiallaşma funksiyasım, tərbiyəedici- pedaqoji vəzifələri yerinə yetirir. Sosial təsisat kimi yarandığı ilk dövrlərdən etibarən ictimai-tarixi təcrübənin gənc nəslə ötürülməsi ailənin ən mühüm vəzifələrindən biri olmuşdur.
Ailə iki əsas xarakterik xüsusiyyətinə-ailədaxili münasibətlərə və məişət birliyinə görə digər insan qruplarından fərqlənir. Ailənin məişət birliyi dedikdə, ailədə uşaqlarm tərbiyəsi, böyüməsi, ailə üzv- lərinin qidaya, istirahətə, asudə vaxtın təşkilinə olan təlabatların tə- min eilməsi, sosial təminat, əmək fəaliyyəti, yaşayış tərzi, ailə büd- cəsi və təsərrüfatı, məişət mədəniyyəti və ekologiyası nəzərdə tutulur.
Sosial ftınksiyalarm yerinə yetirilməsi vasitəsilə ailə insanın həyatı üçün vacib olan bütün təlabatlann təmin edilməsi imkanım yaradır. Ailənin tamlığı cinslərin bir-birinə bağlılığı və bir-birini ta- mamlaması əsasında təmin olunur. Digər kiçik qruplardan və sosial institutlardan fərqli olaraq, ailə ayrı-ayrı təlabat və maraqları deyil, öz mövcudluğunun bütün maraqlarım ifadə edir. Ailənin meydana gəlməsi və tarixi inkişafı sübut edir ki, onun mövcudluğu yalnız ins- titutsional formada təmin oluna bilər. Cəmiyyətin altsistemi kimi ai- lə daim cəmiyyətdə baş verən dəyişmələrin ciddi təsirinə məruz qa- lır. Sosial-iqtisadi və mədəni -ideoloji dəyişikliklər ailənin təlabat- larma, funksiyalarma, ənənə, norma, dəyərlərinə və həyat tərzinə pozitiv və ya neqativ təsir göstərir.
Bəşəriyyətin yarandığı ilk dövrlərdən etibarən ailə və nikah məsələləri insanları dərindən düşündürən sosial-psixoloji problem- lərdən biri olmuşdur. Ailənin təbiəti və mahiyyətinin müəyyənləş- dirilməsinə dünya mütəfəkkirləri ayrı-ayrı tarixi dövrlərdə fərqli mövqedən yanaşmışlar. Ailə-nikah münasibətlərinin xarakterini aç- maq sahəsində ilk təşəbbüslərdən biri antik dünyanm böyük fılosofu Platona(b.e.ə.427-347) məxsusdur. O, “İdeal dövlət” adlı əsərində cəmiyyətin birliyi məqsədinə nail olmaq üçün qadmların, uşaqlarm və mülkiyyətin ümumi olması ideyasım irəli sürmüşdür. Patriarxal ailəni “dəyişməz, ilkin ictimai özək” adlandıran Platon belə hesab edirdi ki, dövlət ailələrin birləşməsi nəticəsində meydana gəlir. Pla- ton qeyd edirdi ki, 30-35 yaşlar arasında olan hər bir insan evlənmə- lidir, evlənmədən imtina etmək cinayətdir. Qəfim Yunanistanda bu
yaş dövrünü keçən hər bir yunan subaylığa görə vergi ödəməli idi. Bu ideya əslində yeni deyildir. Platondan əwəl qədim yunan tarix- çisi Herodot(b.e.ə.V əsr) özünün “Tarix” əsərində qeyd etmişdir ki, qadınların ümumi olması bir çox qəbilələrin fərqləndirici əlaməti olmuşdur. Belə məlumatlara antik dövrün filosof və mütəfəkkirlə- rinin çoxunun əsərlərində təsadüf olunur.
Platonun İdeal dövlət” layihəsini tənqid edən Aristotel (b.e.ə.- 384-322) eyni zamanda onun patriarxal ailənin cəmiyyətin başlanğıcı və ilkin özəyi olması haqqında ideyalarını inkişaf etdirərək ailənin kəndləri, kəndlərin isə birləşərək dövləti yaratması fikrini irəli sürmüş- dür. Ailəyə qeyd olunan bu nöqteyi-nəzərdən yanaşma uzun müddət davam etmişdir. Fransız maarifçisi və mütəfəkkiri J.J.Russo(1712- 1778) “İctimai müqavilə haqqmda və ya siyasi hüququn prinsiplə- ri” adlı əsərində qeyd edirdi ki, “bütün cəmiyyətlərdə ən qədim və tə- bii, yeganə olan bir şey vardır ki, bu da ailədir”.
Antik orta əsrlərin və yeni dövrün filosofları cəmiyyətdə bütün ictimai münasibətlərin ailə münasibətləri əsasında meydana gəlməsi fikrini irəli sürmüş, əsas diqqəti xüsusi sosial institut kimi onun dövlətə münasibətinə doğru yönəltmişlər. Ailə ilə dövlətin münasibətlərinə müəyyən səviyyədə alman fılosoflan İ.Kant(1724-1804) və V.Hege- lin (1770-1831) ideyalannda da rast gəlmək mümkündür. İ.Kant ailə- nin əsaslannı hüquq qaydalarmda, V.Hegel isə ‘ mütləq ideya”da gö- rürdü. Qeyd etməyi lazım bilirik ki, monoqamiyam ailənin başlanğıcı kimi qəbul edən alimlərin əksəriyyəti faktiki olaraq “nikah”və “ailə” anlayışlannı eyniləşdirmiş, onlar arasmda fərqi isə formal hesab etmiş- lər. Aydmdır ki, “nikah” və “ailə” anlayışlan arasında sıx qarşılıqlı əlaqə vardır. Bir çox ədəbiyyatlarda həmin anlayışlar sinonim olaraq işlədilir. Lakin bu anlayışlar arasında oxşarlıq, ümumi cəhətlər olsa da, bir çox spesifık və xüsusi cəhətlər də vardır. Etnoqraf, sosioloq və fılo- soflar elmi dəlillərlə sübut etmişlər ki, nikah və siğə müxtəlif tarixi dövrlərdə meydana gəlmişdir. Sosioloqlarm qənaətinə görə, kişi və qa- dm arasında nikah tarixən öz sosial formasmı dəyişən hüquqi tənzim- ləmə formasıdır. Onun vasitəsilə cəmiyyət ərlə arvadın cinsi həyatmı qaydaya salır, sanksiyalaşdmr, ər-arvadlıq, valideynlik hüquqlarmı və vəzifələrini müəyyənləşdirir.
Ailə nikahdan fərqli olaraq, fərdlər arasında münasibətlərin daha mürəkkəb sistemini əks etdirir. Ailə bir qayda olaraq yalnız ər- arvadı deyil, həm də onlarm uşaqlarım, qohumlarmı və doğmalarım da əhatə edir.
Ailə və nikah münasibətlərinin yaranması və onların təkamü- lünə tarixi baxışlara İsveçrə alimi İ.Bahofenin(1815-1887) “Ana hüququ”, Amerika alimi L.Morqanın (1818-1881) “Qədim cə- miyyət” adlı əsərlərində rast gəlinir.
XIX əsrdə ailənin mənşəyi və inkişafı haqqında ideyalar K.Marks(1888-1883) və F.Engelsin (1820-1895) ictimai-fəlsəfı baxışlarında daha da inkişaf etdirilmişdir. Onlar belə bir fıkri qəti olaraq irəli sürmüşlər ki, ictimai -iqtisadi formasiyaların əsasını təş- kil edən iqtisadi münasibətlər həm də ailənin əsasını təşkil edir. K.Marks qeyd etmişdir ki, ailə cəmiyyətin inkişaf etdiyi qaydalarla inkişaf etməli və cəmiyyətin dəyişdiyi qaydalarla dəyişməlidir. Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi haq- qında”adlı əsərində qeyd etmişdir ki, cəmiyyətin inkişafı ilə onun mühüm özəyi kimi ailə də sosial-iqtisadi şəraitin təsiri altmda aşağı formalardan yüksək formalara doğru inkişaf edir. Deməli, ailə tarixi inkişafın məhsuludur və hər bir ictimai-iqtisadi formasiya yalnız özünə məxsus olan ailə-nikah münasibətlərinə malikdir.